SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   48   49   50   51   52   53   54   55   ...   73

                                            
256 
  
MÜFTİ MOLLA HÜSEYN ƏFƏNDİYƏ 
Qəsidə 
Gətir, saqi, qədəh kim, könlümə zövqü səfa gəldi,  
Yetişdik feyzi-üzmayə, yenə feyzi-xuda gəldi. 
Əgərçi mövsümi-mizandır, ey saqiyi-gülrux,  
Təravətbəxş dəhrə bir bahari-canfəza gəldi. 
Yenə sirab olduq İltifati-əbri-rəhmətdən,  
Nihali-xüşksali-aləmə nəşvü nüma gəldi. 
Dirəxti-arizu müddətdi kim, bibərgü bar idi,  
Bihəmdillah, açıldı qönçələr, bərgü nəva gəldi. 
Töküldü sağəri-büllurə mey vəcdi-nişatından,  
Qədəhlərdə hübabın başına özgə həva gəldi. 
Oturmuşdum keçən şəb guşcyi-izlətdə, ey saqi- 
Ki, nagəh müjdə ilə guşə qayibdən səda gəldi. 
Olub əzmi-rəmim ehya o sövti-ruhpərvərdən,  
Deyildi sövti-biganə, mənə çox aşina gəldi- 
Ki, ey sərxeyli-fövci-şairani-xitteyi-Qafqaz,  
Bu mülkə, agah ol, ol xosrovi-şirinliqa gəldi. 
Gəlib bir zat kim, ondan olubdur bəll müşgüllər,  
Dəxi qəm dəfinə bir sərvəri-müşkülgüşa gəldi. 
Bihəmdillah, nəsib oldu sənə didarı bir zatın- 
Ki, mahi-tələtindən gözlərə nurü ziya gəldi. 
    


                                            
257 
  
Hüseyni-paktinət, müftiyi-Qafqaz kim, anın  
Vucudundan bu torpağa xəvasi-kimya gəldi. 
Səri-ruhaniyan, ruhi-mücəssəm, alimi-ələm,  
Süruri-sineyi-aləm, rəvani-övliya gəldi. 
Sanırsan bir yədi-qüdrətdü, oldu qeybdən zahir,  
Bu Qayibzadə zahir oldu, dəhrə yüz cila gəldi. 
Çəkibdir çətri-nöqsan etməyə yüz min riyazətlər- 
Ki, guya ricəti-gübradü, əsrə Mürtəza gəldi. 
Nə qəra biman oldu dideyi-pürşiveyi-yarın,  
O badami-siyəhdən aqibət dərdə dəva gəldi. 
Qəbul etdi Hüseyn bari-əmanət ruzi-əzzəldə, 
 Bu nasut aləmində etməyə əhdə vəfa gəldi. 
Əmanət ərz olanda ruzi-əvvəl cümlə əşyayə,  
Düşüb xövfü hərasə, cümlə əşyadən iba gəldi
*

Edibdir əhdü peyman kim, yetirsin dini təkmilə,  
Nizami-aləmin icrasına ol pişva gəldi. 
Məhəmməd məsnədində qaim oldu nəşri-hikmətçün,  
Tüluundan o şəmsin aləmə nurü bəha gəldi. 
Əgərçi çoxları todbir qılmışdı bu mənsəbçün  
Vəlakin ol güruhin tiri-tədbiri xəta gəldi. 
Qədərlənmişdi çün nami-Hüseyn ta ki bu mənsəblə,  
Bu əmrin dəhrdə icrasına hökmi-qəza gəldi. 
                                                          
*
 
Quran ayəsinə işarədir



                                            
258 
  
Zülali-çeşmeyi-heyvanə oldu aqibət vasil, 
Bu Xızra zülmət içrə lütfi-yəzdan rəhnüma gəldi. 
Şamaxı şəhrinin mehrabı kəc düşmüşdü taətçün,  
Bu günlər rast oldu, çünki ol qiblənüma gəldi. 
Qədəm qoymaq dilərdi Əhximən mülki-Süleymanə,  
Süleymanın pənahı Asəf ibni-Bərxiya gəldi. 
Şəyatinlər üruç istərdilər mülki-səmavatə;  
O qövmin dəfinə tiri-şəhabi-pürbəla gəldi. 
Yetişdi hökmi-nafiz imperaturi-müəzzəmdən,  
Hüseynin nisbinə fərmani-şahi zil-üla gəldi. 
Hüseynin qəsdin etmişdi əgərçi Şümrsövlətlər,  
Bihəmdillah, bəlayə ol güruhi-əşqiya gəldi. 
Hüseyn namında çün məşhur idi imdadə yetməklik,  
Vilayət mülkünün şahı "vəliyyü innəma" gəldi. 
Əla, ey müftiyi-islam, nikunamü nikəncam- 
Ki, xaki-məqdəmin çeşmi-cahanə tutiya gəldi. 
Nə müddətdir vəfasız qövm içində zaru nalanəm- 
Ki, hər bir kinəvərdən, ya Hüseyn, yüz min cəfa gəldi! 
Dönüb tufani-Nuhə göz yaşım xəlqin bəlasından,  
Mənim, ey naxuda, gör başıma yüz macəra gəldi. 
Vəlakin sabir olmaq şiveyi-mərdani-salikdir,  
Hədisi-Müstəfadır: "Əlbəlaü lilvila"
*
gəldi. 
                                                          
*
 
Dostun bəlasını [qəbul etmişəm] (hədis). 


                                            
259 
  
Mərizi-fırqət idim, gəlməyindən şadman oldum,  
Dili-bimarıma nitqi-Məsihadən şəfa gəldi. 
İki müfti sənin tək gəlmiş idi şəhri-Şirvanə,  
Olardan Seyyidi-dilxəstəyə lütfü əta gəldi. 
Biri ali-Vidadi, zübdeyi-irfan Məhəmməd kim,  
Məhəmməd şərinə ondan rəvaci-bərməla gəldi. 
Biri Hacı Həmidi-zülməali, hamidi-həq kim,  
Gələn gün Şirvanə Qülzümi-cudü səxa gəldi. 
Bihəmdillah, üçüncü müfti sənsən, ey həya kani,  
Cahanı bəxş qıldın, zatüvə şərmü həya gəldi. 
  


                                            
260 
HACI HÜSEYN ƏFƏNDİYƏ 
Qəsidə 
O gün kim əhli Şirvan çıxdılar yeksər müsəllayə,  
Təzərrə qıldılar baran üçün rəbbi-təalayə. 
Açub əlavü əsfəl başların ağlardılar hər gün,  
Ucaldı nalələr yerdən təmamən ərşi-əlayə. 
Giriban çak olub ağlardılar biçarə aləmlər,  
Uşaqlar əldə Quranlar çıxardı gündə səhrayə. 
Zükur əhli çağurdi dadə yetsin şahi-Mərdani,  
Ünas əhli təvəssül qıldılar damani-Zəhrayə. 
Təvəqqə qıldılar islam əhli şahi-Bəthadən,  
Təzərrə qıldılar qövmi-nəsara ruhi-ülyayə. 
O alimlər ki, nitqindən olurdi mürdələr ehya,  
Olardan olmadı bir çarə hərgiz ərzi-muyayə. 
O fazillər ki pəst etmişdi feyzi abi-heyvani,  
Qalub zülmətdə, heyran, düşdilər bir özgə sevdayə. 
Oxundu daşə hər gün çox dualar nəşri-rəhmətçün,  
Və leykən düşmədi bir qətrə baran səhni-ğəbrayə. 
Zibəs əlğis, əlğis etdilər ol Xızrməqdəmlər,  
Yazıldı hərfi-ğeyni ya vü sa gərduni-xəzrayə. 
Əgərçi xatibi-tətazvadən kəsmədük ümmid,  
Və leykən abi-rəhmət enmədi kişti-təmənnayə. 
Ələndi su məqamından həvadən başlara pıtraq,  
Yanub nari-atəşdən gögdə quşlar, gəldi ğövğayə. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə