SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   49   50   51   52   53   54   55   56   ...   73

                                            
261 
  
Məzaci-dəhr oldi münqəlib nari-hərarətdən,  
Rütubati-tələttüf cisimiərdə dendi səxrayə. 
Töküldü suyə daşlar, səngdillər səxtzəm oldi,  
Çıxub əttövbə vəttövbə sevtt çərxi-minayə. 
Vəli bir Kəbəyi-fəzlün məqamın zahir etməkçün  
Yetürdi hatifi-qeybi Xəlili-cənnətəfzayə. 
Ki, ey sərdəftəri-ruhaniyan, məcüsi-vəhdətə  
Əgər bir şərhi-kafi istər olsun bu müəmmayə; 
  


                                            
262 
HACI HÜSEYN ƏFƏNDİYƏ  
Qəsidə 
Təvəqqüf eyləmə bir peyk qıl irsal bərqasa,  
Təzərre namisin təhrir qıl ol əbri-səqqayə. 
Xəbərdar eylə hali-mərəzdən sən ol Süleymani – 
Ki, hər muri Süleyman tək edübdür hökm dünyayə. 
O ustadi-müzzəm kim, onun yeksalə şagirdi  
Müəllimdür Cüneydi-Məğribiyyü ibn Cövzayə. 
Məhəmməd fitrətü Siddiq təsəddiqü Ömər sövlət, - 
Ki, zünnureyn tək ziynətfəzadur əmri-üqbayə. 
Əli rəsmü nəbi tiynət, Hüseyn namü Həsən xilqət, - 
Ki, xaki-məqdəmi bir tutiyadur çeşmi-şəhlayə. 
Əgər Musa əsa zərbilə su daşdan rəvan etdi,  
Bu, daşdan şəhdi-kövsər cari eyiər kuhü səhrayə. 
Təməllüqlər ki zülmət içrə Xızrə etdi İskəndər.  
Yetərdi mənzili-məqsudə, etsəydi bumövlayə. 
Bu ilhami yetürcək hatifi-qeyb, mələktiynət,  
Rovanə qıldı bir peyki-rəvan dərgahi-valayə,- 
Ki, ey dəryayi-rohmət, vey sohabi-şəfqətü rafət,  
Əla ey mədoni-ehsan, əla ey məkrəmətsayə; 
Səni verrəm qəsəm ol heft məft mərdi-kuhi-bənanə,  
Səni verrəm qəsəm əbdülçehelə, həft ğərrayə. 
Səni verrəm qəsəm miqatü həccü tövhü ehramə,  
Səni verrəm qəsəm tərvihü ləbbeykü müsəllayə. 
  


                                            
263 
  
Təvəqqüf eyləmə, təşrif qıl Şirvanə kim, yanduq,  
Sədayi-ələtəş yerdən çıxar xurşidi-əzrayə. 
Sərəfraz eylə, ey sərdari-aləm, əhli-islami,  
Düşübdür Bijəni-iqbalimiz bu çahi-yeldayə. 
Nə müddətdür ki, tihi-qəmdə sərgərdanü heyranuq,  
Yetişməz dəstimiz, fəryad kim, damani-Musayə. 
Nə müddətdür ki, gün altındayuq, səhradə sərgərdan,  
Dönübdür aşki-çeşmi-zarimiz yaquti-həmrayə. 
Dönübdür rudi-Nilə gərçi əşki-çeşmimiz, leykən  
Cəmali-Yusifi-məna gərək bəzmi-Züleyxayə. 
  


                                            
264 
HACI HÜSEYN ƏFƏNDİYƏ 
Qəsidə 
Bu peyğami eşitmək hüdhüdiindən ol ima nəzər  
Səvar oldu həman şəb bir səməndər bad peymayə. 
Məgər kim leylətül-əsradə soltani-hərəmdür bu,  
Olub rakib Büraqə əzm edüb mehrabi-əqsayə. 
O soltani-cəlalun Cəbrəil oldu cilvədari,  
Keçürdi qabi-qövsnyni, yetürdi bəzmi-əzmayə. 
Yetişdi bir zəman Şirvanə ol şahi-fələkşövkət – 
Ki, əhli düşmüşdü ğəmü ənduhi-üzmayə. 
Kənari-nəhri-sədi eylədi mənzil səadətlə, 
O nəhrün suyi döndi Kövsərü eynən təsəmmayə. 
Cəmalından təcəlla nuri oldi hər tərəf sate,  
Görən söylərdi kim, Musa gəlübdür Turi-Sinayə. 
Dutub yüz dərgəhi-həqqə ol şəh, zikr etməgin, ya rəbb,  
Həman ləbbeyk eydi yetdi guşi-əhli-mənayə. 
Ki, ey nayib, mənabi-nəqşbənd, şahi-dərvişan,  
Nə zəşmətdür ki, istisqa üçün gəldün bu məvayə. 
Əgər məqsud barandıır, bu xud bir əmri-asandur,  
Və gər xud abi-heyvandur sənündür ol fələkpayə. 
Əgər mənzur sudur, abi-kövsər yağdurum gögdən,  
Verüm nəşvü nəma, hər xar dönsün nəxli-Tubayə. 
Mələklər kim vəkilü hökmrani-badü barandur,  
Qulamundur təmami anlar, cy şahi-giranmayə. 
  


                                            
265 
Əgər hökm eyləsün, gögdən enər, yerdən çıxar baran,  
Dutər övrad bismillahü məcrihavü mürsayə. 
Həman dəm yağdı baran, eldi sirab əhli- 
Şirvani, Yetürdi əhli-Şirvan başini övci-Sürəyyayə. 
Dedi tarixi-sali ramzi-istisna ilə Seyyid, - 
Ki, tarix olmasun əhli-kəramət əhli-dünyayə. 
Əgər dal olmiyə, tarixidür ol sali-zibanun, 
Bu gün Hacı Hüseyn pirimiz çıxdı müsəllayə"   . 
Xülusi-qədr ilə xidmətlər etdin dövləti- 
Rusə, Nişanlar imperaturi-müəzzəmdən əta gəldi. 
Neçə illər onun əmrinə son övqat sərf etdin,  
Bu nəhv ilə vücudundan cahana incila gəldi. 
Danışsam hali-mazıdən o bir, "Şərhi-Mütəvvəl"dir,  
Bəşarətlər sənə, müstəqbələ, ey müqtəda, gəldi. 
Vüçudun oldu çün öz ülfətinlə murşidi-kamil,  
Sənə tədrisdə İdrisdən yüz mərhəba gəldi. 
Bu günlərdə səniləndir rəvaci-dini-peyğəmbər,  
Həzaran rövnəqə səyinlə şəri-Müstafa gəldi. 
  


                                            
266 
ƏBDÜLƏLİ BOYAQÇIZADƏYƏ 
Qəsidə 
Gəldi novruz, dəxi fəsli-gülüstan ulacaq.  
Bülbülün bağdə əlhanı nümayan olacaq. 
Mahi-azar hələ əvvəli-fərvərdindir,  
Dür nisar eyləyəcək, dövləti-niysan olacaq.  
Xəti-ənbərş ikəni -türreyi-dildarım tək,  
Səhnı-gülzar vali sünbülü reyhan olaçaq. 
Zülfi-hura kimi sünbül açacaq türrəsini,  
Bülbüli-bixəbərin halı porişan olacaq.  
Dönəcək Kövsərə ənharlərin suyu tamam,  
Bağlər qeyrəti-məmureyi-rizvan olacaq. 
Şişə əldə gələcək cümlə pərilər bağə,  
Oxuyub rindlər əfsunü qəzəlxan olacaq.  
Lalə cuş eyləyəcək xuni-Siyavuş kimi,  
Cənk üçün zali-folək Rüstəmi-dəstan olacaq.  
Lalərüxlər çıxacaq seyri-gülü gülzarə,  
Dağdil mən kimi hər bisərü saman olacaq.  
Ahuyi-çərx edəcək bürci-Həməldə məva,  
Ol qəzali-xütənim türfə qəzəlxan olacaq. 
Bağban bağı bu ayini-səfadə görcək,  
Sənəti-kamileyi-xaliqə heyran olacaq,  
Çıxacaq xosrovi-gül təxti-zümürrüdfamə,  
Bad təhrik edəcək misli-Süleyman olacaq. 
Rindlər oldə qədəh seyr edəcəklər bağı,  
Lalənin camı o dəm gövhəri-rəxşan olaçaq.  
Seyyida, həsrət ilə sən baxacaqsan bağə,  
Ciyərin qönçə kimi möhnət ilə qan olacaq. 
Verəcək rəng gülü laləyə səbbağı-qəza,  
Sibğətulla əsəri dəhrə nümayan olacaq.  
Bu xəmi-niliyi-gərdundən İsayi-həva,  
Müxtəlif rəngi-zərü hülyeyi-əlvan olacaq. 
Səndə sim olmuyacaq almağa hərgiz badə,  
Məşribin xuni-ciyər, həmdəmin əfqan olaçaq. 
    


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə