Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

27 
 
M.  Səfiyev  bir  müəllim  –  yazıçı  kimi  fəaliyyəti  dərindən  tədqiq 
edilməmiĢdisə  də,  sənədlərdən  məlum  olur  ki,  o,  yazıçılığa  müəllimlikdən 
baĢlamıĢdır... ―... Pedaqoji prosesi ədəbi yaradıcılıqla uzlaĢdırmıĢ, hər iki fəaliyyət 
dairəsi  ilə  xalqın  mənəvi  inkiĢafına,  gənclərin  tərbiyəsinin  yaxĢılaĢmasına 
çalıĢmıĢdır‖. 
Lənkəranda  ―müsəlman  məktəbi‖nin  mollaxanalara  nisbətən  mütərəqqi 
əhəmiyyətə malik olmasına baxmayaraq, bu məktəb yeni dövrün tələblərinə cavab 
verə bilmirdi. Lənkəranın qabaqcıl adamları, xüsusilə ziyalılar geniĢ dünyəvi təhsil 
verən  məktəb  açılmasını  arzulayırdılar.  Çar  Rusiyası  da  əyalətlərdə  rus  dilində 
məktəblər  açılmasını  özünə  xidmətçilər  hazırlanmasında  əsas  vasitə  hesab  edirdi. 
Ölkədə rus dilində ibtidai  məktəblər meydana gələrkən, onun ilk nümunələrindən 
biri  də  Lənkəran  məktəbi  oldu.  1856-cı  ildə  Lənkəran  Ģəhərində  ibtidai  məktəb 
fəaliyyətə  baĢladı.  Bununlada  Lənkəranda  ümumi  təhsil  verən  ilk  dövlət 
məktəbinin əsası qoyuldu. 
1856-cı  ildə  fəaliyyətə  baĢlayan  ibtidai  məktəb  –  ―Первоначалное 
училише‖  Lənkəranda  köhnə  xəstəxananın  yaxınlığında  Hacı  Nəsirin  mülkündə 
(bu  mülk  tikilən  gündən  Hacı  Nəsirin  babası  onu  məktəbə  kirayə  vermiĢdir) 
mövcud  olmuĢdur.  Sonralar  bu  məktəb  ―ġəhər  məktəbi‖  (Городское  училише), 
sovet  dövründə  ―Birdərəcəli  məktəb‖  adlanmıĢdır.  1907-ci  ildən  həmin  məktəb 
―Üsuli  –  cədid‖lə  birlikdə  indiki  1  №-li  Ģəhər  orta  məktəbinin  köhnə  binasına 
köçürülmüĢdür. 
Lənkəran  ibtidai  məktəbinə  bütün  təbəqələrdən  olan  8  yaĢlı  oğlan  uĢaqları 
qəbul  olunurdu.  Məktəbə  qəbul  olunanlardan  nə  təhsil  haqqı,  nə  də  təxmini  bilik 
tələb  edilirdi.  Məktəbə  ilk  dəfə  53  Ģagird  cəlb  edilmiĢdi.  ġagirdlərin  milli  tərkibi 
müxtəlif idi. Onlardan 30 nəfər azərbaycanlı, 11 nəfəri rus, 12 nəfəri isə erməni idi. 
Tədris  planına  aĢağıdakı  fənlər  daxil  idi:  Ģəriət,  rus  dilində  oxu  və  yazı, 
Azərbaycan dilində oxü və yazı, hesabdan ilk 4 əməl. 
Məktəbə  rəhbərliyi  rud  dili  müəlliminə  həvalə  etmiĢdilər.  ġəriət  və 
Azərbaycan dili dərslərini yerli mollalar tədris edirdilər. Bunların arasında da geniĢ 
bilikli,  yenilik  tərəfdarı  olanlar,  yaradıcı  adamlar  olurdu.  Məhz  Lənkəran 
məktəbinin ilk Azərbaycan dili və Ģəriət müəllimlərindən Mirzə Səfər Məmmədov, 
Molla  Mirzə  Əli  Axundov,  Mirzə  Səidəli  Kazımbəyov  Bakıda  qəza  məktəbini 
bitirmiĢdi. M. S. Məmmədov isə məscid mollasının yanında təhsil alsa da, 1857-ci 
ildə Tiflisə  gedərək Tiflis  gimnaziyasında imtihan vermək  yolu ilə ibtidai  məktəb 
müəllimi adını almıĢdı. 
Məktəbin müəllimləri sırasında M. Ġ. Axundovun (Qasir  – 1805 - 1900) və 
T. Bayraməlibəyovun (1862 - 1937) xidmətləri çox böyük olmuĢdur. Rus dilindən 
dərs  deyən  T.  Bayraməlibəyov  təkcə  müəllimlik  etməmiĢ,  həm  də  elmi  axtarıĢlar 
aparmıĢdır. 
21 dekabr 1864-cü ildə Qafqaz və Zaqafqaziya, o cümlədən Bakı quberniya 
idarəsinin  tədris  müəssisələri  baĢ  inspektoruna  Lənkəran  ibtidai  nəzarətçisi 


28 
 
tərəfindən raport verilir. Raportda məktəbin Ģəriət müəllimi Axundov Molla Mirzə 
Əli Əlimirzə  oğlunun vəfatından danıĢılır. Bu sənəddə  onun  yerinə  Mirzə  Səidəli 
Kazımbəyovun müəllim təyin olunduğu məlum olur. Mirzə Səidəli Kazımbəyovun 
1864-cü ildən 8 aprel 1872-ci ilədək (8 il) Lənkəranda müəllimlik etdiyi aydınlaĢır.  
Qeyd  etməliyik  ki,  bu  Ģəxsiyyətin  müəllimlik  fəaliyyətinin  dəqiq 
öyrənilməsi  həm  pedaqoji  ictimaiyyətimiz,  həm  də  tarixçilərimiz  üçün  çox 
faydalıdır.  ―XIX  əsrin  II  yarısında  Azərbaycan  tarixĢünaslığı‖    kitabında  onun 
―Cəvahirnameyi  –  Lənkəran‖  əsəri  barədə  10  səhifəyə  qədər  məlumat  verilir. 
Oradaca  deyilir:  ―Səidəlinin  qələminə  mənsub  olan,  TalıĢ  ölkəsinin  iqtisadi  və 
tarixi  həyatından  bəhs  edən‖  ―Cəvahirnameyi  –  Lənkəran‖  öz  həcminə  görə  çox 
kiçik  olsa  da,  mündəricəsi  etibarilə  olduqca  qiymətli  əsərdir‖.  Əsərin  müəllifi  öz 
adının  Səidəli,  atasının  isə  Kazım  bəy  olduğunu  qeyd  edir.  Rus  dilində  olan 
sənədlərdə bu Ģəxsin adı ―Мирзе Саид Али бек Казымбеков‖ kimi göstərilir. 
 Səidəli  Kazımbəyovun  müəllimlik  fəaliyyəti,  onun  M.  Ġ.  Qasirin  rəhbərlik 
etdiyi ―Fövcül – füsəha‖ ədəbi məclisində iĢtirakı bu görkəmli Ģəxsiyyət haqqında 
müəyyən fikir söyləməyə imkan verir. 
S.  Kazımbəyoğlu  ―Cəvahirnameyi  –  Lənkəran‖  əsərində  bir  müəllim, 
tərbiyəçi  kimi  danıĢır.  Xalqa  nəyi  isə  öyrətməyə  çalıĢır.  O  yazır:  ―Hər  Ģəxs  hansı 
bir  yerdə  yaĢayırsa  –  yaĢasın,  o  öz  bədəninin  sağlamlığını  yaĢadığı  yerə 
uyğunlaĢdırmalıdır. Əgər bunun əksini edərsə, xəstəliyə və dərdə səbəb olar. Əgər 
ona  xəstəlik  üz  verərsə,  bu  adamın  yaĢadığı  yerin  pisliyindən  deyil,  əksinə,  o 
Ģəxsin cəhalətindən baĢ verir‖. 
Müəllifin,  yəni  mövcud  məktəbin ilk  müəllimlərindən birinin elm aləminə 
yenicə  məlum  olan  bu  əsərindəki  tarix,  coğrafiya,  poeziya,  etnoqrafiya,  tibb  və.s 
haqqında  fikirlərindən  bu  gün  də  istifadə  etmək  olar.  Y.  Mirzəzadə  bildirir  ki, 
Səidəli bəy bu əsərini 1869-cü ildə yazmıĢdır. 
Deməli  S.  Kazımbəyoğlu  əsəri  ölümündən  3  il  əvvəl,  həm  də  müəllimlik 
etdiyi dövrdə tamamlamıĢdır. 
3  noyabr  1876-cı  ildən  S.  Kazımbəyoğlunu  məktəbdə  oğlu  Mirzə  Nəsrulla 
Səidəli oğlu Kazımbəyov əvəz edir. 
 
 
M. Ġ. QASĠR VƏ ONUN ƏDƏBĠ ĠRSĠ 
 
XIX  əsr  Azərbaycan  poeziyasının  görkəmli  nümayəndələrindən  Mirzə 
Ġsmayıl  Qasir  ictimai  və  pedaqoji  fikrimizin  inkiĢafı  tarixində  özünəməxsus 
yerlərdən  birini  tutur.  Onun  lirik  –  aĢiqanə  və  dövrünün  qüsurlarını,  ictimai 
fənalıqlarını əks etdirən tənqidi – realist Ģerləri maarifçi – realist poeziyanın yaxĢı 
nümunələrindəndir.  M.  Ġ.  Qasir  S.  Ə.  ġirvaninin  müasiri  və  yaxın  dostu  idi. 
Təsadüfi deyildir ki, S. Əzim Qasir haqqında bu misraları:  
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə