Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

33 
 
Ģerlərindən belə məlum olur ki, o, müasirlərindən hər kimlə Ģahmat oynamıĢsa, onu 
çox asanlıqla məğlubiyyətə uğratmıĢdır‖. 
Lənkəranın  fanatik  ruhaniləri  və  cəhalətpərəstləri  bu  görkəmli  müəllimi, 
onun  yaxın dostlarını ləkələməyə  çalıĢır, xüsusilə  Qasiri  xalqın  gözündən  salmaq 
üçün  ―babi‖  adlandırırdılar.  Belə  bir  Ģəraitdə  Qasir  bir  tərəfdən  xalqın  geriliyinə, 
avamlığına acıyır, digər tərəfdən isə onu cəhalətdə saxlamaq istəyənləri ifĢa edirdi. 
Qasirin müəllim yoldaĢlarından Mirzə Əziz oğlu Əliyevin Ģəhər məktəbində 
indiki zəng əvəzinə tənəffüsə çıxmaq üçün Ģagirdlərin öxuduğu duanı ləğv etməsi 
ruhani  dairələrinin  böyük  narazılığına  səbəb  olur.  Lakin  onun  bu  hərəkətini  Qasir 
və  baĢqa  yenilikçi  müəllimlər  yaxĢı  qarĢılamıĢ,  duanın  əvəzinə  yazılmıĢ  yeni  bir 
Ģeri hər yerdə yaymağa çalıĢmıĢdır. Dərsin belə bir sonluqla bitməsi o zaman üçün 
yenilik  idi.  Lənkəran  məktəbində  dərs  deyəndə  Ģair  təbiətli  müəllimlərin 
əksəriyyətinə  bu  hadisə  öz  təsirini  göstərirdi.  Buna  görə  də  bu  yenilik  Lənkəran 
Ģəhər  məktəbində  də  qəbul  edildi.  Mirzə  Əziz  Əliyev  müəllimlik  ustalığına, 
cəhaləti və mövhümatı tənqid etməsinə görə daha maraqlı Ģəxsiyyətdir. Mirzə Əziz 
məĢhur  ĢərqĢünas  akademik  B.  Millerlə  dostluq  əlaqəsi  saxlamıĢdır.  27  dekabr 
1925-ci  il  tarixdə  farsca  yazdığı  bir  məktubda  B.  Millerin  Mirzə  Əzizin  oğlu, 
məĢhur  müəllim  Mirzə  Ağaəli  Əliyevlə  də  bu  dostluğu  davam  etdirdiyini  yəqin 
etmək olar. 
1906-cı  ildə  Mirzə  Əzizin  məktəbində  təhsil  alan  dayım  misgər  Heydər 
Qasımov öz müəllimi haqqında xatirələrində deyir ki, Mirzə Əziz ailə tərbiyəsinə 
böyük diqqət yetirir, öz övladlarını məktəbə qoymayan, onların tərbiyəsi ilə məĢğul 
olmayan  valideynləri  məclislərdə  məzəmmət  edirdi.  Elmin,  məktəbin  feyzindən 
danıĢarkən o tez – tez deyirdi: 
 
Atadan tərbiyə təsir eləyər övlada, 
         Təkcə təlim – müəllim yetə bilməz dadə. 
 
Mirzə Ġsmayıl Qasir fəaliyyətə baĢladığı ilk gündən bir  maarifpərvər ziyalı 
kimi dövrünün gənclərini köhnə təlim üsulundan uzaqlaĢdırmağı və dini – sxolastik 
fənlərdən tamamilə fərqlənən yeni qaydada dünyəvi elmlərlə tanıĢ etməyi qarĢısına 
bir  məqsəd  qoyur.  Bundan  baĢqa  o,  valideyinlərlə  ciddi  əlaqə  saxlamağə,  Ģəhər 
əhalisi  ilə  qaynayıb  –  qarıĢmağı  və  xalqın  dünyagörüĢünə  təsir  göstərməyi  də 
baĢlıca  vəzifə  hesab  edir.  Dediklərimizi  o  dövrün  mütərəqqi  fikirli  Ģəxslərindən 
sayılan,  M.  F.  Axundovun  yeznəsi  Əsgərxan  bəyə  yazılan  mənzum  məktubdan 
daha aydın görmək olar: 
 
ĠnĢallah eyləyər ömr vəfa, bəxt mədəd, 
   Görər onlar da bizim dərsu dəbistanımızı. 
 


34 
 
M.  Ġ.  Qasir  Lənkəranın  gəncləri  və  yaĢlıları  arasında  kitabı  və  mütaliəni 
geniĢ təbliğ etmiĢdir. Bir dəfə o oxumaq üçün ondan bir kitab istəyən Mirzə Qəni 
adlı birisinə yazır: (farscadan sətri tərcümədi): 
 
                           Ey dost, əgər oxumaq üçün əlinə kitab düĢərsə, 
                           Bil ki, həqiqətən kitab arzu edənlərə lazımdır. 
    Bu hadisəni mən də dönə - dönə imtahan etmiĢəm. 
                            Kitab həmiĢə könül qönçəsini gül kimi açandır. 
           O, aĢiqlərin fikir dünyasını gözəllər məskəninə çevirər, 
                            Ġnsan qəlbi gülüstansa, onun bəzəyi kitabdır. 
 
Ruhani və cəhalətpərəstlər Qasir kimi müəllimlərlə, getdikcə geniĢlənməkdə 
olan  yenilikçilər  cəbhəsini  ayrı  –  ayrı  üzvləri  ilə  barıĢmır,  yuxarıda  dediyim  ki, 
onları  ləkələməyə  çalıĢırdı.  Onlar  Qasiri  və  dostlarını  ―babi‖  (babi  məzhəbinə 
mənsub  adam,  məcazi  mənada  ―dinsiz‖)  adlandırıd,  onlarla  salamlaĢarkən  əllərini 
ətəklərinə bürüyüb, o vaxtın adətinə görə ―müsafihə‖ edirmiĢlər. Məhz bu səbəblər 
Qasiri həcv və ya satirik Ģerlər yazmağa məcbur edir. Qasir ―KiĢilər‖ rədifli Ģerində 
―cəhalətpərəstləri‖ kinayə ilə ―məzhəbi pak‖, ―sahibi - iman‖, ―yalançı müsəlman‖ 
adlandırır. O, nadanların əlindən təngə gəldiyini bildirir:  
 
EĢidin bu sözü, ey sahibi – iman kiĢilər 
         Məzhəbi pak, özü pak, ey müsəlman kiĢilər. 
                Lənkəranda görəsən mən kimə naxoĢ demiĢəm, 
      Ya kimin kasəsinə, kisəsinə boĢ demiĢəm? 
         Ya kimin atına durĢ, əĢĢəyinə hoĢ demiĢəm. 
                 Ya ki mən hansı görək adama sərxoĢ demiĢəm? 
         Ta ki, məndən ola bir kimsəyə üsyan, kiĢilər. 
        Mənə ―babi‖ deyən heç etməyib əndiĢəsini, 
                                    Ġstəyibdir mənə isbat edə öz peĢəsini. 
 Bir baxın anlamaza, daĢa çalıb riĢəsini, 
        Yazaram mən ona bu növ ilə dastan, kiĢilər. 
 
M. Ġ. Qasir mövhumat və cəhalətin tənqidi, maarifçilik ideyasının təbliği ilə 
kifayətlənmir.  Akad.  F.  Qasımzadə  ―XIX  əsr  Azərbaycan  ədəbiyyatı  tarixi‖ 
kitabında yazır: ―M. Ġ. Qasir ―Əskinaz‖ Ģerində pulun insanlarda xəsislik, yaltaqlıq, 
yalançılıq  kimi  alçaq  sifətlər  doğurduğunu,  yaxın  dostu,  qohum  –  qardaĢı  bir  – 
birinə düĢmən etdiyini, ümumiyyətlə pulun sinifli cəmiyyətdə oynadığı mənfi rolu 
göstərir. Eyni ideyanı Ģair ―Qara pul‖, ―Yarəb nə Ģüurdur ki, tutubdur cahanı pul‖, 
―Yaran, tutub afaqı hamı qəm bahalıqdan‖ Ģerlərində də təkrar edir‖. 
M.  Ġ.  Qasir  qeyrətli  bir  müsəlman  kimi  qadın  hüquqsuzluğuna  qarĢı  çıxır. 
Az yaĢlı qızları məktəbə göndərməkdənsə, pula satan tamahkar və qeyrətsiz ataları 


35 
 
satira  atəĢinə  tutur.  Maraqlı  burasıdır  ki,  Qasir  belə  əməllərin  məhz  ―hacı 
filanlardan‖ baĢ verdiyini söyləyir.  
 
 
                                       Hacı filani öz qızını Ģəhərə verdi. 
      Yəni ki, bizim türki dilican, ərə verdi. 
              YaxĢı – yamanın eyləməyib heç təfəhhüs, 
  Əlhəqq, o biçarəni simu zərə verdi. 
 
                                       Öz nökərinə versə idi, kər bu ayağdan. 
         Heç kimsə deməzdi ki, qızı nökərə verdi 
            Söylər tanıyanlar hamı: ―Əfsus o qızdan‖, 
 Ahu pərini bir yekə nərrəxərə verdi. 
Söylüyüblər ―qızı ver itə, iti aldat‖, 
       Bu, səhv eləyib, qoydu iti, əntərə verdi. 
 
Lənkəranda  bir  ictimaiyyətçi  və  müəllim  –  Ģair  kimi  məĢhur  olan  M.  Ġ. 
Qasir  qocalığına  görə  bir  müddət  məktəbdən  uzaqlaĢır,  Bakıya  köçür.  Burada 
Bakının  müəllim  və  Ģairləri  ilə,  ―MəcməüĢ  –  Ģüəra‖  üzvləri  ilə  əlaqə  saxlayır. 
Lakin  S.  Ə.  ġirvaninin  zarafatla  yazdığı  mənzum  məktubundan  sonra  o,  fikrini 
dəyiĢir. S. Əzim yazır:  
 
Sən gərəkdir açasan məktəbi – tədris – bəlis, 
                               Olasan Ģamu səhər vəsvəsəguyan, Qasir. 
 
Seyid Əzim  köhnəpərəstlərin dilindən  məzəli Ģəkildə  deyir ki,  Qasir  gərək 
―Ģeytanlara  məxsus‖  məktəbdən  əl  çəkməyəydi,  ―gecə  -  gündüz  tərəddüdlər  və 
Ģübhələrdən‖ danıĢaydı. ġamaxıda Seyid Əzim də köhnəpərəstlərin təqibinə məruz 
qalmıĢ,  lakin  o,  fikrindən  dönməmiĢ,  dözümsüzlüyü  ucundan  Qasirin  məktəbdən 
uzaqlaĢmasına  təəssüfləndiyini  bildirmiĢdi.  Qasir  yenidən  Lənkərana  gəlib 
müəllimlik fəaliyyətini davam etdirmiĢdir.  
Lənkəran  məktəbində  getdikcə  çətinləĢən  yeknəsəq  həyat  tərzi,  qocalıq  bu 
zəhmətkeĢ  insanı  əldən  salır.  O  bir  sıra  Ģerlərində  zəmanəsindən,  məiĢətdəki 
çətinliklərdən ürək ağrısı ilə söhbət açır. 
Qasir  ömrünün  sonlarında  müəllimlik  sənətilə  məĢhur  ola  bilmədiyinə, 
əlinin incəlik və təravətdən, xəttinin isə adət etdiyi gözəllikdən məhrum olduğuna 
təəssüf edir: 
 
Heyf, əlim düĢdü təravətindən, 
 Xəttim o xoĢ təriqi – adətindən. 
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə