“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə29/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

60

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

müddәt xaricdә çalışan Əbdüs Sәlam vә

Oqtay Sinanoğlu daha çox elmi nailiyyәt

әldә etmiş, dünya miqyasında daha çox ta -

nına bilmişlәr. Xudu Mәmmәdov isә gәnc

yaşlarında böyük şöhrәt qazansa da, öz

ölkәsinә erkәn qayıtdığı üçün dünya elm

mәrkәzlәrindәn bir növ aralı düşmüş vә nә

yaxşı ki, böyük elmi potensialını fәlsәfi yara -

dıcılığa vә elm maarifçiliyinә yönәltmәklә

millәtә heç olmasa, bu istiqamәtdә fayda

verә bil mişdir. Onun kristalloqrafiya sahәsindә

ixtiraları elә o dövrdәcә dünya elmi tәrәfin -

dәn mәnimsәnildiyi vә indi, bәlkә dә, köh -

nәl diyi halda, ümumiyyәtlә, elm haqqında,

onun tәşkilati mәsәlәlәri, ictimai tәrәqqidәki

rolu haqqında, habelә daha çox dәrәcәdә

fәlsәfi mәzmun daşıyan strukturların sәnәtdә

vә elmdә adekvatlığı barәdә yazdığı әsәrlәr

elmi  dünyagörüşünün  formalaş ma sın da  öz

böyük әhәmiyyәtini indi dә saxlayır.

Əbdüs Sәlamın dünyanın әn mәşhur elmi

mәrkәzlәrindә tәdqiqat aparmaq imkan ları

olduğu halda, dönә-dönә vәtәnә qayıdaraq

burda da müәyyәn bir elmi mühit yaratmaq

cәhdlәri vә nәhayәt, bu da baş tutmadıqda

Avropanın әn gözәl guşәlә rin dәn birindә

(Triyest, İtaliya) inkişaf etmәkdә olan ölkәlә -

rin gәnc fiziklәri üçün tәdqiqat mәrkәzi

açdırmağa nail olması, hәr il öz ölkәsindәn

vә digәr müsәlman ölkәlәrindәn bura on-

larla istedadlı gәnc alim cәlb edәrәk bütöv lük -

dә islam dünyasında elmin gәlәcәk inkişafı

üçün potensial hazırlaması – bütün bunlar

alimin böyük vәtәndaşlıq miqya sın da yox,

daha bö 

yük miqyasda – bir müsәl 

man

tәәssüb keşliyi şәklindә dә üzә çıxırdı.



Oqtay Sinanoğlunda isә türkçülük daha

qüvvәtlidir. O, dindәn dә әvvәl dil haq qın -

da, millәt haqqında düşünür. Türk dünya -

sın da müqtәdir bir elm dilinin formalaşması

uğrunda mübarizә aparır. Qazandığı bütün

nailiyyәtlәr, mükafatlar, titullar onun üçün

ancaq millәtә xidmәt müstәvisindә dәyәr

kәsb edir.

Bu kitabda, bәlkә dә, tәsadüfәn alınan әn

maraqlı cәhәtlәrdәn biri islamçılıq, türk -

çülük vә müasirlik ideyalarının vәhdәtidir.

Bu böyük şәxsiyyәtlәri öz konkret tәdqiqat

sahәlәrindәn kәnara çıxaraq bütövlükdә elm

vә onun milli tәrәqqidә rolu haqqında

düşünmәyә, öz ölkәlәrindә elmi mühit vә

kadr potensialı yaratmaq üçün çalışmağa

vadar edәn, әslindә, eyni bir sәbәbdir –

әqidә müәyyәnliyi, milli qeyrәt, dövlәtçilik

ruhu!

Biz indi Əbdüs Sәlamın nәzәri fizika,



Xudu Mәmmәdovun kristalların quruluşu

vә O.Sinanoğlunun kvant kimyası sahә sin -

dәki nailiyyәtlәrindәn bәhs etmә yәrәk, onla -

rın hәr üçünün, ümumiyyәtlә, elm haq qın da,

elm vә din, elm vә dil, elm vә sәnәt haq -

qında yazdıqları әsәrlәri bir kitabda oxucu-

lara tәqdim edirik.

Onu da qeyd edәk ki, bu sәtirlәrin müәl -

li finin sovet dövründә elm haqqında yazdığı

öz kitabını da yuxarıda adlarını çәkdiyimiz

әsәrlәr sırasına qatması heç dә bu böyük

alimlәrlә yanaşı durmaq iddia sın dan irәli

gәlmәyәrәk, elm haqqında, hәqiqә tәn, hәrtә -

rәfli tәsәvvür yaratmaq istәyinin nәticәsidir.

Belә ki, elm vә din, elm vә dil, elm vә sәnәt

möv zuları  nә  qәdәr  әhәmiy yәt  li  olsa  da,

prob  lemin  tam  şәkildә  açılmasına  imkan

vermir. Elmin texnika vә istehsalla, ictimai-

iqtisadi hәyatla әlaqәsi müәyyәnlәş 

di 


ril 

-

mәdәn, elm haqqında tam tәsәvvür yarat maq



mümkün deyil. Ona görә dә biz elm haq -

qında elm bölmәsini dә kitaba daxil etdik.

Bundan әlavә, müәllif özünün “elm vә dil”

mövzusunda hәlә o vaxt, sovetlәr dağılmağa

başlayan dövrdә yazdığı mәqa 

lәsi 


ni dә

eyniadlı fәslә daxil etmişdir. Düşünürük ki,

bu mövzu idi dә aktualdır.

Belә ki, biz tәkcә millәtlәşmәyә yeni-yeni

başlamırıq; biz elmlәşmәyә vә elmi-fәlsәfi

özünüdәrkә dә yeni-yeni başlayırıq...




61

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

XX әsr dünya şöhrәtli Azәrbaycan kimya

mәktәbinin yaranması vә inkişafı әsri kimi

qeyd oluna bilәr. Azәrbaycan kimya mәktә bi -

nin әsasını qoyan görkәmli alimlәrimiz, aka -

de 

miklәr Y.H.Mәmmәdәliyev, V.S.Əli 



yev,

Ə.M.Quliyev, M.F.Nağıyev, S.C.Meh di yev vә

s.  bu  mәktәbin  layiqli  da vam çı larını  da  hazır -

lamışlar. Bu alimlәr ölkәmizdә tәkcә kimya

elminin inkişafını tәmin etmәmiş, eyni za-

manda yüksәkixtisaslı kadrların hazırlan ması

üçün dә böyük әmәk sәrf etmişlәr. Bunun

nәticәsi olaraq ali tәhsil ocaqlarında gәlәcәyin

tanınmış alimlәri olacaq yüksәkixtisaslı kadr-

lar hazırlanmışdır. Bu kadrların bir çoxu artıq

tanınmış alimlәrdir vә ölkәmizin kimya elmini

dünyanın bir çox ölkәlәrindә yüksәk sәviy -

yәdә tәmsil edirlәr. Belә alimlәrdәn biri dә

hazırda Rusiya Elmlәr Akademiyasının Kazan

Elmi Mәrkәzinin Üzvi vә Fiziki Kimya İnsti-

tutunun heterosiklik birlәşmәlәr kimyası

laboratoriyasının müdiri, kimya elmlәri dok-

toru, professor, 1997-ci ildәn Yaponiya Kimya

Cәmiyyәtinin üzvü Vahid Abdulla oğlu

Mәmmәdovdur.

Vahid Mәmmәdov 1959-cu il iyulun 1-dә

Azәr baycan Respublikasının Zaqatala rayo -

nunun Lahıc kәndindә anadan olmuşdur.

1981-ci ildә indiki Bakı Dövlәt Universitetinin

kimya fakültәsini fәrqlәnmә diplomu ilә

bitirib, 1981–1985-ci illәrdә respublika mızın bir

neçә kimya institutunda işlәyib. 1985-ci ildә

SSRİ Elmlәr Akademiyasının Kazan filialının

(indi Rusiya Elmlәr Akade miyasının Kazan

Elmi Mәrkәzi adlanır) A.E.Arbuzov adına

Üzvi vә Fiziki Kimya İnstitutunun aspiran tu -

ra 


sına daxil olub vә 1989-cu ildә “α-xlor 

-

ketonların sintezi vә xassәlәri” mövzu sunda



namizәdlik disserta si yası müdafiә edib.

1997–1998-ci illәrdә postdok kimi Yapo -

niyanın Okoyama Universitetinin professoru

Sadao Suboyun yanında çalışıb. Bu dövrdә

yapon hәmkarları ilә birlikdә (xәrçәng xәs tәli -

yi nә qarşı) müasir, yüksәk effektli Taxol vә

Taxo tere preparatlarının sintezi üsullarının işlә -

nib hazırlanması sahәsindә tәdqiqatlar aparıb.

1999-cu ildә V.Mәmmәdov “Alfa, alfa-

dixlorkarbonil birlәşmә-aldehid (keton, azo me -

tin) – әsas sistemindә reaksiyalar” möv zu  sunda

doktorluq dissertasiyası müdafiә edib. 2002-ci

ildә o, Rusiya Elmlәr Akademiyasının Kazan

Elmi Mәrkәzinin A.E.Arbuzov adına Üzvi vә

Fiziki Kimya İnstitutunun heterosiklik birlәş -

mәlәr laboratoriyasının müdiri tәyin olunub.

Kimya elmlәri doktoru, professor V.Mәm -

mәdov heterosiklik birlәşmәlәr kim 

yası

sahәsindә görkәmli alimdir. Onun 150-dәn



çox elmi әsәri çap olunub vә onlar 3-, 5-, 6- vә

7- üzvlü heterosiklik birlәşmәlәrin sintezi,

strukturunun tәdqiqi, reaksiya qabiliy yәtlә -

rinin, reaksiya mexanizmlәrinin, tәbii dәrman

preparatlarının kimyasının öyrәnil mә si vә fer-

mantativ sintezi üsullarının tәdqi qinә aiddir.

V.Mәmmәdov 1990-cı ildә Latviyada, 1994-cü

ildә Hollandiyada, 1997 vә 2012-ci illәrdә ABŞ-da,

1997 vә 2000-ci illәrdә Yaponiyada, 2002-ci



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə