“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

çox böyük ziyanları var. Çoxlu spirt istifadə

etmək səfalətə gətirib çıxarır və mütəmadi kokain

istifadə etmək Sizi həyatın quluna çevirərək

insanın ölümünü tezləşdirir.  

Gəlin o biri canlıları da unutmayaq. Pişiklərin

müxtəlif vaxtda yuxuya getməsi müşahidə olunur

və buna onurğa beynindən ayrılan maye səbəb

olur. Bu mayenin təsiri altında insanlar da dərhal

yuxuya gedir. 

Bu birləşmənin və disparlurenin hər ikisi yağ

turşularının törəmələridir. Bunlar insanların bir

çox qida problemlərinin xüsusiyyətini müəyyən

edən molekullar olduğu üçün hal‐hazırda diqqət

mərkəzindədir. Yağ turşular pəhrizin tərəfdarıdır

və daimi doymuş, monodoymamış, polidoy ‐

mamış turşuların keyfiyyətləri ( pis və ya yaxşı)

barədə xəbər verilir. Təbii ki, bu da üzvi kimya ‐

dır. Ağartı məhsullarının tərkibində olan QLT

(qoşulmuş linol turşusu) xərçəng əleyhinə isti ‐

fadə olunur.

Başqa faydalı maddə rezveratroldur, bu da

qırmızı çaxırın tərkibində olur və ürək xəstə ‐

liklərinin qarşısını almaq üçün faydalı təsir göstə ‐

rir. Bu, iki benzol həlqəsindən ibarət olan üzvi

birləşmədir. 

Bizim qəbul etdiyimiz daha bir birləşmə

C vitaminidir. Bu birləşmə qida rasionumuzun

vacib faktoru olduğu üçün vitamin adlanır.

C vitaminin çatışmazlığı nəticəsində yumşaq

toxumaların, xüsusilə də ağızda olan yum ‐

şaq toxuma ların degenerasiyası baş verir – bu

da sinqa xəstəliyi adlanır. Uzun səyahətə

çıxan dənizçilər bu xəstəlikdən əziyyət çəkir ‐

lər (Xristofor Kolumb bu xəstə lik dən əziyyət

çəkib). C vitamin primatlar, meyvə yarasa ‐

ları, dəniz donuzları üçün vacib 

dir. Digər

məməlilər C vitaminini özləri hazırlayırlar.

Bu vitamin, həmçinin universal antioksi ‐

dant dır. C vitamini sərbəst radi kalları bədəndə

təmizləyərək, bizi xərçəg xəstəliyindən qoru ‐

yur. Bəzi insanlar fikirlə şir lər ki, bu birləş ‐

mənin artıq istehlakı bizi zökəmdən qoru yur,

ancaq bu hələ də tam sübut olunmamışdır.    



Akif ӘZ  ZOV, 

k.e.d., professor AMEA‐nın 

müxbir üzvü

Leylufər ӘLİYEVA, 

t.e.d, professor                   

58

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



rezveratrol – üzüm qabığından alınır (qırmızı  çaxırda

olan birləşmədir)

İ


İnsan bədəninin forması materiyanın 7 pil ‐

ləsindən ibarətdir. Bu 7 substansiya bir‐bi ‐

rindən sıxlıq və vibrasiyaya görə fərqlənir.

Bizim bədənimiz maddənin üç halından for ‐

malaşmışdır: bərk, maye və qaz halı. 

Vahid insan vücudunda ruh və bədən

birləşmişdir. Ruh – ali başlanğıcdır, bədənə

həyat verir, onu şövqləndirir. Bədən – insan

üçün imtahandır. Bədən ruha özünü ifadə

etməyə, inkişaf etməyə, təkmilləşməyə, digər

insanlara yardım etməyə imkan verir. Әgər bu

baş verməzsə, bədən ruhu çətinliyə salır: ona

şəhvani ehtiras və ondan yaranan xəstəliklər

ötürür. 


Fiziki bədənin dəqiq surəti «efir bədəni»dir

(hər insanda var). 

«Efir bədəni» – insanın fiziki formasının

əsas landığı bir nümunədir, bu, fiziki formanı

həyat enerjisi ilə doldurur. «Efir bədəni»ndə

psixi mərkəzlər – çakralar yerləşir. Әgər

insanları «Mən» – ali ruh, Şüur («zərif» bədən)

və bədən (fiziki bədən) terminləri ilə nəzərdən

keçirsək, çakralar Şüur («zərif» bədən) mexa ‐

nizminin hissələri deməkdir. Baxmayaraq ki,

şüur vahiddir, onun öyrənilməsi üçün qədim

yoqalar, daoslar, şamanlar və müasir ezote ‐

riklər (transsendentalistlər) və dinin mistik

istiqamətlərinin tərəfdarları onu «hissələr»ə

ayırırlar. İnsan şüurunun və ya «zərif» bədəni ‐

nin məkanı riyazi nöqteyi‐nəzərdən çox ölçü ‐

lüdür və bizim dörd ölçülü Evklid məkan‐zamanı

ilə oxşar deyil, buna görə də Şüuru birmənalı

olaraq hissələrə ayırmaq olmaz, necə ki, məsə ‐

lən, fiziki bədəni əllərə, ayaqlara, qarına, beyinə,

ağciyərlərə və s. ayırırlar. Bölgü üsulundan

(müxtəlif koordinasiya sistemlərinin proyeksi ‐

yala rından) asılı olaraq, şüurun müxtəlif yol‐

larla izahı meydana gəlmişdir. Buna görə də

müxtəlif dinlər və təlimlər Şüuru fərqli şəkildə

və fərqli sayda hissələrə ayırırlar. Oxşarlıq

prinsipinə əsasən (elmdə nümunəsi fraktal və

holoqramlar) mistika elmində (şüur elmində)

hesab olunur ki, insan vücudu Kainatın vücu ‐

duna oxşardır, buna görə də insan bədənin ‐

dəki psixi mərkəzlər sistemi Kainatın çoxsə viy yəli

quruluş sistemi kimidir. Bu da dinlərdə və

mistik təlimlərdə özünü göstərir: 7 səma,

7 çakra, 7 əsas rəng... 

Qədim Misirin gizli təcrübələrindən Uzaq

Şimal xalqlarının ənənə və ayinlərinə kimi bütün

dünya mənəvi təlimlərinin mərkəzi ideyası

ondan ibarətdir ki, insan – yalnız fiziki bədən

deyil, həm də hər şeydən öncə enerji infor‐

masiya strukturudur. Məhz enerji fiziki bədəndə

baş verən proseslərin əsasında dayanır, həm ‐

çinin bizi digər insanlarla əlaqələndirir. Ona

görə də sağlamlığın, ətrafla münasibətdə har ‐

moniyanın əldə olunması üçün, o cümlə dən

pozitiv həyat situasiyalarının təşviqi üçün in‐

sana enerjini idarə etmək bacarığı lazımdır. 

Biz hamımız fiziki bədənimizin qayğısına

qalırıq: imkan daxilində keyfiyyətli qida məh ‐

sullarından istifadə edirik, vitaminlər qəbul

edirik, lazımi gigiyena prosedurlarını və az ya

çox fiziki hərəkətləri yerinə yetiririk. Buna

baxmayaraq, energetikamızdan söhbət getdik ‐

də (hansı ki elmi‐populyar ədəbiyyatın və

KİV‐in sayəsində çoxluq onun mövcudluğuna

şübhə etmir), biz nəyə görəsə çətin vəziyyətə

düşürük. Әgər energetik bədən, həqiqətən,

mövcuddursa, məntiqlə güman etmək olar ki,

fiziki bədən kimi o da az qayğıya layiq deyil.

Hə a daha çox! İnsan orqanizmindəki enerji

proseslərinin öyrənilməsində, məlum olduğu

kimi, Qədim Hindistan, Çin və Tibet müdrik ‐

ləri xüsusi nailiyyət əldə etmişlər. Vedalar,

yoqa sutraları və daos traktatları «zərif» bədə ‐

nin yeddi mərkəzindən söhbət açır, bu mər ‐

kəz lərdə yaşadığımız dünya ilə mənəvi dünya

arasında enerji mübadiləsi baş verir. Bu mər ‐

kəzlər çakralar adlanır. 

Çakra – (hərfi mənada «dairə», «çarx»,

«disk», «mandala») induizm dini təcrübələ ‐

rində – insanın daxili (həssas) orqanlarında



59

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014

ПСИХИ ЕНЕРЖИ 

МЯНБЯЙИ



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə