“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир


– Cənab nazir, Azərbaycanın təhsil sis‐



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   2   3   4   5   6   7   8   9   ...   35

Cənab nazir, Azərbaycanın təhsil sis‐

teminin ümumi vəziyyətini necə dəyərlən ‐

dirərdiniz?

– Dünyada və onun bir parçası olan Azər ‐

baycanda müasirləşmənin yolu yeni təhsil

fəlsəfəsinin, elmi nailiyyətlərin və innova siya ‐

ların məhsulu olan qabaqcıl texnologiyaların,

idarəetmə üsullarının tətbiqindən keçir. Bunun

üçün əsas prioritet istiqamətlər ölkə iqtisa ‐

diyyatının dünya iqtisadiyyatına inteqrasi ya ‐

sını sürətləndirməkdən, insan kapitalının

inkişafını, hər bir ölkə vətəndaşının müasir bilik

və bacarıqlara yiyələnməsini təmin etməkdən

ibarətdir. Bütün bunlara isə məhz təhsilin

inkişafı sayəsində nail olmaq mümkündür.

Azərbaycanda həyata keçirilən sosial yö ‐

nümlü islahatlar nəticəsində müasir tələblərə

uyğun infrastruktur layihələri həyata keçiril ‐

miş, yüksək standartlara cavab verən təhsil,

səhiyyə, mədəniyyət və idman obyektləri inşa

edilib istifadəyə verilmişdir. Bu nailiyyətlər

ölkədə sosial sferanın, o cümlədən təhsil sahə ‐

sində əsaslı islahatların aparılmasına təkan

vermiş, onun davamlı inkişafına stimul yarat ‐

mışdır.

Son 10 ildə ölkəmizdə təhsil infrastruktu‐



runun müasirləşdirilməsi istiqamətində böyük

işlər görülmüş, 2700‐dən çox yeni məktəb

tikilmiş, 1 milyondan artıq şagirdin təlim

şəraiti yaxşılaşmışdır. Təhsil Nazirliyi tərəfin ‐

dən ötən il 177 təhsil obyektində cari təmir

işləri aparılmış, 370 fizika, kimya və biologiya

laboratoriyaları müasir avadanlıqla təchiz

olun muş, 104 əmək kabineti üçün tam ava ‐

danlıq dəsti və elementlər alınmışdır.

İki Dövlət Proqramının icrası nəticəsində

2004‐cü ildə hər 1063 şagirdə bir kompüter

düşdüyü halda, hazırda hər 18 şagirdə bir

kom püter nisbəti təmin olunmuş, məktəblərin

39 faizi internet şəbəkəsinə qoşulmuşdur.

Təhsilin infrastrukturu ilə bağlı məsələlərin

əhəmiyyətli hissəsi həll olunduğu halda, bu

gün ölkənin inkişaf tempinin tələblərinə cavab

verən keyfiyyətin artırılması, təhsilin məzmu ‐

nunun yenilənməsi, müəllimlərin peşəkarlı ‐

ğının yüksəlməsi ön plana keçir.

Həyat yerində durmur, dünya hər gün

dəyişir, inkişaf edir. Bu dəyişikliklərlə hər zaman

ayaqlaşmaq, onlardan geri qalmamaq üçün

böyük zəhmət hesabına qazandığımız nailiy ‐

yət lərin qorunub saxlanılmasını və geri dön ‐

məzliyini təmin etməliyik.

Bu baxımdan Azərbaycan Respublikasının

dövlət bayrağındakı rənglərin daşıdığı məna

və onların yuxarıdan aşağı yerləşmə ardıcıllığı

ilə bu gün təhsil sistemimizin qarşısında duran

əsas hədəflərin prioritetliyi arasında müəyyən

bir paralelliyi müşahidə etmək olar: təhsil sis‐

teminin yetişdirdiyi vətəndaş, ilk növbədə, öz

köklərinə bağlı və milli mənsubiyyəti ilə fəxr

edən vətənpərvər, dərin biliyə malik müasir

baxışlı və mütərəqqi insan, öz xalqının adət‐

ənənələrinə və mənəvi dəyərlərinə sadiq bir

şəxs olmalıdır.

Bu bir reallıqdır ki, müasir dövrdə ölkə ‐

lərin inkişafı yalnız təhsil vasitəsilə əldə edilə

bilər. Dünya təcrübəsi göstərir ki, istənilən

dövlətin inkişaf səviyyəsini ölkənin təbii

sərvətlərinin bolluğu deyil, bu sərvətlərin yük ‐

sək potensiala malik insan kapitalına çev 

rilməsi təmin edir.



Bu baxımdan Azərbaycan Respublikasının

Prezidenti cənab İlham Әliyevin böyük uzaq ‐

görənliklə dediyi: «Biz maddi dəyərlərimizi,

iqtisadi potensialımızı insan kapitalına çevir ‐

məliyik. Neft, qaz Tanrıdan verilən böyük

nemətdir, biz bundan uğurla və məharətlə

istifadə edirik. Amma gec‐tez bu təbii sərvət ‐

lər tükənəcək və bilik, zəka, səviyyə isə ölkə ‐



13

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




mi zin dayanıqlı inkişafını uzun illər  bundan

sonra da təmin edəcəkdir. Әn inkişaf etmiş

ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o

ölkələrin inkişafında ən aparıcı rol oynayan

neft, qaz deyil, bilikdir, elmi‐texniki tərəq ‐

qidir, yeni texnologiyalardır» – konseptual

fikri nin əsasında da məhz həmin tələb, müasir

təhsil sisteminin yetişəcəyi əsas strateji hədəf

dayanır.

Ölkədə aparılan təhsil islahatlarına və

təhsilin inkişafına öz layiqli töhfələrini ver ‐

miş Heydər Әliyev Fondunun prezidenti,

UNESCO və İSESCO‐nun xoşməramlı səfiri

Meh riban xanım Әliyevanın Azərbaycanın

UNESCO‐ya üzv qəbul olunmasının 20 il‐

liyi müna sibətilə  Parisdə keçirilən mərasimdə

söylədiyi: «Son 20 ildə biz ölkəmizdə təhsil sis‐

teminin inki şafına və müasirləşdirilməsinə xü‐

susi diqqət  yetirmişik. Biz dərindən inanırıq

ki, yalnız yüksək səviyyəli təhsilə malik olan

ölkə uğur lar əldə edə və xalqı üçün daha yaxşı

həyat keyfiyyətini təmin edə bilər» –

sözlərinin təməlində də yüksək intellektə

malik insan kapitalının yetişdirilməsini təmin

etmək üçün beynəlxalq standartlara uyğun

müasir təhsil sisteminin qurulmasının vacib‐

liyi ideyası durur. İnanırıq ki, Heydər Әliyev

Fondunun təşəbbüsü ilə təhsil sistemində

gerçəkləşdi ri lən  irimiqyaslı  layihələrin  davamı

olaraq UNESCO və Azərbaycan Hökuməti

arasında təhsil, elm, mədəniyyət və  kommu‐

nikasiya sahəsində əməkdaşlığa dair Çərçivə

Sazişinin imzalanması Azərbaycanda təhsil

sahəsində aparılacaq islahat prosesində yeni

mərhələnin  başlanmasına güclü təkan verə ‐

cək dir.


Bildiyiniz kimi, Azərbaycan iqtisadi sahədə

keçid dövrünü başa vurduğundan ölkəmizin

qarşıdakı illərdə sosial‐iqtisadi və mədəni

inkişaf yollarını müəyyənləşdirən «Azərbay ‐

can 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası

hazırlanmış və dövlət başçısının 29 dekabr



14

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə