Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə53/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Mənsur bər sər dar qoftə ənaəlxalq ari 
Mərdan haqq nəmudənd İbn gunə paydari. 
 
Yəni: Mənsur dar ağacına çəkildiyi zamanda da qorxma-
dan haqq mənim tərəfimdədir” demişdir. “Bəli, haqq tərəfdarı 
olan kişilər belə bir paydarlıq göstərmişlər” demişdir.  
Şərq ölkələrini müstəmləkə halına salmaq üçün Hollandi-
ya, Purt
əgiz  və  İngiltərə  istilaçıları  arasında  müharibələr 
g
etdiyi zaman yenə də təəssüfü ifadə edən şairlər:  
 
 
Nə əğlım var, nə tədbirim, nə fikrim  
Ta ki, 
Əli Allah oldu zikrim 
 

Deyə şirin yuxularına davam edirdilər. Əlbəttə,Şərq öl-
kələrində əcnəbi istilasının acı nəticələrini hiss edən vətənpər-
vərlər  də  az  deyildi,  lakin  bunlar  əksəriyyət  təşkil  etmirdi.  O 
za
man  vətənpərvərlərin  məğlub  olacağı  şübhəsiz  idi.  Burada 
İngiltərənin bab  hərəkətini müdafiə etməsi, onun indiyə qədər 
bu  hərəkatın  başçılarını  öz  himayəsində  saxlaması,  yuxarıda 
gös
tərilən fikirləri isbat etmək üçün kifayətverici bir vəsiqədir.  
Məşhur  mətsuflərdən  Şeyx  Məhiəddin  Ərəbi  təxminən 
özündən  beş  yüz  il  əvvəl  vəfat  etmiş  peyğəmbər  ilə  məkaşfə 
Tuti  nəticəsində  danışıb  görüşdüyünü  iddia  etmiş  və  avam 
xalqı  da  buna  inandırmışdı.  Məhiəddin  Ərəbi  ilə  müasir 
şairlərdən  Fəxrəddin  Əraqi  və  Ohəddin  Kərmani  onun 
fikirlərindən ilham almış olan ən məşhur şairlərdir. 
Biz bu gün 
Təsəvvüf mövzusuna yalnız bir-iki şairin əsə-
rin
də  deyil,  ümumiyyətlə  şərq  klassiklərinin  əsərlərində  də 
təsadüf etməkdəyik. Çünki o zamanlar şeirdə Təsəvvüfi tərən-
nüm etdir
mək bir dəb şəkli almışdı.  
İran şairlərindən Hatef İsfəhani və Azərbaycan şairlərin-
dən  Şeyx  Mahmud  Şəbüstəri  və  Məhəmməd  Məqribi  Allaha 
 
 
174 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
eşq  yetirən  məşhur  sufi  şairlərindəndir.  Şeyx  Mahmud  bu 
fikrini 
izah etmək üçün şeirlərinin birisində: 
 
Be piş an ke ruhəş dər təslast 
Həme aləm vücud həqqi təalist. 
 
Yəni:  “Ruhları,  yüksək  aləmləri  seyr  etməyə  qabiliyyət 
kəsb edənlərin nəzərində bütün varlıq həqqi təaladır” demişdir. 
Onun kimi də Sədi: 
Bərk derəxtan səbz, dər nəzər huşyar 
Hər vərəqi dəftərist, mərifət kərd gar. 
Yəni:  “Yaşıl  ağacların  yarpaqlarına  baxıldığı  zaman 
onların hər birisi Allahın mərifətini izah edən bir dəftərdir”. 
Sufi  ədəbiyyatı  (qarışqa  və  bülbül  hekayələri  kimi  bəzi 
ki
çik  parçalar  müstəsna  olmaq  şərtilə)  heç  bir  zaman  məişəti 
təmin etmə nöqteyi-nəzərindən zəhməti təbliğ etməmişdir. Bu 
hal 
Təsəvvüfin cəmiyyət inkişafına insanların zəhmət yolu ilə 
tərəqqisinə  və  mədəniyyətinin  yüksəlişinə  nə  qədər  mane 
olduğunu açıq göstərir. 
Təsəvvüf tövsiyə edir ki: 
İnsanın  çəkdiyi  əziyyət  və  məşəqqətlər  öz  ehtirasından 
doğduğu üçün o özlüyündən çıxmalı və Allaha əltəca etməlidir. 
İnsan gərək heç bir zaman özünü düşünməsin. Çünki insan nə 
qədər düşünürsə düşünsün, yenə də arzularına sədd çəkə bilmir. 
Bun
unla da iztiraba və əziyyətə düşür. 
İnsan elə bir ünsürdür ki, dünyada onun ətrafında çox ha-
disə  tufanları  baş  verə  bilər.  Belə  hallarda  insan  öz  nəfsini 
təvəkkülün gəmisinə təslim etməlidir. İnsan ancaq bu gəminin 
vasi
təsilə o tufandan səadətin sahilinə çıxa bilər. 
Heç şübhə yoxdur ki, bu kimi bir dünyagörmüş Cahangir-
lər,  istilaçılar  üçün  çox  əlverişlidir.  Bu  kimi  bir  tərz  hərəkət 
təbliği xarici müstəmləkəçi ağaların və daxili hakimlərin geniş 
küt
lələr hesabına zənginləşmək, insanları daima  itaətdə saxla-
 
 
175 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
maq, kapitalizm və imperializm sütunlarını bərkitmək üçün çox 
əlverişlidir.  
Təsəvvüf deyir ki: 
İnsan  gərək  öz  iztirabını  Allaha  qovuşmaq  və  yaşadığı 

hitdə  özünü  bir  qətrə  şəklinə  salmaqla  təskin  etməyi 
bacarsın.  O  gərək  bütün  nəzərini,  qeyrətini  nura,  və  Allaha 
tərəf çevirsin, ancaq o zaman səadəti dərk edə bilər. 
Bu nöqteyi-
nəzərdən  də  İran  şairi  yaşayışa  nifrət  elan 
edərək: 
 
Dəla in aləme  fani be yek didən nəmiərzəd  
Be dünya amədən bər zəhmət rəftən nəmiərzəd 
Əgər səd sal şəhudu ləzzət nuşəd kəs dər ömr  
Ke yek saət be təlxihayi cankəndən nəmiərzəd – deyir. 
Yəni: “Ey könül, bu fani dünyanı görməyə dəyməz. 
Dünyaya gəlmək, qayıdıb getməyin zəhmətinə dəyməz.  
Əgər bir kimsə bu dünyada yüz il yaşayaraq,  
Ləzzətin şirinliyi ilə ömr etsə də bunların  
hamısı can verməyin bir saatlıq acısına dəyməz. 
 
Son söz olaraq demək olar ki, Təsəvvüf dünyaya heçliklə 
müqabilə  etmək  və  həyatın  beşgünlük,  axirətin  əbədiliyini 
təbliğ etməklə məşğuldur. Bu da əməkçi insanları qul və yoxsul 
halında şikayətsiz və müti saxlamağa xidmət edir. 
 
Məhəmməd Səid Ordubadi 
(1946-
cı il, № 10, səhifə 8, 9, 10, 11). 
 
 
 
176 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
İSTEDADLI  ŞAİRƏ 
 
Təbrizin yetirdiyi sənətkar qadınlar arasında xüsusi möv-
qeyə, incə zövqə və məharətə malik olan Pərvin Etisaminin adi 
ədəbiyyat tariximizdə iri xətlərlə yazılacaqdır.  
Pərvin  xanım  şəmsi  1285  –  ci  ildə  esfənd  ayının  25-də 
(16 fev
ral  1906)  Təbrizdə  Yusif  Etisaməlmülkin  (Etisaminin) 
ailəsində dünyaya gəlmişdir.  
Yusif  Etisaməlmülk  köhnə  üsul  məktəbində  təhsil  almış 
bir  ailənin  tərbiyəsilə  böyümüş  şəxs  idi  .  Onun  atası  İbrahim 
hələ cavan ikən Aştyan kəndindən Təbrizə köçmüş və 1874 – 
cü  ildə  oğlu  Yusif  dünyaya  gəlmişdi.  Yusif,  ibtidai  və  orta 
təhsilini  doğma  şəhəri  olan  Təbrizdə  alaraq  məarif  sahəsində 
çalışmaqla  həyat  keçirirdi.  Həddi-buluğa  çatmış  Yusif Etisam 
Əlmülk  zəmanənin  gözü  açıq,  aləminur  bir  şəxsi  hesab 
olunurdu. O, doğma azəri dilində hazırlıqlı müəllim, fransızca 
mükəmməl mütərcim, ərəb dili və ədəbiyyatından qabil savad 
əhli olub öz xoş xətti ilə də məşhur idi. Etisam Əlmülk bir çox 
elmi əsərlərin müəllifi olmaqla bərabər “Bahar”  məcmuəsinin 
müdiri olmuş, Təbrizdə ilk müasir mətbəəni açmış və Avropa 
ədiblərindən Viktor Hüqo, Şiller və qeyrilərinin bir neçə əsərini 
də tərcümə etmişdi.  
Pərvin  xanım  Təbrizdə  belə  bir  şəxsin  ailəsində 
doğulmuş,  tərbiyə  almış  və  uşaqlıq  dövrünü  Ana  Vətəni  olan 
həmin şəhərdə keçirmişdi.  
Pərvin  hələ  uşaq  ikən  Tehrana  köçməyə  məcbur  oldu. 
Şairə Tehranda Amerika məktəbinə verilmiş və 1924 – cü ildə 
18  yaşlarında həmin məktəbi müvəffəqiyyətlə qurtarmışdı. O, 
təhsildən on il sonra 28 yaşında ikən atasının əmisi oğluna istə-
mədən ərə verilmiş və münasib olmayan bu izdivac müvəffə-
qiyyətsizliyə  uğrayıb  iki  ay  yarımlıq  bir  müddətdən  sonra 
pozul
muş  və  Pərvin  xanım  ər  evini  tərk  edib  atasının  yanına 
 
 
177 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə