Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə2/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
il
ə 
yaşayıram”. 
Fikrimizcə 
P
ərvanə 
M
əmmədlinin 
“Az
ərbaycan”  jurnalının  milli  qayə  üzərində  qurulmuş  biri-
birind
ən dəyərli  yazılarını  yenidən nəşr  etməsi yuxularımızın 
şəhəri olan Təbrizin məlal və  qürur  doğuran  xatirələrini 
yenid
ən yaddaşlarımıza qaytaracaqdır.     
“Az
ərbaycan”  jurnalında  milli  ideyanın  dayaq  nöqtəsi, 
sim
volu  kimi  Ərk  qalası  götürlülürdü.  Onun  tarixi,  memarlıq 
xüsusiyy
ətləri, Təbrizin qəhramanlıq  səlnaməsinin  şahidi    ol-
ması haqqında jurnalda maraqlı yazılar getmişdi. “Təbrizin başı 
üz
ərində  tarixin qaraulu kimi duran” (ifadə  Rəsul  Rzanındır) 
Ərk qalası 21 Azər ideyalarının sonuncu istehkamı kimi yadda 
qaldı.  “Təbriz  -  gözəl  şəhər” silsiləsində  yer  almış  Rəsul 
Rzanın  “Ərk  qalası”  şeiri  cənub qəhramanlarının  milli  ideya 
uğrunda  öz  canlarını  necə  fədakarcasına  qurban  vermələrinin 
himni kimi s
əslənir. Tarixə  milli  ideya  uğrunda  ölməyin 
t
əkrarsız  nümunəsini  vermiş  qəhramanların  Ərk  qalasındakı 
son anlarını Rəsul Rza belə təsvir edirdi: 
 
Yaralılar ufuldamadı. 
Can ver
ənlər inləmədi. 
Susuzlar yandım demədi. 
Öpdü qurumuş dodaqları  
Qan hopmuş torpağı. 
Yaralarına basdılar 
Qan r
əngli bayrağı. 
N
ə düşmən onlardan 
Bir aman sözü ala bildi, 
N
ə bu ölümü yağı duydu, 
N
ə qala bildi. 
Söyk
ənib qala divarına  
Öldül
ər ayaq üstə. 
 
 
 



 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Əslində, ömrünün qısa, sayının az olmasına baxmayaraq 
“Az
ərbaycan” jurnalı Arazın həm o tayının, həm də bu tayının 
elmi, m
ədəni, ədəbi və ictimayi-siyası potensialını hərəkətə gə-
tir
mişdi. Azərbaycanın elm tarixindən jurnalın müxtəlif sayla-
rında gedən Heydər Hüseynovun, ədəbiyyat tarixindən Həmid 
Araslının, qəhramanlıq tarixindən Məmməd Səid Ordubadinin 
bir  sıra  maraqlı  məqalələri bu gün də  öz elmi əhəmiyyətini 
saxlamaqdadır.  “Azərbaycan”  jurnalının  müxtəlif  saylarında 
n
əşr  olunmuş  “Sərdari milli Səttərxan”, “Səfəvi dövlətinin 
banisi  Şah  İsmayıl  Xətai”,”İran  Azərbaycanının  görkəmli 
demokratı Şeyx Məhəmməd Xiyabani”, “Şəmsəddin Təbrizi və 
onun elm
ə  dair nəzəriyyələri”,”Qövsi Təbrizinin nəşr 
olunmamış şeirləri”, “Xətib Təbrizi və onun əsərləri”, “Urmiyə 
Came m
əscidinin mehrabı  haqqında”,  “Mirzə  Məhəmməd 
Bağır  Xalxali”,  “Hacı  Mehdi  Şükuhi”  və  ədəbiyyat, 
m
ədəniyyət, sənət tariximizi zənginləşdirən onlarla digər 
yazıların  bugünkü  oxucularımıza  çatdırılması  bir  vətəndaşlıq 
nümun
əsidir. Bu yolda biz Pərvanə  Məmmədliyə  uğurlar 
arzulayırıq. 
 
C
əmil Həsənli 
Tarix elml
əri doktoru, professor   
 
 
 
 
RƏSUL RZA VƏ GÜNEY AZƏRBAYCAN 
                                                                                            
Çağdaş dövrümüzdə elə bir yazar tapmaq mümkün deyil 
ki,  yaradıcılığında  Güney  Azərbaycan mövzusuna yer 
ayırmasın.  İranda  Azərbaycan türklərinin  varlığı,  onların 
zaman-zaman bu ölk
ənin tərəqqisi yolunda çoxsahəli  əvəzsiz 
xidm
ətləri, ötən əsrin 20-ci illərindən başlayaraq hakim millətçi 
 
 



 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
P
əhləvi rejimi sonralar isə molla rejimi tərəfindən  onlara qarşı  
basqılar,milli istiqlal və milli kimlik uğrunda apardıqları müca-
dil
ələr hələ XIX əsrin II yarısından başlayaraq Həsən bəy Zər-
dabi, 
Əhməd  Ağaoğlu,  Əli bəy Hüseynzadə,  Məmmədəmin 
R
əsulzadə, Mirzə  Bala Məmmədzadə, Mirzə  Cəlil Məmməd-
quluzad
ə, Mirzə  Ələkbər Sabir, Məmməd Səid  Ordubadi, 
N
əriman Nərimanov Mirzə  İbrahimov və  başqalarının 
əsərlərində  bu və  ya digər  şəkildə  öz  əksini  tapıb.  İki  əsr 
bundan 
əvvəl parçalanmış xalqın faciəsinin, ayrılıq və həsrətlə 
bağlı  hiss  və  duyğularının  ədəbiyyata gətirilməsi məsələsinə 
g
əldikdə  isə  bu mövzu əsasən ötən  əsrin 40-cı  illərindən 
etibar
ən gündəmə  gətirilib. Bir az da  dəqiqləşdirsək, 40-cı 
ill
ərin  əvvəllərində  Təbrizdə  quzeyli  ziyalılar tərəfindən nəşr 
olunan v
ə yayımlanan mətbu orqanlardakı ədəbi və publisistik 
yazılarda.  Heç    şübhəsiz ki, Süleyman Rüstəmin, Mirzə 
İbrahimovun  “Vətən yolunda”  qəzetində, Rəsul  Rzanın 
”Az
ərbaycan” dərgisindəki fəaliyyətləri bu sahədə ilk təşəbbüs 
olub. 
 
Ür
əkdə min yaran vardır, yazıq millət, yazıq millət, 
S
ənə hər ləhzədə canını qurban edən yandı. 
 
Qonub damlarda asud
ə ötür heybətlə bayquşlar, 
Əlində haqqı bayraq eyləyən, düz yol gedən yandı. 
-
misralarını Süleyman Rüstəm Təbrizdə olduğu günlərdə qələ-
m
ə almışdı; ”Vətən yandı” adlı bu  qəzəl ilk dəfə “Vətən yo-
lunda” q
əzetinin 1941-ci il 19 dekabr tarixli sayında çap olun-
muşdur.  Qəzetin    sonrakı  saylarında  şairin «Təbrizim», 
«Arazın  dərdi»,  «Qardaşımın  dərdi»,  «Araz  qırağında»,  
«V
ətənim» və  bu  kimi  şeirləri görünməyə  başladı.  Bu  şeirlər 
ikiy
ə  bölünmüş  xalqın  ayrılıq  həsrətindən o illərdə  ilk dəfə  
danışırdı.  Beləliklə  «ayrılıq,  həsrət» motivlərinin  ədəbiyyata  
g
ətirilməsinin    bünövrəsi Süleyman Rüstəm tərəfindən Mirzə 
 
 



Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə