Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси
Səttar xanlar, Xiyabanilər, Əranilər, Pişəvərilər və
bundan sonra gələcək rəhbərlər bunlardan bir nümunədir.
Qəvam Əl Səltənə hökuməti Azərbaycan Demokrat
Firqəsinin bağladığı məahedənamə (müqavilə-P.M.) də
Azərbaycandakı hərakatın İran xeyrinə bir nehzət olduğunu
təsdiq etdi. Sənədi imzaladı və ... Sonra tüpürdüyünü yalayıb
bu hərakatı qolabi (saxta-P.M.) adlandırmaqla onu qanlara
boyadı.
Bu gün Tehran hökuməti Azərbaycan Demokrat Firqəsi-
nin və onun rəhbərlərini satqın, xain, qolabi deyərək ləkələyir.
Minlərcə azərbaycanlı oğul və qızları qırıb ailələri başsız
qoyur
lar. Silahsız xalqı qıran İran ordusu qələbə qazanmaq adı
ilə öz tarixinə qanlı ləkələr daxil edir.
Əlbəttə, Rəzmaraların (İran qoşunlarının komandirinin
adı-P.M.) əmri ilə İran sərbazının (sərbaz-əsgər) nizəsi
azərbaycanlının ürəyinə taxılarkən, beş, on, yüz, bəlkə də min
nəfər Ağazadə Şahin kimi şirəkeş (tiryək çəkən) bişərəflər
Tehran ha
kimlərini mədh etməklə öz canlarını xilas etməyə
çalışacaqlar. Onlar Tehranın ünvanına gurultulu nitqlər
söyləyəcəklər.
Lakin bu səslər həqiqi azərbaycanlıların səsi deyildir.
Həqiqi azərbaycanlının səsini susmuş dillərdə, çatılmış
qaşlarda və düşüncəli baxışlarda hiss etmək lazımdır. Bunlar
isə milyonlardan ibarət olan Azərbaycan kütləsidir.
Bu günkü və bundan sonrakı qanlı və cəlladanə tədbirlər
ürəklərdə elə bir kin, ədavət və intiqam hissi oyadacaqdır ki,
onun partlayışı cəlladlara çox baha oturacaqdır.
İş Xiyabanilərdə, Əranilərdə və ya Pişəvərilərdə deyildir,
bəlkə əsl məsələ və şəxsiyyətləri meydana gətirən
səbəblərdədir. Bu xalqın milli faciə və fəlakətləri vardır ki,
bunlar islah edil
mədikcə azərbaycanlı sakit oturmayacaqdır.
Artıq azərbaycanlını bəzəkli cümlələr, tərifnamələr təmin
205
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси
etməyəcəkdir, azərbaycanlıların qanunu tələb və istəklərini qan
dəryasında boğmaq da mümkün olmayacaqdır.
Azərbaycan xalqının milli azadlığı məsələsi mürtəce qüv-
vələri dəhşətə salmışdır. Onlar qanlı cinayətlərinə bəraət qazan-
dırmaq üçün – bu azadlıq, İranı parçalamaq üçündür- deyə
yazırlar.
İranın mənafeyi nöqteyi-nəzərindən və bu günkü insan və
millətlər hüququnun qorunması nöqteyi-nəzərindən Azərbay-
can məsələsinin həlli üçün ancaq bir yol vardır. O da bundan
iba
rətdir ki, bütün fitnələrə son qoyulmalı, bu xalqın milli
azad
lıq, varlığı, dili, sərvəti və hüququ özünə qaytarılmalıdır.
Əks təqdirdə beş milyonluq bir xalq güllə və dar ağacı gücünə
onun boy
nuna salınmış zəncirə davam gətirməyəcək, tez-gec
öz hüququ
nu əlinə almaq uğrunda daha kəsgin, daha
mütəşəkkil, daha amansız mübarizəyə qalxacaqdır.
Həbibullah Nəsrəddin oğlu
(1946-
cı il, № 11-12, səhifə 15 )
206
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси
AZƏRBAYCAN TOPÇULARI
1942-
ci ilin noyabr günləri tarixə qızıl hərflərlə yazıldı.
Noyab
rın 19-da Sovet qoşunları Stalinqrad tərəfdə böyük hücu-
ma başlamışdılar. Bu zaman düşmənin Stalinqrad ətrafında mü-
has
irəyə alınmış 22-ci diviziyasının darmadağın edilməsində
So
vet topçuları müstəsna və həlledici rol oynadılar.
Sovet İttifaqının genralisimus Stalin yoldaş Sovet topçu
qüvvələrini ordunun zərbə qüvvəsi adlandırmışdır. Böyük
Vətən müharibəsinin gedişi və zəfərlə başa çatdırılması Sovet
Ordusu
nun belə bir zərbə qüvvəsinə malik olduğunu aydın
göstərdi. Stalinqrad ətrafındakı tarixi vuruşmalardan sonra
Sovet topçu
ları Voronej, Kursk, Bolqoqrad, Xarkov, və Kiyev,
Leninqrad, Minsk, və Kşinyov ətrafında alman qoşunlarının,
darmadağın edilməsini təmin edən mühüm qüvvə idi. Şərqi
Prusiyada Visla, və Oden çayları tərəfində nəhayət Berlin
kuçələrindəki tarixi vuruşmalarda da Sovet topçuları öz döyüş
bayraqlarına əbədi şöhrət qazandırdılar.
Sovet ölkələri öz qəhrəman topçularından minlərlə ada-
mın şərəfli adını tanıyır. Bunu göstərmək kifayət edir ki, Sovet
topçu qoşunlarının əsgər, zabit və generallarından 1600 nəfəri
Sovet İttifaqı qəhrəmanıdır. Bir milyondan artıq topçu Sovet
İttifaqının müxtəlif nişan və medalları ilə təltif olunmuşdur. Bu
rəşadətli topçuların sırasında igid Azərbaycan oğulları da az
deyildir.
Xalqımızın cəsur oğulları topçuluq sənətini keçmişdən
se
virlər. Keçmiş rus ordusu sıralarında xidmət edib topçu
general-
leytenant rütbəsinədək yüksəlmiş Əliağa Şıxlınski,
Səmədbəy Mehmandarov və başqaları müzəffər rus topçuluğun
ənənələri əsasında tərbiyə almış və düşmənlərlə mübarizədə
böyük hünər və qəhrəmanlıq göstərmişdilər. Böyük Vətən
müharibəsinin alovları içərisində tərbiyə edilmiş Azərbaycan
207
Dostları ilə paylaş: |