Siğorta müqaviLƏSİNDƏ başqa cür də şərtləndirilə bilər



Yüklə 314,22 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix06.02.2018
ölçüsü314,22 Kb.
#26051
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12

 

ola  bilən,  əmək  müqaviləsinə  əsasən  ödəniləcək  hər  hansı  məbləğ  başa  düşülür.  Bura,  heç  bir 



məhdudiyyət qoyulmadan, aşağıdakılar daxildir: 

a)

 



Səhmlər,  iştirak  payları,  səhm  opsionları,  fond  opsionları,  eləcə  də,  işçilərin  maddi 

həvəsləndirilməsi üzrə hər hansı proqramlarda nəzərdə tutulan hər hansı hüquqlar; 

b)

 

Hər hansı opsionlarda və ya opsion proqramlarında, eləcə də, işçilərin maddi həvəsləndirilməsi 



üzrə hər hansı proqramlarda iştirak; 

c)

 



Pul  mükafatları  və  ya  həvəsləndirici  ödənişlər,  eləcə  də,  maddi  həvəsləndirmə  proqramı 

çərçivəsində ödənişlərin əldə edilməsinə hər hansı hüquqlar (aydınlıq üçün qeyd etmək lazımdır 

ki, bura hər hansı komisyon ödənişləri, güzəştlər və ya onlara aid hüquqlar daxil edilmir); 

d)

 



İşdən  çıxarılma  zamanı  və  ya  ştatdakı  ixtisarla  əlaqədar  müavinətlərin  ödənilməsi  və  ya  belə 

ödənişlərə hüquqlar; 

e)

 

Ödənişli və ya ödənişsiz məzuniyyətlərlə əlaqədar hər hansı güzəştlər, ödənişlər və ya hüquqlar



f)

 

Qeyri-pul  ödənişləri,  o  cümlədən,  xidməti  nəqliyyatın  təmini,  ezamiyyət  xərcləri,  mobil  və 



stasionar  telefon  əlaqəsinə  görə  xərclər,  tibbi  sığorta  və  ya  həyat  sığortası,  təlim  və  ya 

ixtisasartırma, eləcə də, avadanlıq təmini, lakin bununla məhdudlaşmamaq şərtilə

g)

 

Hər  hansı  ehtiyat  fondlarına,  qarşılıqlı  yardım  kassalarına,  pensiya  fonduna  ödənişlər  və 



ayırmalar, eləcə də, işçiyə, onun təqaüdə çıxması, müəyyən yaş həddinə çatması zamanı və ya 

müəyyən  bir  hadisə  ilə  əlaqədar  olaraq  işçiyə  əlavə  ödənişlərin  ödənilməsinə  yönəldilmiş  hər 

hansı başqa hesablara, fondlara və ya proqramlara aid ödənişlər

h)

 



Şirkətin, əmək  müqaviləsinin iddia edilən ədalətsiz şərtləri ilə əlaqədar olaraq ödəməli olacağı 

hər hansı məbləğ, Şirkətin belə əmək müqaviləsi şərtlərinə müvafiq olaraq fəaliyyət göstərdiyinə 

baxmayaraq. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 



 



 

 

 

Bölmə II. Təminat 

 

1. Sığorta sinfi 

       Qeyri-həyat sığorta sahəsinə aid olan Rəhbər İşçilərin Məsuliyyətinin sığortası üzrə aşağıdakı hallara 

təminat verən ümumi mülki məsuliyyətin sığortası sinfi. 

 

2. Sığorta obyekti – Sığortalının (sığorta olunanın) qanunsuz hərəkətinə görə üçüncü şəxslər tərəfindən 

qaldırılan iddialara görə məsuliyyətindən irəli gələn əmlak mənafeyi 

 

3.  Sığorta predmeti - Sığortalının (sığorta olunanın) qanunsuz hərəkətinə görə üçüncü şəxslər 

tərəfindən qaldırılan iddialara görə məsuliyyətindən irəli gələn əmlak mənafeyinin aid olduğu məbləğ. 



 

4. Sığorta təminatının həcmi 

4.1. Sığorta Təminatı A. Direktorların (rəhbər işçilərin) əmlak maraqlarının sığortalanması 

Sığortaçı  üçüncü  tərəfin  Sığortalının    (Sığorta  olunanın)  qarşısında  qaldırdığı  iddiadan  irəli  gələn  hər 

hansı zərəri sığortalının adından yaxud sığortalıya ödəyəcək, lakin, şirkət üçün qanunla qadağan edilmiş 

və şirkətin bu cür zərəri kompensasiya etməyə yazılı surətdə razılaşmış olduğu hallar istisna təşkil edir. 

Sığorta  şəhadətnaməsində  başqa  cür  nəzərdə  tutulmamışdırsa,  hadisə  yalnız  o  zaman  sığorta  hadisəsi 

hesab edilir ki, sığorta müddəti yaxud aşkar olunma müddəti (əgər tətbiq olunursa) ərzində iddia birinci 

dəfə olaraq Sığortalı qarşısında qaldırılsın və Sığortaçıya yazılı surətdə bildirilsin. 

 

4.2. Sığorta Təminatı B. Şirkətin zərərin ödənilməsi ilə bağlı əmlak maraqlarının sığortalanması 

Sığortaçı üçüncü tərəfin şirkət qarşısında qaldırdığı iddiadan irəli gələn hər hansı zərəri şirkətin adından 

yaxud  şirkətə  yalnız  o  halda  ödəyəcək  ki,  şirkət  bu  cür  zərəri  kompensasiya  etməyə  yazılı  surətdə 

razılaşmış olsun və bu, şirkət üçün qanunla qadağan edilməmiş olsun. 

Sığorta  şəhadətnaməsində  başqa  cür  nəzərdə  tutulmamışdırsa,  hadisə  yalnız  o  zaman  sığorta  hadisəsi 

hesab edilir ki, sığorta müddəti yaxud aşkaretmə müddəti (əgər tətbiq olunursa) ərzində tələb birinci dəfə 

olaraq Sığortalı qarşısında qaldırılsın və Sığortaçıya yazılı surətdə bildirilsin. 

sığorta şəhadətnaməsində

 başqa cür də şərtləndirilə bilər. 



 

4.3. Sığorta Təminatı C. Qiymətli kağızlarla bağlı zərərin sığortalanması 

Sığortaçı təminatın şamil olunduğu hallar çərçivəsində Sığortalının qanuna zidd hərəkətinə görə qiymətli 

kağızlarla bağlı iddialar nəticəsində Sığortalı tərəfindən yaranan zərərin əvəzini ödəyəcək. 

 

4.4. Sığorta Təminatı D. İstintaqa dair xərclərin sığortalanması 

Sığortaçı Sığortalıya (sığorta olunana) kompensasiya ödədiyi halda istintaq ilə əlaqədar sığorta olunan 

tərəfindən və ya onlar adından yaranan ağlabatan xərclərin əvəzini Sığortalı  və ya Sığorta olunan 

adından ödəyəcək.   

 

5. Sığorta təminatı ilə əhatə olunan risklər 



Yüklə 314,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə