Siğorta müqaviLƏSİNDƏ başqa cür də şərtləndirilə bilər



Yüklə 314,22 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix06.02.2018
ölçüsü314,22 Kb.
#26051
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   12

 

24 


17.1. Sığorta ərazisi – sığоrtа müqаviləsi ilə rаzılаşdırılmış ərаzi hüdudlаrındа təminatda hеsаb оlunur. 

 

18. Sığorta müddəti 

18.1. Sığorta müddəti, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa,  sığorta müqaviləsinin 

bağlandığı gün saat 24:00-da başlanır və, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə 

olduğu sonuncu gün saat 24:00-da başa çatır. 

 

 



 

19.   Şərikli sığorta  

19.1. Şərikli sığorta bir neçə sığortaçının aralarında bağladıqları müqaviləyə müvafiq olaraq, sığorta 

ödənişi üzrə öhdəlikləri bölüşdürməklə sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərini eyni 

zamanda sığortalamaları ilə bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir.  

19.2. Sığorta obyekti bir müqavilə ilə bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu müqavilədə hər 

bir sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.  

19.3. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə 

münasibətdə bütün şərikləri təmsil edə bilər.  

19.4. Müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan sığortaçı şərikli sığortada iştirak 

edə bilməz. 



 

20. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi 

20.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığоrtаlı və sığоrtаçı, faydalanan şəxsin 

(əgər varsa) yazılı razılığı ilə müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən 

əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.   

 

21. Sığorta müqaviləsinə xitam verilməsi 

21.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 

21.1.1. Müqavilənin müddəti bitdikdə; 

21.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə; 

21.1.3. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə; 

21.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə

21.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul 

edildikdə; 

21.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;  

21.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda. 

21.1.8. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda. 

21.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər.  

21.3. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) gün əvvəl 

yazılı surətdə xəbərdar etməlidirlər. 

21.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri  

21.4.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta 

qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin 

aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; 

əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı 

sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.  

21.4.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını 



 

25 


bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə 

yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, 

müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.  

21.4.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək 

sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda sığorta 

ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.  

21.4.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək 

sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, 

həmin sığorta haqqı 

məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması 

müvafiq olaraq bu maddənin 21.4.1-ci və 21.4.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata 

keçirilir.  

21.4.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət 

qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə 

məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması 

xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 21.4.3.-cü və 

21.4.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.  

 

22. Tərəflərin hüquq və öhdəlikləri 

22.1. Sığortalının aşağıdakı hüquqları var: 

22.1.1. Sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq; 

22.1.2. Sığortaçıdan sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; 

22.1.3. Sığortaçıdan kommersiya sirri olmayan, onun maliyyə sabitliyi ilə bağlı məlumatı istəmək; 

22.1.4. Sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək; 

22.1.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək; 

22.1.6. İtirilmiş şəhadətnamənin yerinə dublikatını almaq; 

22.1.7. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar. 



 

23. Sığortalının aşağıdakı vəzifələri var: 

23.1. Sığorta müqaviləsi bağlanarkən, Sığortaçıya sığorta riskinin qiymətləndirilməsi üçün əhəmiyyətli 

olan və ona məlum olan hallar, həmçinin bu sığorta obyekti ilə bağlı bağlanmış və ya bağlanan sığorta 

müqavilələri haqqında məlumat verməlidir; 

23.2. Zərərin qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər görməli, sığorta haqqını 

vaxtında ödəməli; 

23.3. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan və sığortaçının müqavilədən imtina 

etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar 

barədə sığortaçıya məlumat verməlidir, riskin dərəcəsinin sonradan dəyişilməsi barədə sığortaçıya 

məlumat verməli;  

23.4. Sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində sığorta müqaviləsi bağlanarkən Sığortaçıya 

bildirdiyi hallarda sığorta riskinin artmasına əhəmiyyətli dərəcədə təsir edə biləcək əhəmiyyətli 

dəyişikliklər haqqında ona məlum olduqdan sonra dərhal Sığortaçıya məlumat verməlidir; 

23.5. Sığorta hadisəsi faktının mövcudluğunu sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və 

Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla Sığortaçını 

bütün zəruri sənədlərlə təmin etməlidir; 

23.6. Bu Şərtlərin və sığorta müqaviləsinin müddəalarına riayət etmək; 

23.7. Sığorta hadisəsi baş verdikdə: 




 

26 


- sığorta hadisəsinin səbəblərinin, gedişinin və nəticələrinin araşdırılması üçün zəruri bütün tədbirləri 

görmək; 


- dərhal, lakin hər bir halda 3 gündən gec olmayaraq (istirahət və bayram günlərindən başqa) məlumat 

faktını təsbit etməyə imkan verən mümkün olan üsülla bu haqda Sığortaçıya və səlahiyyətli orqanlara 

məlumat vermək;  

- sığorta hadisəsi ilə bağlı ona qarşı irəli sürülən tələblər haqqında Sığortaçıya dərhal məlumat vermək;  

- sığorta hadisələri üzrə zərərin ödənilməsinə dair tələblər irəli sürüldükdə, Sığortaçıya məhkəmə və 

məhkəmədən kənar müdafiədə bütün mümkün dəstəyi göstərmək;  

- sığorta hadisəsinin səbəblərinin, gedişinin və nəticələri, vurulmuş zərərin xarakteri və həcmi haqqında 

mülahizə yeritməyə imkan verən bütün mümkün məlumat və sənədləri Sığortaçıya təqdim etmək; 

 -sığortaçı sığorta hadisəsi ilə bağlı həm onun, həm də Sığortalının maraqlarının müdafiəsi üçün öz 

vəkilini və ya digər səlahiyyətli şəxsin təyin olunmasını zəruri hesab etdikdə - bu cür maraqların 

müdafiəsi üçün Sığortaçının göstərdiyi şəxslərə etibarnamə və ya digər zəruri sənədləri vermək. Sığorta 

hadisəsi ilə bağlı məhkəmədə Sığortalının maraqlarını təmsil etmək və ya digər şəkildə Sığortalının 

hüquqi müdafiəsini həyata keçirmək Sığortaçının öhdəliyi deyil, hüququdur. Sığortaçı məhkəmədə 

Sığortalının maraqlarını təmsil etməkdən imtina etdikdə, o, bu cür proseslərdə Sığortalının maraqlarını 

müdafiə edən vəkillərin xidmətlərinin ödənilməsi üzrə faktiki xərcləri Sığortalıya ödəməlidir. Bu cür 

xərclər sığorta müqaviləsinin müəyyən etdiyi məsuliyyət həddində ödənilir; 

- sığortaçının razılığı olmadan, ödəniş verməmək, sığorta hadisəsi ilə bağlı ona qarşı irəli sürülən 

tələbləri qismən və ya tam qəbul etməmək, həmçinin bu cür tələblərin tənzimlənməsi üzrə hər hansı 

birbaşa və ya dolayı öhdəliklər qəbul etməmək; 

23.8. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr. 



 

24. Sığortaçının aşağıdakı hüquqları var: 

24.1. Sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq; 

24.2. Sığorta hadisələrinin qarşısının alınması üzrə Sığortalıya tövsiyyələr vermək; 

24.3. Sığorta hadisəsinin səbəb və hallarını müstəqil şəkildə araşdırmaq, zəruri hallarda sığorta hadisəsi 

faktı üzrə səlahiyyətli orqanlara sorğu göndərmək 

24.4. Sığortalı sığorta müqaviləsinin şərtlərini və bu Şərtləri yerin yetirmədikdə, sığorta müqaviləsinin 

icrasından birtərəfli qaydada imtina etmək və ya sığorta müqaviləsinə xitam verilməsini tələb etmək; 

24.5. Riskin dərəcəsi dəyişdikdə, sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini tələb etmək; 

sığorta hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsinə dair Sığortalının adından danışıqlar aparmaq 

və razılığa gəlmək; 

24.6. Sığortalının maraqlarını məhkəmədə təmsil etmək və ya digər şəkildə sığorta hadisəsi ilə bağlı 

Sığortalının hüquqi müdafiəsini həyata keçirmək. Sığortaçının bu hüququ onun öhdəliyi deyil.  

24.7. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar 

24.8. Sığortaçının öz peşəkar fəaliyyəti nəticəsində Sığortalı (sığorta olunan), zərər çəkmiş üçüncü şəxs 

və onların əmlak vəziyyəti haqqında əldə etdiyi məlumatı açıqlamaq hüququ yoxdur. 

Sığorta sirrinin pozulmasına görə Sığortaçı pozulmuş hüquqların növündən və xarakterindən asılı olaraq 

mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. 

 

25. Sığortaçının aşağıdakı vəzifələri var: 

25.1.  Sığortalını sığorta qaydaları ilə tanış etməli; 

25.2.  Sığorta  haqqı  və  ya  onun  birinci  hissəsi  ödənildikdən  sonra  Sığortalıya  sığorta  müqaviləsinin 

bağlanması  üçün  əsas  olan  sığorta  şəhadətnaməsini  (sığorta  müqaviləsi  vahid  sənəd  şəklində 



 

27 


bağlanmadıqda)  və  sığorta  şərtlərinin  bir  nümunəsini  vermək  (onlar  daha  əvvəl  Sığortalıya 

verilməyibsə);  

25.3. Bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etmək; 

25.4.  Qanunvericliklə  nəzərdə  tutulmuş  hallardan  başqa,  Sığortalının  əmlak  vəziyyəti,  o  cümlədən 

kommersiya sirri olan məlumatları yaymamaq;  

25.5. Sığorta hadisəsinin baş verməsi haqqında məlumat aldıqdan sonra  zərərin tənzimlənməsi ilə bağlı 

məsələlərin  baxılmasına  başlamaq,  sığorta  hadisəsinin  hallarını  aydınlaşdırmaq,  sığorta  aktını  tərtib 

etmək və zərərin həcmini müəyyən etmək;  

25.6.  Sığorta  hadisəsi  üzrə  zəruri  sənədləri  aldıqdan sonra  sığorta  ödənişinin  məbləğini  hesablamaq  və 

sığorta  müqaviləsinin  müəyyən  etdiyi  müddət  ərzində  sığorta  ödənişini  vermək  (və  ya  əsas  olduqda 

ödənişdən imtina etmək).  

25.7. Sığorta hadisəsinin baş verməsi haqqında məlumat aldıqdan sonra: 

-

 

sığorta hadisəsinin baş verdiyi yerə baxış keçirmək, sığorta aktını tərtib etmək və Sığortalının təqdim 



etdiyi sənədlər əsasında zərərin həcmini müəyyən etmək; 

-

 



sığorta ödənişinin məbləğini hesablamaq;  

-

 



bu  Şərtlərlə  müəyyən  edilmiş  müddətdə  sığorta  aktı  və  zərərin  məbləğinin  hesablanması  əsasında 

sığorta ödənişini vermək. 

25.8.  mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr 

 

26. Sığorta hadisəsi baş verdikdə Sığortalının öhdəlikləri: 

26.1. Sığorta hadisəsinin baş verməsi barədə Sığortalı, hadisədən xəbər tutduqdan dərhal sonra və ya 

mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, 

qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət 

orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.  

26.1.1. zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi 

üçün bütün mümkün tədbirləri görməlidir. 

 

27. Zərərin müəyyən edilməsi və sığorta ödənişinin verilməsi: 

27.1.  Sığorta  hadisəsi  nəticəsində  dəymiş  zərərin  miqdarını  sığortalının,  sığorta  olunanın  və  ya 

faydalanan  şəxsin,  yaxud  onların  nümayəndəsinin  təqdim  etdiyi  sığorta  tələbi  əsasında  sığortaçı 

müəyyən edir.  

27.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini 

nəzərə  almaqla  təyin  etdiyi  sığorta  sahəsində  yardımçı  fəaliyyət  göstərən  müvafiq  şəxs  vasitəsilə 

qiymətləndirir.  

27.3.  Tək  iddia  və  ya  istintaq  bu  qaydaların  bir  neçə  təminatına  əsasən  qismən  təminat  altına  daxil 

olunduğu halda,  azadolma məbləği ayrıca hər bir təminat üzrə müvafiq  iddia və ya istintaq üçün tətbiq 

olunur və tək hər bir iddia və ya istintaq üzrə tətbiq olunan azadolmalar belə tətbiq olunmuş azadolma 

məbləğlərin  cəminin  tərtibi  olacaqdır.  Hər  bir  iddia  və  ya  istintaq  üzrə  son  təyin  olunmuş  ümumi 

azadolma məbləği sığorta şəhadətnaməsində qeyd olunan ən maksimal azadolma məbləğini heç bir halda 

keçməməlidir. 

27.4. Sığortaçının razılığı olmadan heç bir müdafiə xərcləri həyata keçirilməyəcəkdir və Sığortaçının 

belə razılığı əssassız rədd edilə və ya təxirə salana bilməz. 

27.5.


 

Əgər başqa hal nəzərdə tutulmamışdırsa, müdafiə xərcləri məsuliyyət limitinin bir hissəsi sayılır və 

onun azalmasına səbəb olacaqdır. 

27.6.  Qanunla  icazə  verilmiş,  Sığortalı  şəxslər  Şirkət  tərəfindən  zərər  məbləğini  ödəmədiyi  hallarda, 

Sığortaçı  belə  zərərin  əvəzini  ödəməyə  razılıq  verir.  Belə  hallarda,  Sığortalı  sığorta  şəhadətnaməsində 



 

28 


qeyd  olunan  azadolma  məbləğinin  əvəzini  Sığortaçıya  ödəmək  məcburiyyətindədir,  lakin  sığorta 

şəhadətnaməsinin sahibi müflis elan olunduğu hallar istisna olmaqla. Sığortaçı zərər baş verdiyi tərzində 

zərər əvəzini ödəyəcəkdir.  

27.7.


 

Sığortalı digər sığorta bölmələri üzrə ödənişlərdən imtina etmək və ya ödəniş məbləğinin miqdarını 

müəyyənləşdirmək qabiliyyətindədir. Başqa hal nəzərdə tutlmamışdırsa, sığorta ödənişdən imtina 

olunması və ya təxirə salınmasından asılı olmayaraq, Sığortaçı sığorta limitinin tükəndiyi halda itkinin 

əvəzini ödəməyə borclu deyil. 

27.8.  Sığorta  hadisəsinin  araşdırılması  və  zərərin  qiymətləndirilməsi  üçün  təyin  olunan  müstəqil 

ekspertlər  yaxud  auditorlar  və  sığorta  sahəsində  yardımçı  fəaliyyət  göstərən  şəxslər  bununla  bağlı 

sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. 

 

28. Ödənişdən imtinаnın əsasları 

28.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:  

28.1.1.  sığortaçının  hadisənin  səbəblərini  və  (və  ya)  dəyən  zərərin  həcmini  müəyyənləşdirmək 

imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə 

pozulduqda;  

28.1.2.  müqavilə  ilə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  hadisənin  baş  verməsinin  səbəbi  təminata  istisna 

hesab olunan halların nəticəsi olması;  

28.1.3.  sığortalının  sığortalanmış  əmlaka  dəyən  zərərin  qarşısını  almaq  və  ya  həcmini  azaltmaq  üçün 

lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu 

zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, 

zərərin miqdarı həmin həcmdə azalmış olardı;  

28.1.4.  sığortalı,  sığorta  olunan  və  ya  faydalanan  şəxsin  zərərin  əvəzini  tam  olaraq  zərər  dəyməsində 

təqsirli  olan  şəxsdən  alması;  zərərvuran  zərərin  əvəzini  qismən  ödəmiş  olduqda  sığorta  ödənişindən 

ödənilmiş məbləğ həcmində imtina edilir.  

28.1.5.  baş  vermiş  hadisənin  qanunvericiliyə  və  ya  sığorta  müqaviləsinə  görə  sığorta  hadisəsi  hesab 

edilməməsi;  

28.1.9.  sığorta  hadisəsinin  sığorta  haqqı  və  ya  onun  hər  hansı  bir  hissəsinin  qanunvericilikdə  və  ya 

müqavilədə  nəzərdə  tutulmuş  ödənilməsi  müddəti  başa  çatdıqdan  15  gün  sonra  və  ya  sığortaçının 

müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun 

müvafiq hissəsi ödənilməmiş olduqda;  

28.1.10. sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.  

 

29. Tərəflərin məsuliyyəti 

29.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə 

tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.  

 

30. İkili sığorta 

30.1. Bu növ sığortaya  itki və zərərlər baş verdiyi an bu müqavilədən başqa qüvvədə olan hər hansı 

digər sığorta müqaviləsi və ya müqavilələri ilə təminat verilmişdirsə, istənilən franşiza daxil olmaqla 

zərərin digər sığorta müqaviləsi və ya müqavilələri üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq 

olan hissəsi (bu sığorta müqaviləsində göstərilən sığorta məbləğindən artıq olmamaq şərtilə üzrə) istisna 

olmaqla belə itki və zərərlərə təminat verilmir. 

 

31. İş sirlərinin gizli saxlanılması 



 

29 


31.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı 

halda Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 

məsuliyyət daşıyır 

 

32. Mübahisələrin həlli qaydası 

32.1.Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq 

danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan 



Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.  

Yüklə 314,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə