http://w w w.amu.edu.az
31 yanvar 2017-ci il
6
•
İnsan beyninin normal
fəaliy yəti üçün sağlam və
tamdəyərli qidalanma çox
vacibdir.
Məsləhət 1
. Bəzi qida
məhsulları var ki, bu
məhsullar beyinin fəaliy-
yətinə müsbət təsir edir.
Məsələn, beyin üçün Ome-
qa-3 yağlı turşular çox va-
cibdir. Bu turşularla zəngin
olan məhsul balıqdır.
Növbəti beyin üçün va-
cib olan maddə fenilala-
nin amin turşusudur. Bu
əvəzolunmaz aminturşusu
orqanizmdə sintez olun-
mur və mütləq qida ilə
orqanizmə daxil olunma-
lıdır. Fenilalanin ətdə, ba-
lıqda, yumurtada, süddə,
kəsmikdə, xamada var.
Digər vacib aminturşu-
su triptofandır. Triptofan
beyin hüceyrələrinin qo-
calmasının qarşısını alır.
Triptofan hind quşu və to-
yuq əti, banan, qoz, fın-
dıq, badam, keşyu kimi
məhsullarda var.
Lizin aminturşusu təfək-
kürü
aktivləşdirir.
Bu
maddə acı şokoladın, ka-
kaonun, qoz, fındıq, ba-
dam, araxis, cücərdilmiş
buğda, lobya, noxud və s.
kimi məhsulların tərkibinə
daxildir.
Beynimiz şirin qidaları
da xoşlayır. Qlükoza beyi-
nin normal fəaliyyəti üçün
ən vacib maddələrdən bi-
ridir. Qlükozanı bal, şirin
meyvələr, quru meyvələr
kimi faydalı məhsullardan
alın.
Məsləhət 2
. Beyini nə
qədər çox yükləsəniz, be-
yin o qədər yaxşı işləyəcək.
Bu təsdiq olunmuş qayda-
dır. Təbii ki, söhbət həddən
artıq yükləmələrdən get-
mir.
Beyninizi daim məşq et-
dirin - yeni kitablar oxu-
yun, xarici dillər, şeirlər
öyrənin, krossvordlar həll
edin, şaxmatı oynayın və
s.
Bütün
ömrünü
elmi
kəşfiyyatlara həsr etmiş
alimlərin beyini qoca yaş-
larına kimi sağlam və ca-
van qalır.
Məsləhət 3.
Beyinin nor-
mal fəaliyyəti üçün ona
kifayət qədər oksigen la-
zımdır. Hər gün 1-2 saat
ərzində havada olun.
Məsləhət 4.
Fiziki ak-
tivlik, idman orqanizmdə
qan dövranını yaxşılaş-
dırır. Təbii ki, bu zaman
beynizmizin qan dövranı
da yaxşılaşır.
Məsləhət 5.
Kifayət qədər
yatın. Daim az yatan in-
sanların yaddaşı və diqqəti
zəifləyir.
Beyinin fəaliy yətini yax-
şılaşdıran xüsusi dərman
preparatları mövcuddur.
Belə preparatlar “noot-
rop” adlandırılır. Lakin bir
çox həkimlər hesab edir
ki, bu prepartalar sağ-
lam insanlara (və xüsusilə
də sağlam uşaqlara) təyin
etmək düzgün deyil. Bu
preparatların əksər hissəsi
beyin funksiyalarının ciddi
pozulmaları olan insanlar
üçün (məsələn, Alsqey-
mer xəstəliyi olanlar və s.)
nəzərdə tutulub.
Beyin fəaliyyətini yax-
şılaşdıran təbii vasitə -
qinko biloba bitkisidir. Bu
bitki beyinin fəaliyyətini
stimullaşdırır.
Bitkinin
əsasında çoxlu sayda təbii
nootrop preparatları möv-
cuddur. Özünüzdə beyin
fəaliyyətinin zəiflənməsini
hiss
etdikdə
həkimlə
məsləhətləşdikdən son-
ra bu preparatı qəbul edə
bilərsiniz.
Gözün tor qişasının okklüziya xəstəliyi onun
damarlarından birinin tıxanmasında ifadə
olunur, bu da görmənin zəifləməsinə gətirib
çıxarır. Tromboz fəsadlarının qarşısını almaq
məqsədilə müalicə üçün adətən gözdaxili
inyeksiyalardan istifadə olunur, lakin indiyə
qədər trombların aradan qaldırılması üçün
universal üsul yox idi. Venanın diametri çox
kiçik (0,1 millimetr) olduğundan, damarlara
iynə daxil edilərkən onların zədələnməsi riski
yüksəkdir.
AZƏRTAC “Naked Science” saytına
istinadla xəbər verir ki, belçikalı alimlər
venanın tor qişasının kateterlənməsi (RVC)
metodu yaradıblar. Bu halda xüsusi ro-
botdan istifadə edilməsi nəzərdə tutulur.
Əməliyyatın gedişində cərrah həmin robotun
köməyi ilə diametri 0,03 millimetr olan iynəni
tromblanmış venaya daxil edir. Bu zaman ro-
bot həkimin mikrohərəkətlərini sabitləşdirir,
iynə damara daxil ediləndən sonra inyeksiya
tamamilə başa çatana qədər 10 dəqiqədən
artıq müddətdə həmin iynəni tutub saxlayır.
Həkimlərin sözlərinə görə, yeni ro-
bot konkret pasiyent üzərində sınaqdan
keçirilib. Hazırda xəstə özünü yaxşı hiss edir.
Sınaqların ikinci mərhələsində mütəxəssislər
bu prosedurun klinik effektlərini yoxlayacaq,
o cümlədən pasiyentin görmə qabiliyyətinin
bərpaolunma dərəcəsini qiymətləndirəcəklər.
Bildirilir ki, robot-cərrahın yaradılması üçün
yeddi il araşdırma aparılıb.
Mütəxəssis sözü
u
Ali sinir fəaliyyətində olan
pozğunluq ya üzvi dəyişiklik,
ya da funksional pozğunluq
nəticəsində həzm sistemi orqanla-
rında özünü büruzə verir.
Bu
haqda
klinikanın
mətbuat
xidmətinə Tədris Terapevtik Klinikası-
nın dosenti, fizioterapevt Paşa Mehdiyev
açıqlama verib.
O bildirib ki, mədə-bağırsaq sistemi
xəstəlikləri içərisində ən çox yayılan
mədə və onikibarmaq bağırsağın xora
xəstəliyidir.
“Keçmişdə bunun etologiyasında
nevroloji amilin üstünlük təşkil etdi-
yi deyilirdi. Stress, əsəb sarsıntıları
ilə bağlı olan bir xəstəlik kimi bunu
qiymətləndirirdilər. Elm inkişaf etdikcə
bu xəstəliyin başqa səbəbləri ortaya çıx-
dı, burada tək sinir faktoru yox, başqa
amillərin də rolu olduğu məlum oldu.
Xora xəstəliyinin ümumi orqanizmin
xəstəliyi olması ilə bağlı fikirlər möv-
cuddur. Sadəcə olaraq mədə və oniki-
barmaq bağırsağın xəstəliyi selikli və
əzələ qişalarının zədələnməsi ilə özünü
göstərir. Xora xəstəliyi zamanı xəstə olan
şəxs pəhriz sisteminə əməl etməlidir.
Buna əməl olunmazsa, xoranın əmələ
gəlməsinə əlverişli şərait yaranar”.
P.Mehdiyev qeyd edib ki, qıcıqlanmış
bağırsaq sindromu xəstəliyi də geniş ya-
yılmış xəstəliklər sırasına daxildir.
“Bu xəstəlik də məhz funksional poz-
ğunluq kimi xarakterizə edilir və sinir
mənşəli olur. Elə insan var ki, bu xəstəlik
onda ya ishal, ya da qəbzlik formasında
özünü büruzə verir. ABŞ-da orta yaş-
lı əhalinin 20-40%-də bu xəstəliyə rast
gəlinir. Bu hal həyəcanla müşayiət olunur
və ishal, ürəkbulanma, qusma əlamətləri
olur. Bu zaman əsasən sakitləşdirici
dərman vasitələrindən istifadə etmək
lazımdır. Antibiotiklərdən istifadə isə
qətiyyən tövsiyə olunmur. Adətən, il-
kin olaraq ishalı dayandıran, sinir sis-
temini sakitləşdirən dərmanların qəbul
edilməsi məqsədəuyğundur. Xüsusilə,
təbii müalicəvi üsullardan, bitkilərdən
istifadə, eyni zamanda mühiti dəyişmək,
idman, dəniz, üzgüçülük kimi amillər də
bu xəstəlikdə çox effektiv təsir göstərir”.
Sinir mənşəli pozğunluğa xüsusilə öd
kisəsində rast gəlindiyini deyən, P. Meh-
diyev buna öd kisəsinin diskineziyası de-
yildiyini bildirib.
“Bir şeyi xüsusi olaraq vurğulamaq
istəyirəm ki, bu, iltihab mənşəli pozğun-
luq deyil. Öd kisəsində heç bir iltihab
əlamətləri olmur. Bu zaman sağ qabırğa
altı nahiyədə diskomfort halları, bəzi hal-
larda öd xaric olması, ağız boşluğunda
acılıq, ürəkbulanma əlamətləri olur. Belə
hallarda antibiotiklərdən, ödqovucular-
dan istifadə etmək heç bir fayda vermir.
Yenə də deyirəm ki, təbii vasitələrdən
istifadə daha məsləhətlidir. İş və yuxu
rejimini tənzimləmək isə mütləqdir.
Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) verdiyi bir tərif var: “İnsan mütləq
yaşayış və iş yerindən getməlidir”. Vacib
deyil ki, yaxşı yemək yesin, çox yatsın,
insan onu qıcıqlandıran mühitdən mütləq
uzaqlaşmalıdır. İstirahət budur”.
Pərvin ARZUQIZI
Sinir mənşəli pozğunluğun həzm sistemi orqanlarında
yaratdığı problemlər və həkim tövsiyəsi
Robot-cərrah gözün tor qişasının okklüziya
xəstəliyinin müalicəsinə kömək edib
Dünya Səhiyyə Təşkilatının (DST) İcraiyyə Komitəsi
səsvermə
yolu ilə qurumun baş direktoru
vəzifəsinə üç namizəd irəli sürüb.
Onların adları Dünya Səhiyyə
Assambleyasına təqdim olunacaq.
AZƏRTAC DST-nin saytına istinadla
xəbər verir ki, səsvermədən əvvəl üzv
dövlətlər beş namizədlə müsahibə apa-
rıblar. Namizədliyi irəli sürülən 3 nəfərin
– Tednos Adhanom Gebreyezus (Efiopi-
ya), David Nabarro (Böyük Britaniya) və
Sani Niştarın (Pakistan) adları yanvarın
25-də ümumi axşam iclasında elan edi-
lib.
DST-nin üzvü olan dövlətlər 2017-ci ilin
mayında Dünya Səhiyyə Assambleyasının
sessiyasında keçiriləcək səsvermə zama-
nı bu üç namizəddən birini seçməlidirlər. Yeni baş direktor vəzifəsinin
icrasına 2017-ci ilin iyulunda başlayacaq.
Dünya Səhiyyə Təşkilatının baş direktoru
vəzifəsinə namizədlərin adları açıqlanıb
Beyinin fəaliyyətinin yaxşılaşdırılması üçün 5 MƏSLƏHƏT