ZURNA. Bu musiqi aləti insanda döyüş əhval-ruhiyyəsini
və bəzən təcavüz və müharibə xarakterlərini oyadır. Zurna səsi
insanda apatiyanı, laqeydliyi azaldır və qan təzyiqini qaldırır.
NAĞARA. Bu alət həkimlərə pis əhval-ruhiyyə, melan-
xoliya, intelektual və fiziki yorğunluq və eyni zamanda aşağı qan
təzyiqi ilə mübarizə aparmağa yardım edirdi. Belə hesab edilirdi ki,
nağara bir sıra dərman bitkiləri və ətirli mixək kimi ədviyyatları
əvəz edir. Nağaranın ritmlə çalınmasının ürəyin gücləndirilməsinə
səbəb olduğuna inanılırdı. Nağara ilkin orta əsrlər Azərbaycan
ədəbi dastanı olan “Kitabi Dədə Qorqud” kitabında təsvir
olunmuşdur. Nağaraya oxşayan alətlər qədim Misirdə də istifadə
olunurdu.
Beləliklə, əcdadlarımızın zəngin elmi və musiqi mirasına
əsasən demək olar ki, onlar musiqiyə yalnız şənlənmək və istirahət
üçün qulaq asmır, musiqini həm də müxtəlif xəstəliklərin qarşısının
alınmasında və müalicəsində qüvvətli bir vasitə kimi qəbul
edirdilər.
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən tərcümə etdi: Aytən
Əliyeva.Yoxladı: Ülviyyə Məmmədova. Redaktə edən: Aydan Nəcəfova
ƏTİRLƏRLƏ MÜALİCƏ
Mənbə: Azerbaijan International jurnalı - AI 9.1 (2001) © 2001.
Azerbaijan International AZERI.org
romaterapiya nədir? Bu gün bu termin adətən efir yağları ilə
müalicəyə aid edilir. Bu rayihəli cövhərlər qızılgül, bə-
növşə, kəklikotu, lavanda və mərzə kimi çiçək, meyvə və
bitkilərdən alınır və onlar adətən ya nəfəsə çəkilir, ya da dərinin
üstünə sürtülür.
A
"Aromaterapiya" sözünün ilk dəfə 1937-ci üdə fransız
kosmetik kimyaçısı Rene-Maurice Gattefosse tərəfındən
işlənməsinə baxmayaraq bu üsulun bir neçə min il yaşı var.
QƏDİM İNAMLAR. Bir vaxtlar indiki cənubi Azərbaycan
ərazisində yerləşmiş qədim Manna (eramızdan əvvəl 9-7-ci əsrlər)
və Atropatena (e.ə. 4-1-ci əsrlər) dövlətlərində əhali inanırdı ki,
yuksək mənəviyyat əldə etmək uçün onlar təmiz və gözəl olmalı
21
idilər. Bu məqsədlə qədim Azərbaycanlılar büxur, ətirli qatran,
galbanum, rozmarin, çödükotu, səna, darçın və nərd çiçəyi kimi
rayihəli yağlardan istifadə cdirdilər.
Bəzi rayihəli bitki və ağaclardan dini məqsədlərdə istifadə
ediliıdi. Məsələn, ətirli iynələri olan sərv agacı peyğəmbər
Zərdüştün ağacı kimi tanınırdı. İnanılırdı ki, efir yağlarının
yayılması havanı təmizləyir və mənfi qüvvələrdən müdafiə edir.
Qədim turk inamlarına görə bütün ətirli çiçəklər Mavi
Səmanın ali tanrısı olan Göy Tanrı tərəfindən yaradılıb. Bütün ot və
ağaclarm tanrıçası Öləng onun arvadı idi. Öləng həm də təbiblərin
himayədarı sayılırdı. Hər il türk xalqları bu tanrıçanın şərəfinə
təntənəli festivallar keçirər və yovşan kimi rayihəli bitkilər yan-
dırardılar.
Qədim türk əfsanələrində deyilirdi ki, bütün uşaqların
ruhları güllərin içində əmələ gəlir və sonra da analanmn bətnlərinə
daxil olur. 7-ci əsr əfeanəsində Dədə Qorqud deyir: "Mən çiçəyin
içində yarandım... sonra anamın bətninə düşdüm və ala gözlü div
pəridən anadan oldum."
Azərbaycanhlar xəstəlikləri və yaralan ətirli maddələrlə
sağaldırdılar. Belə hadisəni təsvir edən səhnələrdən biri
Azərbaycanın əfsanələr toplusundan ıbarət olan epik "Dədə
Qorqud" dastanında vardır.
Dastanın 11-ci əsrdə yazıya alınmasına baxmayaraq orada
6-7-ci əsrlərə aid hekayələr də var. Səhnələrin birində yaralanmış
gənc bir oğlam sağaltmaq üçün ətirli çiçəklərdən istifadə edilməsi
təsvir olunur:" Qırx incə qız yayılıb, dağ çiçəyi topladı… Dag
çiçəyi ilə südü oğlanın yarasına çəkdilər. Oğlanı həkimlərə tapşırıb,
Dirsə xandan gizlətdilər." Yəqin ki, həmin güllər antiseptik və
sağaltma xüsusiyyətlərinə görə tanınan çoban yastığı və yarpız
olub. Ətirli bitkilər yalnız sağaltmaq üçün deyildi. Məsələn,
eramızın 4-cü əsrində Qafqaz Albaniyasının (indiki şimali
Azərbaycan) əhalisi kəklikotudan həm mohkəmləndirici, həm də
cinsi həvəs oyadan vasitə kimi istifadə edirdilər.
EFİR YAĞLARI. 7-ci əsrdə Azərbaycanlılar efir yağlarının
kimyəvi xüsusiyyətlərini öyrənməyə başladılar. Onlar müsəlman
kimyaçısı Cabir ibn Xəyyanın təcrübəsindən (702-765) və distilə
etmə prosesini inkişaf edən və saflaşdıran digər alimlərdən öyrənir-
dilər.
22
O vaxtlar Azərbaycanhlar asanlıqla bütün Şərq aləmində
məşhur maddələr olan qızılgül yağını əldə edib ondan qızılgül suyu
hazırlaya bilirdilər. Orta əsrlərdə Azərbaycanlılann işlətdikləri digər
efır yağları şüyüd, əməköməci, nanə, cövüz, tərxun, çoban yastığı,
darçın, cökə, portağal, bergamot, limon, ətirli qatran, keşniş, qara
cirə, yovşan, toz ağacı, sidr ağacı, sərv, mərsindən hazırlanan yağlar
idi.
Azərbaycan əlyazmalarına əsasən o vaxt aromaterapiyada
ən azı 60 bitki ədviyyəsi işlədilib. Hətta bu günkündən fərqli olaraq
o zaman ətirli heyvan ədviyyatindan da istifadə edilirdi. Sənədləri-
mizdə onlann 8-nin adı çəkilir.
Efır yağlarını öyranməklə orta əsrlər Azərbaycan təbibləri
aromaterapiya və onun xəstəlikləri sağaltmaq qabiliyyəti haqda olan
biliklərini genişləndirə bildilər. Müəyyən xəstəlikləri sağaltmaq
üçün səciyyəvi yağlardan istifadə olunurdu. Məsələn inanılırdı ki,
reyhan yağı əzələləri yumşaldır və sakitləşdirici effektə malikdir.
Məlhəm kimi o, yaraları, kəsikləri və sızanaqlan sağaldırdı. Unla
qatışdırılmış reyhan və kamfara əqrəb çalmasına qarşı istifadə
olunurdu. Bergamot kökü isə həşərat çalmasım yüngülləşdirmək və
həşərat əleyhinə dərman kimi xususiyyətlərinə görə tanınıb.
Şairlər Nizami Gəncəvi (1141-1203) və Məhəmməd
Füzulinin (1495-1556) verdiyi məlumata görə qızılgül yağından baş
ağrılarına qarşı dərman və xarici antiseptik kimi istifadə olunurdu.
Məhəmməd Yusif Şirvani (18-ci əsr) isə xəncər yaraları üçün cirə
məlhəmindən istifadə etməyi məsləhət görürdü. Baxmayaraq ki,
hələ o zaman antibiotik anlayışı mövcud deyildi, təbiblər cirə, bal
və çiy soğan şirəsindən hazırlanmış məlhəmləri xarici antiseptik
kimi istifadə edirdilər.
Məlumdur ki, ardıc yağından da antiseptik kimi istifadə
edilib. 17-ci əsr təbibi Hacı Süleyman İrəvani yaraları sağaltmaq
üçün ardıc yarpaqlarından düzəldilmiş məlhəmdən istifadə etməyi
məsləhət görür. Sərvdən sidik yolları xəstəliklərini sagaltmaq üçün
sidikqovucu kimi də istifadə olunurdu. Soyuqdəyməsi olan və bumu
axan şəxsə həkimlər kəklikotu, yarpız və nanədən hazırlanmış
qatışığın buxarını nəfəslərinə çəkməyi məsləhət görürdü.
TƏMTƏRAQLI MÜALİCƏLƏR. Bu müalicələri heç də
hamı edə bilməzdi. Bənövşə yağı və qızılgül suyu kimi maddələr
ucuz olduğu halda idxal edilən efir yağları baha idi və onları yalnız
dövlətli şəxslər ala bilərdi. Dovlətli şəxslər ətirli məlhəm və
23
Dostları ilə paylaş: |