Arzu xanûmûn tÿqdim etdiyi Qarabaü mÿtbÿxi nömunÿlÿri
● 179
Hazırlanması:
Qoyun əti pörtlədilib dik qazana yığılır. Digər ərzaqlar isə çiy halda üzərinə
tökülür. Bütün ərzaqların üzərini örtüncəyə qədər ət suyu əlavə edilir, vam
odun üzərinə qoyulur. Yağa düşdükdə isə oddan götürülür. Kişmiş qovrulur
və ayrıca qabda süfrəyə verilir. Süfrəyə sirkəyə qoyulmuş, içi doldurulmuş
badımcan tutması ilə vermək olar.
Çolpalı-pomidorlu çığırtma plov
Tərkibi:_5-6_st._düyü_2_çimdik_zəfəran_şirəsi_Çığırtma_aş_qarası_üçün:_Qazmaq_üçün'>Tərkibi:
5-6 st. düyü
2 çimdik zəfəran şirəsi
Çığırtma aş qarası üçün:
Qazmaq üçün:
2 ədəd çolpa
1 st. un
6-7
baş soğan
1 x.q yağ
1 kq pomidor
2 x.q xama
Duz
2 q qatıq
1 ç.q. şəkər tozu
1 çimdik duz
Hazırlanması:
Çolpa 3 aylıqdırsa onu pörtlətməyə dəyməz, sadəcə cücəni qazana soğanı bir qə dər
qovurduqdan sonra çiy halda əlavə etmək lazımdır. Əgər çolpa 5-6 aylıqdırsa, on da
onları düyü qaynadacağımız qazanda duzlu suda bir qədər pörtlətmək lazımdır.
Daha sonra soğan yağda qızardırılır. Pomidorlar soyulub xırda-xırda doğranılır,
sonra onları azca sıxılıb soğanın üzərinə əlavə edilir. Bir qədər sonra isə pörtlənmiş
çolpa əti əlavə edilir. Dadlı alınması üçün toyuq işgənəsinin üzünün yağlı hissəsi
yığılıb qazana tökülür. Vam odun üzərinə qoyulur, yağa düşdükdən sonra götürülür.
Düyü adi qayda ilə süzülür. Dibinə qazmaq, üzərinə zəfəran şirəsi tökülüb
dəmə qoyulur.
Qazmaq üçün xəmir yoğrulur. Ərzaqlar azlıq etsə üzərinə ilıq su da əlavə etmək
olar. Sonra yuxa yayılır, dörd hissəyə bölünür və qazanın dibi yağlandıqdan
sonra dibinə sərilir. (Qazmağı zövqə görə də kəsmək olar. Məs: dairəvi və ya
paxlavaşəkilli).
Bu plov süfrəyə verilərkən yanında salat əvəzi doğranmış sərin yemiş verilir.
Turşu kimi isə sirkəyə qoyulmuş badımcandan istifadə etmək olar.
Qarabaü mÿtbÿxi
180 ●
Şuşa qalyası
Tərkibi:
1 kq yağlı dana ətinin sümüklü hissəsi
1.5 st. noxud
600q şabalıd
2-3 ədəd
turşməzə heyva
2-3 ədəd iri baş soğan
Zövqə görə duz
Hazırlanması:
Dana ətinin sümüklü hissələri iri tikələrə bölünərək pörtlədilir. Xırda
yerli noxudu qaynadıb, qabığından çıxarıb ləpələyirik. Şabalıdı pörtlədib
təmizləyirik. Heyvanı dilimləyirik.
Pörtlənmiş ət qazanın dibinə yığılır, üzərinə soğan doğranılıb əlavə edilir.
Sonra noxud ləpəsi, daha sonra şabalıd, ən üstə isə heyva dilimləri düzülür.
Üzərinə ət suyu əlavə edilərək yağa düşüncə vam odun üzərinə qoyulur. Süfrəyə
narlı-heyvalı kompotla verilir.
Bağır-beyin
I variant
II variant
Tərkibi:
1 kq qaraciyər
1 kq qara ciyər
1
kq
quyruq
1
kq quyruq
1 quzu beyni
2/1 st. su
1-2 baş soğan
Duz
1 ədəd gülöyşə nar
Hazırlanması:
1) Qaraciyər pörtlədilir. Pörtlədilmiş ciyərlər və çiy quyruq qiyməkeşdən
keçirilir, sonra qarışdırılıb odun üzərinə qoyulur. Üzərinə yarım stəkan
qaynanmış su əlavə edilərək bir qədər pörtlətdikdən sonra doğranmış soğanlar
qazana əlavə edirik. Duz vurulub vam odun üzərinə qoyulur. Xörək yağa
düşməyə 5-10 dəq. qalmış dənələnmiş gülöyşə nar əlavə edilir. Bu növ ağır-
Arzu xanûmûn tÿqdim etdiyi Qarabaü mÿtbÿxi nömunÿlÿri
● 181
beyini qaynar-qaynar ayrılıqda, yaxud da aşın üzərində qara kimi də vermək
olar.
2) Qaraciyər və quyruq pörtlədilir. Sonra hər ikisi birlikdə qiyməkeşdən
keçirilir. Sonra bura bişmiş qoyun və ya quzu beyni əlavə edilir. Birlikdə
yaxşıca qarışdırılır, duzlanır, siniyə sərilir və istənilən şəkildə kəsilib qaba
düzülür. Zövqə görə bu növ bağır-beyini paştetdə olduğu kimi ruletşəkilli də
bükmək olar.
Narlı-döşwmwli kwlwm dolması
Tərkibi:
450-500 q qoyunun döş,
qabırğa, irtmək hissələri
Apardığı qədər kələm
Üzərini tam örtməyənədək su
Qiymə üçün:
1 kq yağlı-quyruqlu qoyun əti
1 st. düyü
1 ədəd
pomidor
1 ədəd turş nar
Duz, istiot zövqə görə
Hazırlanması:
Yağlı-quyruqlu qoyun əti çəkilir, düyü, duz, istiot, pomidor vurulub qiymə
hazırlanır. Hazır qiyməyə 1 ədəd turş narın yarısı sıxılır.
Qazanın dibinə qoyunun döş, qabırğa, irtmək hissələri döşənilir. Ətlər duzlanıb
üzərinə yarımçıq qalmış nar sıxılır. Pörtlədilmiş Bərdə kələminə dolmalar
bükülüb qazandakı ətin üzərinə düzülür. Bu xörəkdə nar suyunu ayrıca vermək
də olar. Dolmanın üzərinə su əlavə edilib tam yağa düşməsi gözlənilir.
Qırto
Tərkibi:
2 st. qatıq
1 st. xama
Qarabaü mÿtbÿxi
182 ●
1 ədəd yumurta
Zövqə görə duz
1
kiçik baş soğan
1 dəstə tər (və ya quru) nanə
1 çimdik zəfəran
Hazırlanması:
Bir qədər acı, suyu süzülmüş qatığa xama əlavə edilir. Alınmış kütləyə çox az
miqdar duz və yumurta qatılıb çalınır.
Yığcam bir qazanda soğan qızılı rəng alanadək öldürülür. Soğan hazır
olduqda nanə doğranılıb qazana tökülür. Nanə 3 dəqiqə öldükdən sonra
bir çimdik zəfəran da əlavə edilib, hazırlanmış qatıq qarışdırıla-qarışdırıla
qazana tökülür. 10 dəqiqədə ara-sıra bulana-bulana qırto hazır olur. “Qırto”
Qarabağ mətbəxinin ləzzətli sousu adlana bilər. Qırtonu başqa bir yeməyin
yanında (məs. kartof qızartması) və yaxud duzlanıb-istiotlanmış baş soğanla
vermək olar.
Bomba
Tərkibi:
Y.dəstə göy soğan, yaxud baş soğan
0.5 l ət suyu (işgənə)
1 st. yumru düyü
4-5 ədəd
qara alça
1 dəstə ispanaq
1 dəstə quzu-qulağı
1 dəstə əməköməci
y.dəstə keşniş
y.dəstə şüyüd
Hazırlanması:
Göy soğan, yaxud baş soğan kərə yağda qovrulur. Ət suyu əlavə edilib bir
qədər qaynatdıqdan sonra şorbaya yumru düyü əlavə edilir. 4-5 ədəd qara alça
da əlavə edilib əvvəlcədən yuyulub doğranmış göyərtilər şorbaya tökülür.