Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə42/47
tarix11.04.2018
ölçüsü0,66 Mb.
#37949
1   ...   39   40   41   42   43   44   45   46   47

Arzu xanûmûn tÿqdim etdiyi Qarabaü mÿtbÿxi nömunÿlÿri
● 179
Hazırlanması:
Qoyun əti pörtlədilib dik qazana yığılır. Digər ərzaqlar isə çiy halda üzərinə 
tökülür. Bütün ərzaqların üzərini örtüncəyə  qədər  ət suyu əlavə edilir, vam 
odun üzərinə qoyulur. Yağa düşdükdə isə oddan götürülür. Kişmiş qovrulur 
və ayrıca qabda süfrəyə verilir. Süfrəyə sirkəyə qoyulmuş, içi doldurulmuş 
badımcan tutması ilə vermək olar. 
Çolpalı-pomidorlu çığırtma plov
Tərkibi:_5-6_st._düyü_2_çimdik_zəfəran_şirəsi_Çığırtma_aş_qarası_üçün:_Qazmaq_üçün'>Tərkibi:
5-6 st. düyü
2 çimdik zəfəran şirəsi
Çığırtma aş qarası üçün:    
Qazmaq üçün:
2 ədəd çolpa           
 
1 st. un
6-7 baş soğan              
 
1 x.q yağ
1 kq pomidor             
 
2 x.q xama
Duz                     
 
2 q qatıq
                            
 
1 ç.q. şəkər tozu
                           
 
1 çimdik duz
Hazırlanması:
Çolpa 3 aylıqdırsa onu pörtlətməyə dəyməz, sadəcə cücəni qazana soğanı bir qə dər 
qovurduqdan sonra çiy halda əlavə etmək lazımdır. Əgər çolpa 5-6 aylıqdırsa, on da 
onları düyü qaynadacağımız qazanda duzlu suda bir qədər pörtlətmək lazımdır. 
Daha sonra soğan yağda qızardırılır. Pomidorlar soyulub xırda-xırda doğranılır, 
sonra onları azca sıxılıb soğanın üzərinə əlavə edilir. Bir qədər sonra isə pörtlənmiş 
çolpa əti əlavə edilir. Dadlı alınması üçün toyuq işgənəsinin üzünün yağlı hissəsi 
yığılıb qazana tökülür. Vam odun üzərinə qoyulur, yağa düşdükdən sonra götürülür.
Düyü adi qayda ilə süzülür. Dibinə qazmaq, üzərinə  zəfəran  şirəsi tökülüb 
dəmə qoyulur.
Qazmaq üçün xəmir yoğrulur. Ərzaqlar azlıq etsə üzərinə ilıq su da əlavə etmək 
olar. Sonra yuxa yayılır, dörd hissəyə bölünür və qazanın dibi yağlandıqdan 
sonra dibinə sərilir. (Qazmağı zövqə görə də kəsmək olar. Məs: dairəvi və ya 
paxlavaşəkilli).
Bu plov süfrəyə verilərkən yanında salat əvəzi doğranmış sərin yemiş verilir. 
Turşu kimi isə sirkəyə qoyulmuş badımcandan istifadə etmək olar.


Qarabaü mÿtbÿxi
180 ●
Şuşa qalyası
Tərkibi:
1 kq yağlı dana ətinin sümüklü hissəsi
1.5 st. noxud
600q şabalıd
2-3 ədəd turşməzə heyva
2-3 ədəd iri baş soğan
Zövqə görə duz
Hazırlanması:    
Dana  ətinin sümüklü hissələri iri tikələrə bölünərək pörtlədilir. Xırda 
yerli noxudu qaynadıb, qabığından çıxarıb ləpələyirik.  Şabalıdı pörtlədib 
təmizləyirik. Heyvanı dilimləyirik.
Pörtlənmiş  ət qazanın dibinə  yığılır, üzərinə soğan doğranılıb  əlavə edilir. 
Sonra noxud ləpəsi, daha sonra şabalıd, ən üstə isə heyva dilimləri düzülür. 
Üzərinə ət suyu əlavə edilərək yağa düşüncə vam odun üzərinə qoyulur. Süfrəyə 
narlı-heyvalı kompotla verilir.
Bağır-beyin
I variant       
 
 
II variant
Tərkibi: 
 
   1 kq qaraciyər
1 kq qara ciyər 
  1 
kq 
quyruq
1 kq quyruq 
 
 
1 quzu beyni
2/1 st. su
1-2 baş soğan 
Duz
1 ədəd gülöyşə nar
Hazırlanması: 
1) Qaraciyər pörtlədilir. Pörtlədilmiş ciyərlər və çiy quyruq qiyməkeşdən 
keçirilir, sonra qarışdırılıb odun üzərinə qoyulur. Üzərinə yarım stəkan 
qaynanmış su əlavə edilərək bir qədər pörtlətdikdən sonra doğranmış soğanlar 
qazana  əlavə edirik. Duz vurulub vam odun üzərinə qoyulur. Xörək yağa 
düşməyə 5-10 dəq. qalmış dənələnmiş gülöyşə nar əlavə edilir. Bu növ ağır-


Arzu xanûmûn tÿqdim etdiyi Qarabaü mÿtbÿxi nömunÿlÿri
● 181
beyini qaynar-qaynar ayrılıqda, yaxud da aşın üzərində qara kimi də vermək 
olar. 
2) Qaraciyər və quyruq pörtlədilir. Sonra hər ikisi birlikdə qiyməkeşdən 
keçirilir. Sonra bura bişmiş qoyun və ya quzu beyni əlavə edilir. Birlikdə 
yaxşıca qarışdırılır, duzlanır, siniyə  sərilir və istənilən  şəkildə  kəsilib qaba 
düzülür. Zövqə görə bu növ bağır-beyini paştetdə olduğu kimi ruletşəkilli də 
bükmək olar.
Narlı-döşwmwli kwlwm dolması
Tərkibi:
450-500 q qoyunun döş, 
qabırğa, irtmək hissələri
Apardığı qədər kələm 
Üzərini tam örtməyənədək su
Qiymə üçün:
1 kq yağlı-quyruqlu qoyun əti 
1 st. düyü
1 ədəd pomidor
1 ədəd turş nar
Duz, istiot zövqə görə
Hazırlanması:   
Yağlı-quyruqlu qoyun əti çəkilir, düyü, duz, istiot, pomidor vurulub qiymə 
hazırlanır. Hazır qiyməyə 1 ədəd turş narın yarısı sıxılır. 
Qazanın dibinə qoyunun döş, qabırğa, irtmək hissələri döşənilir. Ətlər duzlanıb 
üzərinə yarımçıq qalmış nar sıxılır. Pörtlədilmiş  Bərdə  kələminə dolmalar 
bükülüb qazandakı ətin üzərinə düzülür. Bu xörəkdə nar suyunu ayrıca vermək 
də olar. Dolmanın üzərinə su əlavə edilib tam yağa düşməsi gözlənilir.
Qırto
Tərkibi:
2 st. qatıq
1 st. xama


Qarabaü mÿtbÿxi
182 ●
1 ədəd yumurta
Zövqə görə duz
1 kiçik baş soğan
1 dəstə tər (və ya quru) nanə
1 çimdik zəfəran
Hazırlanması:   
Bir qədər acı, suyu süzülmüş qatığa xama əlavə edilir. Alınmış kütləyə çox az 
miqdar duz və yumurta qatılıb çalınır. 
Yığcam bir qazanda soğan qızılı  rəng alanadək öldürülür. Soğan hazır 
olduqda nanə doğranılıb qazana tökülür. Nanə 3 dəqiqə öldükdən sonra 
bir çimdik zəfəran da əlavə edilib, hazırlanmış qatıq qarışdırıla-qarışdırıla 
qazana tökülür. 10 dəqiqədə ara-sıra bulana-bulana qırto hazır olur. “Qırto” 
Qarabağ  mətbəxinin ləzzətli sousu adlana bilər. Qırtonu başqa bir yeməyin 
yanında (məs. kartof qızartması) və yaxud duzlanıb-istiotlanmış baş soğanla 
vermək olar. 
Bomba
Tərkibi:
Y.dəstə göy soğan, yaxud baş soğan 
0.5 l ət suyu (işgənə) 
1 st. yumru düyü 
4-5 ədəd qara alça
1 dəstə ispanaq
1 dəstə quzu-qulağı
1 dəstə əməköməci
y.dəstə keşniş
y.dəstə şüyüd
Hazırlanması:
Göy soğan, yaxud baş soğan kərə yağda qovrulur. Ət suyu əlavə edilib bir 
qədər qaynatdıqdan sonra şorbaya yumru düyü əlavə edilir. 4-5 ədəd qara alça 
da əlavə edilib əvvəlcədən yuyulub doğranmış göyərtilər şorbaya tökülür. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə