Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə43/47
tarix11.04.2018
ölçüsü0,66 Mb.
#37949
1   ...   39   40   41   42   43   44   45   46   47

Arzu xanûmûn tÿqdim etdiyi Qarabaü mÿtbÿxi nömunÿlÿri
● 183
Yumurta bozbaşı
Tərkibi:_1-2_ədəd_soğan_Zövqə_görə_yağ_0.5_l_su_1_x.q_un_1_yumurta__Hazırlanması'>Tərkibi:_2_ədəd_baş_soğan_0.5_l_su_və_ya_ət_suyu_1_ədəd_yumurta_Mövsümə_görə_1-2_ədəd_pomidor___Hazırlanması'>Tərkibi:
2 ədəd baş soğan 
0.5 l su və ya ət suyu
1 ədəd yumurta
Mövsümə görə 1-2 ədəd pomidor
   
Hazırlanması:
Baş soğan bol yağda qovrulur. Mövsümə görə pomidor da əlavə etmək olar. 
Qovrulmuş soğançaya adi və ya ət suyu əlavə edirik. Bir qədər qaynadıqdan 
sonra yaxşıca çalınmış yumurta qarışdıra-qarışdıra şorbanın içinə tökülür. Bu 
şorbanı pomidorsuz da hazırlamaq olar. Yalnız pomidorun əvəzinə  şorbaya 
həlim salsın deyə un əlavə olunur. Bu şorba isə soğan bozbaşı adlanır.
Soğan bozbaşı
Tərkibi:
1-2 ədəd soğan
Zövqə görə yağ
0.5 l su
1 x.q un 
1 yumurta
Hazırlanması: 
Baş soğan bol yağda qovrulur. Qovrulmuş soğançaya adi və ya ət suyu əlavə 
edirik. Bir qədər qaynadıqdan sonra yaxşıca çalınmış yumurta qarışdıra-
qarışdıra  şorbanın içinə tökülür. Yalnız  şorbaya həlim salsın deyə un əlavə 
olunur. 
Lobya bozbaşı
Tərkibi:
2 st. maş lobya 
2 ədəd baş soğan


Qarabaü mÿtbÿxi
184 ●
Hazırlanması: 
Maş lobya həll qaynadılır. Bol soğanlı, bol yağlı soğan-dağı hazırlanır. 
Qaynadılan lobya aşsüzəndən püre halına salınmaq üçün keçirilir. Daha sonra 
sıyıq hala düşmüş lobyalar öz suyu ilə soğan-dağının üzərinə əlavə edilir. Vam 
odda 10-15 dəqiqə qaynasa kifayətdir. Lobya bozbaşı süfrəyə əzilmiş, duzlanıb-
istiotlanmış soğanla verilir. 
Badımcan dolması
Tərkibi:
1 kq qoyun əti
350-400 q quyruq
3-4 ədəd soğan
Apardığı qədər su
Badımcan, pomidor, bibər farşın apardığı qədər
1 dəstə qara reyhan
1-1.5 st. noxud ləpəsi
Duz zövqə görə
 
Hazırlanması:   
Qarabağda badımcan-bibər-pomidor dolmasını hazırlamaq üçün ət quyruqla 
bərabər qiyməkeşdən keçirilir. Hazır qiyməyə bir qədər su tökülüb ocağa 
qoyulur. Bir-iki buğum (burum) pörtləndikdən sonra doğranmış soğanlar ətə 
əlavə edilir. (Pomidorları hazırlayarkən çıxarılmış pomidor içlikləri qiyməyə 
qatılır). Ət pörtlədilən tavada badımcanlar bir qədər ölüşgənmək üçün əlavə 
edilir. Bir qədər ölüşkəmiş badımcanlar tavadan götürülür və qiymə yenidən 
qovrulur. Badımcanları mütləq  əvvəlcədən pörtlətmək lazımdır ki, qiymə 
badımcanların içərisinə rahat yığılsın. Badımcanları suda pörtlətmək də olar. 
Lakin qiymə qovrulan tavada ona görə pörtlədilir ki, daha da dadlı olsun. 
Qiymə qovrulana yaxın 1 dəstə qara reyhan xırda-xırda doğranıb  əlavə 
edirik. Badımcanlar yumşalma həddinə çatdıqda bir qaba yığılır. Əvvəlcədən 
qaynanıb ləpələnmiş noxudlar tavaya tökülüb, duzlanıb qovrulur. Qiymə odun 
üzərindən götürülənə yaxın zövqə uyğun qara reyhan doğranıb tavaya tökülür. 
Hazır qiymə badımcanın içərisinə doldurulur. Qazana yığılıb ocağa qoyulur. 
Dolmaların üstünə bir qədər qaynanmış soyuq su tökülür. Qıpqırmızı yağına 
düşdükdə dolma hazırdır. Süfrəyə verilərkən yanında mütləq sarımsaq-qatıq 
verilir. Salat olaraq isə şirin, qara süfrə üzümü vermək olar.


Arzu xanûmûn tÿqdim etdiyi Qarabaü mÿtbÿxi nömunÿlÿri
● 185
Wtli-twrwvwzli döşwmw
Tərkibi:
1 kq qoyunun qabırğa, döş əti və quyruq hissəsi
2-3 ədəd baş soğan
300-400 q pomidor
5-6 ədəd bibər
Acı bibər zövqə görə
Duz zövqə görə
1 st. qaynanmış ilıq su  
 
Hazırlanması:
Qoyun  əti (qabırğa, döş  əti və quyruq) yuyulub, duzlanıb qazanın dibinə 
yığılır. Üzərinə soğan, pomidor, badımcan, bibər, yenidən soğan, pomidor 
yığılıb, üzərinə bir stəkan qaynanmış ilıq su tökülüb ocağa qoyulur. Tam yağa 
düşdükdə oddan götürülür, süfrəyə sarımsaq-qatıqla verilir. 
Yarpaq dolması
Tərkibi:
1 kq yağlı-quyruqlu ət  
1 st. yumru düyü
2 dəstə nanə
1 dəstə keşniş
y.dəstə şüyüd
4-5 baş soğan  
1.5 st. ilıq su
Apardığı qədər meynə yarpağı
Hazırlanması:
Yağlı-quyruqlu ət çəkilir. Yumru düyü, göyərti, soğan doğranılıb əlavə edilir. 
Qiyməni duzlayıb-istiotlayıb qarışdıran zaman ora əti yumşaldacaq qədər 
qaynanmış, ilıq su əlavə edilir. Qiymə meynə yarpağına bükülərək qazana 
dairəvi yığılır. Süfrəyə sarımsaq-qatıqla, göyərti olaraq isə qırxgünlük turpla, 
vəzəri (acıtərə) və göy soğanla verilir.


Qarabaü mÿtbÿxi
186 ●
Bişi
Bişi şirniyyat növü olub, əsasən orucluqdan sonrakı namazlıq ayında ha-
zırlanıb paylanırmış. 
Xəmir:
2-3 kq un (niyyət etdiyimiz qədər) 
apardığı qədər su
duz – 1 kq una 1 xörək qaşığı.
Xəmir yoğurarkən zövqə görə bir qədər süd, 1-2 ədəd yumurta da əlavə 
etmək olar. 
2 kq una 1 xörək qaşığı droj əlavə etmək lazımdır. Südlü sıyıq üçün 1 
stəkan yumru düyüyə 2 stəkan süd, bir çimdik duz hesabı ilə bişirilir. 4 yerə 
bölünmüş lentşəkilli yuxaların bir tərəfinə  sıyıq çəkilir. Digər tərəfi üzərinə 
qatlanır. Üçqulaq bişilər hazırlanır. Bol yağda qızardılır. Qızardılıb teştə yığıl-
mış bişilərin üstünə qənd pudrası səpilir. 
İrcal
Tərkibi:
Tutdan yarım-bəkməz (yaxud üzümdən yarım-bəkməz)
2 vedrə tut
meyvələr 
Hazırlanması:
Qarabağda ircalı tutla, heyva ilə, armudla hazırlayardılar.
Tutlu ircal üçün, tutdan yarım-bəkməz hazırlanır. Yuyulmuş, saplağı arıtlanmış, 
bedanə tutlar əlavə edilib bişirilir. (yaxud üzümdən yarım-bəkməz hazırlanır.) 
Tut ağacının nazik budaqlarına (elastikliyi çox olduğu üçün) yarı bölünmüş 
meyvələr düzülür, yarım-bəkməzin içərisinə salınaraq bişirilir. 
Nardança
Tərkibi:
1 vedrə dənələnmiş nar
Apardığı qədər duz 
3-5 l moruq suyu


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə