Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə41/47
tarix11.04.2018
ölçüsü0,66 Mb.
#37949
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

Arzu xanûmûn tÿqdim etdiyi Qarabaü mÿtbÿxi nömunÿlÿri
● 175
Hazırlanması:  
Çolpa suda pörtlədilir. Soğan qovrulur, kişmiş,  ərik, dənələnmiş nar əlavə 
edilib bir qədər qovrulduqdan sonra pörtlədilmiş çolpanın içərisinə doldurulur. 
Sadalanan içliyi çiy şəkildə, yəni qovurmamış da çiy çolpanın içərisinə doldura 
bilərik. Bu halda qazanın dibinə qazmaq qoymaq olmaz. Buna qiyləmə, 
hiyləmə-döşəmə deyirlər (və ya ciyləmə-qavlama). 
Qazmaq üçün xəmir yoğurulur. Ərzaqlar azlıq etsə üzərinə ilıq su da əlavə etmək 
olar. Sonra yuxa yayılır, dörd hissəyə bölünür və qazanın dibi yağlandıqdan 
sonra dibinə sərilir. (Qazmağı zövqə görə də kəsmək olar. Məs: dairəvi vəya 
paxlava şəkilli).
Od üzərində qazmaq bir qədər özünü tutduqdan sonra hazırlanmış qara, daha 
sonra süzülən düyü əlavə edilərək adi qaydada dəmə qoyulur. Mütləq düyünün 
üzərinə bir qədər yağ və dəmlənmiş zəfəran tökülür. Qaranı düyünün altına 
qoymadan kənarda hazırlamaq da olar. 
Nardança plova əlavə olaraq da verilir. Nar dənələnir, duz, zövqə görə şəkər 
tozu əlavə edilir, kərə yağda qovurulur, süfrəyə verilir.
Tutlu aş
Tərkibi:_3_st._yumru_düyü_1_st._maş_lobya_200_q_yağ_1_boşqaba_2_x.q_şəkər_tozu__Hazırlanması'>Tərkibi:_3_st_yumru_düyü_6_st_süd_1_ovuc_kişmiş_1_ovuc_ərik_150_q_yağ_Şəkər_tozu_zövqə_görə__Hazırlanması'>Tərkibi:
Düyü – 800 qr.
Xırda ağ (bedanə) tut – 1 kq.
Ağ tut – 1 kq.
Qara tut – 500 qr.
Gilənar – 200 qr.
Şüyüd – 2 dəstə
Göy soğan – 1 dəstə
Duz
Hazırlanması:
Tutun saplağı arıtlanıb aşsüzənə yığılır. Götürülən ağ tutun yarısı qədər qara 
tut, onun da yarısı qədər dənəsi çıxarılmış gilənar aşsüzəndə süzülür. Sonra 
bu meyvələrin üzərinə  şüyüd, göy soğan doğranılır, duzlanılır, adi qaydada 
süzülmüş düyünün altına yığılıb dəmə qoyulur.


Qarabaü mÿtbÿxi
176 ●
Südlü plov
Tərkibi:
3 st yumru düyü
6 st süd
1 ovuc kişmiş
1 ovuc ərik
150 q yağ
Şəkər tozu zövqə görə 
Hazırlanması: 
Düyü süddə qaynadılır. Süddə bişmiş, qatılaşmış düyü aşsüzəndə süzülür. Daha 
sonra kişmiş və ikiyə bölünmüş əriklər bir qədər qovrulur, üzərinə süzülmüş 
düyü  əlavə edilir, üzərinə bol yağ tökülüb dəmə qoyulur. Yeyərkən üzərinə 
şəkər tozu səpilir.     
Lobya plov
Tərkibi:
3 st. yumru düyü
1 st. maş lobya
200 q yağ
1 boşqaba 2 x.q şəkər tozu
Hazırlanması:
Yumru düyü qaynamaq üçün ocağa qoyulur. Düyü hazır olmağa yaxın, 
xaşlanmış maş lobya suyu ilə birlikdə qazana tökülür. 
Düyü lobya ilə birlikdə bir-iki buğum (burum) qaynadıqdan sonra süzülür. 
Üzərinə ərinmiş yağ verilərək dəmə qoyulur. Lobya plovu üzərinə şəkər tozu 
səpərək süfrəyə verilir.
Çwkmw plov
Tərkibi:
3 st. yumru düyü  
6 st. ət suyu   


Arzu xanûmûn tÿqdim etdiyi Qarabaü mÿtbÿxi nömunÿlÿri
● 177
1 st. noxud      
1 baş sğan       
1 st. zoğal axtası 
600-700 q qoyun əti (quyruqla birlikdə)
100 q şabalıd   
  
Ət üçün seçilir
Qol və ya bud sümüyü, döş, qabırğa. Boyun sümüyü, qabırğaya bitişik 
“lapatka” ximirtcəyi, irtmək, quyruq.  
Hazırlanması:
Parça bozbaş adi qaydada asılır. Bozbaşın əti tam bişməmiş nəzərdə tutduğumuz 
düyü, zoğal axtasını qazana tökürük. Nəzərə alınmalıdır ki, qazandakı bozbaşın 
suyu, 1 stəkan düyüyə 2 stəkan ət suyu, hesabı ilə olsun. Zövqə uyğun şabalıd 
da əlavə edilə bilər. Şabalıd (təmizlənmiş) düyü və zoğal axtası ilə də əlavə 
ədilə bilər. Bu minvalla düyü vam odda, ara-sıra ehmallıca qarışdırılaraq 
yağa düşüb dəm alır. Beləcə noxudlu, ətli, zoğal axtalı çəkmə plov hazır olur.
Parça-bozbaş
Tərkibi:
Ət (qoyun) 1 kq 
Noxud 1 st (bir qədər az etmək olar) 
2 baş soğan
1-2 x.q duz 
1 çimdik zəfəran və ya 2 ədəd pomidor
Hazırlanması
Emal qazanda sümüklü qoyun əti asılır ( döş əti, qabırğa, boyun, irtmək, qol-bud 
sümüyü, quyruq), bir qədər qaynadıldıqdan sonra kəfi alınır. Kəfi alındıqdan 
sonra soğan və noxud əlavə edilir. Bunların da kəfi alındıqdan sonra 1.5-2 
saat qaynadılır. Çalışmaq lazımdır ki, parça-bozbaşı yaşlı heyvanın  ətindən 
hazırlanılsın. Onda ətin suyu daha dadlı olur və çox qaynadığına görə  də 
noxudlar bişir (yerli-xırda noxud). Noxudu əvvəlcədən islatmaq lazım deyil, 
islatdıqda göyərmiş toxum dadı verir. Parça-bozbaşın noxudlarının bişməyinə 
az qalmış albuxara, alça, 3-4 ədəd zəfəran, 4-5 ədəd kartof əlavə edilir. Əgər 


Qarabaü mÿtbÿxi
178 ●
pomidorla bişirmək istənilsə, soğan və noxud tökülən anda 2 ədəd pomidoru da 
əlavə edilir. Bozbaş tam bişib üstü qırmızı qaymaq bağlayanda odun üzərindən 
götürülür. Acı bibər, kələm, göy pomidor tutması ilə süfrəyə verilir. 
Şirin plov
Tərkibi: 
5 st. düyü 
Qovurma aş qarası üçün: 
1 kq qoyun əti
4-5 baş soğan
250 q ərik qurusu
100-150 q albuxara
1 kq şabalıd (kişmiş)
Duz
Hazırlanması:
Düyü adi qaydada süzülür. Qoyun əti bir qədər pörtlədilir. Sonra soğan yağda 
qovrulur. Digər  ərzaqlar ayrı-ayrılıqda qovrulur. Daha sonra qoyun əti ilə 
birlikdə hamısı bir-bir soğanın üzərinə  əlavə edilərək vam oda qoyulur. Aş 
qarasının daha da dadlı olması üçün üzərinə ət işgənəsinin üzü yığılıb tökülür, 
yağa düşdükdə teşt odun üzərindən götürülür. Kişmiş qovrulur və ayrıca qabda 
süfrəyə verilir.
Qablama aş qarası üçün.
1 kq qoyun əti
4-5 ədəd baş soğan
250 q ərik qurusu
150 q albuxara
1 kq şabalıd 
Zövqə görə 1 ovuc kişmiş
Duz 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə