Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə2/47
tarix11.04.2018
ölçüsü0,66 Mb.
#37949
1   2   3   4   5   6   7   8   9   ...   47

Qarabaü mÿtbÿxi
4 ●
Þn sþz
Bu kitabda verilən xörəklərin hamısını bu gün artıq 20 ildən çox qaçqınlıq 
ömrünü yaşayan Qarabağ əhalisindən, ayrı-ayrı şəxslərdən topladıq. Çalışdıq bizə 
verilən məlumatlara, reseptlərə çox müdaxilə etməyək. Buna görə də əlinizdəki 
kitab tam işlənmiş texnoloji kitab yox, daha çox olduğu kimi xalq mətbəxidir. 
Şifahi mənbələrdən toplandığı üçün respondentlər (məlumat verən şəxslər) han-
sısa bir ərzağı, sözü unuda, yaxud əlavə edə bilərdilər. Amma çox böyük texno-
loji səhvləri istisna etməklə biz məlumatları olduğu kimi saxladıq.
Bu tipli tədqiqat Azərbaycanda ilk dəfədir ki, aparılıb. Qarabağ mətbəxinin 
toplanması yönümündə ölkəmizdə heç bir tədqiqat işi aparılmamışdı. Bir çox 
xörəklər isə ümumiyyətlə ilk dəfə bu kitabda göstərilir.
Əlimizdə olan mənbələrlə, Gəncə, Tovuz, Qazax, Şəki, Qəbələ, Quba, 
Lənkəran, Borçalı  və s. rayonlarımızdan,  İrəvan xanlığından etap–etap di-
dər gin  salınmış, qaçqın düşmüş İrəvan, Göyçə, Zəngəzur və s. əhalimizdən, 
Naxçıvan Muxtar Respublikası  və s. ərazisindən  topladığımız materiallar la 
İran Azərbaycanı    mətbəxilə qarşılıqlı tutuşdurma və  təhlil Qarabağ bölgəsi 
mətbəxinin Ümümazərbaycan mətbəxinin bir parçası, milli mətbəx fəlsəfəmizin, 
texnologiyalarımızın, mədəniyyətimizin ümumi ahəngi içərisində olduğunu 
göstərdi.
Digər rayonlararası fərqlənmələr kimi, Qarabağ mətbəxindəki fərqlənmələr 
də bir ailədə böyümüş  bacıların bişirdikləri yeməklərin dadındakı fərqlər ki-
midir.
Türk xalqlarının xüsusilə də Türkiyə Cümhuriyyəti bölgələrinin (ələlxüsus 
da azərbaycanlılar yaşayan Qars bölgəsinin, Anadolunun) və Türkmənistanın, 
daha sonra özbəklərin və s. mətbəxlərilə qarşılıqlı təhlildə Qarabağ mətbəxinin 
məhz ümumtürk mətbəxinin bir parçası olduğu göstərilir.
Əlbəttə bütün rayonlarımızla bərabər Qarabağın hər rayonunun mətbəxi 
də tərəfimizdən ayrıca  kitablaşdırılacaq.
Biz bilirik ki, kulinariya kitablarına olan ehtiyacları ödəmək xatirinə 
əvvəlki kitabları köçürüb birləşdirməklə bir sıra kompilyativ kitablar buraxı-


Þn sþz
● 5
lır. Bu kitabların bəzilərində “müəllifin” adı yazılır, bəzilərində cavab almaq 
üçün nə “müəllifin”, nə də nəşriyyatın adı göstərilmir. Bəzi hallarda isə Sovet 
sistemində məsuliyyətdən qaçmaq üçün düşünülmüş “tərtibatçı” terminindən 
istifadə edilir. Başa düşürük ki, bu kitabda toplananlar da belə məsuliyyətsiz 
“tərtibatçılar”, “müəlliflər” və  nəşriyyatlar tərəfindən istifadə edilə bilər. 
Buna görə  də onların diqqətinə çatdırırıq ki, kitabda yazılanlar qanunla qo-
runur. Müəlliflik hüququ müəllifə, Azərbaycan Milli Kulinariya Mərkəzinə 
və Azərbaycan Milli Kulinariya Assosiasiyasına məxsusdur. Bunların yazılı 
icazəsi olmadan kitabdakı  məlumatlardan bütövlükdə ya hissə-hissə istifadə 
etmək qadağandır. 
Beləliklə Qarabağ  mətbəxinin assimilyasiyasının qarşısını almaq üçün 
bir neçə il ərzində bütün Qarabağ bölgələri ilə  iş aparılmışdır. Qarabağ 
mətbəxinin toplanılmasında bizə böyük dəstək vermiş Azərbaycan Qaçqınların 
və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə, Qarabağ rayonlarının 
İcra Hakimiyyətlərinə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə, bizə 
vaxt ayırıb məlumat verən bütün respondentlərimizə xüsusi təşəkkürümüzü 
bildiririk. 
Bizə kitabın üzərində  işlərkən xüsusi kömək göstərən Qarabağlı evdar 
xanım Arzu xanım Fərman qızı Bağırovanın nənələrindən öyrənib bişirdiyi, 
saxladığı və bizə verdiyi xörək nüsxələrini, Zəngilanlı həmkarımız Aysel xa-
nım Cəbrayıl qızı  Şıxəliyevanın topladığı  Zəngilan xörəklərini, Ağcəbədili 
həmkarımız Gülnar xanım Vahid qızı  Ələsgərovanın topladığı  Ağcəbədi 
xörəklərinin nüxsələrini kitabda ayrıca hissələrlə veririk. 
 Müxtəlif rayonlarda eyni adla, çox az fərqlə hazırlanan xörəkləri bir 
nüsxədə versək də rayon ya kəndlərdəki fərqləri də göstəririk. 
Ceyran Əsgərova
Azərbaycan Milli Kulinariya Mərkəzinin 
baş direktorunun müavini


6 ●
Qarabaü mÿtbÿxi
Azərbaycanın  ədəbiyyatı, Azərbaycan mədəniyyəti və incəsənəti 
o qədər zəngindir ki, başqa tərəflərdən bizim milli sərvətimizi 
özününküləşdirmək üçün cəhdlər göstərirlər. Bu yalnız ədəbiyyatla və 
ya Nizaminin əsərləri ilə bağlı olan məsələ deyildir. Bizim musiqimiz 
ermənilər tərəfindən utanmadan oğurlanır. Dahi bəstəkarımız Üzeyir 
bəyin əsərləri mənimsənilir. Bizim milli mətbəximiz yenə də ermənilər 
tərəfindən oğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi 
kimi təqdim etməyə çalışırlar. Halbuki milli yeməklərimizin adları da 
Azərbaycan sözləridir. Əgər ermənidən soruşsan dolma ermənicə nə 
deməkdir, onu deyə bilməz. Necə ki, Qarabağ deyəndə onlar üçün bu 
sadəcə bir sözdür, onu anlamırlar. Çünki bu erməni sözü deyildir. Ona 
görə də belə hərəkətlər, əlbəttə ki, bizi çox üzür. Biz öz milli, mədəni 
irsimizi qorumalıyıq. 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
AMEA – dakı çıxışından 
26.04.2011    
              
Qarabağ  mətbəxi Azərbaycanın  ənənəvi milli mətbəx mədəniyyətinin 
tərkib hissəsidir. Tarixən başqa regionların mətbəxləri ilə qarşılıqlı  təmasda 
zənginləşən Qarabağ  mətbəxi eyni zamanda həmin regionları da zəngin-
ləşdirmişdir. Qarabağa aid olan kulinariya ənənələri və terminologiya, folklor, 
avadanlıq, xörəklərin hazırlanma texnologiyası, toy-bayram və yas mərasimləri 
mətbəxi başqa regionlarla müqayisədə demək olar ki, tam eynidir və bir vəhdət 
təşkil edir. Eyni zamanda adət-ənənə, iqlim və coğrafi səbəblərin təsiri altın-
da yaranan fərqləri də görürük. Dənizdən uzaq yerləşdiyinə görə, Qarabağ 
mətbəxində dəniz balığından istifadə olunmur və dəniz balığından hazırlanan 
xörəklər başqa bölgələrdən götürülmədir. Qarabağ mətbəxində yalnız şirin su, 
çay və göl balığı istifadə olunur. Balıq əsasən suda bişmiş və qızardılmış halda 
yeyilir. Ümumiyyətlə, qarabağlıların qida rasionunda balıq yeməkləri əsas rol 
oynamır. 
Qarabaü mÿtbÿxi


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə