Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə3/47
tarix11.04.2018
ölçüsü0,66 Mb.
#37949
1   2   3   4   5   6   7   8   9   ...   47

● 7
Tahir ßmiraslanov, Aynurÿ ßmiraslanova
Qarabağın göl və çay ətrafında olan bəzi rayonlarının mətbəxində çox 
az sayda mürəkkəb balıq yeməkləri var: ləvəngi, qurqut, balıqdan buğlama 
(şirin sulu balıqlardan hazırlanır) . Başqa rayonlardan fərqli olaraq Qarabağ 
ləvəngisinə düyü və mərci əlavə edirlər. Ləvənginin içliyinə pomidor, istiot, 
kərəviz, yaşıl soğan və alça lavaşanasını qatır və digər regionlardan fərqli ola-
raq buxarda bişirirlər. 
Qurqut xörəyi hazırlayanda balığı axta zoğaldan hazırlanmış içliklə doldu-
rur və tərkibinə doğranılmış soğan, lavaşana, acı və şirin bibər əlavə edirlər. İçi 
doldurulmuş balığı duzlayır, bir az su və kərə yağı əlavə edəndən sonra vam 
odda 30-40 dəqiqə bişirirlər. 
Balıq buğlamasını müxtəlif üsullarla hazırlayır, cürbəcür  meyvə və tərə-
vəzlərlə pörtlədirlər. Buna bənzər balıq yeməklərini cürbəcür variasiyalarda 
bütün Azərbaycanda bişirirlər.
Bərdənin yaxınlığından  axan  Kür çayından tutulmuş balıqların  Qarabağa 
və xüsusən Bərdəyə gətirilməsi barədə X əsrin  ərəb səyahətçiləri Əl Müqəddəsi 
(X əsr) və Əl İstexri (X əsr) məlumat verirlər. Onlar bu balıqları “kasbuvin”, 
“tirrix”, “surmaxı”, “zaroqan” və “işubet” adlandırırlar. 
Qarabağda qədim zamanlardan köçəri maldarlıq inkişaf etmişdir. Oturaq 
mədəni əkinçilik isə çoxsahəli olmuşdur. Əkinçiliyin əsas sahələri taxılçılıq, 
bostançılıq və bağçılıq idi. 
Qarabağ  mətbəxində Azərbaycana məxsus bütün ocaq növləri istifadə 
olunur: təndir, çala, ocaq, sac, manqal, buxarı, kürə  və s. Bu və digər yerli 
xüsusiyyətlərin təsiri altında Qarabağ mətbəxinin bir sıra fərqli xüsusiyyətləri 
də formalaşdırılmışdır. 
İslam dini Qarabağ mətbəxinə çox böyük təsir göstərmişdir. Belə ki, bü-
tün Azərbaycanda olduğu kimi, Qarabağ mətbəxində də donuz ətindən istifadə 
olunmamış, əhali donuz saxlamamış və yerli bazarda donuz əti satılmamışdır.
Arxeoloji və tarixi tədqiqatlar göstərirlər ki, minilliklər ərzində Qarabağ ku-
linar mədəniyyəti öz ənənəvi mahiyyətini qoruyub saxlamışdır. Çalağantəpədə 
aparılan arxeoloji qazıntılar sübut edir ki, (e.ə. VI-V əsr) buranın yerli əhalisi 
o zamandan əkinçilik, maldarlıq, ovçuluq, daşların və sümüyün emaletmə tex-
nikası ilə tanış olublar. 
Mənbələrdə qeyd edilir ki, qarabağlılar kənd təsərrüfatının müxtəlif 
sahələri ilə məşğul olmuşlar. Suvarılan torpaqlarda buğda, düyü, pambıq və 
tut yetişdirilmişdir. Mirzə Camal Cavanşir (1773-1855-ci illər) öz “Qarabağın  
tarixi” kitabında yazır: burada əkilən çetvert buğda 20 qat çox məhsul verir. 


8 ●
Xüsusən də düyü və darı (1 çetvert 50 qat çox) bol məhsul verir Bundan əlavə, 
burada çoxlu mal-qara və kiçik buynuzlu sürülər var.
Qarabağ əhalisinin mətbəxində yabanı və mədəni bitkilər mühüm yer tutmuş-
dur. İbrahim xan Qarabağlının vəziri, Azərbaycanın görkəmli şairi, mütəfəkkiri və 
dövlət xadimi Molla Pənah Vaqif öz şeirlərində bu barədə yazır:
“Dirrik – tərəvəzə yaxşı keşik çək, keşniş, şüyüd, təzə tərəni saxla”
Tarix elmləri doktoru, professor Ziyadxan Nəbibəyli kitabında yalnız Laçın 
rayonun mətbəxində istifadə olunan 245 yabanı bitkilərin adlarını verir.
Qarabağ  mətbəxində quru meyvələrdən həm xörəklərdə, həm də  çərəz 
kimi geniş istifadə edirlər. Quru meyvələrdən xoşablar bişirilir, plovlara, şor-
balara, ət xörəklərinə və s. yeməklərə əlavə edirdilər. 1882-çi ildə Moskvada 
keçirilən Ümumrusiya sərgisində Qarabağ xanının qızı,  şairə Xurşidbanu 
Natəvanın hazırladığı  zoğal və tut qurusu, alça lavaşanası  nümayiş etdiril-
mişdir. Aleksandr Duma (ata) rəssam Mone ilə  “Путешествие  на  Кавказ” 
kitabında Azərbaycanda səyahətdə olarkən Xurşud banu Natəvanla görüşünü 
təsvir etmişdir.
Xurşidbanu Natəvanın hazırladığı lavaşana “Домострой”da “лева шинки” 
adlanır və Azərbaycan mətbəxindən götürülmüşdür.
Ərəb müəllifi İbn Haugəl (IX əsr) yazır ki, Bərdə şabalıdı Suriyadakından 
dadlıdır və daha bol məhsul verir. Bunu Həmdullah Qəzvini “Ürəklərin həzzi” 
əsərində də qeyd edir: “Buradakı, meyvələr, xüsusən şabalıd və fındıq başqa 
yerlərdə olanlardan yaxşıdır”. Ərəb səyahətçisi Əl-İstəxri isə (X əsr) “Kitab 
məsalik əl məmalik”-də yazır:
“Əgər Bərdənin təbiətindən  danışsaq,  Bərdənin sağlam iqlimi, məhsuldar 
torpaqları var. Bərdədən  bir fərsəhdən az məsafədə Andarabda meyvə bağla-
rından və  bostanlarından qurulmuş geniş şəbəkə var, burada çoxlu meyvə və 
tərəvəzlər yetişir. Yerli fındıq Səmərqənddə yetişdiriləndən yaxşıdır,  şabalıd 
isə Şəmdəkindən (Şam-dəməşq) gözəldir. Burada “ruçal” (zuğal – zoğal T.Ə.) 
adlanan bir meyvə də var .
Şabalıd qara fındığın yarısı boydadır və dadı xurmaya oxşardır. Ləsubdan 
Bərdəyə əncir gəlir və bu çox gözəl əncirdir. Həmçinin burada sahibi olmayan 
çoxlu tut ağacları var”.   
Başqa bir ərəb səyahətçisi X əsrdə Bərdə haqqında bunları yazır:
“Bərdə xoşagələn gözəl və meyvələrlə  zəngin olan şəhərdir. Bu şəhər 
öz şumlanmış torpaqları və axan iki çayı ilə xoşagələndir. Buradakı əhalinin 
üzləri mirvari və  mərcana bənzəyir, həmçinin onların çox əliaçıq və mehri-
ban xasiyyətləri var. Bərdədə bazar günləri bazar “Kürküyü” adında bazar var. 
Qarabaü mÿtbÿxi


● 9
“Zukol” adında meyvənin bənzəri yoxdur, həmçinin yüksək keyfiyyətli əncir 
qurusu və şabalıd var.”
İbn Hugəlin (X əsr) Bərdə haqqında təəssüratlarını bildirir: Bərdə... Burada 
volos qozlar və şıxıbalıt  Suriyadakından daha keyfiyyətli, dadlı və daha bol 
məhsul verən  şıxaballut (şabalıd T.Ə.) var. Orada “qubeyra” boyda, xurma 
çəyirdəkli “zukal” (ərik) yetişir və tam yetişəndən sonra şirin olur. Bərdəyə 
əncir qurusu Lacubadan gəlir, tut ağacları isə kütləvidir və satılıb alınmır.”
Nizami Gəncəvi isə XII əsrdə Bərdəni belə təsvir edir: “Bərdə necə gözəl, 
necə qəşəngdir.
Yazı da, qışı da güldür, çiçəkdir. ” 
XVII əsrin məşhur türk səyahətçisi Evliya Çələbi qeyd edir ki, “Qarabağ-
lar... Yəzdəm qulu adında bağban bizə 26 növ sulu armud gətirdi. “Maləccə”, 
“Abbası”, “Ordubadı” növlərini dadarkən ağızda nabat tamı hiss olunur. Yaqut 
kimi narlar var burada. Aşpazlar təmizkardırlar və hamısı müsəlmandır... Qa-
rabağ Təbrizin içində ayrı-ayrı sultanlıqlardan biridir. Yeməklər və içkilər tərifə 
layiqdirlər. Burada mərcan kimi üzümlərin 10 növü, albalı şirəsi, sərinləşdirici 
içkilər və ləzzətli sulu narların 18 növü var. Buradakı heyva adam başı boyda 
olduğu ilə məşhurdur”.
Rus alimi İ.L. Seqal “Елисаветпольская  губерния,  впечатления  и 
воспоминания” kitabında 1902-çi ildə  Ağdam bazarını belə  təsvir edir: 
“Furqonlar və arabalar torba, çuvallar ilə dolu idi, onların içində meyvə, 
çörəklər və motal pendiri var idi. Ağdam bazarı 1867-ci ildən mövcuddur. 
Bağçılıq, xüsusən ipəkçilik Ağdamın kənd təsərrüfatında  əsas yer tutur”. 
14 may 1805-ci ildə  İbrahim xan Qarabağlı  və Rusiya imperiyası (P.D. 
Sisianov) arasında imzalanmış Kürəkçay müqaviləsinin 6-cı maddəsində 
İbrahim xan boynuna götürür ki, rus ordusuna buğda və yulaf yarması sata-
caq. 
Hər bir azərbaycanlının yeməyinin  əsasını çörək təşkil edir. Qarabağda 
çörəyin müxtəlif növlərini bişirirdilər: kulləmə, bozlamac, təndir, közləmə, 
kömbə, lavaş, xamralı, yuxa, fətir, qalınça, maldili, çapartma, cad, ajıtma.
Qışda da, yayda da ən sevimli çörək növü kağız kimi nazik olan yuxa-
dır. Yuxanı uzun müddətə saxlamaq olar. Bəzən insanlar sacı özləri ilə yola 
götürərək yuxanı yolda da bişirirdilər. Bişirilən yuxaları üst-üstə qoyurlar. 
İstifadədən qabaq yuxaların üzərinə su səpirlər və sanki yuxa “təzə” olur. 
Qasidlər üçün yuxanı un şəklində üyüdürdülər  ki, onlar atdan düşmədən ye-
sin. Yuxaya su və qurumuş ət əlavə etdikdə hərrə, xəşil tipdə xörək hazırlana 
bilərdi.
Tahir ßmiraslanov, Aynurÿ ßmiraslanova


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə