Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə45/47
tarix11.04.2018
ölçüsü0,66 Mb.
#37949
1   ...   39   40   41   42   43   44   45   46   47

Arzu xanûmûn tÿqdim etdiyi Qarabaü mÿtbÿxi nömunÿlÿri
● 191
noxudlar bişir (yerli-xırda noxud). Noxudu əvvəlcədən islatmaq lazım deyil, 
islatdıqda göyərmiş toxum dadı verir. Parça-bozbaşın noxudlarının bişməyinə 
az qalmış albuxara, alça, 3-4 ədəd zəfəran, 4-5 ədəd kartof əlavə edilir. Əgər 
pomidorla bişirmək istənilsə, soğan və noxud tökülən anda 2 ədəd pomidoru da 
əlavə edilir. Bozbaş tam bişib üstü qırmızı qaymaq bağlayanda odun üzərindən 
götürülür. Acı bibər, kələm, göy pomidor tutması ilə süfrəyə verilir. 


Qarabaü mÿtbÿxi
192 ●
Gölnar xanûmûn tÿqdim etdiyi 
Aücabÿdi mÿtbÿxi nömunÿlÿri
Ciywr kababı
Tərkibi:_Süd_–_1_litr_Düyü_–_350_qr_Kişmiş_–_50_qr_Şəkər_tozu_–_100_qr__Hazırlanması'>Tərkibi:_Süd_–_0,1_litr_Un_–_460_qr_Maya_–_10_qr_Şəkər_–_70_qr_Kişmiş_–_100_qr_Kərə_yağı_–_50_qr_Duz__Hazırlanması'>Tərkibi:_Qoyun_içalatı_–_1_kq_Kartof_–_200_qr._Soğan_–_100_qr_Duz,_istiot_Pomidor_–_80_qr_Yağ_–_100_qr__Hazırlanması'>Tərkibi:_Un_–_300_qr_Toyuq_–_500_qr_Keşniş_–_40_qr_Şüyüd_–_40_qr_Kəvər_–_40_qr_Kərə_yağı_–_150_qr_Duz__Hazırlanması'>Tərkibi:_Heyvanın_iç_piyi_–_200_qr_Ciyər_–_500_qr_Duz__Hazırlanması'>Tərkibi:
Heyvanın iç piyi – 200 qr
Ciyər – 500 qr
Duz
Hazırlanması: 
Heyvanın iç yağından üçkünc kəsilərək, doğranmış ciyər iç yağına bükülür, 
şişə taxılıb manqalda bişirilir.
Noxudlu dolma
Tərkibi:
Qoyun əti- 1 kq
Noxud – 100 qr
Yumru düyü – 150 qr
Pamidor (tomat – 40 qr) – 200 qr
Reyhan – 80 qr
Alça turşusu 150 qr
Kələm – 1 kq
Soğan – 200 qr
Duz, istiot
Hazırlanması:
Ət maşınından ət, soğan keçirilir. Qıraqda noxud qaynadılır, qabığı çıxarılır. 
Reyhan, pomidor, duz, istiot, alça turşusu  əlavə olunur. Kələm qıraqda 
pörtlədilir. Hazırlanmış məhsul kələmin içinə qoyulub bükülür. Qazana yığılır, 
üzərinə çıxana kimi su tökülür, yağa düşənə kimi bişirilir. 


Gölnar xanûmûn tÿqdim etdiyi Aücabÿdi mÿtbÿxi nömunÿlÿri
● 193
Toyuq ruleti
Tərkibi:
Un – 300 qr
Toyuq – 500 qr
Keşniş – 40 qr
Şüyüd – 40 qr
Kəvər – 40 qr
Kərə yağı – 150 qr
Duz
Hazırlanması:
Toyuq qaynadılır, didilir, göyərti, duz əlavə olunur. Un, su, duz yoğrulur. Xəmir 
hazırlanır, dördkünc kəsilir. Hazırlanmış toyuq xəmirin içərisinə uzunsov 
kəsilmiş yağla birlikdə qoyularaq bükülür. Tavaya yığılır, toyuğun suyunda 
vam odda qazda və yaxud sobada bişirilir.
İçalat qovurması
Tərkibi:
Qoyun içalatı – 1 kq
Kartof – 200 qr.
Soğan – 100 qr
Duz, istiot
Pomidor – 80 qr
Yağ – 100 qr
Hazırlanması:
İçalat yuyulub xırda–xırda doğranılır. Bir buğum qaynadılır, aşsüzəndən 
süzülüb üzərindən su axıdılır. Tavaya tökülüb qovrulur, sonra üzərinə xırda-
xırda doğranmış pomidor və soğan əlavə olunur. Bir az da onunla qovrulduqdan 
sonra dürdkünc formada kartof doğranılır, əlavə olunur. Duz, istiot zövqə görə 
vurulub qovrulur.


Qarabaü mÿtbÿxi
194 ●
Şırtılıq
Tərkibi:
Soğan – 150 qr
Yumru düyü – 200 qr
Yağ – 100 qr
Keşniş – 80 qr
Şüyüd- 80 qr
İspanaq – 80 qr
Əməköməci – 80 qr
Duz, istiot
Hazırlanması:
Soğan qovrulur, bir az su tökülür, su qaynadıqda düyü tökülür düyü bişənədək 
qaynadılır. Sonra içinə doğranmış keşniş,  şüyüd, ispanaq, əməköməci  əlavə 
olunur. Duz, istiot atılıb yağa düşənədək bişirilir. Sarımsaq-qatıq və ya alça 
qurusu ilə süfrəyə verilir.
        
Külçw
Tərkibi:
Süd – 0,1 litr
Un – 460 qr
Maya – 10 qr
Şəkər – 70 qr
Kişmiş – 100 qr
Kərə yağı – 50 qr
Duz
Hazırlanması: 
Südlə xəmir yoğrulur, içinə şəkər tökülür, kişmiş əlavə olunur. Kündələrə ayrılır, 
üstü bəzədilir, yumurtalanır, təndirdə bişirilir.


Gölnar xanûmûn tÿqdim etdiyi Aücabÿdi mÿtbÿxi nömunÿlÿri
● 195
Südlü aş
Tərkibi:
Süd – 1 litr
Düyü – 350 qr
Kişmiş – 50 qr
Şəkər tozu – 100 qr
Hazırlanması:
Süd qaynadılır,  şəkər  əlavə olunur sonra düyü tökülür. Bir az qaynadıqdan 
sonra kişmiş əlavə olunur.
Qoyun wtindwn bozartma
Tərkibi:
Qoyun əti – 300 qr.
Yağ – 30 qr.
Soğan – 200 qr.
Alça – 100 qr.
Keşniş – 50 qr.
Şüyüd – 50 qr.
Nanə – 50 qr.
Duz, istiot
Hazırlanması:
Qoyun əti tikə-tikə doğranıb qızardılır, dayaz qazana yığılır, doğranmış soğan, 
pomidor, alça və ya alça qurusu, göyərti qatılır və az miqdar işgənədə hazır 
olunca öz buğunda bişirilir. Süfrəyə verilən zaman bozartmanın üstünə limon 
və təzə xiyarın qoyulması da məsləhətdir.
Boranı swpmwsi
Tərkibi:
Boranı –1 kq.
Soğan – 300 qr.
Düyü – 00 qr.


Qarabaü mÿtbÿxi
196 ●
Nar – 100 qr.
Yağ – 150 qr.
Şəkər tozu – 50 qr.
Duz
Hazırlanması:
Boranı doğranılır, qazana düzülür, üzərinə soğan düzülür, düyü tökülür, sonra 
nar  əlavə olunur. Narın yerinə kişmiş  də tökmək olar və ardıcıllıqla təkrar 
olunur. Sonra da yağ, duz, üzərindən də şəkər əlavə olunur.
 
Unlu umac
Tərkibi:
Kəpəkli un – 200 qr.
Su – 1 lt.
Soğan – 1 ədəd.
Ərinmiş yağ – 100 qr.
Duz, istiot, sarıkök. 
Hazırlanması:
Unun üzərinə su çilənir qarışdırılaraq umac hazırlanır. Su qaynadılır. Duz, 
istiot və sarıkök əlavə olunur. Sonra umac qarışdırıla-qarışdırıla suya əlavə 
olunur. Tez-tez qarışdırılır.
Soğan xırda-xırda doğranılır və yağda tam qızardılır. Qaynar umacın üzərinə 
əlavə olunur. Umac isti halda yeyilir. Soyuqdəymə, boğaz ağrısında xəstəyə 
daha xeyirli qida hesab olunur.
Şalampur
Tərkibi:
Mal əti – 300 qr
Gavalı (alça) qurusu – 30 qr
Pomidor – 50 qr
Kök – 30 qr
Bibər (acı, şirin) – 50 qr
Keşniş – 50 qr


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə