Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə18/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   14   15   16   17   18   19   20   21   ...   245

56

da caqdı.  Çox  gec  yuxuya  getdi,  həmin  yuxu  yenə  “köhnə  dost” 

kimi  onun  görüşünə  gəldi.  Yenə  nərdivanı  göy  üzünə  dayayıb, 

ağacdan armud yığırmış kimi, ən işıqlı ulduzları torbaya toplayır, 

sonra  da  sonu  görünməyən  su  yolu  ilə,  suyun  üzərində  hərəkət 

edə-edə evlərinə doğru gedir. Bu dəfə yol Mirzə Hüseynin əlindəki 

kağız bükülüsü kimi uzandıqca uzanır, amma sonu görünmür ki, 

görünmür. Yorğunluğu onu əldən salsa da, o, inadla ağır torbanı 

– bütün ulduzları mənzil başına daşımağa çalışırdı. Hərəkət etdiyi 

yeganə  yolun  üzərində  uzaqdan  yanan  şamı  görüncə  Kürü  və 

evlərini tanıdı. Həsən işığa və şama doğru irəliləyir, bu an yenə 

də yığdığı ulduzlar su üzərinə dağılaraq izaholunmaz bir gözəllik 

yaradır:  Yuxusunda  Zərdab  Tiflisə,  onların  evi  isə  Tiflisdəki 

evlərin  ən  gözəlinə  bənzəyirdi.  Təkcə  kəndlərindəki  doğma 

küçə olduğu kimi qalmışdı. Kəndləri işığa qərq olaraq elə geniş 

və  böyük  görünürdü  ki…  Getdiyi  yolsa  gah  uzanır,  gah  qısalır, 

bitmək bilmirdi. Həsən yorğunluğuna fikir vermədən suyun üzü ilə 

irəliləyir, irəliləyir, işığa doğru gedir, ona çatmağa çalışırdı. 

Səhər tezdən oyanan Həsən yarıyuxulu gülümsədi: “Qəribə-

dir,  yuxularım  ən  əziz  dostum  kimi  ardımca  hətta  Tiflisə  gəlib 

çıxıb”.  Tələsik  qapıdan  çıxmaq  istərkən  həyətdə  gəzişən  Fərəc 

bəylə rastlaşdı, dünənki məclisə onu da apardığı üçün ürək dolusu 

təşəkkürünü  bildirdi.  Fərəc  bəy  Həsənə  cibxərcliyi  verməyə 

çalışsa da, Həsən minnətdarlığını bildirib puldan imtina etdi. O, 

Fərəc bəyin evindən ayrılaraq yola çıxdı. Yol boyu Həsən qəl bində 

bir şeyə təəssüf edirdi: biz niyə Fərəc bəyi uşaq vaxtından görüb 

tanımamışıq. Nənəm ondan söz düşəndə niyə həmişə xəlvətə keçib 

ağlayırdı? Kaş onu indi görəydi… Təəssüf ki, Zərdabda onu olduğu 

kimi heç kim tanımayıb.

* * *


Tiflisdə təhsil illərinin barmaqla sayılacaq günləri qalmışdı. 

Bütün tələbələr kimi Həsən də bu günlərdə həyəcanlı idi. O, Tiflis 

gimnaziyasını  gümüş  medalla  bitirirdi,  az  sonra  onun  Moskva 



57

həyatı başlayacaqdı. İndi Kürün qırağında qoyub gəldiyi uşaqlıq 

illəri ona yuxu kimi gəlirdi, o günlər yadına düşdükcə daha çox 

darıxırdı.  Hərdən  gözünün  önünə  sahildə  qum  topalarından 

düzəltdiyi  evlər,  qalalar  gəlir,  əli  çatmasa  da,  xəyalən  o  yerləri 

yenidən  ziyarət  edirdi.  Həsən  böyüdükcə  ailəsi  üçün  daha  çox 

darıxırdı. Əmisi Hidayət bəyin onunla həmyaşıd uşaqları, xüsusilə, 

söz-sirr yoldaşı Xanlar üçün lap çox darıxırdı. Həmişə çay qırağında 

balıqqulaqlarının  içindən  gələn  səsə  heyrətlə  qulaq  asmaları, 

çilingağac  oynamaqları,  ağacların  ən  uca  budağında  tez  yetişən 

meyvələrin  nübarını  dərməkləri  yadına  düşdükcə  burnunun  ucu 

göynəyirdi. Mədrəsədə mollaya verdiyi suallara mollanın təəccübü 

və uşaqların gizlicə pıqqıldaşıb gülməkləri bir-bir yadına düşürdü. 

Atalı, babalı, nənəli günləri, anasının onu əzizləməsi, “Həsənim, 

ay  Həsənim,  hərcə  şeydən  küsənim”,  –  deməsi,  onlara  hər  gecə 

kitab oxuması, ailələrində qurulan şeir, aşıq məclisləri indicə baş 

vermiş  kimi  gözləri  qarşısında  can lanırdı.  Şamaxı  məktəbində 

oxuduğu vaxtlarda müəllimlərinin Səlim bəyə onu tərifləmələri, o 

məktəbdəki hər şey bircə-bircə yaddaşından boylanırdı. 

Həsən fikrini toplamağa, evlərindən ayrıldığı ilk gündən bu 

yana  əldə  etdiklərini,  itirdiklərini  təhlil  etməyə  çalışdı.  “Atam 

sağ olsaydı, çox sevinərdi”, – düşündü, ancaq fikrini axıra qədər 

cəmləyə bilmədi. 

Gimnaziyanı  medalla  bitirdiyi  üçün  onu  birbaşa  Moskva 

Dövlət  Universitetinə  göndərmək  məsələsi  həm  gimnaziyada, 

həm də təhsil idarəsində müzakirə olunmuş və təsdiqini tapmışdı. 

Onu  fizika-riyaziyyat  fakültəsinin  təbiət  şöbəsinə  qəbul  etmiş-

di lər.  Tiflisdən  Moskvaya  göndərilən  məzunların  içində  Həsən 

yeganə  müsəlman  idi.  Bu  hal  Həsəndən  ciddi  məsuliyyət  tələb 

etməklə yanaşı, həm də gələcək çətinlikləri dəf etmək üçün əlavə 

güc verirdi. Tiflisdə yaşayan azərbaycanlılardan Fərəc bəy, Mirzə 

Fətəli və başqa yaxınlar Həsənin uğurlarını bilir, parlaq gələcəyinə 

ümid bəsləyirdilər.

Fərəc  bəy  bir  gecə  ikilikdə  qalarkən  Həsənə  indiyə  qədər 

yaşadığı  həyatın  ən  ülvi  məqamlarını,  həyatda  əldə  etdiklərini, 



58

itirdiklərini,  doğmalarının  ona  fərqli  münasibətinin  səbəblərini 

səmimi danışmışdı. 

– Həsən, sən mənim ailəmdən, qanımdan, canımdan biri ol-

maqla, həm də ən gənc və etibarlı dostumsan, – söyləmişdi. 

Fərəc bəy Həsənlə söhbət edərkən ona həmişə Rəhim bəyin 

gənc, rusca təhsil almış, qürurlu, təmkinli, müdrik gənclik nümu-

nəsi kimi yanaşırdı. Fərəc bəyin onunla son söhbəti isə daha çox 

Həsənin  –  böyük  ümidlər  bəslənən  bu  istedadlı  gəncin  gələcəyi 

ilə bağlı olmuşdu. Bu məsləhətlərdən biri də Həsənin gələcək ailə 

məsələsi ilə bağlı idi. O, duruxa-duruxa önəmli bildiyi bu məsələ 

haqqında Həsənə demişdi:

–  Bax,  oğlum,  sənə  nəsihət  və  məsləhət  vermək  fikrindən 

çox-çox  uzaq  olsam  da,  bir  şeyi  unutmamağını  tövsiyə  edirəm. 

Sənin oxuyub elimiz üçün gərəkli bir mütəxəssis olacağına əmi-

nəm,  hər  şey  biz  arzuladığımızdan  da  yüksək  səviyyədə  olacaq. 

Amma  gənclik  illərində  buraxılmış  bir  səhv,  sonra  ömrümüz 

boyu  bizi  izləyir,  həyatımız  istəmədiyimiz  axarda  davam  edir. 

Söh bət  gələcək  ömür-gün  yoldaşı  seçimindən  gedir.  Mən  həya-

tım da bir səhv buraxmışam, istəmirəm, sən də belə gənclik səh-

vini  təkrarlayasan.  İstəyirəm,  gələcək  seçimində  öz  dəyərlərinə, 

ruhuna uyğun bir xanımla, öz məmləkətimizdən olan birisi ilə ailə 

qurasan. Bunu unutma! Ailəni kişi qurur, lakin qadın yaşadır və 

qoruyur.  Övladları  cəmiyyət  üçün  ilk  növbədə  analar  hazırlayır. 

Sevgi  gözəl  hissdir,  lakin  gələcəkdə  ailə  qurduqdan  sonra  bu 

sevgi gözlədiyin nəticəni verməyəcəksə, onun ardınca getməyinə 

dəyməz. Əgər həyat yoldaşını səninlə birgə dəyərlər, eyni amal, 

əqidə,  məslək  silahdaşlığı  birləşdirməyəcəksə,  bugünkü  sevgi 

gələcək ailədəki, cəmiyyətdəki, ictimai həyatdakı uğurların təmə-

lində  dayanmayacaqsa,  həyatın  müxtəlif  sınaqlarından  uğurla 

çıxmağa,  uğur  qazanmağa  əsas  yaratmayacaqsa,  onda  o  ailə,  o 

evlilik peşmanlığa səbəb olacaq.

İndi  sən  yaraşıqlı,  zəkalı,  varlı  bir  gəncsən.  Səni  ələ  almaq 

üçün çoxları çalışacaq. Səhv buraxmamaq üçün sənə yanaşanlara, 

səni ələ almaq istəyənlərlə ehtiyatla, ağılla davranmalısan. Mə nim 

məsləhətimi, sözlərimi unutma! Mən həyatımda həmişə şöhrətin 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə