Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə21/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   17   18   19   20   21   22   23   24   ...   245

65

yanaşı,  həm  də  fransız  utopik  sosialistlərinin  və  maarifçilərinin  

fikirlərilə  də  tanış  edirdi.  Həsən  ədəbiyyat  həvəskarı  kimi  bu 

dərnəkdə davamlı iştirak edir, xəyallarının aşıb-daşan sərhədlərini 

keçərək Azərbaycanı başdan-başa savadlılar, təhsillilər ölkəsi kimi 

təsəvvür etməyə çalışırdı. Dərnəkdə professor Pleşeyev onu gözəl 

şeirlər yazan Vera Solovyova adlı qızla da tanış etmişdi. 

Həsən başını yüngülcə tərpətməklə salam verib təşəkkürünü 

Vera Solovyovaya bildirmək istəyərkən qız əlini Həsənə uzatmış:

Xoş gördük, tanışlığımıza çox şadam, – demişdi. 

Həsən də nəzakətlə onun əlini sıxaraq:

– Xoş gördük! Mən Həsən Məlikovam. Birinci kurs tələbəsi, 

– söyləmişdi.

–  Bilirəm,  sizi  bu  universitetdə  hamı  tanıyır.  Azərbay can-

dan  bu  fakültədə  ilk  tələbəsiniz,  universitetə  imtahansız  qəbul 

olmusunuz, həm də fakültənin əlaçı tələbəsisiniz. 

–  Ooo,  mənim  haqqımda  bu  qədər  bilməyiniz  məni  bir  az 

utandırdı, həm də təəccübləndirdi.

Onların ilk tanışlığı belə başlanmışdı. Vera digər rus qızları 

kimi sarışın deyildi. Onun şabalıdı uzun saçları, yaşıl, dənizi xa-

tır ladan iri gözləri, şux qaməti, ağ üzünü bəzəyən uzun kirpikləri 

sifətində əsrarəngiz gözəllik yaradırdı. Bu cazibədarlığın önündə 

hər “ağıl sahibiyəm” deyən kişinin tab gətirməsi böyük hünər tələb 

edirdi.


–  Mən  böyük  məmnuniyyətlə  sizin  şeirlərinizi  oxuyardım. 

Yəqin, sevgidən də yazırsınız? – Həsən soruşdu.

– Bəs siz hansı mövzuda yazırsınız? – qız gülə-gülə Həsənin 

sualına sualla cavab verdi.

– Təəssüf ki, mənə Allah şeir yazmaq qabiliyyəti verməyib. 

Mən dinləyici, şeir həvəskarı kimi bu dərnəkdə iştirak edirəm. 

Solovyova Həsəni elə süzürdü ki, Həsən bu cazibədar baxış-

lardan məst olmuşdu. Bu qeyri-adi, lakin həddən artıq xoş hisslərin 

dumanlı  təəssüratı  altında  birdən  Fərəc  bəyin  doğma,  mərhəm, 

həm də sərt sifəti göründü. Onun son öyüd-nəsihəti güclü dalğa 

kimi Həsənin beynindən keçərək hər şeyi alt-üst etdi. “Bax, Həsən, 

sənin  həyatında nələr baş  verəcəksə, onun  ilk  bü növ rəsi  bu  gün 




66

qoyulur,  hər  şeyi  ağılla  ölç-biç,  gələcək  peşman lığa  yol  vermək 

olmaz”. 

Həsənlə Veranın görüşləri universitetin müxtəlif tədbir lə rində 

getdikcə artmaqda idi. Son günlərdə bir-birilə daha tez-tez üz-üzə 

gələn bu gənclərin hərəkətinə, üz cizgilərinə azca diqqət yetirən 

hər kəs onların bir-birinə biganə olmadığını duya bilərdi. Veranın 

Həsənə ürəkdən vurulmasını, getdikcə daha dərindən bağlanmasını 

universitetdə, demək olar, hər kəs bilirdi.

Büruzə verməsə də, Həsənin də Veraya biganə olmadığı hər 

dəfə  onunla  rastlaşarkən  baxışlarından  sezilirdi.  Lakin  hər  dəfə 

Fərəc bəyin onun qarşısında xəyalən zühur etməsi bütün coşqun 

hissləri soyudurdu. Əslində, Fərəc bəy Həsənə birmənalı “sevmə” 

demirdi,  lakin  özünü  və  ailəsini  misal  çəkərək,  onu  duyğular 

aləminin sevgi dumanından ayıldır, gerçək həyata qaytarırdı. 

Günlərin  birində  Həsən  universitetdən  çıxaraq  Kuropotkin 

küçəsində  kirayənişin  yaşadığı  mənzilinə  doğru  irəliləyirdi.  Mə-

həbbətə “təslim olan” dostlarına o, tez-tez zarafatla söylədiyi: “Siz 

iki  sahədə  təhsil  alırsınız,”  –  sözlərini  xatırlayaraq,  onu  get dikcə 

“ovsunlayan” Vera haqqında düşündü. “Keçib gedər,” – öz-özünə 

təsəlli verirdi. “Bu qız mənim yoluma haradan çıxdı? Bu sevgi deyil 

ki, mən nə düşünürəm?! Çalışacağam bir də onunla görüşməyim. 

Yazıq Fərəc dayım…” Həsən düşünərək, hara get di yinin fərqində 

deyildi. O, mənzilinin yerləşdiyi küçəni çoxdan keçmişdi. Birdən 

özünə  gəlib  geri  qayıtdı:  “Sən  ancaq  təhsil  üçün  burdasan, 

eşidirsənmi, Həsən!” – O qayıdaraq yaşadığı evin önündə dayandı, 

açarını axtarmağa başladı. Açar yox idi. Çantasının, açarının audito-

riyada  qaldığını  xatırladı.  Elə  bil  yuxudan  ayıldı.  Hər  şeyi  32-ci 

otaqda, Vera ilə söhbət etdiyi yerdə unutduğu yadına düşdü. 

Həsən  auditoriyaya  girəndə  bir  neçə  qız  onun  çantasının 

yanında  dayanıb  nədənsə  danışıb-gülürdülər.  Həsənə  elə  gəldi, 

hamı ondan danışır və ona gülür. Amma onların hərəsi öz alə mində 

idi, Həsənin çantasının burada qalmasının fərqində deyildilər. 

Həsən  ikinci  kərə  evə  dönəndə  başdan-ayağa  islanmışdı, 

ayaqqabısına  su  dolduğundan  tir-tir  əsirdi.  Paltarlarını  dəyişə-

dəyişə: “Diqqətsizliyin səni bu günə saldı, bir də belə şeylər etmə, 




67

təmkinini itirmə, bu qədər yollara sərf etdiyin zamanı nələr oxumaq 

olardı,” – deyə özünü danladı.

Həsən  içinin  səsinə  qulaq  asmağı,  müstəqil,  doğru  qərar 

çıxarmağı uşaqlığından özünə təlqin etsə də, son günlər Vera ilə 

baş  verən  hadisələrin  qarşısında  onun  hissləri  və  ağlı  tərəddüd 

içində çabalayırdı. 

Ürəkbulanması  olduğundan  gecə  yemək  yemədən  yatağa 

uzandı. Gecə səhərəcən dəfələrlə anasının: “Həsən, ay Həsən, dur 

bu suyu iç, qızdırman düşsün,” – sözlərini eşidib ayıldı, titrətmə 

içində yatmağa çalışdı. 

Həsən oyanan kimi saata baxdı. Bir anda günün hansı vədəsi, 

saatın  neçə  olmasını  öyrənməyə  çalışdı.  Əlindəki  zəncirli  saata 

baxanda:  “Vay,  mənə  nə  olub,  dərsdən  qaldım,”  –  deyib  ayağa 

qalxmaq istədi, müvazinətini itirdi. Yenidən yatağa uzandı. Nələrin 

baş  verdiyini  xatırlamağa  çalışdı.  Hər  şey  yavaş-yavaş  yadına 

düşdü. Hava qaralmağa başlayanda qapı döyüldü, birtəhər ayağa 

qalxıb qapını açdı, dostu gürcü Mixael idi:

– Həsən, hardasan, hamı səni axtarır, dedik, başında mütləq 

bir  iş  var. Yoxsa,  durub-durub,  sən  elə-belə  dərsdən  qalmazsan. 

Demək, xəstəymişsən. Bir şey yemisənmi?

–  Yox,  heç  nə  istəmirəm,  dünəndən  ürəyim  bulanır,  baş 

ağrısından gözümü açammıram.

–  Mən  qayıdıram,  universitetin  tibb  məntəqəsinin  həkimini 

çağıracam, gəlib sənə baxsın.

Mixael  bayıra  çıxarkən  saatına  baxdı,  gec  idi.  Saat  altıdan 

sonra heç kimi tapa bilməyəcəkdi. Soraqlaşa-soraqlaşa öyrəndi ki, 

onlarla  eyni  fakültədə  oxuyan  Sergey  tibb  məntəqəsində  çalışan 

həkimin qohumudur. 

Onlar  Sergeylə  birgə  həkimi  götürüb  geri  qayıdanda  artıq 

gecə yarı idi. Mixael qapını döymədən içəri girəndə Həsən huşsuz 

halda uzanmışdı. Müayinədən sonra həkim: “Mütləq xəstəxanaya 

aparmaq  lazımdır.  Ən  azı  dörd-beş  gün  ciddi  müalicə  almasa, 

xəstəlik ağır fəsadlar verə bilər,” – dedi. 

– Biz mütləq sabah fakültə dekanlığına, rektor Solovyova da 

məlumat verməliyik. – Mixael deyəndə həkim: 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə