Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə29/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   25   26   27   28   29   30   31   32   ...   245

89

da, onları Veranın əynində təsəvvür edib heyranlıqla baxdı. Xaliq 

kişi Həsənin qolunu yüngülcə dartdı. 

– Ay oğul, mən sənə təşəkkür etməyə heç imkan da tapmadım. 

Allah səni göy kimi dirəksiz saxlasın. Səlim bəy bu el-oba üçün 

necə dayaq idisə, övladları da elə ümid yerimizdir, – dedi, sonra 

da yavaşca, – sən bunları almaq istəyirsənsə, mən evə gətirərəm… 

Məndən hədiyyə olsun. 

–  Yox,  Xaliq  əmi…  Mən  pulunu  ödəyəcəm.  Sən  onları 

gətirərsən bizim evə, ancaq mənim özümə verərsən, oldumu?

–  Oldu, ay oğul, uşaq deyiləm ha, elə özünə çatdıraram.

Yol boyu Həsən sadəlövh, amma kifayət qədər müdrik, xe-

yirxah olan el-oba adamlarının haqqında düşünürdü: “Təhsil sizlik, 

cahillik bu millətə çox bəlalar gətirəcək”. 

Həsən  Zərdabda  tətil  günlərini  başa  vurub  Moskvaya 

dönməyə  hazırlaşırdı.  Anası  Mənzər  xanım  ciddi  yol  tədarükü 

görmüşdü. Yığılan pay səbətlərinin yanında Həsənin şəxsi əşyaları 

da  qoyulmuşdu.  Anası  bağlamanı  açıb  Səlim  bəyin  Həsənə 

məktəbi bitirməsi münasibətilə öncədən aldığı saatı qoymaq istədi. 

Bağlamanı  açarkən  o,  gözəl  bir  qadın  geyim  dəsti,  üstündə  də 

gümüş kəmər görüb, çaşıb qaldı: “Aman Allahım, nələr baş verir? 

Xudaya, qulun olum, Fərəc bəyin taleyini mənim balama qismət 

etmə”. 

Həsən uzaqdan anasını seyr edirdi, bir azdan o, hər şeyi utana-



utana ona izah elədi:

–  Ana,  niyə  təəccübləndin?  Ürəyinə  ayrı  şeylər  gətirmə, 

bunları orada bir tələbə qız xahiş etmişdi, bizim geyimlərdən xoşu 

gəlir, onun üçün almışam. 

– Hə, neynək, olsun, oğlum. Amma ay oğul, başına dönüm, 

sən çox ehtiyatlı ol! Görürsən, o ağılda Fərəc bəyi qohum-əqrəba 

siyahıdan silib. Sənə öz el-obamızdan bir qız seçəcəyəm, nəyim 

varsa,  sənin  nişanlına  saxlamışam.  Həsən,  bir  şey  də  demək 

istəyirəm. Bacın yetkin qızdır. Bizim ata qohumlarından, Qaradolaq 

bəylərindən söz göndərənlər var. Heç bilmirəm nə deyək? Mehralı 

da, Səfərəli də bir şey demirlər. Mən də qohumlarım olduğu üçün 

çox üz vura bilmirəm.




90

– Ana,  sən  bu  işi  Şirinin  özünə  burax.  Özü  istəsə,  könlünə 

yatsa, Allah xeyir versin – deyərik!

–  Anan  boyuna  qurban,  oğul.  Sən  mənim  vəziyyətimi  bir 

kəlmə  ilə  anlayırsan,  bütün  dərdlərimi  yüngülləşdirirsən.  Allah 

köməyin olsun. 

–  Ana,  hərdən  yadıma  məni  uşaq  vaxtı  oxşamağın  düşür: 

“Həsənim,  ay  Həsənim,  söz  deməmiş  küsənim”. Amma  hələ  də 

düşünürəm,  küsəyən  Səfərəli  ola-ola  niyə  bu  sözü  sən  mənə 

deyirdin?

– Sənin yerin uşaqların içində həmişə fərqli olub. O da Allahın 

işidir, Həsən… Övladlara fərq qoymaq Allaha xoş getməz. Ancaq 

səni nənən, baban, atan da ayrı cür istəyirdilər. 

Həsən  anasının  lap  yaxınlığında  oturaraq  söhbət  edirdi.  O 

bu dəqiqə, bu saat dünyanın ən əmin-aman, qayğısız məkanında 

ömrünün ən bəxtəvər çağlarını yaşayırdı sanki. Sabah doğmalarından 

ayrılıb gəldiyi məkana, ən böyük arzularını gerçəkləşdirmək üçün 

təhsil aldığı Moskvaya yola düşəcəkdi.




91

1862-63-cü illər, Moskva

Həsən  Moskvaya  çatanda  dərslər  hələ  başlamamışdı.  O, 

fürsətdən istifadə edib bir-bir dostlarına baş çəkməyi qərara aldı. 

Fərəc  bəydən,  Mirzə  Fətəlidən  aldığı  kitabları  səliqə  ilə  rəflərə 

yığdı, sonra professor Solovyov üçün gətirdiyi kitabları və Veraya 

aldığı hədiyyə bağlamasını götürərək yola düşdü.

Qapını professor özü açdı:

– Sizin tətiliniz bu dəfə, deyəsən, bizi də darıxdırdı. Mənim 

kitabxanam da sizsiz darıxıb. Qoy Veranı çağırım. Vera, gəl bura, 

gör kim gəlib?

Vera qapıda göründü, yaxası xeyli açıq qısa don geyinmişdi, 

bir xeyli arıqlamışdı, boy-buxunu da sanki balacalaşmışdı.

Xoş gəlmisən, Həsən! – deyib əlini ona uzatdı.

Həsən  Solovyova  gətirdiyi  kitabları,  Zərdab  sovqatlarını 

təqdim etdi. Sonra üzünü Veraya tutaraq:

– Vera, mən səni də unutmamışam. Sənə bizim milli geyi mi-

mizi, bir də gümüş kəmər almışam. Məncə, sənə maraqlı görünəcək. 

Qoy cənab professor da baxsın.

–  Bu  ki  qiyamətdir.  Lap  muzey  eksponatıdır.  Sizinkilər 

gündəlik belə ağır geyimlər geyinir?

–  Yox,  gündəlik  geymirlər,  bu  gördüyünüz  geyim  toyda, 

ziyafətdə geyilir. Gündəlik isə bir az bundan fərqli formada geyinirlər. 

– İndi mən bu kitabları necə oxuyacam, bunlar ki, rusca deyil?

–  Narahat  olmayın,  mən  oxuyub  tərcümə  edəcəm.  Dram 

əsərlərinin  bəzilərini  Senzor  idarəsi  tərcümə  etdiyindən,  onların 

rus variantını gətirmişəm. 

– Eləmi?

Həsən Mirzə Fətəlinin rusca olan “Hekayəti mərdi-xəsis” və 

“Müsyö Jordan və dərviş Məstəli şah” əsərlərini ortaya qoydu.

Solovyov Axundovun yaradıcılığına aid bildiklərini danışmağa 

başladı. Məsələ dinə münasibətə gələndə:

–  Mən  yüz  faiz  əminliklə  deyə  bilərəm,  sizin  dindarlar 




92

Axundovu hədələməmiş olmazlar. Amma bu adam Şərqin böyük 

filosof yazıçısıdır.

– Din xadimlərinin ona münasibəti pis ola bilər. Çünki onun 

tənqid  obyekti  din  deyil,  din  adına  öz  mənafelərini  düşünən 

fırıldaqçılardır. Bu kitablar sizdə qalsın, gələn dəfə sizə onun digər 

əsərlərini oxuyacağam. 

O ayağa qalxdı, sağollaşıb çıxmaq istərkən Vera dilləndi:

– Həsən, gözəl, unudulmaz hədiyyəyə görə çox sağ ol. Amma 

mən onu harada geyəcəm?

–  Ürəyin  necə  istəsə,  elə  edərsən.  Mən  istədim  sən  bizim 

geyimlərimizlə tanış olasan. Sağ ol, gecəniz xeyrə qalsın. 

Həsənin gəlişi bu evin ab-havasını dəyişdi. İrəliləyən tədris 

aylarında Həsən özünə rahatlıq vermədən, dincəlmədən ixtisasına 

aid  olan  gərəkli  sahələri  planlı  şəkildə  öyrənməyə  başlamışdı. 

Öyrəndiyi  hər  bir  təbiət  elminin  nəzəri  tərəfini  Azərbaycan 

mühitinə uyğunlaşdırdı. Hər şeydən öncə onu bir şey düşündürdü: 

Öyrəndikləri  həyati  gerçəkliyə  çevriləndə  səhvə  yol  verməsin, 

faydalı nəticə əldə edə bilsin. Torpaqşünaslıq elminin dərinlikləri 

ilə  yanaşı,  maarifçilik  fəaliyyətinə,  təhsil  quruculuğuna  aid 

biliklərə də ciddi maraq göstərirdi. Dostları hərdən onun yanında 

gecələyəndə  Həsənin  sübhə  qədər  oxuyub-yazmasına  təəccüb 

edirdilər. Gürcü dostu onun yanına gələndə zarafatla demişdi:

– Həsən, sən dincələsən deyə mən bura tez-tez gəlirəm. Yoxsa 

sən masa arxasında məhv olub gedəcəksən. Bax dünyanın məşhur 

təbiətşünaslarının,  fizik  və  riyaziyyatçılarının  yaradıcılığını  biz 

məcburi öyrənirik. Amma sənin dincəlmədən özünə qəsd edərək 

rus  demokratlarının  əsərlərini,  cild-cild  dünya  və  rus  tarixini 

öyrənməyin  məni  bir  dost  kimi  çox  narahat  edir.  Bir  az  özünü 

də  düşün.  Mən  bu  bazar  günü  Peterburqa  gəzməyə  gedəcəyəm, 

gəldim deyəm, gəl bir yerdə gedək, Daşayla Veranı da aparaq. 

– Yox, mən Ermitaja tək gedəcəm. İstəyirəm, oradakı sənət 

nümunələrini bir-bir beynimə, fikrimə həkk edim. 

– Elə də, sənə nə mane olur. Vera sənə mane olacaq? Sən bu 

qızdan qaçma, günaha batırsan.

– Sən yenə başladın?




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə