Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə28/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   24   25   26   27   28   29   30   31   ...   245

86

haqqında bir şey sordumsa, ürəyim açıldı.

Həsən  Fərəc  bəyə:  “Solovyov Axundovun  əsərlərilə  ma raq-

la nır, bu əsərləri oxuyub ona şifahi tərcümə eləməyimi istəyir” dedi. 

Mirzə Fətəli Axundov Fərəc bəylə Həsəni görəndə çox sevindi. 

Həsən onun gözündə bir ilin içində elə bil birdən-birə dörd-beş yaş 

böyümüşdü. Müasir geyimi, səliqə-sahmanlı saç düzümü onu əsl 

tələbə kimi göstərirdi.

– Sən bu görkəminlə Fərəc bəyin gəncliyini mənə xatır lat dın. 

İndi tam əminliklə deyə bilərəm, bizim edə bilməyə cək lərimizi sən 

edəcəksən, Həsən.

–  Mirzə,  Həsən  sənin  əsərlərini  Moskva  universitetinin 

rektoruna aparmaq üçün gəlib. 

– Bəs ruscaya tərcümə məsələsi necə olacaq?

Eybi yox, mən oxuyub ona tərcümə edəcəm.

–  Dayan,  xatırladım,  Tiflisdə  səhnəyə  qoyulmuş  əsər lərim-

dən bəzilərini senzuraya verəndə tərcümə olunub. Onları elə rus 

dilində təqdim edərsən, lakin sonra geri qaytararsan. Bundan sonra 

sən orada bizim həm də mədəniyyət elçimiz olacaqsan…

Həsən  Mirzə  Fətəlidən  Xətainin  şeirlərini  də  Solovyova 

aparmaq istədiyini deyəndə Axundov təəccübünü gizlədə bilmədi:

– Onu hardan tanıyır bu Solovyov?

–  Həsən,  gəl  Nəsrəddin  Tusinin  “Əxlaqi-Nasiri”  əsərini  də 

verim, gələcəkdə o, sənə də lazım olacaq. Amma Tiflisə dönəndə 

bütün  bunları  mütləq  qaytararsan.  İstərdim  sənin  müəllimlərin 

xalqımızın mədəni sərvətlərilə tanış olsunlar.

Mirzənin  şəxsi  bilik  və  sərvət  xəzinəsinin  inciləri  olan  bu 

kitabları ona etibar etdiyinə görə Həsən çox sevindi: “Az da olsa, 

onun rəğbətini qazanmışam”. 

–  Çox  sağ  olun,  Mirzə.  Mənə  bu  qədər  etibar  edib  güvən 

bəslədiyiniz  üçün  təşəkkür  edirəm.  Çalışacağam  hər  zaman 

etimadınıza layiq olum.

Tiflisdən Zərdaba Həsən yenə də faytonla yola düşdü. Yol boyu 

düşüncə və xəyallarında doğma elində keçirəcəyi tətil günlərində 

gələcək işlərinin planını götür-qoy edəcəkdi. 



87

İlk tətil

Həsənin Zərdaba gəlişi ailədə toy-bayrama çevrildi. Qardaşı 

Mehralı  evin  böyüyü  olduğu  üçün  bütün  qayğılar  onun  üstünə 

düşmüşdü. Otlaq sahələrinə sahiblik etmək, mal-qara sürülərinin 

aran-yaylaq  köçürmələri  ilə  məşğul  olmaqla  yanaşı,  Zərdab 

əhalisinin  qəza  və  qubernatorluqdakı  problemlərinin  həllində 

Mehralı çox zaman tərcüməçi və yerli vəkil kimi də iştirak edirdi… 

Həsənə elə gəldi, on-on beş ildir evdən çıxıb. Qardaşları bir 

ilin  içində  xeyli  dəyişmişdilər.  Atası  həyatda  yox  idi,  anası  da 

yaşlanmışdı. Odur ki, bu evdə ona hələ əvvəlkitək uşaqlıq nəvazişi 

göstərən, gənclik qayğılarını çəkən birisi vardı. “İnsan atalı-analı 

olanda özünü daha qayğısız hiss edir”. Həsəni indi yaşından qat-

qat təmkinli edən, müdrik göstərən bu fikir deyildi. El-obasında hər 

addımda rastlaşdığı haqsızlıq, cahillik onun içini didib-dağıdırdı. 

“Mənim  təkcə  özüm,  ailəm,  yaxınlarım  haqqında  düşünməyə 

haqqım  yoxdur.  Bütün  bu  problemlərin  həlli  az-az  da  olsa, 

oxuyub təhsil alanların işidir. Mənim işim o qədərdir ki…” Həsən 

öz  dünyagörüşü,  düşüncələrilə  dərdinin,  kədərinin  də  getdikcə 

böyüdüyünü duyurdu. Qayğılarının daha da artdığını dərk edə-edə 

təhsilini bitirən kimi vətənə dönməyin vacib olduğunu düşünürdü. 

Yaxın gələcəkdə Zərdabda dörd sinifli dünyəvi məktəbin açılması, 

qızlarla oğlanların bir yerdə təhsil almaları, ana dilində dərsliklərin 

çap edilməsi və s. kimi şirin xəyallar onun içini rahat buraxmırdı.

 Bu an birdən evin qapısı döyüldü:

– Mehralı bəy, Mehralı bəy, evdəsən, başına dönüm?

Həsən həddən artıq yaşlanmış Xaliq kişini səsindən tanıdı. O, 

İrandan,  Türkiyədən,  Suriyadan  müxtəlif  mallar  gətirər,  tacirlik 

edərdi. 


Xaliq əmi, nə olub, keç içəri. Elə bil arxanca qovan var.

– Bıyy, ay başına dönüm, sən Həsənsən, gəlmisən? Həsən bəy, 

qurbanın olum, ay oğul, gümanım, imanım məni yenə sizin qapıya 

gətirdi. Kür bərəsi ətrafında yığılan gürcü, İran, türk tacirləriylə 

dədə-baba  münasibətimiz  olub.  Elə  həmişə  də,  insafən  desəm, 



88

işimiz pis olmayıb. O gün gürcü tacirlərindən birinə Şəki xarası 

satmışam.  Satmışam  deyəndə,  danışığımız  belə  oldu,  pulun  bir 

hissəsini malı alan kimi verəcək, qalanını guya bu gün gətirəcəkdi. 

İndi məni şərləyib, deyir, mən pulun hamısını ödəmişəm. Vallah, 

mən  hələ  o  xara  toplarının  mayasını  heç  ödəməmişəm.  Dedim, 

Mehralı dil bilir, mənimlə gedə, bəlkə, bərə polisinə dediklərimə 

dilmanclıq edib mənə yardım əlini uzada. 

– Gəl, Xaliq əmi, mən gedərəm səninlə…

– Amma Mehralını onlar Səlim bəyə görə tanıyırlar….

– Gəl, mən deyəcəyəm, Mehralının əziz-xələf qardaşıyam.

Həsən bərə polisinə yaxınlaşıb məsələnin nə yerdə olduğunu 

izah etdi. Üstəlik, Xaliq kişiyə başa saldı ki, sən belə məsələlərdə 

mütləq yazılı təhvil-təslim müqaviləsi imzalat. 

– Mən nə biləydim bu belə edəcək? On illərdir onu tanıyıram, 

belə şeylər indiyəcən heç vaxt olmamışdı. Onun yanında Samvel 

adlı  erməni  dostu  mənə  bir  vərəqə  qol  çəkdirdi,  yəni  barmaq 

basdırdı. İndi polisə onu göstərib məni əliboş yola saldılar.

Polis Həsənin harada işlədiyini soruşdu:

Mən işləmirəm, hələ Moskva Universitetində təhsil alıram. 

–  Hə…  Sən  praporşik  Səlim  bəyin  oğlusan.  Mən  səhv 

etmirəmsə, sən ilk zərdablısan ki, Moskvada oxuyursan. 

Həsən qısa vaxtda məsələni polisə izah etdi: “Savadsızlığına 

görə  illərlə  bir-biriylə  bu  sayaq  alış-veriş  ediblər.  Etibarından 

istifadə edərək Xaliq kişini aldadıblar”, – dedi. 

Həsən bir neçə saat müddətində Xaliq kişinin pullarını gürcü 

və erməni tacirlərinə ödətdirdi. O, polis rəisinə təşəkkürünü bildirib 

bərə bazarından ayrılmaq istəyəndə gözü satılan mallara sataşdı. 

Gözəl  ipək,  qanovuz  arxalıqlardan,  gümüş  kəmərdən  Vera  üçün 

almaq istədi. Tərəddüd edə-edə ən yaxşı kəmərləri əlinə alaraq o 

tərəf, bu tərəfinə baxdı.

–  Hə,  oğlum,  nişanlın  üçün  alırsan?  –  yaşlı  bir  tacir  ondan 

soruşdu.  Qoy  sənə  firuzə,  yaqut  daşlarla  bəzədilmiş  gözəl  bir 

kəmər seçim. Elə ona uyğun da xara və güllü məxmərdən gözəl 

toy-bayramlıq geyim dəsti var. 

Həsənin  qadın  paltarından,  zinət  əşyalarından  başı  çıxmasa 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə