111
Əks halda, sən də, mən də əzab çəkəcəyik.
“Mümkünsüz bir şey haqqında danışırsan, Vera, səni unutmaq
o qədər də asan deyilmiş”.
Bu an qapı döyüldü. Mixael gəlmişdi, yemək-içmək gətir-
mişdi. – Səni yaxşı tanıyıram, bildim ki, kimsə sənə uşaq kimi
yemək təklif etməsə, yüngül nəsə yeməklə aclığını öldürəcəksən.
Şəkil hələ də Həsənin əlində idi. Mixaelin gözü şəklə sataşdı:
– Nədi, unuda bilmirsən, eləmi? Əgər bu sevgi alınmadısa,
çalış unudasan. İstəyirsən, səni gürcü qızlarla tanış edim. Onlar
Vera kimi gözəl olmasalar da, yaxşı sirdaşdırlar. Özləri də
azərbaycanlıları çox istəyirlər.
– Yox, Mixael. Mən olsun ki, uzun müddət özümə gələ bilmə-
yə cəm. Vera mənim ilk məhəbbətim idi, yəqin ki, elə son da o olacaq.
– Sənə elə gəlir. İnsanın könül qapısı özündən xəbərsiz gələn
sevginin üzünə həmişə açıqdır.
Həsən Mixaelin gətirdiyi yeməkdən bir az dadaraq yatağa
uzandı. Bərk yorulduğundan gecəni daş kimi yatdı. Səhər tezdən
oyanıb işə yollandı. “Mejevaya palata” çox da uzaqda deyildi.
Əvvəl idarənin rəhbərilə tanış oldu. İşin əsas məqamlarını ona izah
edən bu adamın hər cümləsinin başında “biz qanun icraçılarıyıq,
əsas onu unutma ki, imperatorun qanunu qanundur. Sən qanunları
tələb olunan səviyyədə yerinə yetirməlisən”.
– Siz narahat olmayın, cənab rəis, mən torpaq işini az-çox
öyrənmişəm.
– Sən torpağı yox, qanunları icra və müdafiə edəcəksən.
Söhbətin bu məqamında bir qrup şikayətçi səs-küy salaraq
rəislə görüşməyi tələb edirdilər. Geyimlərindən görünürdü ki,
kasıb kəndlilərdir, son ümid yeri kimi ona üz tutmuşdular.
Cavan kargüzar içəri daxil olub dedi:
– Cənab rəis, bura dağılır. Kəndlilər sizi tələb edir, yalnız
sizinlə görüşmək istəyirlər.
– Rədd elə getsinlər.
Həsən bəy rəisin cavabına məəttəl qaldı.
– Cənab rəis, bunlar Borçalıdan gəliblər, onların xasiyyətinə
bələdəm, sizi görməmiş idarədən getməyəcəklər.
112
Həsən bəy təəccüblə rəisinə baxırdı, öz-özünə: “Mənim bu
qanmaz rəislə, deyəsən, çox çətinliklərim olacaq,” – düşündü.
– Hmm, yenə bu borçalılar. Çıx onlara de, borçalılar yeni təyin
olunmuş şöbə müdirinin sahəsinə aiddirlər, rəis tapşırıq verib, indi
sizi qəbul edəcək. Hə, Həsən bəy, buyur, indi torpaq haqqında
bildiklərini bu kəndlilərə başa sal görək nə olacaq! Məharətini ilk
gündən göstərib, yuxarıları xüsusi qabiliyyətinə inandıra bilsən,
sənin haqqındakı gələcək təqdimatı özüm yazaram. Çalış, bir də
bunların ayağı bura dəyməsin.
Həsən bəy bir söz demədən bayıra çıxdı. Kargüzardan xahiş
elədi, şikayətçilərin ərizələri alınsın, yan otaqda onlarla görüşməyə
şərait yaradılsın.
– Cənab Məlikov, kimdir bunlara ərizə yazan, indiyə qədər
bu bədbəxtlərin ərizələrini heç kim oxumayıb deyə, onlar qəbula
ərizəsiz gəlirlər. Hərə bu işi öz bildiyi kimi həll edir, – kargüzar
cavab verdi.
Həsən başını bulayaraq qəbul otağına daxil oldu, bir-bir əl
verərək şikayətçilərlə görüşdü. Hamını axıra qədər səbirlə dinlədi.
Məsələ aydın idi: Mülkədarlar onların savadsızlığından istifadə
edərək olub-qalan torpaqlarını əllərindən alıb, rüşvətlə satılan
dövlət idarələri də onların haqlarını tapdalayıblar.
Kəndlilərin əlindəki sənədlərdə göstərilirdi ki, bu torpaqları
mülkədarlar müəyyən vaxta qədər kəndlilərə icarəyə verdiyi
üçün indi qanuni olaraq onlar həmin əkin sahələrindən çıxarılır.
Kəndlilərsə bu torpaqların dədə-babadan onlara məxsus olduğunu
israr edirdilər. Həsən bəy üzünü onlara tutaraq dedi:
– Baxın, əziz kəndlilər, sizin savadsızlığınızdan istifadə
edərək sənədlər onların xeyrinə tərtib edilib. Mən sabah sizin
kəndə gəlib vəziyyətlə tanış olacam. Amma bəri başdan deyim, siz
haqqınızı tələb etmək üçün məhkəməyə müraciət etməlisiniz. Bir
də gedin uşaqlarınızı oxudun, gələcəkdə belə sənədləri oxumağı,
məzmununu anlamağı bacarsınlar, heç olmasa, siz yaşadığınız
faciəni onlar yaşamasınlar.
Borçalılar məsləhətinə görə Həsən bəyə dua edə-edə otağı
tərk etdilər.
113
Həsən “Mejevaya palata”nın rəisi ilə danışaraq sabahı gün
yola düşməyə icazə aldı. Rəis dedi:
– Sən get yerində məsələylə tanış ol. Bu adamların “mülkədar”,
“hampa” dedikləri Yadigarovla görüş, sən onun necə yaxşı adam
olduğunu görəcəksən. Bunlar naşükür kəndlilərdi. Sən həmin gün
geri qayıda bilməyəcəksən, orada qalmalı olacaqsan. Bu adamın
qonaqpərvərliyini görəcəksən.
Həsən bəy içi dolu dərd, qanıqara halda rəisin otağını tərk
etdi. İdarənin atlı arabaları onu Borçalı yoluna çıxartdı. Yol boyu
adını bildiyi, bilmədiyi min bir dərman bitkiləri, yaşıl otlaqlar,
yastanların başından, dağların, yamacların döşündən dərəyə
yol alan bulaqları gördükcə təbiətin gözəllikləri onu əfsunladı:
“İnsafdandırmı, bu münbit torpaqlardan üç-dörd bəy bəhrələnsin,
o birilər də acından ölsün?”
Atlı kəndə girəndə hamıya hay düşdü:
– “Mejevaya palata”dan komissiya göndəriblər!
Həsən bəy kənddə hamının şikayətini bir-bir dinlədi. İnsanlar
yerli bəylərin əlindən qan ağlayırdılar. Kəndlilərdən ən yaşlısı
ağlaya-ağlaya kürəyini açıb Həsən bəyə göstərdi. Qamçıların
yeri gömgöy kəsilmiş, qançır olmuş yaralar ürək göynədirdi. Bu
kəndlilər Həsənin müdafiəsiz soydaşları idi.
– Ay oğul, gündə beş dəfə namaz qılıb, Allaha dua edən
adamam. Seyidəm, peyğəmbər övladıyam, Allah bunu götürməz.
Bir azdan Yadigarov deyilən şəxs gəlib çıxdı. Həsəni altdan-
yuxarı, üstdən aşağı süzərək dedi: “Bu ki, lap uşaqdır. Mən bunu
bu saat ələ almasam, mənə Yadigarov deməzlər!” O, qəribə tərzdə
dodaqlarını büzərək, ətrafdakı kəndliləri tərs-tərs süzdü. Sonra \
üzünü Həsən bəyə tutaraq, sanki köhnə tanışlar kimi dilləndi:
– Cənab məmur, yollar sizi çox yormadı ki? Bu kəndli tayfası
çox naşükürdü, sizə də çox zəhmət oldu. Gedək evə, əvvəl yemək
yeyin, sonra yığışarıq, məsələləri müzakirə edərik.
– Yox, cənab Yadigarov, ah-vayla yaşayan bu camaatın yaşa-
dığı yerdə qonaq olub əzizlənmək günahdır. Sizin tərtib etdiyiniz
sənəddə torpaq bu kişiyə icarəyə verilib. Belə çıxır, siz müddəti
başa çatdığı üçün torpaqlarınızı geri alırsınız, amma bütün kənd
Dostları ilə paylaş: |