Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə38/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   34   35   36   37   38   39   40   41   ...   245

117

edəcək?  Belə  məsələlərdə  mütləq  vəkillərlə  işləməlisiniz.  Sizi 

başınıza gələn bəladan hüquqşünas xilas edə bilər.

– Ay bala, Mehbalı kişinin torpaqlarını elə vəkil alıb vermədimi 

bəyə? Sən nə qoyub, nə axtarırsan?

Həsən bilmirdi, bu biçarə kəndlilərə nə desin: “Bir gündə min 

insanla görüşsəm, mininə də eyni şeyləri təkrar etməli olacağam, 

acından ölsən belə, övladını oxut. Gör savadsızlıq bu biçarələri nə 

günə gətirib çıxarıb?! Həzrət Abbasdan ərizə cavabı gözləyirlər, 

bəy də bunların torpaqlarından bəhrələnib kef çəkir”. 

Həsən  bəy  yuxarılara  bir  məktub  hazırlamışdı.  Məktubda 

Borçalıda kəndlilərin pay torpaqlarının kütləvi şəkildə əllərindən 

alınması faktı göstərilirdi ki, bu insanları mövcud qanunlardan 

narazı  salırlar.  O,  Yadigarovun  soyuq  havada  bayıra  atdığı 

ailənin fotoları, torpaqların əvvəlki illərdə kimə mənsub olmasını 

göstərən  köhnə  sənədləri,  şahidlərin  şikayət  məktublarını,  pay 

torpaqlarının  mövcud  xəritəsini  və  s.  sənədləri  də  bu  məktuba 

əlavə edərək, kəndlinin əvəzindən döymədiyi qapı qalmadı. Üç 

ay sonra bu məsələyə yenidən baxıldı, haqq yerini aldı. Həsən 

bəy həmin gün sevincindən az qala uçurdu. Məhkəmə prosesində 

Yadigarov  od  püskürə-püskürə  uduzdu,  üzünü  hakimə  tutaraq 

dilləndi:

– Mənim bu işdə ətək-ətək pulum gedib, – yana-yana deyirdi.

Həsən  bəy  məhkəmədə  özünü  öz  danışığı  ilə  dolaşdıran 

Yadigarova dedi:

– Sənin dədə-baba torpağın idisə, niyə o qədər pul tökürdün? 

Kimə, nədən ötəri pul vermisən?

“Mejevaya  palata”nın  rəisi  indiyə  qədər  görünməyən,  heç 

vaxt qarşılaşmadığı çətinliyə düşmüşdü:

– Ehtiyatlı ol, cənab Məlikov, dünən gəlmisən, dövlətin qa-

nun larına qarşı çıxmağın bəs deyil, az qala bizə də şər atırsan. 

–  Cənab  rəis,  məncə,  bütün  məsələlər  məhkəmədə  aydınla-

şacaq. 

Həmin  gün  Həsən  bəyin  səyi  ilə  kəndlilərin  pay  torpağı 



özlərinə qaytarıldı. Məhkəmə bitdikdən sonra onlar Həsən bəyin 

əl-ayağına döşənərək, hərə bir cür minnətdarlıq bildirirdi: 




118

– Başına dönüm, ay oğul, evimizi, torpağımızı, namusumuzu 

xilas etdin.

–  Vallah,  mən  kəndir  almışdım,  özümü  asıb,  xar  olmağın 

rüsvayçılığından qurtarım.

–  Oğul, səni bizə Allah göndərib.

–  Bala, çox ehtiyatlı ol, bunlar elə nadürüstdürlər ki, bu heyfi 

səndə qoymayacaqlar.

Həsən qəlbidolu kəndliləri güclə sakitləşdirirdi: 

–  Mənim  üçün  narahat  olmayın.  Amma  günlərlə  evinizdə 

çörəyiniz  olmasa  belə,  oğlunuzu  oxudun.  Oxudun  ki,  barı  onlar 

belə çətinlikləri yaşamasınlar. 

Bu gün Həsən bəyin günü idi. Həyatında ilk dəfə kömək et-

mə yin, haqq və ədalətin öz yerini almasının sevincini yaşayırdı. 

Elə  sevinir,  elə  həyəcanlı  idi,  kirayələdiyi  mənzilinə  haçan  çat-

ma ğını  bilmədi.  İçəri  keçib  əynini  dəyişdi.  Zümzümə  edə-edə 

“görəsən,  bu  dünyada  yaxşılıq  edib,  onun  nəticəsini  görməkdən 

gözəl bir hiss ola bilərmi?” fikri ağlından keçdi. O, bu gün Borçalı 

kəndlilərinin öz ailə-uşaqlarını başına yığaraq süfrə ətrafındakı xoş 

ovqatını  gözləri  qarşısına  gətirərək,  özünü  dünyanın  ən  xoşbəxt 

adamı sayırdı. 

Həsən bəy gürcülərin yeməkdə istifadə etdikləri sunel ədviy-

ya tını çox sevdiyindən, hətta qayğanağa da qatırdı. Oxuya-oxuya 

bu gün o, şüyüd-plov bişirirdi. “Şur” üstə bir qəzəli lap xanəndə 

kimi zümzümə edirdi:

Hər kimin ki, dərdi var, dərmanə göndərmək gərək,

Hər kimin ki, dərdi yox, viranə göndərmək gərək.

 

Hər kimin canında xublar həsrəti vardır müdam,



Dünyadə ar etməsün, didarə göndərmək gərək. 

 

Dinməyən, dindirməyən girmək gərək öz küncünə,



Hər kimin sevdası var, seyranə göndərmək gərək.

 

Hər kim iqrar əhlidir, yoxdur niza, qoy dinləsin,



Hər kimin dəvisi var, divanə göndərmək gərək.


119

Bu Xətaidir, bu gün meydanda zərbi-dəstilən,

Hər kimin sevdası var, meydanə göndərmək gərək.

Həsən bəy elə ürəkdən oxuyurdu, dayısı Fərəc bəyin qapıdan 

içəri necə girməsini hiss etməmişdi.

– Ay Həsən, maşallah, sən hərtərəfli adammışsan ki. Nə gözəl  

oxuyurdun, elə təsirli idi ki. Amma, düzü, mən bir şey anlamadım. 

– Ay  dayı,  sən  nə  zaman  gəlmisən?  Xəbərim  olmayıb.  Əs-

lin də,  bir  şey  oxumurdum,  Xətainin  “Gərək”  adlı  qəzəlini  züm-

zümə  edirdim.  Mənim  bugünkü  halımla  bu  qəzəl  elə  səsləşir, 

oxumasaydım, günah olardı. 

– Onu harada əzbərləmisən? Xətai kimdir? 

– Şah İsmayıl Xətai haqqında sənə necə danışım? 1487-1524-

cü illərdə, cəmi 38 il yaşamış görkəmli dövlət xadimi, Azərbaycan 

Səfəvi  dövlətinin  şahı,  ana  dilini  dövlət  dili  elan  edərək,  özü 

də  bu  dildə  ölməz  əsərlər  yaradan  böyük  şəxsiyyət,  sərkərdə. 

Hakimiyyətə gələndə onun cəmi 13 yaşı olub. Bu millət, bu xalq 

böyük  xalqdır,  onun  iradəsini,  gücünü  sındırmaq  asan  məsələ 

deyil. Bu gün onun rus işğalıyla barışması da müvəqqəti haldır. 

On üç yaşında Dərbənddən Zəncana qədər böyük bir mərkəzləşmiş 

dövlət  yaradan  – Azərbaycan  dövlətini  quran  Xətainin  xələfləri 

nə vaxtsa ayağa qalxacaq. İlk olaraq maarif, təhsil tərəqqi qalib 

gələcək,  bütün  məmləkət  oxuyub-yazmağı  bacaracaq,  özünün 

kimsə tərəfindən aldadılmasına yol verməyəcək.

Soruşursan bu qəzəli harada əzbərləmişəm. Harada deyəndə, 

gözümü  açandan  evimizdə  şeir,  sənət  məclislərini  görmüşəm. 

Atam da, babam da Xətainin şeirlərini əzbər bilirdilər. Hələ anam 

üzü köçürülmüş Xətai divanını əzbər bilirdi. Mənə də, bacıma da, 

qardaşlarıma da anam əzbərlədib. 

Fərəc bəy köksünü ötürdü. 

–  Anan  Ağcabədinin,  Qaradolağın  ən  vicdanlı,  insaflı  bəy-

lə rindən  birinin  qızı  olduğu  üçün  babangillə  qohumluqları  bir-

birinə  sevinc,  xoşbəxtlik  gətirdi.  Anaların  sənin  kimi  oğulların 

yetişməsində  əziyyətləri  danılmazdır,  –  deyib  Fərəc  bəy  sözünə 

davam elədi:



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə