123
– Fərəc bəy, əlahəzrət imperatorun neçə-neçə orden və me-
dallarını daşıyırsan, süvari ordunun yaradılması şərəfini im perator
müstəqil olaraq sənə həvalə etdi. General mayor rütbəsi daşıyırsan,
ikinci və birinci dərəcəli “Müqəddəs Anna” ordeni almısan, qırx
ildən artıq orduda qüsursuz xidmət göstərmisən. Bütün bunlara
görə çox sağ olun! Amma sizin cavan bir qohumunuz bütün
xidmətləri heçə endirmək, əlahəzrətin qanunlarına, sənin, mənim,
onun, bütün dövlətsevərlərin qoruduğu, xidmət etdiyi dövlətə qarşı
çıxır. Siz onun “ağsaqqalı” olduğunuz üçün yuxarılar da məsləhət
bildilər, öncə sizinlə danışaq.
Həsənin hər şeydən xəbəri vardı. Fərəc bəyin narahatlığını da
yaxşı dərk etdirdi. Lakin o bu ədalətsiz rejimə nifrət edirdi. Amma
qorxu, hədə, ölümün özü belə onu qəlbinin iradəsindən, xalq
sevgisindən çəkindirə bilməzdi. Lakin atası qədər sevdiyi Fərəc
bəydən də keçə bilmirdi. Odur ki, gələcək işlərilə bağlı qəti qərar
verdi:
“Gedəcəyəm, Fərəc bəy, belə məmurluq mənlik deyil. Səni də
layiq olmadığın
danlaqda qoya bilmərəm, gedəcəyəm!”
124
1866-cı il, Mirzə Fətəli Axundovun
evində yığıncaq
Fərəc bəy özü də istəmədən, bilmədən Mirzə Fətəlinin yaşa-
dığı evin qapısına gəlib çıxmışdı. “Mən niyə bura gəldim?! Vallah,
bu cavan məndə diqqət qoymadı ki…” Fərəc bəy narazı-narazı
başını buladı.
Deyirlər, insan bir sevinəndə, bir də dara düşəndə dosta ehtiyac
duyur. Belə hallarda insanı ayaqları yox, ürəyi, içinin səsi dost
qapısına yönəldir, sevinc və dərdlərini onlarla bölüşməyə çəkib
gətirir. Fərəc bəy bu həqiqəti dərk edib ehtiyatla qapını döydü.
Mirzə Fətəli qapıya çıxdı:
– Xoş gəldin, ay Fərəc bəy! Dostum, nə olub yenə, sifətində
təbiətin bütün rəngləri bərq vurur?
Fərəc bəy bir qədər rahatlanıb özünə gələndən sonra Həsənlə
bağlı baş verənləri bütünlüklə Mirzəyə danışdı.
– Fikir eləmə, sən də, mən də, lap elə Tiflis qubernatorluğu
da çalışsa, onu fikrindən döndərə bilməz. Amma ona əqidəsinə
sadiq qalmaqla bərabər, həm də ehtiyatlı olmağı öyrətməliyik.
Həsən tamam fərqli düşüncə yiyəsidir. Zaman gələcək, bu gənc
Azərbaycanın tarixi şəxsiyyətləri sırasında ən önəmli yerlərdən
birini tutacaq. Fərəc bəy, yaxşı gəlmisən elə, mən səni sabahkı
şeir, sənət məclisinə çağırmaq haqda düşünürdüm. Elə Həsəni də
çağıracağam, sizi şirvanlı Seyid Əzimlə tanış edəcəm.
– Bax, Mirzə, mənim şeirdən sən deyən qədər anlayışım
yoxdur, bu molla-seyidlərə də xüsusi məhəbbət bəsləmirəm. Bir
də bu cavan məndə şeirlik hal qoydu ki.
– Əşi, yox ey, bu molla, seyid dediyimiz böyük bir şairdir.
Tiflisə gəlişinin məqsədi də öz xərci ilə Azərbaycanda məktəb
açmağın icazəsini almaqdır. Zaqafqaziya Təhsil İdarəsi ona izin
verməyi bir az uzadır. Seyid də bu uzun yolları gedib-gəlməkdən
usanmaq bilmir ki, bilmir. Fərəc bəy, bəlkə, sizin də nəyəsə
köməyiniz dəyə bilər?
125
– Bilmirəm, ola bilər, çalışaram. Mən gəlməsəm, olmaz ki?
– Olar, amma niyə gəlməyəsiniz?
– Dedim axı, mən çox şeir sevən adam deyiləm.
– Fərəc bəy, bu məclisə sizin dostunuz Kəlbəli xan Naxçıvanski
16
də, Mirzə Hüseyn Qayıbov da gələcək. Mən istəyirəm, siz də
bu məclisə gələsiniz. Mən keçən il bitirdiyim “Kəmallüddövlə
məktubları”nı da sizə təqdim edəcəm. Seyid Əzim Şamaxı şeir
məclisinin iki nümayəndəsini də özüylə gətirəcək. Çox maraqlı
məclis qurulacaq. Şuşa, Gəncə şairlərindən də məclisimizdə iştirak
edənlər olacaq. Xahiş edirəm, mütləq gəl. Sənə bir nəfəri təqdim
edəcəm, Türkiyədən gəlib, soydaşımızdır. Amma Həsən bəyi də
gətir, qoy o, milli düşüncə, əqidə daşıyıcılarıyla tanış olsun.
Sabahı gün, 1866-cı il may ayının 29-da M.F.Axundova
məxsus evdə mühüm bir tarixi hadisə əbədiləşirdi. Azərbaycanın
aydınları, milli düşüncə sahibləri bir-birilə tanış olurdu. Məclisə
dəvət alanların hamısı elə mütəşəkkillik nümayiş etdirmişdi ki,
sanki dövlətin çağırışına gəlmişdilər. Mirzə Fətəli həmişəki kimi
öz zarafatları, yumoru ilə məclisi şənləndirdiyindən, hamı özünü
evindəki kimi hiss edirdi.
– Hə, dostlar, sizi bu kasıb komamda görməkdən çox
xoşhalam. Hər dəfə bir yerə yığılanda siz mənə yaşamağa, yazıb-
yaratmağa güc-qüvvət verirsiniz. Bu məclisdə çoxunuz bir-birinizi
tanıyırsınız. Bəzilərinizsə bir-birinizlə ilk dəfə görüşürsünüz.
Mənim fikrimcə, yaradıcı, xeyirxah adamların torpağını Ulu
Tanrı eyni yerdən götürüb. Çünki hansınızla təklikdə danışıramsa,
düşüncənizdə maarif, şeir, sənət, millət, xalq dərdi yaşayır. Bu
məclisə indi bir nəfər də gələcək. Həmin şəxs bizim soydaşımızdır,
amma uzun illərdir Türkiyədə, Anadoluda yaşayır. Qarabağın
Cecimli kəndində doğulub, böyüyüb, boya-başa çatıb. Bu gün
axşam Tiflisdən Batumiyə, ordan da Türkiyəyə gedəcəkdi, mən də
fürsətdən istifadə edərək onu da məclisə dəvət etdim. Bir haşiyə
16
Kəlbəli Xan Naxçıvanski (1824 -1883) – Rus ordusunun general-mayoru.
Sonuncu Naxçıvan xanı Ehsan Xan Kəngərlinin oğlu. Şücaətlərinə görə üçüncü
dərəcəli “Müqəddəs Stanislav”, dördüncü dərəcəli “Müqəddəs Georgi” ordenləri
ilə təltif olunub, brilyantla bəzədilmiş qılıncla mükafatlandırılıb.