Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə40/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   36   37   38   39   40   41   42   43   ...   245

123

– Fərəc bəy, əlahəzrət imperatorun neçə-neçə orden və me-

dallarını daşıyırsan, süvari ordunun yaradılması şərəfini im perator 

müstəqil olaraq sənə həvalə etdi. General mayor rütbəsi daşıyırsan, 

ikinci və birinci dərəcəli “Müqəddəs Anna” ordeni almısan, qırx 

ildən  artıq  orduda  qüsursuz  xidmət  göstərmisən.  Bütün  bunlara 

görə  çox  sağ  olun!  Amma  sizin  cavan  bir  qohumunuz  bütün 

xidmətləri heçə endirmək, əlahəzrətin qanunlarına, sənin, mənim, 

onun, bütün dövlətsevərlərin qoruduğu, xidmət etdiyi dövlətə qarşı 

çıxır. Siz onun “ağsaqqalı” olduğunuz üçün yuxarılar da məsləhət 

bildilər, öncə sizinlə danışaq.

Həsənin hər şeydən xəbəri vardı. Fərəc bəyin narahatlığını da 

yaxşı dərk etdirdi. Lakin o bu ədalətsiz rejimə nifrət edirdi. Amma 

qorxu,  hədə,  ölümün  özü  belə  onu  qəlbinin  iradəsindən,  xalq 

sevgisindən  çəkindirə  bilməzdi.  Lakin  atası  qədər  sevdiyi  Fərəc 

bəydən də keçə bilmirdi. Odur ki, gələcək işlərilə bağlı qəti qərar 

verdi: 

“Gedəcəyəm, Fərəc bəy, belə məmurluq mənlik deyil. Səni də 



layiq olmadığın danlaqda qoya bilmərəm, gedəcəyəm!” 


124

1866-cı il, Mirzə Fətəli Axundovun  

evində yığıncaq

Fərəc bəy özü də istəmədən, bilmədən Mirzə Fətəlinin yaşa-

dığı evin qapısına gəlib çıxmışdı. “Mən niyə bura gəldim?! Vallah, 

bu  cavan  məndə  diqqət  qoymadı  ki…”  Fərəc  bəy  narazı-narazı 

başını buladı.

Deyirlər, insan bir sevinəndə, bir də dara düşəndə dosta ehtiyac 

duyur.  Belə  hallarda  insanı  ayaqları  yox,  ürəyi,  içinin  səsi  dost 

qapısına  yönəldir,  sevinc  və  dərdlərini  onlarla  bölüşməyə  çəkib 

gətirir. Fərəc bəy bu həqiqəti dərk edib ehtiyatla qapını döydü. 

Mirzə Fətəli qapıya çıxdı: 

– Xoş gəldin, ay Fərəc bəy! Dostum, nə olub yenə, sifətində 

təbiətin bütün rəngləri bərq vurur?

Fərəc bəy bir qədər rahatlanıb özünə gələndən sonra Həsənlə 

bağlı baş verənləri bütünlüklə Mirzəyə danışdı.

– Fikir eləmə, sən də, mən də, lap elə Tiflis qubernatorluğu 

da  çalışsa,  onu  fikrindən  döndərə  bilməz. Amma  ona  əqidəsinə 

sadiq  qalmaqla  bərabər,  həm  də  ehtiyatlı  olmağı  öyrətməliyik. 

Həsən  tamam  fərqli  düşüncə  yiyəsidir.  Zaman  gələcək,  bu  gənc 

Azərbaycanın  tarixi  şəxsiyyətləri  sırasında  ən  önəmli  yerlərdən 

birini  tutacaq.  Fərəc  bəy,  yaxşı  gəlmisən  elə,  mən  səni  sabahkı 

şeir, sənət məclisinə çağırmaq haqda düşünürdüm. Elə Həsəni də 

çağıracağam, sizi şirvanlı Seyid Əzimlə tanış edəcəm. 

–  Bax,  Mirzə,  mənim  şeirdən  sən  deyən  qədər  anlayışım 

yoxdur, bu molla-seyidlərə də xüsusi məhəbbət bəsləmirəm. Bir 

də bu cavan məndə şeirlik hal qoydu ki.

– Əşi, yox ey, bu molla, seyid dediyimiz böyük bir şairdir. 

Tiflisə  gəlişinin  məqsədi  də  öz  xərci  ilə  Azərbaycanda  məktəb 

açmağın  icazəsini  almaqdır.  Zaqafqaziya Təhsil  İdarəsi  ona  izin 

verməyi bir az uzadır. Seyid də bu uzun yolları gedib-gəlməkdən 

usanmaq  bilmir  ki,  bilmir.  Fərəc  bəy,  bəlkə,  sizin  də  nəyəsə 

köməyiniz dəyə bilər?



125

Bilmirəm, ola bilər, çalışaram. Mən gəlməsəm, olmaz ki?

– Olar, amma niyə gəlməyəsiniz?

–   Dedim axı, mən çox şeir sevən adam deyiləm. 

– Fərəc bəy, bu məclisə sizin dostunuz Kəlbəli xan Naxçıvanski

16

 



də,  Mirzə  Hüseyn  Qayıbov  da  gələcək.  Mən  istəyirəm,  siz  də 

bu  məclisə  gələsiniz.  Mən  keçən  il  bitirdiyim  “Kəmallüddövlə 

məktubları”nı  da  sizə  təqdim  edəcəm.  Seyid  Əzim  Şamaxı  şeir 

məclisinin  iki  nümayəndəsini  də  özüylə  gətirəcək.  Çox  maraqlı 

məclis qurulacaq. Şuşa, Gəncə şairlərindən də məclisimizdə iştirak 

edənlər olacaq. Xahiş edirəm, mütləq gəl. Sənə bir nəfəri təqdim 

edəcəm, Türkiyədən  gəlib,  soydaşımızdır. Amma  Həsən  bəyi  də 

gətir, qoy o, milli düşüncə, əqidə daşıyıcılarıyla tanış olsun. 

Sabahı  gün,  1866-cı  il  may  ayının  29-da  M.F.Axundova 

məxsus evdə mühüm bir tarixi hadisə əbədiləşirdi. Azərbaycanın 

aydınları, milli düşüncə sahibləri bir-birilə tanış olurdu. Məclisə 

dəvət  alanların  hamısı  elə  mütəşəkkillik  nümayiş  etdirmişdi  ki, 

sanki dövlətin çağırışına gəlmişdilər. Mirzə Fətəli həmişəki kimi 

öz zarafatları, yumoru ilə məclisi şənləndirdiyindən, hamı özünü 

evindəki kimi hiss edirdi. 

–  Hə,  dostlar,  sizi  bu  kasıb  komamda  görməkdən  çox 

xoşhalam. Hər dəfə bir yerə yığılanda siz mənə yaşamağa, yazıb-

yaratmağa güc-qüvvət verirsiniz. Bu məclisdə çoxunuz bir-birinizi 

tanıyırsınız.  Bəzilərinizsə  bir-birinizlə  ilk  dəfə  görüşürsünüz. 

Mənim  fikrimcə,  yaradıcı,  xeyirxah  adamların  torpağını  Ulu 

Tanrı eyni yerdən götürüb. Çünki hansınızla təklikdə danışıramsa, 

düşüncənizdə  maarif,  şeir,  sənət,  millət,  xalq  dərdi  yaşayır.  Bu 

məclisə indi bir nəfər də gələcək. Həmin şəxs bizim soydaşımızdır, 

amma  uzun  illərdir  Türkiyədə,  Anadoluda  yaşayır.  Qarabağın 

Cecimli  kəndində  doğulub,  böyüyüb,  boya-başa  çatıb.  Bu  gün 

axşam Tiflisdən Batumiyə, ordan da Türkiyəyə gedəcəkdi, mən də 

fürsətdən istifadə edərək onu da məclisə dəvət etdim. Bir haşiyə 

16

 Kəlbəli Xan Naxçıvanski (1824 -1883) – Rus ordusunun general-mayoru. 

Sonuncu Naxçıvan xanı Ehsan Xan Kəngərlinin oğlu. Şücaətlərinə görə üçüncü 

dərəcəli “Müqəddəs Stanislav”, dördüncü dərəcəli “Müqəddəs Georgi” ordenləri 

ilə təltif olunub, brilyantla bəzədilmiş qılıncla mükafatlandırılıb.



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə