Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə48/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   44   45   46   47   48   49   50   51   ...   245

148

yazan mirzələr çox vaxt sizin dediklərinizi mülayimləşirir, heç siz 

tələb  edən  səviyyədə  yazmır.  İtirdikləriniz  gün-gündən  çoxalır. 

Bütün gücünüzü səfərbər edin, övladınızı oxudun, mütləq oxudun!

Həsən bəy işin çoxluğundan yox, insanların taleyini özününkü 

kimi  qəbul  edərək,  hər  gün  narahatlıq  keçirməkdən  yorulurdu. 

Bəzən taqəti tükəndiyindən ancaq iradəsinin gücü ilə qalan işləri 

davam etdirirdi. Bu axşam da çox yorulmuşdu, daha heç nə etmək 

iqtidarında  deyildi.  İçəri  girər-girməz  yatağa  uzanıb  anındaca 

yuxuya getdi.

Yenə göy üzü ulduzla dolu idi. Boşluğa dayadığı nərdi van la 

yuxarı qalxaraq, ulduzları torbasına toplayırdı. Bu də fə vücuduna 

çökən  ulduzların  ağırlığı  içindən  yüksələn  şö lə  bədəninə  işıq 

saçırdı.  Əlləri,  ayaqları,  üzü  hər  tərəfi  işıqlanmışdı.  Həsən  öz-

özünə  məəttəl  qalmışdı.  Geriyə  –  doğma  kəndlərinə,  evlərinə 

qayıtmağa can atırdı. Dar bir keçidi adlayaraq su yoluna çıxmalı 

idi. Qarşıda çətin keçiləsi uzun yol vardı. Çox çətinliklə irəlilədiyi 

yol yenə Kürün üstü ilə uzanıb gedirdi. Çiynindəki ulduz kisəsinin 

işığı əlinin-ayağının, üzünün işığı ilə qovuşub hər tərəfi nura qərq 

etmişdi. Kür üstündə hər yerdə Moskva Universitetinin binasına 

bənzəyən  çoxlu  məktəblər,  universitetlər  görünürdü.  Həsən  bəy 

donub qalmışdı. Görəsən, suyun üstündə bu binalar necə dayanıb? 

Bəs binaların sahibi kimdir? Hərdən bu binaların Kürün üstü ilə 

Bakıya doğru üzdüyünü zənn edərək, daha da təəccüblənirdi. Bir 

vaxtlar  onunla  Şamaxı  və  Tiflis  gimnaziyasında  oxuyan  bütün 

məzunlar burada çalışırdılar. Bura məktəb idi. Eyni rəngdə, eyni 

formada geyinmiş oğlan və qızlar məktəbə doğru axışırdılar. Həsə-

nin sevincindən az qala ürəyi dayanacaqdı. Əllərinin, ayaqlarının 

işığı  yolu  da,  uzaqdan  görünən  məktəb  binalarını  da,  hətta  yol 

boyu  hərəkət  edən  uşaqların  üzünü  də  aydın  nura  bələmişdi. 

Borçalıda  həyətindən,  evindən  qovulan  kişinin  çılpaq  uşaqları 

da  burada  idi,  onlar  bu  dəfə  səliqəli  geyimdə,  əllərində  məktəb 

çantası  tutmuşdular.  Zərdabdakı  kasıb  qonşularının  uşaqları, 

İçərişəhərdəki Ağahüseynin yetim qardaşı övladları da əllərindəki 

içi  kitab-dəftərlə  dolu  məktəb  çantası  ilə  bu  uşaqların  arasında 

dayanmışdılar.  Kəndə  gedən  böyük  yolun  üstündəki  yanar  şam 




149

Kürün dalğasında uzaqdan məşəli xatırladırdı. Kür əl boyda şan 

balını  canına  çəkərək  elə  şirinləşmişdi  ki,  Həsən  bəy  ovcu  ilə 

Kürdən  hamıya  bal  qarışmış  şərbət  suyu  dadızdırmağa  çalışırdı. 

Suyun  üstündə  bərq  vuran  ulduzlarla  birgə  uşaqlar,  müəllimlər 

rəqs edirdilər. Göydən yerə kəpənək işıqlar tökülür, hər yan nura 

qərq olmuşdu. Həsən bəy əlində ulduzlardan yığılmış çələngi ona 

baxıb gülümsəyən bəstəboy bir müəlliməyə tərəf uzadaraq onu işıq 

rəqsinə dəvət etdi. Ömründə eşitmədiyi elə gözəl mahnı oxunurdu, 

sanki bu nəğməni mələklər ifa edirdi. Ona elə gəldi, onunla rəqs 

edən göydən gələn mələkdir.

– Sənin adın nədir? – soruşdu.

– Müəllimə.

– Elə də ad olar?

– Niyə olmur?!

– Yox, axı bu, peşə adıdır. Mən sənin öz adını soruşuram.

– Mənim əsl adımı zamanı gələndə biləcəksən. İndisə adım 

müəllimədir, – deyib bəstəboy xanım gülümsəyərək sözünə davam 

elədi, – söz ver ki, məni axtaracaqsan, ən azı adımı öyrənənədək 

axtaracaqsan.  Tapsan,  mən  sənin  taleyin  olacam,  tapmasan, 

özündən küs.

Qızın gözlərindən süzən təbəssüm nurlu işığa bənzəyirdi.

– Tapacam səni, mütləq tapacam, – Həsən bəy dilləndi.

Kür elə genişlənmişdi ki...

Həsən bəy oyananda yuxusuna təəccüblənmədi. Bu yuxu onun 

tale dostu, “qaraçuxa”sı kimi onu daim müşayiət edib qoruyurdu, 

olacaqlardan  xəbəri  olsun  deyə,  gizli-gizli  məlumatları  Həsənə 

“ötürmək” üçün tez-tez, gərəkli anlarda ona “qonaq” gəlirdi.

Bəzən Həsən bəy bu əsrarəngiz “yuxu dostu” üçün darıxırdı 

da…  Bu  qadın  kimdi,  görəsən?  Mənə  elə  gəldi,  Veradır,  amma 

o deyildi. Mən Verasız necə də darıxmışam… Yəqin, həyatımda 

məni sevən elə bir qıza heç vaxt rast gəlməyəcəm. Bu qız avropalı 

geyimli, hicabsız idi, amma təmiz Azərbaycan dilində danışırdı, 

heç vaxt belə bir qızla rastlaşmamışam.

Fikirləri qarışınca Həsən bəy bərk darıxırdı. Kiçik ölçülü pən-

cərəsini  açıb  hava  aldı.  Gecə  yarını  keçmişdi.  “Dərviş”  kar van-




150

sarasından saz səsi gəlirdi. İçindəki azad ruhu onu belə məclislərə 

ayaq basmağa sövq edə bilərdi. Lakin bu dəfə iradəsi azad ruha 

qalib gəldiyindən Həsən evdən bayıra çıxmadı.

Həsən bəy ruh etibarilə millət fədaisi, elmi, tərəqqini, haqqı, 

ədaləti  yayan  bir  insan,  elm  müridi  idi.  Onun  yaydığı  elm  min 

illərin  gəlişməsinə,  insanlığın  yüksəlişinə  söykənən,  sınaqlardan 

uğurla keçmiş biliklər toplusu idi. “Elm, məktəb, maarif olmadan 

heç bir millət tarixi tərəqqiyə qovuşa bilməz,” – deyirdi. 

Gecənin  yarısı  olmasına  baxmayaraq,  Həsənin  yuxusu 

gəlmirdi. Xatirələri sanki bu axşam onun üstünə bir anda hücum 

çəkmişdi. Deyəsən, romantik yuxu öz işini görmüşdü. O, bu anda 

bütün varlığı ilə Veranı görmək istəyirdi: 

“Görünür, əsl sevgiymiş bu. Mən onu unuda bilmirəm”. İşdən 

qayıdanda məktub yazacam, mütləq yazacam. Yazıb nə çatdıracam 

ona  –  səni  sevə-sevə  səndən  qaçdım,  xoşbəxtliyimi  öz  əlimlə 

uçurdum yazacam? Ən yaxşısı, onunla ədəbi mühit və universitet 

haqqında danışmaq olar. Bir də iradəsizlik göstərə bilmərəm. Bir-

birimizə məktub yazmağa ayrılan gün söz vermişdik axı”.

Həsən  bəy  bir  həftə  öncə  universitetindəki  ən  sevimli 

müəllimlərindən birinə – təbiətşünas alim, embriologiya, bakteriya 

və  antropologiya  sahələrində  yüksək  elmi  nailiyyətlərin  müəllifi 

İ.Meçnikova

21

  Karl  Ben  adına  birinci  dərəcəli  mükafat  alması 



münasibətilə təbrik teleqramı göndərmişdi. Meçnikov Solovyovlar 

ailəsinə  gedib-gələn  yaxın  insanlardan  biri  idi.  O,  Meçnikovdan 

həm  də  mikrobiologiya  haqqında  yazdığı  və  mükafata  layiq 

görülən son məqalələrini istəmişdi. Həsən bu məsələni də bəhanə 

gətirib Veraya məktub yazmağı qərara aldı. “Sabah bu məsələni 

həll edərəm,” – fikrilə yatağa uzandı.

Səhər  tezdən  hazırlaşıb  evdən  çıxdı.  Hava  çox  soyuq  idi. 

Kiçik çillə yenicə çıxmışdı. Artıq “çərşənbələr”in başlanmasına az 

qalmışdı. Aradakı on gün “çiləbecələr” adlanırdı. Elə bu soyuqlar 

da çiləbecənin qovğası idi. Külək az qala adamı göyə qaldıracaqdı. 

21

 İlya İliç Meçnikov (1845-1916) – rus-fransız bioloq, embrioloq, immunoloq, 

fizioloq və potoloqdur. Fiziologiya və tibb sahəsində Nobel mükafatçısıdır.




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə