Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə50/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   46   47   48   49   50   51   52   53   ...   245

154

üçün kifayət qədər soyuq idi. Amma havanın təravətindən baharın 

gəlişi  hiss  olunurdu.  Gələn  həftə  ilk  çərşənbə  qeyd  olunacaqdı. 

Həsən bəy uşaqlıqdan Novruz bayramını çox sevirdi, onun gəlişini 

səbirsizliklə gözləyirdi. 

“Bu il mütləq çalışıb kəndə getmək lazımdır. Anamın gözü, 

bilirəm, yolda qalacaq”. 

Novruz  bayramı  haqqında  düşünə-düşünə  “Metropol”un 

ya nına  gəlib  çıxdığını  hiss  etmədi.  Möhkəm  acmışdı,  həmişəki 

yeməkxanaya  üz  tutdu. Yarpaq  dolmasının  turşməzə  iyi  adamın 

ağzını  sulandırırdı.  Sakit  görünüşlü,  gənc  xidmətçi  Həsən  bəyə 

yaxınlaşdı. 

– Bəy, xoş gəldiniz! Necəsiniz? Nə sifariş etmək istərdiniz? 

Şəki ləhcəsi ilə danışan cavan oğlan zəngin menyunu təqdim 

edib: 

– Öncə istəyirsiniz yeni hazırlanan yeməkləri sayım, bəlkə, 



xoşunuza gələn oldu.

– Yox, zəhmət olmasa, sən mənə ətri ağzımı sulandıran yarpaq 

dolması gətir, qatıqla olsun.

 Nə zəhmət, Həsən bəy? Siz əmr edin!

–  Sən mənim adımı haradan bilirsən?

– Sizi burada tək mən yox, çoxu tanıyır. Sizin qəza idarəsindəki 

xidmətiniz haqqında bütün camaat danışır.

“Çox  pis,  demək,  mənim  fəaliyyətim  yuxarıları  da  rahatsız 

etməyə başlayıb. Yəqin ki, mən tezliklə bu işimdən də ayrılmalı 

olacam”.


  O,  yeməyini  iştahayla  yedi.  Bu  gün  kefi  də  kök  idi,  həm 

erməninin  “dərsini  vermişdi”,  həm  də  neçə-neçə  həmyerlisinə 

idarədə kömək göstərmişdi. Evə çatan kimi Veraya məktub yazmaq 

haqqında  düşündü.  Həm  də  Meçnikovun  son  məqalələrini  ona 

göndərməyi Veradan xahiş edəcəkdi. 

Həsən  bəy  qala  qapısından  İçərişəhərə  girəndə  ətrafdakı 

içərişəhərlilər həmişə onu hörmət-izzətlə qarşılayırdılar. 

– Axşamınız xeyir olsun!

– Salaməleyküm, Həsən bəy, necəsiniz?

Həsən bəyi yenə də yaxın qohum, köhnə dost kimi qarşıladılar. 




155

Amma o, qarşıdakı dükanın böyründə çırpılıb qırılan kerosin lam-

pasının şüşələrini, qoçu Əhmədin divara dirəyib nəsə tələb edən 

dükançını görəndə özünü saxlaya bilmədi, əsəbiləşərək irəli yeridi:

Əhməd qonşu, nə olub? Nə istəyirsən bu tifildən? 

– Lampa şüşələrini məndən alıb satır, amma pulumu vermir, 

cənab  məmur,  ürəyinə  başqa  şey  gəlməsin,  bu  adamları  başlı-

başına buraxsan, çox əməllərdən çıxarlar. 

– Burax onu, Əhməd, burax! Pulu yubatmağın üstündə insanı 

belə  qısnamazlar,  hələ  sındırdığın  malları  demirəm,  bəs  onları 

kimin ayağına yazaq? 

Əlbəttə ki, bu satıcının!

– Yox, əvvəl hesablamaq lazımdır nə qədər mal vermisən, nə 

qədər  alacağın  var.  Kimdən  almısan,  haradan  gətirmisən,  maya 

dəyəri nədir. Sən neçəyə vermisən, bu adam sənə nə zaman və nə 

qədər pul verməyi boynuna götürüb?

Qoçu Əhməd heç nəyə cavab verə bilmədi:

– Mən heç nə bilmirəm, sabah gəlib pulumu aparacam. Ya da 

heç gəlməyəcəm, elə özü pulu gətirməsə, dükandan əlini üzsün, – 

deyib, Əhməd çıxıb getdi. 

Dükançı ağlayırdı: 

–  Həsən  bəy,  vallah,  billah  yalan  deyir.  Mənim  ona  bu 

qədər  verəcəyim  yoxdur. Aylığını  istəyir,  mən  də  bu  ay  heç  nə 

satmamışam. 

–  Sənə lampaları o verməyib?

– Yox,  Həsən  bəy,  onu  tanımırsınız, qoçu  Əhməddir  də,  öz 

“qoçu payı”nı istəyir. 

–  Mən onunla danışaram, yığışdır sınan mallarını.

– Həsən bəy, onun Allahı yoxdur. Pulu verə bilməsəm, gecəylə 

dükanımı yandıracaq.

– Dedim, mən danışaram onunla. 

Həsən bəy qanıqara halda mənzilinə yön aldı: “Cahil insan, 

sənə  məxsus  olmayanı  qorxuyla,  hədəylə  mənimsəsən  də  halal 

olmadığını düşündünmü? Aldığın pulun, döydüyün adamların göz 

yaşları, evindəki ac-yalavac uşaqlarının ah-naləsi səni necə rahat 

buraxa bilər?!”




156

O, qapısını açmaq istəyəndə ev sahibilə rastlaşdı.

–  Axşamınız  xeyir,  müəllim!  Necəsiniz?  Bu  gün  elə  bil 

dilxorsunuz, nə olub belə?

–  Heç…  Sizin  xırdavatçı  dükanın  sahibinin  mallarını  qoçu 

Əhməd qırıb-dağıdıb. Nədir, nədir aylığını yubadıb. Belə haqsızlıq, 

belə  ədalətsizlik  olar?  Başa  salıram  ki,  səni  bu  qədər  incidirsə, 

polisə,  məhkəməyə  müraciət  et.  Başını  yolub,  üzünü  cırır,  deyir 

aman-aman, nəslimi bir gecədə yox edər bu “qoçu”. Nə isə… Sizin 

rəhmətliyin  uşaqları  necədir?  Sahibkarlarla  kimsə  danışdımı? 

Əgər məsələ uşaqların xeyrinə həll olunmasa, mən hər zaman sizə 

kömək etməyə hazıram. 

– Yox,  ay  oğul,  sabah  yox,  o  biri  gün  rəhmətliyin  qırxıdır. 

Bütün mədən fəhlələri, briqada başçıları da gələcək. Hələ, heç bir 

xəbər yoxdur. 

– Siz sahibkarla özünüz danışın. Əgər razı olmasa, onda nə 

edəcəyimizə qərar verərik. 

–  Məni  onun  yanına  heç  zaman  buraxmazlar.  Yasa  gələn 

qohumu isə bilirsinizmi mənə nə dedi? Hərənin bir qisməti var, 

onunku  da  bura  qədərmiş,  yəni  “bizlik  heç  nə  yoxdur”.  “Qırxı” 

yola verək, sonra görək nə edirik. Allah səni qorusun, ay oğul, sən 

bu qədər insanların dərdinə şərik olursan. Tanrı yanında məqamın 

uca olsun!

Həsən  bəy  içəri  keçib  rahatlanıb  özünə  gələndən  sonra 

Veraya  yazacağı  məktub  haqqında  düşündü.  Bayramlarda  təbrik 

teleqramı göndərməsinə baxmayaraq, indiyə qədər Veraya məktub 

yazmamışdı.  Amma  bütün  bayramlarda  ona  təbrik  göndərirdi. 

Məktuba düşünmədən belə başladı: “Salam, əziz Vera, necəsən? 

Sergey  Mixayloviç  necədir?  Bu  müddətdə  məktub  yazmadığım 

üçün məni qınama. Sadəcə, gözləyirdim bütün işlər lazımi qaydaya 

düşsün,  sonra  onlar  haqqında  sənə  yazım.  Günlər  elə  tez  gəlib 

keçdi, bütün hadisələr sanki dünən baş vermişdi 

Nə işlə məşğul olursan? Yaradıcılığında hansı yeniliklər var? 

Mən  bu  qısa  dövrdə  ikinci  iş  yerim  olan  Bakı  Qəza  İdarəsində 

çalışıram.  Soruşa  bilərsən,  təbiətşünas  hara,  pasport-masa  rəisi 

hara?  Harada  işləməyimdən  asılı  olmayaraq  insanlara  kömək 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə