Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə52/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   48   49   50   51   52   53   54   55   ...   245

160

heç kimə bağışlamaq olmaz, – Həsən bəy çox əsəbi halda rəisin 

otağından çıxdı, səhər qubernatorla görüşməyi qərara aldı. 

Rəislə qısa mübahisədən sonra Həsən bəy gün boyu nə qədər 

əsəbi, gərgin vəziyyətdə işləsə də, şikayətə gələnlərin heç birini 

həmin gün cavabsız yola salmadı, hər birinə əlindən gələn köməyi 

göstərdi. 

Qubernator Həsən bəydən zəhləsi getdiyi qədər də çəkinirdi. 

Moskva  Universitetinin  məzunu  kimi  qanunları  çox  gözəl  bil di-

yindən Moskvada yüksək idarələrə söz çatdıra biləcək dostlarının 

olduğundan xəbəri vardı.

“Mənim  taleyim  bu  insanların  taleyidir.  Nə  olacaqsa,  elə 

sabah baş verməlidir. Ya mən işdən getməliyəm, ya da bu məsələni 

yoluna qoymalıyam,” – Həsən bəy son qərarını vermişdi.

Növbəti gün səhər tezdən işə gələrkən rəis onu yanına çağırdı: 

– Həsən bəy, sən bəy nəslindən çıxmısan, məni – öz rəisini, o 

boyda qubernatoru cındırından cin ürkən, dizi yamaqlı adamların 

ayağına necə verirsən, bunu bəyliyinizə necə yaraşdıra bilərsən?

Həsən bəy:

– Cənab rəis, bəylik dediyiniz rütbə deyil, həm böyüklükdür, 

həm  mərdlikdir,  həm  də  ağsaqqallıqdır.  Mən  gözümü  açandan 

bəyliyi belə görmüşəm. Burada ayıb hesab ediləsi heç nə yoxdur. 

Bu idarə insanların ümid yeridir. İnsanların son ümidini kəsənlərin 

günahı heç zaman bağışlanmayacaq. 

– Həsən bəy, balam, sən bu idarəyə baş bəlası gəlmisən, nəyə 

nail  olmağa  çalışırsan?  Mən  heç  nə  bilmirəm,  get  qubernatorun 

yanına, özün danış hər şeyi, səni gözləyir. Mən hətta ona söylədim, 

sən bu məsələlərlə bağlı etirazını Moskvaya yazmaq istəyirsən. 

– Cənab rəis, mən heç nəyə nail olmaq fikrində deyiləm. Sa-

dəcə, insanlara, xüsusilə, əlacsız insanlara kömək etmək istəyirəm. 

– Get, Həsən bəy, get, qubernator səni gözləyir. 

Həsən  bəy  otaqdan  çıxanda  dəhlizdə  onu  gözləyənlərin 

sayının bir qədər də çoxaldığını gördü. 

Təəssüflə  onlara  baxa-baxa  küçəyə  çıxdı.  Paralel  küçənin 

tinindəki, qubernatorun oturduğu binaya doğru irəlilədikcə fikir-

ləşirdi: “Çox güman ki, mənim işdən çıxmaq məsələm qoyulacaq, 




161

hətta ərizəmi də elə indi yazdıracaq. Bəs onda yazıq şikayətçilərin 

məsələsi necə olacaq? Biz özümüz öz dərdimizə dərman tapmasaq, 

bəs  kim  tapacaq?  Belə  getsə,  işimiz  çox  çətin  olacaq.  Görünür, 

çətinlikdən çıxış yolu yalnız təhsil almaq, elmə yiyələnməkdədir”.

Həsən bəy qubernatorun otağına daxil olmaq istəyəndə onun 

köməkçisi  Mirzə  Mahmudla  rastlaşdı.  Xeyli  müddət  bir-birinə 

baxandan sonra Həsən dedi: 

– Siz Şamaxıda, Tiflisdə gimnaziyada oxumamısınız?

–  Həsən,  canım,  qardaşım,  dünəndən  bura  yaman  vəlvələ 

salmısan. Mən elə düzgün təxmin etmişdim, bu bizim Həsəndir, 

başqa kimdə belə cəsarət olar, qubernatordan Moskvaya yazmaq 

fikrinə düşsün?! 

– Sən olsan, yazmazsan? Sənin soydaşlarının bu soyuq havada 

evlərinə od vurub çöllərə salan bir adamla qubernatorun dostluq 

etməsi nə dərəcədə düzgündür?

– Nə od vurmaq?! Kim edib bunu?

– Bu adamlara alış qiyməti aşağı təklif olunduğu üçün onlar 

evlərindən çıxmaqdan imtina ediblər. Gecənin bir yarısı evlərinin 

yandığını görüb birtəhər canlarını qurtarıblar. Kim edəcək, hər şey 

məlumdur da. 

– İndi aydın oldu… Gəl, bizi mehriban görsələr, məni də sənin 

ardınca yola salacaqlar. Bizim tanışlığımızı qubernator bilməsin. 

Səni Qubaya göndərəcəklər. Gərək razılaşasan, mütləq razılaşasan. 

Yoxsa işsiz qalacaqsan.

Həsən bəyi qubernatorun otağına gətirən Mirzə Mahmud çox 

ciddi tərzdə məlumat verdi:

–  Cənab  qubernator,  məmur  Məlikov  sizin  çağırışınızla 

gəlmişdir.

Gəlsin görək, qəhrəman Məlikov.

Həsən bəy içəri keçdi. Ona elə gəldi, indi səs-küylü söhbət 

başlayacaq.

–  Həsən  bəy,  xoş  gəlmisiniz,  mən  sizdən  söhbət  düşəndə 

həmişə demişəm, siz sanki Parisdə doğulub oranın yüksək zövqünü 

mənimsəmisiniz. Bugünkü geyiminizsə məni lap valeh etdi. Siz bu 

dəbli geyimləri haradan alırsınız, necə seçirsiniz?




162

Həsən bəy başa düşdü ki, Qubaya göndərilməyi artıq təsdiq 

olunub.  Qubernator  onunla  dilxoşluq  edir,  yoxsa  dünən  onu 

görəndə yolunu dəyişən bir adam bu gün onunla dost kimi necə 

danışa bilər? 

– Təşəkkür edirəm, cənab qubernator, – Həsən bəy dilləndi. 

Buyurun,  cənab  Kolyubakin,  məni  çağırmısınız,  sizin  vaxtınızı 

çox almayım. 

–  Olanları,  sizin  şikayətçilərə  olan  yüksək  qayğınızı  mənə 

çatdırdılar.  Buna  görə  çox  sağ  ol.  Sonra  məni  özünə  dost  seçən 

o  adam  haqqında  ölçü  götürüldü.  Bütün  evlərini  tərk  edənlərin 

şikayətlərinə  yenidən  baxılacaq,  hamının  pulu  danışıldığı  kimi 

veriləcək.  Bunu  da  sənin  xidmətin  kimi  qiymətləndirirəm.  Mən 

qubernatoram,  ev  yıxan,  qoçularla  dostluq  edənlə  dostluq  edə 

bilmərəm.  Mənim  dostum  da,  xidmət  etdiyim  də  yalnız  sadə 

xalqdır, camaatdır. 

Həsən bəy məəttəl qalmışdı, siyasətin astarı və üzü itmişdi, 

riyakarlıq ortada açıq-aşkar meydan sulayırdı. Artıq heç nəyə izah 

verməyə ehtiyac yox idi. 

Kolyubakin çox qısa formada ona bundan sonrakı fəaliyyətində 

daha ehtiyatlı olmaq eyhamını bildirdi: 

–  Bu  gün  biz  səni  Quba  qəzasına göndərməyi qərara aldıq. 

Əlahəzrətin dövlətçilik siyasətini bölgələrimizdə, əyalət qəzalarında 

yerinə  yetirəcək  sizin  kimi  Moskvada  təhsil  almış  gənclərə  çox 

ehtiyacımız var. Mənə elə gəlir, bu, sizin də ürəyinizdən olmalıdır. 

Sizin himayə etdiyiniz həmin camaatın məsələsi də bax bu sənədlə 

həll olundu. 

Həsən bəy gözucu sənədə baxdı. Bütün məsələlər şikayətçilərin 

xeyrinə  həll  olunmuşdu.  Deməli,  məni  buradan  uzaqlaşdırmaqla 

başlarını salamat saxlamaq istəyirlər. 

–  Nə  zaman  yola  düşməyi  planlaşdırırsınız?  Məncə,  yu-

banmadan işinizin başında olmalısınız. 

–  Mən  burda  qalsaydım,  daha  yaxşı  olardı,  –  Həsən  bəy 

qubernatora etirazını mədəni şəkildə bildirdi.

– Yox, yox, cənab Məlikov, dediyim kimi, siz Əlahəzrət çarın 

ən etibarlı məmuru kimi hamımıza başucalığı gətirəcəksiniz.




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə