Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə60/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   56   57   58   59   60   61   62   63   ...   245

184

onu  hana  üzərində  xalçaya  elə  gözəl  köçürür  ki. Ağıllı,  kamallı 

bir qızdır. Qonşu kəndlərdən gəlib aylarla onların evlərində qalıb, 

ondan xalçaçılıq öyrənirlər. Sabah bir bəhanəylə bizə çağıraram, 

sən də görərsən. 

– Yox, ay ana, belə olmaz. Görürsən, mən hələ də cəlayi-vətən 

kimi iş dalınca gəzirəm. Gəl bu evlənmək məsələsini bu dəfə də 

müzakirə etməyək, bir az sonraya qalsın.

Belə etmə, ay oğul!

– Yox, ana, hələ ki bunun vaxtı deyil. 

Mənzər xanım söhbətin davam etməsinin əbəs olduğunu hiss 

edincə, sağollaşıb öz otağına getdi. 

Həsən bəy Zərdabda olmayanda Mənzər xanım onun otağına 

heç  kimi  buraxmazdı.  Babası  Rəhim  bəyin,  atası  Səlim  bəyin 

vəsiyyətinə ciddi əməl edərək, bütün ailəyə məxsus kitabları onun 

otağında saxlayardı. Bu otaq Həsən bəyin əzəli-əbədi rahatlıq məs-

kəni, güc-qüvvət alacağı məkan idi. Neçə-neçə xatirələr, uşaqlıq 

sərgüzəştləri bu otağı onun üçün unudulmaz bir guşəyə çevirmişdi. 

Ömrü boyu onu izləyən “qaraçuxa” yuxusu da ilk dəfə elə burada

ata ocağında ona “qonaq” gəlmişdi. 

Həsən bəy bu gecəni elə möhkəm, arxayınlıqla yatdı ki, ana-

sının dörd-beş yol gəlib onun açılan kürəyini təzədən örtməsindən 

xəbəri olmadı.

Həsən bəy yenə yuxu aləmində idi. 

Yenə ora idi, əl boyda kiçik bir deşikdən keçərək əsas yola – 

kənd yoluna çıxmağa can atırdı. Yenə yol Kürün üstündən keçirdi. 

Çay bu dəfə həmişəkindən fərqli rəngdə idi. Sular gah mavi olur, 

gah  da  duman  rəngi  alaraq  ağ  çiçəyin  ləçəklərini  xatırladırdı. 

Haradan  düşdüyü  bəlli  olmayan  gur  bir  işıq  suyun  üzərində  hər 

tərəfi  nura  qərq  edərək  əsrarəngiz  gözəllik  yaratmışdı.  Qarşıda 

uzaqdan  böyük  bir  bina  görünürdü.  Uşaqlar,  kəpənəklər,  quşlar 

bir-birinə  qarışaraq  binanın  həyətində  işıq  saça-saça  uçurdular. 

Geyimləri qəribə bir rəngdə idi. Həsən çox fikirləşsə də, bu rəngin 

adını yadına sala bilmirdi. Ağ, duman rəngi? Yox. Deyəsən, mavi 

ilə işığın vəhdəti, bəlkə də, adı heç kimə bəlli olmayan yeni bir 

rəngdir? 




185

Kürün üstü ilə uzanan yol kəndlərinə gedən köhnə məkan idi. 

Dərhal tanıdı. Amma bu bəyaz bina yeni idi, bəs nə vaxt tikilmişdi, 

kim tikmişdi? Addımlarını bir az da yüyrək ataraq hər şeyi daha 

tez  öyrənmək  istədi.  Qarşıda  ucu-bucağı  görünməyən  meyvə 

bağları uzanırdı. Bu bağlar kimə məxsusdur, görəsən? Sormağa bir 

kimsə yox idi. Uzaqdan yaşlı bir qoca göründü. Deyəsən, meyvə 

ağaclarını sulayırdı. “Kimdirsə, yəqin, bağların sahibidir”. 

Həsən yaxınlaşıb soruşur:

–  Salam,  baba,  yorulmayasınız!  Bu  böyük  bağların  sahibi, 

yəqin, sizsiniz, bu bağ-bağat sizindir?

Qoca  bir  anlığa  üzünü  ona  sarı  çevirir,  qəribə  tərzdə 

“əleykəssəlam” cavab verir. Həsən yerində donub qalır. Xudaya, 

mənə səbir, dözüm ver, bu qoca babam Rəhim bəydir ki. 

–  Baba,  sən  burada  nə  edirsən?  Bu  möhtəşəm  bağ-bağatı, 

bu büsatı necə, kiminlə yaratmısan, buralar sənindir? Sən burada 

yaşayırsan?

–  Gələcəkdə  çox  zəhmət  çəkməyəsən  deyə,  bu  bağı  sənin 

üçün salmışam. Bax, burada bütün meyvələrdən əkmişəm, amma 

boya-başa çatmağına hələ çox var. Meyvələri də hələ yetişməyib. 

Bundan sonrakı işləri sənin öhdənə buraxıram. 

– Baba, uzaqdan görünən o bina, suyun üzərindəki yanar şam, 

bir də şan balı necə, onlar da sənindir?

–  Yox,  onlar  mənim  deyil,  onlar  sənindir.  Dedilər,  o  bina 

məktəbdir, özü də sən tikdirmisən. Yoxsa doğru eşitməmişəm?

–  Bilmirəm,  ay  baba,  mən  məktəbdə  işləmirəm  axı.  Bir-

iki  günə  Qubaya  gedirəm,  özü  də  məktəbdə  yox,  məhkəmədə 

işləyəcəm. 

– Yox, Həsən, sən məhkəmə üçün deyil, məktəb üçün gön də-

rilibsən, yəqin, özün də bu haqda bilmirsən. O məktəb də sənindir, 

dedilər,  onu  sən  açacaqsan.  Bir  də  ananın  dediklərinə  də  diqqət 

yetir, amma qəlbinin səsinə qulaq as. Bax bütün qərarlarının əv-

vəl  qəlbinlə  məsləhətləş,  sənin  yeganə  dostun,  yol  göstərənin 

qəlbindəki həmin səsdir! 

– Baba, bax, Kürün üstündəki uzaqdan yanan o şamı, yanındakı 

məcməyidəki şan balı görmüsən? Mən 5-6 yaşım olandan bu günə 




186

qədər  ona  çatmağa,  onu  götürməyə  çalışıram,  amma  o  məkana 

gedib çata bilmirəm. 

– Əziz balam, indiki getdiyin yolla ora çatmaq, o gördüklərini 

əldə etmək o qədər də asan iş deyil. Əslində, sən bizim rahat ailə 

yolu ilə gedib onları asanca əldə edə bilərdin, o gördüklərin də sənə 

məxsus olardı. Amma sən Kürün üzəriylə gedən bu çətin el yolunu 

seçmisən, əldə etdiklərini də bütün xalqla paylaşmalısan. Bu yol 

çox çətin, uzaq yoldur, bu yöndə hələ çox məsafə qət eləməlisən. 

Sən  o  gördüklərinə  çatınca  çox  əngəllərdən  keçəcəksən,  sonda 

istədiyinə  çatacaqsan.  Onları  əldə  etmək,  insanlarla  bölüşmək 

sənin qismətindir, payındır, taleyindir. 

– Baba, ay baba, niyə Kürün suyu bu rəngə düşüb? Niyə körpə 

uşaqlar kəpənək kimi, quş kimi çayın üzərində uçurlar? Niyə?

Həsən  bəy  neçə  illərdir,  yığışıb  qalmış  suallarını  dalbadal 

babasına yağdırırdı. Lakin Rəhim bəy artıq Həsənə məhəl qoy mur-

du, onun suallarına cavab vermirdi. O, suyun üzərində birdən-birə 

necə zühur etmişdisə, eləcə də qeybə çəkildi. 

Babasının  qəfil  yox  olmasını  görüncə  yerindən  dik  atıldı: 

“Baba, ay baba…”

Anası onu yuxuda qışqıran görüb oyatmağa çalışdı:

– Bismillahir-rəhmanir-rəhim… Ay oğul, yuxumu görürdün?

–  Hə,  ana,  hə…  bu  otaq  həmişə  məni  uşaqlığıma  qaytarır. 

Babamı  yuxuda  gördüm,  mənə  Kürün  üzərində  gözəl  bir  bağ 

salmışdı. Kürdən bir qol ayıraraq suyunu da üstünə qoyub getdi.

– Allah rəhmət eləsin! Bu kişini yuxuda görəndə biz həmişə 

xeyir tapırıq. Sənin də işlərinin xeyir-duasını verib o, yaxşı olar, 

inşallah. 

Həsən bəy pəncərədən bayıra baxdı. Hava işıqlanmışdı. Ayağa 

qalxdı, geyinib həyətə düşdü. Heç kimə demədən gəzə-gəzə Kürün 

qırağına getdi. Göz baxdıqca uzanan Kürə tamaşa etdi. Uşaqlığı 

keçdiyi bu yerlər onun içində çox-çox xatirələr oyatdı. Xeyli gəzib-

dolaşdıqdan sonra evə qayıtdı. 

Həyətdə  axşam  tonqalına  hazırlıq  işləri  gedirdi.  Xidmətçi 

Qasımla oğlunun qaladıqları uca tonqalın təkcə çaxmağı əskik idi. 

Həsən bəy həyətə girəndə tonqalı görüb sevindi:




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə