Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə59/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   55   56   57   58   59   60   61   62   ...   245

181

– Niyə?


–  Dedilər  yuxarıların  əmri  belədir,  əyalətlərdə  oxumuşlara 

daha çox ehtiyac var. 

– Mən sənə bir az təmkinli olmağı tapşırmışdım, ay qardaş, 

deyəsən, yenə özün bildiyin kimi eləmisən, hə? Yoxsa, durduğun 

yerdə niyə belə tezliklə səni əyalətə göndərsinlər?! 

–  Yox,  Mehralı,  məsələ  bir  az  başqadır.  Harada  olsam,  bu 

şeylər baş verəcək. Sən məni tanıyırsan. 

– Mən səndən hər an nigaranam. Sən rəhmətlik qayınatama 

oxşadın. Heç nədən çəkinməyən, sözü üzə çırpan, – anası Mənzər 

söhbətə qarışdı.

– Darıxma, ana, başqa cür olmur. Mən onlar deyən qaydayla 

işləyə  bilmərəm.  Allah  da  haqlının  yanındadır.  Mən  də  haqqı 

qoruyuram. 

– Tanrı köməyin olsun, oğul! 

Evə bir anlıq sükut çökdü. Mehralı bəy başını qapıdan bayıra 

uzadaraq dedi:

– Ay uşaqlar, qara toğlunu Həsən gələnə saxlamamışdınızmı? 

Tez kəsin, kababı özüm çəkəcəm, süfrəni hazırlayın. 

Bir dəqiqə keçməmiş Mehralı bəy evin ab-havasını dəyişdi. 

Sonra da üzünü Həsən bəyə tutaraq:

–  Dedin, haqqın tərəfindəsən, elə orada  da  qal,  gerisini dü-

şün mə, qardaş. Biz eləsək də, sən bacarmazsan, oxumuş, təhsilli 

in san  idarələrdə  kölə  kimi  nə  desələr  “baş  üstə”  –  deyə  bilməz. 

İn sanı fərqləndirən, sevdirən də onun iradəsidir, uğrunda mübarizə 

apardığı ideyalarıdır. Hər zaman həm maddi, həm mənəvi dəs tə-

yi mizi səndən əsirgəməyəcəyik. Bircə arzum var: səni qoy Allah 

qorusun!

– Ay uşaqlar, süfrəniz hazırdımı? 

Bir saatın içində Həsən bəyin şərəfinə gözəl bir süfrə açıldı. 

Övladlarının hamısını yanında görən Mənzər xanımın nigaranlığı 

bir anlığa yoxa çıxmışdı. Elə xoşbəxt görünürdü ki, heç kimə etibar 

etmədən bugünkü süfrəyə özü nəzarət edirdi. 

Həsən üçün evin künc-bucağında saxlanılmış bütün nemətlər 

süfrəyə  düzülmüşdü.  “Bir  halda  ki  özü  gəldi,  qoy  elə  gözümün 




182

qarşısında dadsın bu nemətləri, mənim də könlüm rahat olsun,” – 

düşünürdü Mənzər xanım. 

– Ay ana, bu qədər yeməyin içində çərəz-mərəz vaxtıdır, sən 

məni naz-nemətə basdırmaq istəyirsən?

– Allah eləməsin, sağlıq olsun, evlən, övladın olsun, görəcəm 

səni. Bir tikəni belə onlardan ayrı yeməyə qıymayacaqsan. Onda 

mənim bugünkü halım yadına düşəcək. Mehralı, Səfərəli bu yolu 

keçiblər, mənim sözlərimin doğru olduğunu təsdiq edərlər.

Mehralı bəy:

– Anaların gözəli, müdriki, qayğıkeşi, sən nə söyləsən, düzdür, 

nə deyə bilərik ki?

Məclis  uşaqlıq  xatirələrinin  çözələnməsilə  elə  qızışmışdı, 

vaxtdan heç kimin xəbəri yox idi. 

Səfərəli bəy:

– Həsən, yadındamı, Kürün qırağından böyük bir balıqqulağı 

tapmışdın. Hamıya, elə babama da sübut etməyə çalışırdın, Kürün 

səsi bu balıqqulağıdan gəlir.

– Hə, sən demə, damarımızda, qanımızda, canımızda yaşayan 

arzu  və  istəklərimizin,  içimizin  səsi  –  əks-sədası  imiş  o  səslər, 

sadəcə, balıqqulağı ilə özümüzə eşitdirilirmiş.

–  Neylədin onu?

–  Bir dostuma verdim.

–  Babam  elə  o  gündən  sənin  haqqında  yüksək  fikrə  düşdü. 

Amma  öz  aramızdır,  səni  babam  da,  atam  da  hamımızdan  çox 

istəyirdi. Yadındamı, mədrəsədə mollaya demişdin, “molla əmi, bu 

qədər ərəb sözünü çətinliklə öyrənirik, olmaz ki, namazı, Quranı 

elə öz dilimizdə öyrənək? Mən dualarımı öz dilimizdə edirəmsə, 

Allah  məni  başa  düşürsə,  demək,  hamının  dualarını  öz  dilindən 

eşitsə, yaxşı olar. Onsuz da, Allah bütün insanların dillərini bilir. 

O, bizim yad bir dildə dua oxuyub əziyyət çəkməmizi istəməz”. 

Xatırlayırsan dediklərini?

O zaman molla axşam-axşam özünü babamın yanına çatdırıb 

demişdı: “Bəy, belə olmaz, sizin uşaq mədrəsədə özünü kafir kimi 

aparır. Ağzına gələni danışır”. Babam məsələdən agah olanda gül-

məkdən  uğunub  getmişdi. Atam  da  demişdi:  “Molla,  siz  uşağın 




183

dediklərini qəribliyə salmayın, elə mən də dualarımı öz dilimdə 

edirəm”. 

Molla qapıdan çıxanda dodağının altında mızıldanırdı: “Urus-

murusla bir süfrədən yemək yeyən Səlim bəyin övladından daha 

nə gözləmək olar?” 

Sənin uşaqlığın bir başqa aləm idi; hazırcavab, ağıllı oğlum 

Rəhim  də  sənə  çəkib.  Hələ  bir  onun  yerişinə  fikir  ver,  bütün 

hərəkətləri elə bil sən özünsən. Elə sənə bənzədiyi üçün anam onu 

bütün nəvələrindən çox istəyir. 

Həsən bəy gecənin yarısına qədər yata bilməsə də, özünü çox 

gümrah  hiss  edirdi.  Sanki  on  iki-on  üç  yaşındakı  qıvraqlığı  ona 

qayıtmışdı. Bu gün həm də onun qardaşlarına və anasına bəslədiyi 

sonsuz  sevgi  sanki  daha  da  dərinləşmişdi,  onlarsız  öz  həyatını 

təsəvvür  edə  bilməmək  doğma  hissləri  daha  da  artmışdı. Ailəsi 

onun dayağı, gücü, qüvvəsi, enerji mənbəyi və gələcək arzularının 

hərəkətvericisi idi.

Gecədən xeyli keçməsinə baxmayaraq, ailədə heç kim yatmaq 

istəmirdi.  Mənzər  xanımın:  “Uşaq  yorulub,  yatmaq  vaxtıdır” 

qərarına ailə üzvlərinin hamısı könülsüz, – “gecəniz xeyrə qalsın,” 

– deyib, otaqlarına çəkildilər.

Həsən də anasına: “Yuxun şirin olsun, ana,” – deyib ayrılmaq 

istəyəndə anası dedi:

– Otur görüm, ay oğul, bir az təklikdə dərdləşək. Bax sən indi 

burdasan deyə, mən səninlə bir məsələni ciddi danışmaq istəyirəm.

Nədir o məsələ, ay ana?

– Ahhh, necə olacaq, ay oğul, sənin evlənmək məsələn. İllər 

keçir, sənsə subaysan. Mən də, ailəmiz də səndən çox nigaranıq. 

Evlənsən, səndən arxayın olarıq. Qardaşların da istəyir səninlə bu 

məsələni müzakirə edim.

– Kiminlə evlənim, ay ana? Elə bir qızla, taleyimi ömürlük 

bağlaya biləcəyim həyat yoldaşıyla hələlik rastlaşmamışam axı. 

–  Vallah,  qohum  dedim,  dedin  yox,  qohum  evliliyi  düzgün 

deyil. Olsun, qoy hər şey sənin ürəyincə olsun. Qonşunun yaxşı, 

ismətli bir qızı var, Saranı deyirəm. Elə bil ay parçasıdır. Çox da 

bacarıqlı  bir  qızdır.  Əvvəl  gördüyü  naxışları  kağıza  çəkir,  sonra 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə