Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə57/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   53   54   55   56   57   58   59   60   ...   245

175

bu amil dayanır: insanları düşünməmək, onlarla əlaqəni kəsmək, 

tək “mən yaxşı yaşamalıyam” fikriylə həyat qurmaq istəyi deyilmi 

bizi bu günə salan? Dərya kənarında ev tikib, hasarın çəkən adam 

imkanlı  olmalıdır,  yəqin  ki.  Əgər  o,  hasar  çəkərək  insanların 

onun  güzəranını  görməməsini  istəyirsə,  yaxud  başqa  insanların 

gün-güzəranının  ağırlığını  görməkdən  qaçırsa,  demək,  bəlanın 

kökü dərindədir. Laqeydliklə, “mənə nə” amalı ilə biz uzağa gedə 

bilmərik. 

– Ay Həsən, sən nə yaman dərinə getdin. Mən sənə oxumağa 

qulaq as dedim, sən də başladın fəlsəfi izahlar verməyə. Belə ol-

maz!  Mən  sənin  nə  qədər  fikir  çəkməyinin  fərqindəyəm,  dərin 

qüs sə içində millət üçün şam kimi yanmağını görürəm. Nəzərə al 

ki, sən təkbaşına çox şey edə bilməzsən, amma özünə ciddi ziyan 

yetirirsən.

– Darıxma, Ağa, görəcəksən etdiklərimizi. O günü görməyin 

üçün  Allahdan  sənə  uzun  ömür  diləyirəm.  Görəcəksən,  əziz 

dost,  bizim  –  sənin,  mənim  zəhmətlərimizin  bəhrəsini  mütləq 

görəcəksən. 

Uzun  müddət  ortaya  sükut  çökdü.  Yolun  uzunluğu  onları 

yormuşdu. Həsən bəy düşüncələr içində yolun qırağında işləyən 

kəndlilərin öz torpaqlarını necə kor-koranə becərdiklərini, səmə rə-

siz istifadə etdiklərini görərək əsəbiləşdi:

–  Ağa,  bax,  mən  bu  torpağın  sirlərini  öyrənməyə  illərimi 

vermişəm.  Torpaq  insan  kimidir,  onu  həddən  artıq  yükləmək 

olmaz,  onunla  canlı  kimi  davranmaq  lazımdır.  İki  dəfə  dalbadal 

eyni məhsul əkilən torpaq sahəsi az bəhrə verir. Bu boyda geniş, 

məhsuldar  dəmyə  torpaqlar  boş-boşuna  qalıb,  gördüyün  bu 

adamlarsa hər il eyni məhsulu bir ərazidə əkir. Halbuki növbəylə 

bir il paxlalı bitkilər, bir il də taxıl əkilərsə, bol məhsul verə bilər. 

Torpaqdan düzgün istifadənin qaydalarını bizim kəndlilərə öyrədə 

bilsək,  onların  gün-güzəranlarının  yaxşılaşmasına,  qayğılarının 

azalmasına kömək edə bilərik.

Seyid Əzim, Həsən bəyin bütün sahələrdəki biliyinə, millətə 

olan sevgi, məhəbbətinə heyran qalmışdı. 

– Bəlkə, sən bu insanlara dərs verəsən, necə düşünürsən?




176

–  Olacaq,  o  da  olacaq.  Mənim  düşündüyüm  yol  qapı-qapı 

dolanıb kiməsə fərdi təhsil vermək, nəyisə öyrətmək deyil, bunları 

hamıya çatacaq bir yolla etməkdir. 

O nə yoldur, Həsən bəy belə?

– Zaman gələndə sizin də o işə qoşulmağınızı, əsas icraçılardan 

biri olmağınızı arzulardım. İnşallah, hələ ki olmayan bir işdən necə 

danışım?


Seyid  Əzim  yol  boyu  Həsənin  imkan,  bacarıqlarını,  istək-

lə  rini,  cəmiyyətin  dərdlərinə,  çətinliklərinə  elm,  təhsil  yolu  ilə 

nicat  tapmaq  istəməsini  və  dövlətin  bütün  bu  təşəbbüslərə  la-

qeyd  münasibətini  ürəyində  götür-qoy  edə-edə:  “Allahın  nəzəri 

üstündə  olsun,  ay  Həsən,  sən  xalqın  üçün  nə  qədər  böyük  işlər 

görmək istəyirsən. Əfsus, zamanında dəyərin bilinməyəcək, heyif 

səndən...” – düşünürdü. 

Gün batana yaxın fayton Şamaxıya çatdı. Yolun yorğunluğu 

onların hər ikisini əldən salmışdı. 

Seyid  Əzimin  ailə  üzvləri  yemək  tədarükü  görmüşdülər. 

Xovsuz  xalça  üzərində  mütəkkələr,  döşəkcələr  elə  sıralanmışdı, 

rənglər göz oxşayırdı. Yumşaq mütəkkələrə dirsəklənən yorulmuş 

yolçular yeməyi səbirsizliklə gözləyirdi. Bir azdan otağa gələn mis 

məcməyidəki plov və buğlamanın ətri ətrafı bürüdü. 

Həsən bəyin az ət yeməsi ev sahibinin diqqətindən yayınmadı. 

O, bir neçə qaşıq düyü, bir tikə buğlama ilə kifayətləndi.

Seyidin bütün təkidləri əbəs oldu. Həsən bəy özünün yemək 

qaydalarını həmişə olduğu kimi, bu gün də dəyişmədi. Acmadan 

yeməyə oturmamaq, doymadan yeməkdən əl çəkmək onun qaydası 

idi. Bu da onun sağlamlığını qoruyan əsas şərtlərdən biri idi. 

Belə olmaz, sən heç nə yemədin, mən çox narahat oldum.

– Əziz Seyid, yemək elə bir şeydir, gərək nə özün özünü, nə də 

başqalarını ona məcbur edəsən. Mənim yemək ehtiyacım kifayət 

qədər tez, demək olar, bir-iki tikəylə ödənilir, mən özümü heç vaxt 

artıq yeməyə məcbur etmirəm. Belə olanda özümü daha sağlam, 

daha çevik hiss edirəm. 

Seyid  Əzim  son  iki  gün  ərzində  Həsən  bəyi  daha  dərindən 

kəşf etmişdi. Yolçuluğu, yoldaşlığı ilə özünü əsl dost kimi təsdiq 




177

etməsi, özünə və başqalarına vicdanlı münasibəti, xalqına sonsuz 

sevgisi,  bütövlükdə  əsl  ziyalılığı  onu  Seyidin  gözündə  göylərə 

qaldırmışdı.  Həsən  bəy  Seyid  Əzimin  son  on  ildə  rastlaşdığı  ən 

ağıllı, hərtərəfli bilikli, mükəmməl insan, ən dəyərli bir ziyalı idi. 

Seyid Əzim:

– Həsən bəy, bu gün tarixi gündür. Sən mənim evimdə, mənim 

ocağımda  qonaqsan,  dünyanın  ən  bəxtəvər  adamıyam.  Nə  yaxşı 

gecə  tez  düşdü,  sən  birbaşa  Zərdaba  getmədin.  Qalıb  mənim 

qonağım oldun. Hər şeydə bir xeyir var. Evə gəlmişkən, istəyirəm 

açacağım  məktəb  üçün  hazırladığım  dərsliklə  səni  tanış  edim. 

Doğrudur,  məktəbin  açılmasını  yubadırlar,  amma  hazırladığım 

dərsliyi başa çatdırmışam. Qubernator əgər verdiyi sözü tutarsa, 

1869-cu  ildə  bu  məktəbin  açılma  iznini  verməlidirlər.  Ona  görə 

də mən aşağı sinif uşaqları üçün dərslik hazırlayıram. “Uşaqların 

baharı” adlı dərsliyə sənin də baxmağını istərdim. Məsləhətlərin 

bu işdə bizə kömək olar. 

Həsən  bəy  kitaba  daxil  olacaq  mövzularla  tanış  olduqdan 

sonra münasibətini bildirdi:

– Bu materiallar məktəblilər üçün çox faydalı mövzulardan 

seçilib hazırlanıb. Amma çar senzurası bunların bəzilərinə icazə 

verməyəcək.  Çünki  sənin  seçdiyin  mövzular  şagirdlərin  milli 

düşüncəsinin  inkişafına  xidmət  edir,  onları  vətəni  sevməyə,  və-

tə nə  gərəkli  övlad  olmağa  çağırır.  Bunlar  senzuranın  bizə  – 

çar  Rusiyasının  ucqarlardakı  xalqlara,  xüsusən  də  Qafqazdakı 

müsəlman xalqlarına qoyduğu qadağalara zidd olduğu üçün icazə 

məsələsi  çətin  olacaq. Amma  Seyid Ağa,  belə  məsələlər  həllini 

tapsa,  sənin  məktəbin  mənə  söylədiyin  “heyf  ki,  sənin  kimilər 

çox azdır” fikrini tezliklə aradan qaldıracaq. Bir neçə ildən sonra 

yüzlərlə  Həsənlər,  Seyidlər  yetişdirəcək.  Qoy  bu  məktəbinin 

açılmasına izin versinlər, mən də, digər milli ziyalılarımız da hər 

sahədə bu işə dəstək verəcəyik. 

Seyid Əzim ikinci bir dərsliyin planını Həsən bəyə göstərəndə 

o, təəccübünü gizlətmədi. 

– Əziz qardaşım, sən möhtəşəm işlər görürsən. Bu dərsliklər 

böyük təhsil yolunda sənin atdığın ilk addım olacaq, həm tari xin, 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə