Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə56/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   52   53   54   55   56   57   58   59   ...   245

172

dəvət  etdi.  Həmin  gün  hər  şey  son  dərəcə  gözəl  idi,  Həsən  bəy 

evə  qayıtmaq  istəmirdi.  Qayıdan  kimi  müşküllər,  dərdlər  yenə 

beynini  didəcəkdi.  Amma  sabah  Şamaxıya,  oradan  da  Zərdaba 

yola  düşəcəkdi.  Anasına,  bacısına,  qardaşlarına  baş  çəkəndən 

sonra Qubaya gedəcəkdi.

–  Seyid  ağa,  biz  qonaqları  bir  az  elə  bil  çox  yorduq,  izin 

versəydiniz, məclisi yekunlaşdırıb dağılışardıq. 

– Buyurun, Həsən bəy, izin sizindir. 

Novruz  bayramına  barmaqla  sayılacaq  günlər  qalmışdı. 

Həsən bu ilki axır çərşənbə və Novruz bayramını mütləq ailəsi ilə 

keçirmək arzusunda idi. 

Həsən bəy gecə qaranlığında, qışın bahara təslim olmaq is tə-

mədiyi soyuq havada özünü çox gümrah hiss edirdi, əslində, sabah 

yola çıxmaq məsələsi olmasa idi, səhərəcən yatmazdı, İçərişəhəri 

“dərvişsayağı” gəzərdi. Buna ruhunun böyük ehtiyacı vardı…

Amma fikir və düşüncələrində qubernatorun bugünkü hiyləgər 

sifətini göz önünə gətirib bir də gördü, mənzilinin qapısı önündə 

dayanıb. “Seyid ağa” əcəb lətifə söylədi. Amma mən nə qədər “o 

tərəfə”  çəkilsəm  də,  əqidəmdən  əl  çəkməyəcəm”  öz-özünə  qəti 

qərar verdi. 

Ev sahibi Hüseynağa onu alaqapı önündə gözləyirdi.

– Gəldinizmi, Həsən bəy? Mən də yatmamışam, sizi göz lə-

yirəm. Nərgiz xalan o günü qoçuların, o tifilin dükanını dağıt ma-

sından, onları danlamağından sonra səndən çox-çox nigaran qalır. 

Tez-tez soruşur, gör Həsən oğlum gəlibsə, mən də rahat olum. Ha-

mı mız sənə elə öyrəşdik, bilmirəm sənsiz necə qalacağıq. Sənin 

ota ğını beləcə saxlayacayıq. Nə zaman gəlsən, öz evin kimi gəl 

yaşa. 

– Sağ olun, Hüseynağa əmi! Siz mənə doğma insanlar kimi 



elə yaxın oldunuz, uzun müddət mənə də sizsiz çətin olacaq. Sizi 

həmişə xatırlayacam.

Qapı önündə söhbət elə qızışmışdı ki…

Sənə soyuq olar, ay oğul, içəri keç.

Həsən bəy az-maz yol tədarükü gördü. Əşyapərəst olmadığı 

üçün  evdə  ən  zəruri  şeylərin  saxlanmasına  üstünlük  verirdi.  Bu 




173

evdə də az, cəmi iki-üç bağlama əşyası vardı, onun da çoxu kitab 

idi. Bütün əşyaları bir saatın içində yığdı. Yol tədarükündə o, çox 

cəld  və  çevik  idi. Anası  Mənzər  xanım  həmişə  onun  əşyalarını 

səliqə ilə, çox yığcam bağlamalara yerləşdirdiyini görəndə: “Anan 

qurban  boyuna,  bir  tikə  vaxtından  oxumaq  üçün  cəlayi-vətən 

olduğundan,  yola  öyrəncəlisən.  O  biri  qardaşların  sənin  yerişini 

yeriyə bilməzlər,” – deyərdi. 

Həsən bəyin anası, bacısı və qardaşları, onların uşaqlarından 

yana  burnunun  ucu  göynəyirdi.  Kəndə  yola  düşəcəyinə  görə 

çox  sevinirdi.  Səhər  Seyidin  faytonçusu  onu  Quba  meydanında 

gözləyəcəkdi.  Yorğun  olduğu  üçün  yatağa  uzanan  kimi  yuxuya 

getdi. Yuxudan  tez  qalxmağa  adət  etdiyindən  bu  gün  də  tezdən 

oyandı. Hüseynağa kişi ehtiyatla mətbəxə girib ona səhər yeməyi 

gətirmişdi.  Həsən  bəy  ayrılıq  anında  çox  kövrəlmişdi.  Gecə 

evə  dönəndə  həyətdən  qoğal,  şəkərbura  ətri  gəldiyini  xatırladı. 

“Demək, Nərgiz xala mənim də payımı göndərib”. 

Bu  sadə  insanların  öz  doğmaları  kimi  Həsənin  qayğısına 

qalması,  məhəllə  insanlarının  da  münasibətini  dəyişmiş,  onu 

qonşuların sevimlisinə çevirmişdi.

Bu ilin bayram şorqoğalını Həsən ilk dəfə İçərişəhərdə nübar 

etdi. Sonra da əşyalarını faytona yığaraq Quba meydanına getməyə 

hazırlaşdı. Hüseynağa kişi, Nərgiz xala, yaxın qonşuların hamısı 

onu yola salmağa çıxmışdılar. 

–  Hüseynağa  əmi,  hər  şey  üçün  çox  sağ  olun.  Nərgiz  xala, 

mənə analıq etdiniz. Bilirəm, bayrama bir neçə gün qalsa da, mənə 

görə bayram tədarükünü bir qədər tez başladınız. Çox sağ olun! 

Sizi heç vaxt unutmayacam. Sağ olun, əziz qonşular! 

 Qonşuda yaşayan faytonçu atın başını yola döndərəndə Həsən 

bəy  anası  qədər  ehtiramını  saxladığı  Nərgiz  xalanın  ağladığını 

görüb onun da gözləri doldu. 

Quba  meydanı  uzaq  və  yaxın  bölgələrə  gedən  faytonlarla 

dolmuşdu. Həsən bəy Seyd Əzimin faytonunu güclə tapdı.

 – Sabahın xeyir, Ağa, mən hazır, gedə bilərikmi?

–  Oldu  qardaş,  yolçu  yolda  gərək,  əvvəl  Şamaxıya  –  bizə, 

sonra da səni oradan birbaşa evinizə yola salaram.




174

Yola  düşmüşdülər.  Enişli,  yoxuşlu,  dərəli,  təpəli  Şamaxı 

yolunu Həsən bəy öz taleyinə bənzədərək “əlbət bir gün mən də 

can  atdığım  zirvəni  fəth  edərək,  azularımın  çin  olduğunu  görüb 

rahat nəfəs alacam”. 

Seyid  Əzim  Həsən  bəyin  yola  düşəndən  məyus  olduğunun 

fərqində  idi.  Amma  dünəndən  onun  dərdini  bildiyi  üçün  əlavə 

bir  şey  soruşmurdu.  Əksinə,  ayrı-ayrı  şeylərlə  onun  fikrini 

yayındırmağa çalışırdı. Uzaqdan taxıl əkinçilərinin səsi eşidilirdi. 

Seyid bu yerlərə əlinin içi kimi bələd idi. Bu taxıl zəmiləri Şamaxı 

seyidlərinə  məxsus  idi.  Zəminin  o  biri  başındakı  cavan  oğlan 

oxuya-oxuya əkin sahələrinin daşını arıtlayırdı. 

“Ay dərya kənarında

33

bir ev tikmişəm,



Ay hasarın çəkmişəm,

Üstün örtmüşəm.

Ay bu gələn gözələ 

Gözüm dikmişəm.

Bağçada güllər,

Oxur bülbüllər,

Belə deyirlər,

Yenə yaz gəlir,

Bizə yar gəlir”.

Seyid Əzim:

– Həsən bəy, gör bu cavan oğlan necə gözəl, şövqlə oxuyur. 

Adamın içi titrəyir.

Həsən bəy:

–  Bəli,  doğrudan  da,  gözəl  oxuyur.  Sözlərinə  bax,  “Dərya 

kənarında bir ev tikmişəm, hasarın çəkmişəm, üstün örtmüşəm”. 

Seyid, sən ağıllı adamsan, kimdi bu dərya kənarında ev tikən, içinə 

yığışıb yaşamağa başlamamış, öncə hasarını çəkib – ətrafla bütün 

əlaqələrini kəsən bu adam, bəzən hər ictimai bəlanın kökündə elə 

33

 Azərbaycan xalq mahnısı




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə