Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə53/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   49   50   51   52   53   54   55   56   ...   245

163

Həsən bəy işin işdən keçdiyini görüb dedi: 

– Cənab qubernator, siz məsləhət bildiyiniz bölgələrdə mənə 

ehtiyac olduğunu dərk edərək, razılığımı bildirirəm. Amma sizin 

lütfünüzdən,  mərhəmətinizdən  mənim  son  bir  həftədə  qəbul 

etdiyim şikayət məktublarının sahibləri də nicat tapsalar, mən daha 

rahat, arxayın Qubaya gedərəm. 

–  Nə  şikayətlərdisə,  ərizələrini  ver  Mahmud  Xocayevə,  biz 

həll edərik. 

Həsən  bəy  sağollaşıb  otaqdan  çıxdı.  Kirayənişin  qaldığı 

Ağahüseynin qardaşı uşaqlarına müavinət məsələsindən başlayaraq, 

ən çətin şikayət ərizələri də daxil olmaqla, bir neçə məktubu öz 

əlilə yenidən yazaraq qubernatorun köməkçisinə verdi. 

– Bax, dostum, bunları elə bu gün qubernatora verib üstünü 

yazdırsan,  qəhrəman  kimi  yadımda  qalacaqsan,  –  Mahmudla 

zarafat etdi. 

Sonra  evə  döndü.  Qapı  ağzında  oturub  tənbəki  bükən 

Ağahüseyn kişi onu görcək ayağa qalxdı:

– Həsən bəy, xeyir ola, bu gün belə tez qayıtdınız? Hə, lap 

yadımdan çıxmışdı, sizə məktub gəlib.

– Eləmi? Sabahdan məni Qubaya işləməyə göndərirlər. Sizin 

qardaşınız  uşaqlarının  sahibkarlardan  müavinət  məsələsini  həll 

etdim. Bu günlərdə sizin ünvanınıza gələcək məktuba çox güman 

ki, müsbət cavab veriləcək. 

–  Hara  gedirsən,  ay  oğul,  sənə  elə  öyrəşmişdik  ki,  bizi  tək 

buraxma.


–  Tək  deyəndə,  mən  Bakıya  tez-tez  gələcəm.  Gələndə  də 

mütləq sizə baş çəkəcəm. Hələlik yuxarılardan göstəriş belə gəlib, 

getməliyəm. Dediniz mənə məktub gəlib, hanı o?

– Məndədir, buyur, ay oğul.

Həsən  bəy  məktubu  əlinə  almadan  həyəcanlandı,  məktub 

Veradan idi. 

Məktubu əl sıxırmış kimi ovcunda tutdu. Sanki Veranın əllə-

rindən tutmuşdu, bir anlıq fikrə getdi. Ürəyi əsə-əsə məktubu açdı. 

İki  qoşa  vərəqdə  yazılmış  məktubun  arasından  tökülən  küknar 

yarpaqlarının  ətri  Həsən  bəyi  daha  çox  həyəcanlandırdı.  “Mənə 




164

niyə kədər göndərmisən. Mən saçlarının ətrini, şirin, qılıqlı, işvəli 

baxışını,  sözlərini  unutmağa  çalışdığım  bir  məqamda  bunlar 

nədir?” İkinci vərəqin arasına son vaxtlarda çəkdirdiyi şəklini də 

qoymuşdu. 

“Salam, əzizim Həsən! Necəsən? Heç bilmirsən, məktub yaz-

maqla  məni  necə  sevindirib  xoşbəxt  etdin?  Evdə  hamı  sevindi. 

Məktubu  köksümə  sıxıb  yuxuya  gedirəm,  mənə  göndərdiyin  bir 

ovuc sevinc və təsəlli üçün sağ ol. İndi Azərbaycan mənim üçün 

tanıdığım məkanların ən doğmasıdır. Çünki orada sən varsan. Mən 

bu diyarın tərəqqi və inkişafını arzulayıram. Bu, sənin arzun idi. 

Həsən, çox inanıram, sən oranın inkişafı sahəsində ilk yol açanlardan, 

ilk fəaliyyət göstərənlərdən olacaqsan. Sənli xatirələrlə yaşayıram. 

Sənin  bir  fikrini  də  tez-tez  xatırlayıram:  “Kaş  mənə  mətbəə 

açmağa,  “Kolokol”

23

  kimi  qəzeti  dərc  etməyə  icazə  verəydilər”. 



Xatırlayıram,  bütün  dərnəkdəki  tələbə  dostlarımız  sənin  arzuna 

təəccüblənmişdilər. Hamı sənin bəy oğlu olduğunu bilirdi, maddi 

cəhətdən bunu edə biləcəyini də düşünürdülər. Amma icazə müşkül 

məsələdir. Sən bu qədər universitet dostlarımızın içində ürəyində 

daşıdığın  arzuların  böyüklüyü  ilə  həmişə  seçilmisən.  Səni  mənə 

sevdirən  yaşından  çox-çox  təcrübəli,  ağıllı,  təmkinli  və  ədalətli 

olmağın idi. Sənin gələcək uğurlarına həmişə inanmışam, bundan 

sonra  da  inanacam.  Şəxsi  həyatındakı  yeniliklərdən  mənə  yaz. 

Niyə Tiflisdən Bakıya getdin? Bundan sonra nə etmək fikrindəsən? 

Həsən, ailə qur, mütləq ailə qur. Ailə səni bütöv olmağa, özünü 

arxalı,  köməkli  hiss  etməyə  inandıracaq.  Bizimki  alınmasa  da, 

sənin  timsalında  mənim  ürəyimdə  həyat  yoldaşından  çox-çox 

yaxın bildiyim məhrəm bir ürək dostum var. Bilirəm, bu o qədər 

də asan deyil. Mən hələ ki ailə qurmağı bacarmıram. Ömrümə bir 

“ağ atlı” oğlan gəlmişdi. O da sən idin. Bundan sonra kim olsa, 

mən  onu  sənin  kimi  sevə  bilməyəcəm.  Bax  məktubu  yazmağa 

başlayandan özümə söz vermişdim, münasibətlərimizlə bağlı heç 

nə  yazmayacam. Amma  olmadı.  Meçnikovun  son  tədqiqatlarını, 

son dövr nəşr olunan rus ədəbiyyatı nümunələrini və s. kitabları 

23

 1857-1867-ci illərdə dərc olunan ilk rus qəzeti




165

sənə  göndərirəm.  Ümidvaram,  bunlar  səni  sevindirəcək.  Sənin 

mütaliə  səbrinə,  həvəsinə  həmişə  qibtə  etmişəm.  Sənə  nə  lazım 

olsa, mənə xəbər et. Mən çox əla bilirəm, yeni çıxmış kitablar sənə 

hədiyyə olunanda necə xoşbəxt olursan. Heç kim məni belə böyük, 

saf məhəbbətlə, təmənnasız sevgiylə oxşamayacaq. Mən çox gözəl 

bilirəm, biz əsl məhəbbəti yaşadıq. Ailə qurmasam belə, o böyük 

sevgi payı mənim bəsimdir, Həsən! 

Sağollaşmaq  istəyirəm.  Çünki  yazdıqca  səni  də,  özümü  də 

keçmişə aparmaqla bu gündən ayırıram.

Sən  demişkən,  biz  dostuq,  Tanrının  rastlaşdırdığı  ən  sadiq 

dostlar. Sağ ol, əzizim, öpürəm səni, sağ ol!” 

Həsən bəy məktubu iki dəfə oxudu, məktub əlində fikrə getdi: 

“Heyif,  Vera,  səninlə  mənimki  alınmadı.  Mən  uzaq  Moskvada 

taleyindən  həmişə  nigaran  qalacağım  bir  qızı  gözü  yaşlı  qoyub 

gəldim. Yaşım əlliyə, altmışa çatacaq. O qız mənim üçün elə iyirmi 

bir  yaşındakı  kimi  qalacaq.  İndi  mən  cavab  yazmalıyam,  yazım 

ki,  bu  iki-üç  ilin içində üçüncü  iş  yerimi dəyişirəm?!”  Uzaqdan 

“Dərviş” karvansarasından sufi şərqiləri səslənirdi. Həsən bəy də 

ruh etibarı ilə sufi idi. Dünyada sanki beş yüz il yaşayıb, hər şeydən, 

dünyanın  var-dövlətindən  dönə-dönə  bəhrələnmiş,  istifadə  etmiş 

kimi yaşayırdı. Var-dövlətin, dünya malının mahiyyətini dəfələrlə 

sınamış bir insan, nəfsi bütöv, maddiyyatda gözü olmayan biri idi 

o. İçi o qədər sevgi, mərhəmətlə dolu idi ki, daim olanını insanlarla 

bölüşməkdən  zövq  alar,  rahatlıq  duyardı.  Həyatda  millətinin, 

xalqının inkişafı üçün görəcəyi işdən başqa özgə bir istəyi yox idi. 

Bu gecə Həsən bəy son dərəcə kövrəlib dolduğundan, sufilərin 

oxuduğu  şərqilərə  qoşulub  sonsuzluqlara  uçmağa,  üzləşdiyi 

haqsızlıqlardan qaçmağa, qırılmış könlünü ovutmağa yer axtarırdı 

sanki. 


“Mən arzularımın, mətləblərimin ardınca yola çıxan bir dərviş 

babayam. Gedəcəyim hər məkanda yeni bir tərəfdaş, yeni bir mürid 

yetişdirməliyəm”. 

O, sonrakı fəaliyyəti ilə bağlı çox narahat idi. “Deməli, bundan 

sonra  da  mən  harada  sadə  insanları  dəstəkləsəm,  haqqa-ədalətə 

tərəfdar olsam, gec-tez oradan da uzaqlaşdırılacam. Görünür, ya 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə