Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə51/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   47   48   49   50   51   52   53   54   ...   245

157

etməkdən, onlara haqlarını, hüquqlarını anlatmaqdan zövq alıram. 

Mən  millətimin  savadsızlığını,  cəmiyyətimizin  maarifsizliyini 

şəxsi faciəm hesab edirəm. Şəxsi həyatımı millət taleyindən ayrı 

təsəvvür etmirəm.

Əziz  Vera,  mənim  sənin  işlərin,  uğurların  barədə  heç  bir 

məlumatım  yoxdur.  Öz  işlərin  haqqında,  bizimlə  dərnəyə  gələn 

dostlar  haqqında  mənə  yaz.  Universitetdəki  yeniliklərdən,  yeni 

nəşrlərdən də xəbərim yoxdur. Yeni nəşrdən söz düşmüşkən, mən 

Sergey  Mixayloviçin  dostu,  müəllimim  Meçnikovu  beynəlxalq 

elmi mükafat alması münasibətiylə təbrik etdim, mümkünsə onun 

son  məqalələrini  mənə  göndər.  Maraq  dairəmi  bilirsən,  maraqlı 

materiallardan mənə də yollasan, şad olaram. 

Bizim dostlardan kimlər ailə qurub? Elmi yaradıcılıq işlərin 

nə yerdədir?

Sənin  arzuların,  planların  haqqında  ətraflı  bilmək  istərdim. 

Sergey Mixayloviç Rusiyanın tarixinə aid araşdırmalarını davam 

etdirirmi?  Vaxtını  çox  almayım  deyə,  məktubumu  bitirmək 

istəyirəm. 

Sağ ol!


Məndən bütün məni tanıyanlara çoxlu salam söylə. 

Dostun Həsən Məlikov”.

Həsən bəy məktubu bitirsə də, ürəyində çox sözlər qalmışdı. 

Mümkün qədər ciddi, səmimi yazılmış bu məktubun hər sətrində 

sevən ürəyin döyüntüləri vardı.

Düşündü  ki,  sabah  göndərərəm,  sabaha  qədər  vaxt  çox 

olduğundan məktubu dəfələrlə oxudu: “Sadə bir dost məktubudur

heç bir şey ola bilməz,” – düşündü.

Səhər  tezdən  oyandı,  əvvəl  poçta,  sonra  işə  getməyi  qərara 

aldı. Qapıdan çıxmaq istəyəndə Ağahüseyn kişilə rastlaşdı. 

– Sabahınız xeyir, Ağahüseyn əmi. Mən də qardaşınızın qırx 

məclisinə  gələcəm.  Əgər  sahibkarın  qohum-əqrəbasından  kimsə 

ora gəlsə, onunla danışacam, belə olmaz.

– Allah köməyin olsun. Novruz bayramına deyirəm, bir şey 

qalmadı.  Tifilin  bir  çətən  külfəti  də  mənim  üstümə  düşdü,  heç 

bilmirəm necə dolandıracağıq?




158

– Məncə, quyu sahibiylə ciddi danışmaq lazımdır. Daha ciddi 

və kəskin.

O sağollaşıb uzaqlaşdı, poçt işlərini bitirdikdən sonra işə tələsdi. 

Yolun  o  biri  tərəfinə,  Birjevaya  küçəsinə  keçmək  istərkən  Bakı 

şəhər  qubernatoru,  müəyyən  məsələlər  üstündə  onunla  dəfələrlə 

ciddi mübahisələr edən Kolyubakinlə

22

 rastlaşdı. Qubernator Həsən 



bəyi görüb cəld yolunu dəyişdi. Onun düşüncəsinə görə, bu cavan 

oğlandan gen gəzmək başı salamat olmaqdı. Həsən bəy qubernatorun 

hərəkətlərinə  qəlbində  möhkəm  əsəbiləşdi.  Qubernatorun  onun 

haqqında dediyi: “Dövlət sizi oxudub ki, onun mövqeyini müdafiə 

edəsiniz, sizsə əksinə, mədəniyyətdən, təhsildən, savaddan xəbəri 

olmayanları bizim üstümüzə qaldırırsınız, özü də siz bəysiniz,” – 

fikri yadına düşdü.

Həsən  bəyin  o  vaxt  qubernatora  verdiyi  cavab  onu  pərt 

etmişdi. Həsən bəy demişdi: “Cənab qubernator, dövlət dağa-daşa 

dövlətlik  etmir,  insanların  olduğu  cəmiyyətə  dövlətlik  edir.  Sizi 

isə insanların hüquq, haqlarını anlatmağa, müdafiə etməyə, həm 

də onların cəmiyyətin inkişafında fəal iştirak etməyə təyin ediblər. 

Savadsızlığı belə pisləyirsinizsə, onda çalışın məktəblər çox olsun. 

O vaxt hamı savadlı olar. Sizin işiniz də asanlaşar”.

Elə həmin söhbətdən sonra Kolyubakinin Həsən bəyi görməyə 

gözü yox idi. 

Həsən bəy iş otağına daxil olanda qapıda adam əlindən tər-

pənmək  olmurdu.  Hamı  yenə  səbirsizliklə  onu  gözləyirdi.  Gəlib 

getməkdən  bu  adamların  bəzisinin  sənədləri  əzik-əzik  olmuş, 

ərizələri  oxunmaz  hala  düşmüşdü.  Evləri  söküntüyə  düşən 

Spaski  küçəsinin  bir  qrup  sakini  hansısa  mülkədar  tərəfindən 

aldadıldıqlarından  şikayət  edirdilər.  Onlara  sökülən  evlərin 

müqabilində elə az məbləğ təklif edilmişdi, ona heç toyuq hini də 

almaq olmazdı. Şikayətçilərin ən yaşlısı səksən-səksən beş yaşında 

nurani kişi idi. 

–  Oğul,  bizim  birimizi  yox,  hamımızı  aldadıblar.  Əvvəllər 

22

  Kolyubakin  Mixail  Petroviç  –  Bakı  qubernatoru  (1859-1866),  general-

leytenant 




159

bu şəhərdə hər şeydə halallıq almaq ənənəsi vardı. İnsanlara hətta 

könülsüz  satdıqları  əşyanın  halallığını  verərdilər.  Belə  şey  olar? 

İndi  qubernatorla,  qoçularla  hədələnirik,  guya  biz  qubernatorun 

həftəlik bazarlığını edən, evinə gedib-gələn bir adamı narahat et mi-

şik. Kişilər vardı zamanında, söz ağızdan çıxıbsa, mütləq həll edər-

dilər. Allahdan da qorxmurlar, dövlətdən də… Kimin üstünə gedək? 

Ərizələrimizi otaq-otaq gəzdirib bizi süründürürlər. Bu əziz gündə 

evsiz-eşiksiz, qohum-əqrəba qapısında nə qədər qalmaq olar? 

Həsən bəy:

– Əmi can, siz gəlməyin, bu məsələ bütün qonşuların ümumi 

çətinliyi olduğu üçün qoy məsləhət bilinən bir nəfər gəlib bizimlə 

əlaqə saxlasın. Mən bu məsələ üçün var gücümlə çalışıram. 

Həsən bəy ərizələri yığıb qəza idarəsinin rəisinin yanına getdi. 

Qapını döyüb içəri keçdi. 

– Buyurun, yenə kimi müdafiə edirsiniz? Əvvəlki məsələlərə 

bənzəyən məsələdirsə, heç vaxtımı almayın!

– Cənab rəis, belə olmaz axı. Mən sizinlə məmur kimi yox, 

bax elə iki imanı-dini, məzhəbi olan müsəlman kimi danışıram. Bu 

adamlar danışılan məbləği almadan evlərindən köçürülürlər. Özü də 

onlara vəd olunan pula heç nə etmək olmaz. Siz bunu məndən gözəl 

bilirsiniz. Çağırın o sahibkarı, məsələ böyüməmiş qoy bu insanları 

razı salsın, pullarını ödəsin. Bayram ərəfəsidir, görün bir neçə ailə 

ev-eşiksiz qalıb. Belə müsəlmanlıq, insanlıq olmaz, günahdır axı. 

İstəyirəm, siz bu günaha şərik olmayasınız, cənab rəis. 

Rəis Həsənin təsirli sözlərindən yerindəcə donub qalmışdı: 

–  Baxın,  Həsən  bəy,  mən  bilirəm,  bu  insanları  incidiblər. 

Amma  inan,  bu  məsələ  mənlik  deyil.  Bunların  şikayət  etdiyi  o 

adam  qubernatoru  ova  aparan,  onun  evinə  bazarlıq  edən,  dəstə-

dəstə  qoçu  saxlayan  yekəxananın  biridir,  gələr  idarənin  altını-

üstünə çevirər. 

– Cənab rəis, sizi çox gözəl başa düşdüm. Amma qubernatora 

arxalanıb sizi də, bu böyüklükdə dövlət idarəsini də saymayan bir 

yaramaza  görə  biz  bu  qədər  adamı  evsiz-eşiksiz  qoya  bilmərik. 

Belə  olsa,  sabah  mən  qubernatorun  özü  ilə  görüşüb  məsələni 

danışacam. Onun adından istifadə edərək bu cür quldurluq etməyi 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə