Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə49/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   45   46   47   48   49   50   51   52   ...   245

151

Həsən  bəy  kəsə  yolla  Birjevaya  küçəsinə,  Bakı  Qəza  İdarəsinə 

yetişdi.  İdarənin  həyəti  insanla  dolu  idi.  Soyuq  külək  insanların 

əlini-üzünü  qılınc  kimi  kəssə  də,  onlar  qapının  ağzında  dayanıb 

Həsən  bəyi  gözləyirdilər.  Əyinlərində  soyuqdan  qorunmaq  üçün 

isti  geyimlərin  olmamaması  onları  daha  sıx  dayanmağa  məcbur 

etmişdi.

– Gəldi, Həsən bəy gəldi.

Xısın-xısın  danışıqlar  bir-birinə  qarışdı.  Hamı  Həsən  bəyə 

doğru can atırdı:

– Həsən bəy, ümidimiz sizədir. Məni aldadıb qol çəkdiriblər. 

Allah səni bizə çox görməsin, bala!

– Ay oğul, vəkilim də məni aldadıb. 

–  Bizim  savadsızlığımızdan  istifadə  edirlər,  öz  əllərimizlə 

başımıza  kül  ələyirlər,  aldadıb  evimizin  sökülməsinə  barmaq 

basdırırlar. 

Əksər  şikayətlərin  kökündə  məmur  riyakarlığı,  haqsızlıq, 

savadsızlıqdan istifadə edərək aldadılmaq dururdu. 

Həsən  bəy  hər  gün  otağına  keçmədən,  idarənin  önündəcə 

şi kayətçiləri  səbir  və  hövsələ  ilə  dinləyir,  gərəkli  məsləhətlər 

verirdi.  İçəri  keçəndən  sonra  isə  növbə  ilə  onların  ərizələrini 

oxuyur, aldananların əvəzindən təzədən ərizə yazır, müraciətlərinə 

yenidən baxılmasına kömək edirdi. Hər dəfə qəbul etdiyi adamlara 

tövsiyə edirdi ki, övladlarınızı oxudun, savadlı olsanız, sizi aldada 

bilməzlər. 

Günorta nahar vaxtı olsa da, Həsən şikayətçiləri dinləməkdə 

davam  edirdi.  Qonşu  otaqda  çalışan  erməni  Aslanyan  nahara 

gedəndə adəti üzrə şikayətçiləri ələ salır, Həsən bəyin qarasınca 

ucadan: “Gedin övladlarınızı oxudun, mütləq oxudun, yoxsa işiniz 

fənadır,” – deyərdi.

Həsən bəy ona baxaraq başını buladı: “Hiyləgər, bic və axmaq 

erməni,” – söylədi.

Bu an digər bir məmur həmkarı Həsən bəyi də nahara dəvət etdi:

–  Bəy,  gedək  nahara,  şikayətçilər  qurtaran  deyil,  qoy  göz-

ləsinlər.



152

Sonra  həmin  məmur  Həsən  bəyə  yaxınlaşaraq,  ağzını  onun 

qulağına söykəyib pıçıltı ilə:

–  Həsən  bəy,  bir  də  belə  etmə,  yoxsa  sənin  şikayətçilərlə 

belə davranışın bütün idarəni qarışdırar. Hamı bu haqda danışır, 

narazılıq edir.

– Siz narahat olmayın. Mən bir şey etmirəm ki, sadəcə, nahara 

getmirəm, öz işimi görürəm. O ki qaldı mənim ardımca danışanlara, 

qoy onlar qısqanclıq etməkdənsə, qeyrət çəksinlər. Siz də, cənab 

Əhmədzadə, mənə görə narahat olmayın!

Əhmədzadə  daha  heç  nə  demədi,  pərt  vəziyyətdə  otaqdan 

çıxdı. 


Şikayətçilərin dərdləri, çətinlikləri həddən artıq çox idi, bütün 

bu müşküllərə çözüm tapmaq bir məmurun işi deyildi. Həsən bəy 

çətinlikdən qorxan deyildi, düşünürdü ki, özünü ziyalı sayan şəxs 

öz öhdəliyini, borcunu yerinə yetirsə, cəmiyyəti yaxşılığa doğru 

dəyişmək olar. O, sonuncu şikayətçini yola salaraq ayağa qalxmaq 

istərkən gözü qapının arxasında qoyulmuş kiçik bağlamaya sataşdı:

– Ay əmi, bu bağlama qaldı.

– O, sizə çatacaq…

– Mənə niyə?

Kiçik bir hədiyyədir, sizə gətirmişəm.

– Təəssüf edirəm, əmi, qayıdın götürün! 

– Ay oğul, bu idarədə “bəxşiş” həmişə olub, sizdən əvvəlki 

məmurlar insanlardan zorla alırdı belə hədiyyələri.

– Çox nahaq vermisiniz. Ailənizin boğazından kəsib kiməsə 

verdiyiniz  o  “bəxşişləri”  Allah  qəbul  etməz,  həm  də  alana  da 

haramdır. 

Şikayətçi kişi məəttəl qalmışdı. Bu adam idarənin köhnə “üsul-

larını” kökündən ləğv etməyə çalışırdı, amma bu mümkünsüz idi. 

Həsən  bəy  həmin  gün  yenə  də  nahar  etmədən  çalışmışdı. 

Ota  ğından bayıra çıxmaq istəyəndə o, Aslanyanın dediyi sözləri 

xatırladı,  onun  otağına  qayıtdı.  Özündənrazı  erməninin  cavabını 

ver məyi  qət  etdi.  Aslanyanın  qapısı  açıq  idi.  Həsən  bəy  otağa 

girərək:

–  Sağ  ol,  həmkarım,  mən  sənin  “canıyananlığını”,  “qay ğı-




153

keşliyini” yadda saxlayacam, – dedi. 

– Həsən can, mən səni çox istədiyimdən bunu söylədim. Xahiş 

edirəm, sözlərimə istehza etməyin. 

–  Yox,  istehza  deyəndə  ki,  Arakel  müəllim,  mən  sizin 

şikayətçilərə ünvanladığınız “lağ-lağı”nın mahiyyətini anlamadım. 

Bir  ərizədə  iyirmi-otuz  səhv  buraxan  sizin  kimi  məmurların 

özünün də ciddi təhsilə ehtiyacı var. Bundan başqa, sizin çuğulluq 

peşənizi, milli ayrı-seçkilik salaraq müsəlman şikayətçilərini get-

gələ salmağınızı, özünüzə oxşar vəkillərə yönəltməyinizi, sonra da 

hər iki tərəfdən rüşvət almağınızı nəzərə alsaq, vəziyyətinizin nə 

qədər faciəvi, dözülməz olduğunu görərik. Beləliklə, əziz Arakel, 

mənim  insanlara  etdiyim  gərəkli  tövsiyələrə  lağ  edərək,  gülüş 

hədəfinə  çevirməkdənsə,  öz  təhsiliniz,  fəaliyyətinizlə  məşğul 

olsanız, daha yaxşı olar! 

–  Həsən  can,  vallah  sizin  elmə,  maarifə  münasibətiniz 

mənim  çox  xoşuma  gəlir,  niyə  inciyirsiniz? Mənim  atam,  əmim 

bütün qonşularım sizin tövsiyələrinizdən danışır, – erməni məmur 

riyakarlıq niqabını sifətinə çəkərək, yaltaqlanmağa başladı.

– Arakel  müəllim,  xəbərin  varmı,  mən  millətindən  asılı  ol-

ma yaraq  hamıya  oxuyub,  təhsil  almağı  məsləhət  görürəm. 

Sizinkilərsə  qapı-qapı  gəzərək  müsəlman  milyonçularından  pul 

yığır,  dil  tökərək  erməni  xeyriyyə  cəmiyyətinə  sərvət  toplayır, 

ancaq bir dənə müsəlman uşağına yardım göstərmir, yalnız erməni 

uşaqlarının  maariflənməsiylə  məşğul  olurlar.  Bir  də  sənə  bir 

tövsiyəm var, gələcəkdə məktub və ərizələrində ciddi səhvlərə yol 

verməmək üçün yazandan sonra onları kiməsə yoxlat, ya da gətir 

mən sənə kömək edərəm. Sənin peşən, məslək və xislətin nəinki bu 

idarədə, bütün Bakıda hamıya bəllidir. 

Həsən bəyin qarşısında cücəyə dönən bu hiyləgər, özündənrazı 

erməni yerində donub qalmışdı. Əslində, peşəsi “donos” yazmaq, 

yuxarılara xəbər aparıb-gətirmək olan belə bir adama baş qoşmağı 

Həsən bəy özünə rəva görmək istəmirdi. Eyni zamanda, beləsinin 

payını vermək istədiyindən o, Aslanyanın üzərinə getməyə qərar 

vermişdi. 

Həsən bəy idarədən bayıra çıxanda hava qaralmışdı, mart ayı 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə