Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə45/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   41   42   43   44   45   46   47   48   ...   245

139

savadsız  olduğu  üçün  onların  əvəzindən  hər  şeyi,  hətta  ərizə 

yazmağı  belə  məmurlar  edir.  Qanunların  tətbiqində  vahid  üsul 

yoxdur, ola da bilməz, bu işdə “aşağı-yuxarı təbəqə” məsələsinə 

diqqət yetirmək lazım gələcək. 

İçərişəhərdə  onun  üçün  kirayələnən  evin  köhnə  qapısı 

üzərindəki “67” rəqəmini görüb dayandı. Qapını döyməyə macal 

tapmamış qonşudakı qapı açılcaq yaşlı bir qadın göründü. 

– Ay oğul, sizə kim lazımdır, onlar evdə yoxdur, evin açarını 

mənə veriblər. Siz Həsən bəysiniz?

– Bəli, xala, məni bu evdə gözləməliydilər.

–  Hə,  oğlum,  ev  sahibinin  qardaşı  dünən  rəhmətə  gedib. 

Onlar indi yasdadırlar. Yazıq neft quyusunda fəhlə işləyirdi, quyu 

fontan  vuranda  rəhmətlik  qurtula  bilməyib,  boğulub.  İndi  neft 

milyonçusunun evində toy-bayramdır, yazıq bu bədbəxtin evində 

yasdı, bir çətən külfəti ac-yalavac qaldı. Sən belə tez gəlib çıxdın, 

yaxşı oldu, elə mən də vaxtında başsağlığı verməyə gedim.

– Çox təəssüf edirəm. Allah rəhmət eləsin. Onda sizə mane 

olmayım, siz açarı mənə verin, qalan işlərlə məşğul olaram.

Həsən içəri keçib rahatlanmaq istədi. Masa üzərində qarğıdalı 

qabığından toxunmuş çörək qabında süfrəyə bükülmüş bir parça 

çörək, bir tikə pendir, kiçik qabdasa üzüm bəkməzi qoyulmuşdu. 

Ac olsa da, heç nəyə əl vurmaq istəmədi. Bir qədər rahatlanıb, sonra 

bəzi şeylər almaq üçün şəhərə çıxmaq istəyəndə qapı döyüldü. Bu 

dəfə qapıda yaşlı kişi göründü. Əlində bir kasa düşbərə tutmuşdu. 

–  Oğlum,  mən  sənə  açar  verən  xanımın  yoldaşıyam,  yol 

gəlmisən, bu gün bizim qonağımız ol. 

Düşbərənin yanında kiçik kasada abqora da vardı. 

– Neynək, əmi, siz deyən olsun. Sabahdan iş-güc başlayır, sizi 

çox da narahat etməyəcəm.

Harada işləyəcəksiniz, oğlum?

– Bakı Qəza İdarəsinin pasport xidmətində…

– Uğurlar olsun!

– Sağ olun.

Həsən bəy sadə, qayğıkeş təsir bağışlayan bu sadə bakılıların 

taleyini düşünürdü. Kişi də eynən xanımı kimi, ürəkağrısı ilə ölən 




140

fəhlənin sahibsiz qalan ailəsindən danışırdı:

–  Bütün  fəhlələr  hüquqsuz  insanlardı.  Onlar  sanki  milyon-

çuların şəxsi əşyası kimi istifadə olunur, öləndə insan kimi deyil, 

əşya  itkisi  kimi  qəbul  edilirlər. Yazıq  ailə  üzvləri,  hansı  idarəyə 

müraciət etdilər, hərəsi bir yolla onları susdurdu. Yəqin ki, o biri 

fəhlələr kimi bu ölənin ailəsinə də kömək edən, yaxud müavinət 

verən olmayacaq.

Gəldiyi ilk gündən belə ürək dağlayan hadisəylə qarşılaşdığı 

üçün Həsən məyus olmuşdu. Qəlbində Tiflisdəki kəndlilərlə Ba-

kı dakı  fəhlələrin  eyni  hüquqsuz  durumunu  müqayisə  edərək, 

dərindən  köks  ötürdü.  Bu  insanlar  həm  də  öz  hüquqlarını  bil-

mir dilər.  Onlara  ilk  növbədə  hüquqi  yardım  gərək  idi.  Həsənin 

qəlbindən kirayənişin qaldığı bu ailəyə köməklik göstərmək fikri 

keçdi: “Hələ ətraflı öyrənmək lazımdır, görək sahibkar bu ailə üçün 

nəsə düşünür, ya yox?” 

Onun üçün millətin hər bir övladı, Məlikovlar ailəsinin doğma 

nümayəndəsi qədər əziz idi. Xalqına məxsus hər bir milli faciə və 

vətəndaş qayğısı həm də ona, ilk növbədə bu xalqın ali təhsilli oğlu 

Həsən bəy Məlikova aid idi. 

“Mənim  dərdli,  əzabkeş  millətim  zülm,  cəhalət  içində  bo-

ğul duğu  bir  məqamda  mən  rahat  yaşaya  bilmərəm.  Hara  ayaq 

basıramsa,  həmişə  insanların  müşkülü  ilə  üzləşirəm,  onların 

özlərindən  öncə  dərdləri  qarşıma  çıxır.  Allahım,  mənə  həyatda 

edəcəyim bütün işləri sən buyurdun, mənim taleyimi, həyat amalımı 

sən müəyyən etdin, indi mənə həm də yetərincə güc və iradə ver 

ki,  sona  qədər  bu  yolla  gedə  bilim.  İndi  mənim  gücüm,  ağlım, 

mənəviyyatım, bir sözlə, hər şeyim özümə deyil, sənə məxsusdur. 

Xalqımın,  millətimin  dərdlərinə  çözüm  üçün  göndərilmişəmsə, 

mənə bu yolda sona qədər dəstək ol, yetərincə güc və iradə ver, 

ətrafımın işıqlı, ziyalı adamlarla dolu olmasına, xeyirxah işlərdə 

onlarla birgə əl-ələ verməyimə şərait yarat”. Həsən bəy beləcə içi 

ilə söhbət edirdi. 

Sabah onu Bakıda ilk iş günü gözləyirdi. Necə olacaq? Kimlərlə 

necə dil tapacaq, burada hansı ədalətsizliklə qarşılaşacaq, yaxud 

özünə tərəfdaş qazanaraq uğurlar əldə edəcək, ya da haqsızlıqlarla 




141

qarşılaşaraq yeni bir istefa ərizəsi yazacaqdı… 

Fikirləşə-fikirləşə bu kiçik mənzili Həsən bir neçə dəfə var-

gəl etdi, sonrasa bəzi gündəlik zəruri şeyləri – ərzaq və s. almaq 

üçün  şəhərə  çıxdı.  Bakının  soyuq  yanvar  küləyi  axşam  yağacaq 

qarın müjdəsini verirdi. Küçə boyu kiçik sənətkar emalatxanaları, 

ayaqqabı təmiri yerləri, pitixana, çayxana və s. dükanlar bir-biri ilə 

sanki  yarışırdı.  Şüvəlan  zəfəranının  ətri  pitixanaların  qapısından 

keçənlərə gəl-gəl deyirdi. Həsən bəy gündəlik çörək pulunu kiçik 

təsərrüfatından  güclə  qazanan  bu  insanların  taleyini  düşünürdü: 

“Yazıqların gün-güzəran, dolanışıq məsələlərinə başları elə qarış-

dırılıb,  inkişaf  və  gələcək  haqqında  düşünməyə  bir  dəqiqə  belə 

vaxtları  qalmır.  “Yat-dur,  ye-iç,  başqa  vacib  işlərə  vaxt,  ma cal 

tapmamış ailə qur, sonra da qocal, gücdən düş, heç nəyi ger çək-

ləşdirməyə ömrün çatmasın. Bax bütün siyasi oyunların kökündə 

“millətin  başının  öz  probleminə  qarışdırılması”  ideyası  durur. 

Mən cə,  insanları  təhsilə,  maarifə  aparan  yol  onların  gündəlik 

qayğılardan  vaxt  tapıb  gələcəkləri  haqqında  düşünməklərindən 

keçir. Hər bir adam anlasa ki, bütün insanlar oxuyub savadlı olarsa, 

cəmiyyət də inkişaf edər, maddi və mənəvi inkişaf səviyyəsi də 

yüksələr, pitixana, çayxanalarda müftə yeyib-içən qoçular da yoxa 

çıxar, onda bəzi “ağa”lardan da yediyi yeməyin pulunu tələb etmək 

olar, onda bütün naqisliklər aradan qalxar. İnsan düşüncəsinə elm, 

təhsil hakim kəsildikcə, cəmiyyətin inkişafında azad düşüncə öz 

yerini tutduqca, nə zalım məmurlar indiki kimi qanunsuz hərəkət 

edə  bilər,  nə  də  savadlı  insanlar  onların  azadlığına  imkan  verər. 

Millətin  inkişafı  təhsillə  başlayacaq,  elmdən  keçəcək,  tərəqqiylə  

nəticələnəcək. Eh, hələ nə qədər görüləsi işlərimiz var!” Həsən yol 

boyu düşünürdü. O, qarşısından o tərəf, bu tərəfə keçib “qəzet alın, 

qəzet alın” qışqıran uşağı görüncə: “Kaş bu millətin ana dilində 

bir qəzeti olaydı, o zaman əhalini elliklə təhsilə, maariflənməyə, 

oxuyub-yazmağa,  savadlanmağa  sövq  etmək  olardı,”  –  düşünüb 

dərindən köks ötürdü.

Həsən  dar  küçə  ilə  addımladıqca  qarşısına  çıxan  hər  şeyi 

diqqətlə müşahidə edir, qəlbində doğan suallarının cavabını tap-

mağa çalışırdı. Kirayədə qaldığı evdən o qədər də uzaq olmayan 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə