Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə41/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   37   38   39   40   41   42   43   44   ...   245

126

çıxmaq istəyirəm. Hərdən bizim evdə müəyyən şeylərdən korluq 

çəkəndə, yaxud maddi sıxıntı ilə rastlaşanda məsələ hansısa İlahi 

qüvvənin  yardımı  ilə  çox  asanlıqla,  öz-özünə  həll  olunur.  Tubu 

xanım  belə  məqamlarda  deyir,  Mirzə,  bu  evi  övliyaların  duası 

qoruyur, bu ev ocaqdır. Elə ona görə də sizə təşəkkür edirəm, öz 

iştirakınızla bizim evi müqəddəsləşdirdiniz. Məni də, Tubu xanımı 

da xoşbəxt etdiyiniz üçün çox sağ olun. Bir də sizi bu gün gənc 

bir ziyalımızla tanış edəcəm, çoxunuz yəqin tanıyırsınız. Beş-altı 

il  öncə  bu  gənc Tiflis  gimnaziyasında  oxuyurdu.  Sonra  Moskva 

Universitetini bitirdi. Həsən bəy Məlikovu deyirəm, indi onu sizə 

bir daha təqdim edəcəm. Həsən, bura gəl, sən, yəqin ki, bu məclisi 

səbirsizliklə gözləməkdən gecə yatmamısan.

Bu zaman qapı açıldı. Mirzənin mehmanxanada qalan qona-

ğını gətirməyə gedən qohumu qapıda göründü. 

– Biz gəldik, – deyib heç kimin tanımadığı Seyid Nigari

17

 adlı 


şəxslə içəri girdi. Seyid Nigari ağ saqqallı, nurani üzlü, övliya təsiri 

bağışlayan bir şəxs idi. Mirzə tələsik qapıya doğru yönəlib dedi:

– Ağa, xoş gəldiniz, bizə böyük şərəf verdiniz. Mən sizin iki 

günlüyünə Tiflisə gəldiyinizi eşidəndə özümə borc bildim, zəhmət 

verib sizi bugünkü məclisimizdəki azərbaycanlı aydınlarla, onları 

da sizin kimi gözəl şairlə tanış edim. Sizi bu gün aramızda görmək 

bizə böyük səadət bəxş etdi. 

Xoş gününüzə gəldim, Mirzə.

 Seyid Nigari məclisdəkilərə özünü təqdim etdi:

– Mən Qarabağın Cecimli kəndində anadan olmuşam, sonra 

Anadoluya köçmüşəm, indiyəcən orada yaşamaqdayam. Türkiyəyə 

gedəni  uzun  illər  oldu.  Dura  bilmədim,  dedim  gedib  məmləkəti 

ziyarət  edim.  Gəzə-gəzə  Tiflisə  gəlib  çıxdım.  Dünya  ölüm-itim 

dünyasıdır. Amma nəzərə alsaq ki, ruhum gedəndən elə burda – 

Azərbaycandadır,  yalnız  cismim  ordadır.  Sabah  elə  buradan  da 

Türkiyəyə dönəcəm.

17

 “Seyid Nigari” təxəllüsü ilə tanınan Hacı Mirhəmzə Əfəndi təriqət şeirinin 

görkəmli nümayəndələrindən biridir. 




127

Mirzə hamını bir-biri ilə tanış etməyə davam etdi. Üzünü yeni 

gələn qonağa tutaraq dilləndi: 

–  Ağa,  siz  gələndə  mən  bu  cavan  oğlanı  qonaqlarla  tanış 

edirdim.  Onun  adı  Həsən  bəydir,  Moskva  Universitetini  bitirib. 

Çox istedadlı, qeyrətli bir azərbaycanlı olduğu üçün bəzi müş kül-

lərə  də  rast  olur.  Bu  yanımdakı  Seyid  Əzim  Şirvanidir,  Şamaxı 

ziyalılarının  dəyərli  nümayəndələrindəndir.  Elə  bu  günlərdə  Şa-

maxıda  yeni  üsullu  məktəb  açmaq  fikrindədir.  O,  bu  gün  məc-

lisimizə Məhəmməd Zövi

18

 və Ağəli bəy Naseh



19

 adlı iki Şamaxı 

şairi ilə təşrif buyurublar. Kəlbalı xan Naxçıvandan gəlib, bizim 

maarifpərvər, xeyriyyəçidi. Yeni tipli məktəbləri himayə edən çox 

sevdiyimiz  dostumuzdur,  özü  də  generaldır.  Fərəc  bəy  Ağayev 

mənim dostum, sirdaşım, nərddə isə rəqibimdir. Həm də mənim 

qonşumdur.  Mirzə  Hüseyn  Qayıbovu  sizlərdən  bəziləriniz  çox 

gözəl  tanıyır.  Bizim  onunla  birgə  tariximizlə  bağlı  sənədlərdən 

ibarət Rusiya coğrafiya cəmiyyətinin Qafqaz Arxeoqrafiya şöbəsi 

tərəfindən  on  iki  cildlik  kitabımız  çapa  hazırlanıb.  Biz  onunla 

çoxlu  tarixi  materialları  itib-batmaqdan  qoruduq.  Məmo  bəy 

Məmai


20

  Şuşadan  gəlib,  biz  onun  gözəl  müxəmməslərini  sevə-

sevə dinləmişik, bu gün, yəqin ki, yeni qəzəllərindən birini bizə 

oxuyacaq.  Bu  dostumuz  Mir  Möhsüm  Nəvvabdır.  O  da  Seyid 

Əzim kimi yeni üsullu məktəb açmaq məqsədilə Tiflisə gəlib.

Möhsün  bəy,  mən  çaşıb  qalmışam,  sizi  şair,  musiqişünas, 

xəttat kimi, rəssam kimi, yoxsa mətbəə ustası – naşir kimi təqdim 

edim. Dostlar, o həm də bir neçə musiqi alətində ifa edə bilir. 

Bu an Seyid Mirhəmzə Nigari üzünü Mirzəyə tutaraq: 

– Mirzə, xalqın, millətin inkişafı üçün sənin gördüyün başqa 

18

 Molla Məhəmməd Zövi  – 1843-cü ildə Şamaxıda doğulmuşdur. “Beytüs-

səfa” ədəbi məclisinin üzvlərindən olmuşdur.

19

 Ağəli bəy Naseh (1856-1914) – “Beytüs-səfa” ədəbi məclisinin gənc və fəal 

iştirakçısı olmuşdur.

20

  Məmo  bəy  Hacı  Əhməd  oğlu  Məmai  (1834-1918)  Şuşada  doğulmuşdur. 

“Məclisi-üns”ün fəal və görkəmli üzvlərindən idi. O, sənətilə əlaqədar Rusiya, 

Orta Asiya, Türkiyə, İranın bir çox şəhərlərini gəzmiş, aldığı təəssüratı, gördüyü 

şəxslərdən eşitdiklərini qələmə alaraq “Səyahətnamə” adlı əsər yazmışdır. 




128

işləri hələ demirəm, təkcə bu məclisi təşkil etməyin, bizi bir yerə 

yığmağın əsl qəhrəmanlıqdır. Sən bu gün əsl tarix yaradıb onu yad-

daşlara yazırsan. Bu yaz günündə mənim içim elə fərəhlə dolub, 

gözümün yaşını güclə saxlayıram. Bugünkü bütün dualarım sizlərə, 

xalqıma, millətimə yetər, inşallah. Ruhum da cismim kimi sərgərdan 

və yol üstədir. Sözünün ardını gətirməyə dili-dodağı titrədi.

 Seyid Mirhəmzə Nigarinin qəlbi də gözləri kimi dolmuşdu, 

birdən o, dalğa kimi kükrəyərək, əlini qulağının dibinə qoyub gözəl 

avazla “Qarabağ” tərcibəndi üstə oxumağa başladı: 

Nə əcəb dövlət imiş seyri-şikarı Qarabağ,

Nə gözəl nemət imiş söhbəti-yarı Qarabağ.

Rəşki-mişk ənbər imiş boyi-qubari Qarabağ,

Aləmi cənnət imiş dari-diyari Qarabağ.

Dağlayıbdı məni bir lalə üzari Qarabağ.

Yandırıbdı məni bir nari Nigari Qarabağ.

Gəlin, ey əhli-könül, artıb azarım, eşidin,

Yox rəvası, kəsilib beli-bazarım, eşidin.

Yuyulub rövnəqi-gülzari-baharım, eşidin.

Qalmayıbdı, tükənib Leyli-nəharım, eşidin.

Dağlayıbdı məni bir laləuzarı Qarabağ.

Yandırıbdı məni bir nari-Nigari Qarabağ.

Nigarinin  titrək  şair  və  xanəndə  səsi,  vətən  eşqilə  döyünən 

qəlbi nakam bir gəncin qopardığı sevgi ahu-naləsini xatırladırdı. 

Mirzə  Fətəli  Seyid  Nigarinin  çar  Rusiyasının  Qafqazdakı 

işğalçılıq siyasətinə qarşı mübarizə aparan müridizm hərəkatının 

öncüllərindən  biri  olduğunu,  sonra  təqiblərdən  yaxa  qurtarmaq 

üçün Anadoluya köçdüyünü Fərəc bəyə danışırdı. Azərbaycan eşqi 

bu vətənpərvər insanı ömrü boyu heç zaman rahat buraxmamışdı.



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə