Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə43/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   39   40   41   42   43   44   45   46   ...   245

133

Xunabi-ciyər caridi gözdən gecə-gündüz,

Ruxsara axan göz yaşımı bir silənim yox.

Göz ilə qulaqdan cəkərəm zəhməti-bihədd,

Ruhani əziyyətlər ucun tabi-tənim yox.

Bir yanda vətən təhlükəsi canımı almış,

Bir zəhm edənim, anlayanım, dərk edənim yox.

Ərbabi-kəmalat zamanı getdi, Məmai,

Qaldım bu bəla dəstdə, imdad edənim yox.

Qəzəldə üsyankar ruh vardı. Şeirin və şairin mübarizlik ruhu, 

vətən  sevgisinə  çağırış  motivi  Həsən  bəyi  öz  yerini  dəyişərək 

Məmainin  yanına  keçməyə  sövq  etdi.  Onun  yerini  dəyişməsi 

Fərəc bəyin diqqətindən yayınmadı. O, başını bulayaraq yerində 

qurcalanırdı:  “Buna  bir  bax,  özü  kimi  atəşi,  odu,  xatanı  içində 

gəzdirənlərlə dostluğa can atır”, – düşündü. Fərəc bəy bir bəhanə 

ilə Mirzə Fətəliyə yaxınlaşdı, pıçıltı ilə məclisin ab-havasını başqa 

səmtə yönəltməyi təklif etdi. 

Yaradıcı insanların, milli düşüncə sahiblərinin bir yerə cəm 

olduğu bu məclisdə yerlə göy arasında sanki bir əlaqə qurulmuşdu. 

Bu  əsrarəngiz  səhnəyə  göydəki  mələklər  də,  yerdəki  insanlar 

da  eyni  heyranlıqla  baxıb  təsirlənirdi.  Həsən  bəy  o  gecə  elə 

təsirlənmişdi ki, özünə yer tapa bilmir və düşünürdü: “Xoşbəxtəm, 

mən  də  bu  gün  –  müqəddəs  bir  ayın  müqəddəs  günündə,  milli 

düşüncə  sahiblərinin  cəm  olduğu  belə  məclisdə  oldum.  Mən, 

yəqin ki, bir də ömrümdə bu qədər milli təfəkkür sahiblərinin bir 

yerə yığılmağını görməyəcəm, belə müsbət enerjili adamların təsir 

gücündən yaranan cazibə bolluğunu müşahidə etməyəcəm. Şükür 

sənə,  İlahi,  çoxalırıq,  artırıq!  İradəmizin,  ağlımızın,  gücümüzün 

bir yerə cəm olması milləti, xalqı cahillikdən xilas edəcək!” 



134

1866-cı il, Tiflis,  

“Mejevaya Palata”da son günlər

Həsən  bəy  heç  nəyə  fikir  vermədən  “Mejevaya  palata”dakı 

fəaliyyətini  davam  etdirmək  istəsə  də,  idarə  rəhbərilə  toqquş-

ma lardan,  həm  də  Fərəc  bəyin  danlaqlarından  qaça  bilmirdi, 

belə  vəziyyətdə  davam  etmək  onu  bezdirmişdi.  Xəyallarındakı 

gələcəklə  bağlı  planlarının  həyata  keçməsi  çox  çətin  nöqtəyə 

dirənərək, elə bil keçilməz qarlı dağla qarşılaşmışdı. Belə böyük 

işlərin öhdəsindən nə qədər tək-tənha gəlməyə çalışsa da, irəlidə 

nikbin gələcək görmürdü. General Fərəc bəyi də hərbi palatadakı 

fəaliyyəti ilə çıxılmaz vəziyyətdə qoymuşdu. Onun bu idarədəki 

ədalət mübarizəsi çox vaxt nəticəsiz qalırdı. Bu qədər aciz, zavallı 

insanları ədalətsiz rejimlə, zalım məmurlarla üz-üzə qoyub getməyə 

də ürəyi gəlmirdi, özünü və Fərəc bəyi bu çətin işdə yandırmaq da 

istəmirdi Həsən bəy: “Mən Tiflisdən getməliyəm, necə olur-olsun

amma günü sabah getməliyəm”. Bu, Həsən bəyin qəti qərarı idi. 

Səhər tezdən son dəfə iş yerinə getməyi, ərizəsini yazıb rəisə 

verməyi qərara alan Həsən bəy “mejpalata”ya ayaq basar-basmaz, 

dəhlizdə  gəzişən  bütün  şikayətçi  kəndlilər  sevinc  və  həyəcanla 

axışıb şikayətini səsləndirməyə başladı: 

– Ağa, qurbanın olum, ərizəmə baxan yoxdur, bir aydır gəlib 

gedirəm.

 Ümidimiz sənsən, Həsən bəy.

–  Torpağım əlimdən alınıb, borc içində boğuluram. 

Növbəti adamın dərdi daha dözülməz idi. 

– Dadıma, harayıma çatacaq bir oğlum vardı, əvvəl bəy onu 

qazamata atdırdı, sonra “qanunsuz” adı qoyub torpağımı zəbt etdi. 

Həsən  bəy  üstünə  yağdırılan  bu  şikayətlərin  altında  özünü 

“doluya düşmüş kimi” hiss edirdi. “Lənət şeytana,” – deyərək içəri 

keçdi, rəislə danışmağa başladı: 

–  Cənab  rəis,  mən  bu  gün  sizinlə son  söhbətimi edib  işdən 

getmək  istəyirəm.  Amma  bu  zavallı  kəndliləri  görüb,  biganə 



135

qala bilmirəm. Nə olar, heç olmasa, həyatınızda bir dəfə başınızı 

otaqdan çölə çıxarıb, bu biçarələrin halına yanın. Ömrünüzdə bir 

kərə özünüzü bu şikayətçilərin yerinə qoyub, onların vəziyyətini 

anlayın. 

–    Həddinizi aşırsınız, cənab Məlikov.

– Həddini aşan, dövlət idarəsində rüşvətlə torpaq qanuniləş-

dirən sizsiniz, ya mən? Allahınızdan qorxmursunuz, heç olmasa, 

vəzifənizi  itirməkdən  qorxun,  sizi  əlahiddə  edən  vəzifənizdir, 

şəxsiyyətiniz yox! Mən sizin özünüz haqqında lazım olan yerlərə 

yazacam.  Sizin  kimi  insafsız,  ədalətsiz  bir  adamla  mən  bundan 

sonra  bir  yerdə  işləyə  bilmərəm,  buyurun,  bu  da  ərizəm,  mən 

getdim, amma bu biçarələrin ah-naləsi sizi tutacaq, inanın, vallah 

tutacaq! 

Həsən bəy sözünü bitirib, dərhal da müdirin otağından çıxdı. 

Kəndlilər  dəhlizdə  bu  dialoqu  eşidirdilər,  gərgin  ab-havadan 

yerlərində donub qalmışdılar. Bütün idarə işçiləri “mejpalata”nın 

rəisinə həmişə təzim edərdilər, indi isə Həsən bəy adlı təzə bir işçi 

onun bütün naqis əməllərini üzünə deyərək biabır edirdi. Həsən 

bəyi yandıran, özündən çıxaran səbəb həm də o idi ki, divan tutulan 

kəndlilərin əksəriyyəti azərbaycanlılar – Borçalı camaatı idi. 

Yol  boyu  tanış-biliş  avazımış  rəngini,  titrəyən  vücudunu 

görməsin deyə, Həsən ara dalanlardan keçərək mənzilinə çatmağa 

çalışırdı. Əl-ayağı əsirdi, evə çatar-çatmaz özünü çarpayıya atdı, 

üzüqoylu  uzanaraq  sakitləşməyə  çalışdı.  Bütün  bədəni  yenə  od 

tutub yanırdı.

“Mən  də  bir  haya  bəndəm,  bir  şey  olan  kimi,  qızdırmam 

qalxır. Qızdırma yenə məni yaxaladı. Həkimə gedib ciddi müalicə 

almalıyam. Yoxsa hər dəfə əsəbiləşəndə qızdırmam qalxacaq, mən 

də meydanı bu nadanlara buraxacam”.

Həsən yuxudan oyananda gün artıq batmaqda idi. Yataqdan 

qalxanda ona elə gəldi, bir ildir yatırmış. Hərarət də, baş ağrıları 

da keçib getmişdi. Otaqda sıxıldığından bayıra çıxdı. Əvvəl Fərəc 

bəyin  yanına  getmək  istədi,  ancaq  fikrini  dəyişdi,  “onsuz  da, 

son  günlər  Fərəc  bəylə  bu  mövzuda  yetərincə  fikir  mübadiləsi 

eləmişik”.  O,  düşünə-düşünə  başını  qaldıranda,  Mirzə  Fətəlinin 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə