Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə42/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   38   39   40   41   42   43   44   45   ...   245

129

Bugünkü  görüşdə  vətənindən  ayrı  düşmüş  nisgilli  şair  kimi 

Seyid Nigari daha bir neçə ürək yandıran şeir söylədi:

Əqlimi, ey gülü xəndan,

Atdın həvayə-həvayə.

Eylədim bülbültək əfqan,

Düşdüm ah-vayə, ah-vayə.

Dərsin almış rahibərdən,

Müshəfi-ruyi-dilbərdən.

Nigari hərdən əzbərdən,

Oxur min ayə, min ayə...

Şair elə kövrəlmişdi, bütün məclis onun ovqatında idi. “Əhsən, 

ağa, əhsən!” – Mirzə Fətəli kövrək qəlbləri toxtatmaq üçün üzünü 

Seyid Əzimə sarı çevirərək, söhbəti dəyişməyə çalışdı:

–  Seyid  ağa,  sən  Qafqaz  Təhsil  İdarəsindən  məktəb  açmaq 

üçün  hansı  səbirsizliklə  izin  gözləyirsən,  biz  də  eyni  həsrətlə 

səndən yeni şeirlər eşitmək istəyirik.

–  Vallah,  Seyid  Mirhəmzə  Əfəndinin  o  gözəl  şeirlərindən 

sonra bilmirəm mənimkilər necə alınar?

Yerdən bir-birinin ardınca təsdiqləyici sözlər gəldi:

– Gözəl olar, siz də söyləyin, Seyid ağa! 

Ey könül, məscid yolunu tərk et, rəhi meyxanə tut,

Tutma əldə zahidin təsbihini, peymanə tut.

Zahidü məscid təmənnasın çox etmə, ey könül,

Zahidi cüğd bil, həm məscidi viranə tut.

Xublar zülfündə görsən, gör pərişan könlümü,

Boynu bağlanmış onu zənzirə bir divanə tut.

Xublar eşqində gör şimdi mənim rüsvalığım,

Qusseyi-Fərhad ilə Məcnunu bir əfsanə tut.



130

Girmə sən məclislərə namərd zahidlər kimi,

Seyida, meyxanədə peymanəni mərdanə tut. 

Hamı Seyid Əzimə təşəkkürünü bildirirdi. Seyid gənc qəzəl-

xan dostlarının da bu məclisdə dinlənilməsini xahiş etdi. Onlardan 

Məhəmməd Zöviyə söz verildi.

Cəzbə nədəndi hüsni-dilaradə, bimədim, 

Nəşə nədəndi badeyi-həmradə, bilmədim.

Xaliq deyil ki, bir şeyə möhtac xəlqdən,

Nə rəmz var bu xilqəti-əşyadə, bilmədim. 

Bimərifət qənidi, fəqir əhli-mərifət, 

Fəqrü ğina nədəndi bu dimyadə, bilmədim.

Xab içrə hər nə görsə, yəqindir oyanmamış, 

sirr var bu aləmi-röyadə, bilmədim. 

Nə gəldiyim məqamımı, nə getdiyim yerim, 

Gəlmək bu getməyə nə var ortadə, bilmədim. 

Ağzında söz deyib danışan şəxsi qanmadım,

Kimdir baxan bu dideyi-bünyadə, bilmədim. 

Can özgə, cism özgədi ya müttəhiddilər, 

Can hansı cüzvdür tənü əzadə, bilmədim.

Göz görməyən cəvahiri mən necə dərk edim

Zahirdə çün nə var bu məvada, bilmədim.

Öz kəsbidirmi, Zövi, cahan içrə nikü bəd, 

Ya həq veribdi aləmi-mənada, bilmədim.

Məclis elə qızışmışdı, kiminsə söz verməsini heç kim göz lə-

mirdi, imkan düşən kimi hərə qəlbindəkini söyləyirdi. Növbəti şeir 




131

söyləyən, Ağaəli bəy Naseh də təqdimatsız-filansız cuşa gələrək, 

gözlənilmədən şeir dedi:

Gözün qurbanı, ah etmə, qəmi hicranə, səbr eylə,

Əgər könlün dönə hicran əlindən qanə, səbr eylə.

 

Qəmi-eşq eyləyibdir çoxlarını divanə, səbr eylə,



Məhəbbət əhlisən, yan atəşi-suzanə, səbr eylə...

Məhəbbət əhli Naseh, tənəyi-əğyardan qaçmaz,

Xətalar gəlsə, güldən-bülbülə güzardan qaçmaz.

Yanar hicran ilə pərvanələrtək, nardan qaçmaz.

Vəfa göstər, nişan et canına cananə, səbr eylə...

 Bugünkü məclisdə ən çox təsirlənən, hamıdan çox kövrə lən-

lərdən  biri  Naxçıvandan  gəlmiş  Kəlbalı  xan  idi.  Onu  tanıyanlar 

söyləyirmiş  ki,  Kəlbalı  xan  hərbçi  olsa  da  şeiri,  sənəti  dərindən 

anlayıb-sevən biri imiş. Şeir məclislərində o, tez-tez iştirak edir, 

belə məqamlarda həmişə elə kövrəlirmiş, onun hərbçi soyuq qan-

lılığından, hərbçi rəsmiliyindən əsər-əlamət qalmırmış.

Mirzə Fətəli üzünü Kəlbalı xana tutaraq:

– Deyirəm, yaxşı ki, kadet korpusunun generallarının ayda bir 

dəfə yığıncağı Tiflisdə keçirilir. Biz də dəyərli dostlarımızla fürsət 

tapıb  görüşürük.  Bu  generalların  toplantısından  istifadə  edərək 

mən də hamını bir araya gətirməyi düşündüm. Bu görüşü təsadüf 

hesab etmirəm. Hər şeyin təməlində zərurət durur. Hər daşında-

kərpicində tarix və qəhrəmanlıq səlnaməsi, hər otunda, çiçəyində 

ilahi  bir  gözəllik,  hər  düşüncə  əhlində  dərin  bir  hikmət  uyuyan 

Naxçıvan  torpağının  igid  oğlu  Kəlbalı  xanı  sizə  təqdim  etmək 

istəyirəm.  Şərqin  qapısında  nəhəng  sfinks  kimi  dayanaraq  hər 

an yadellilərə qarşı qalxan, sipər rolu oynamış bu torpağın boya-

başa gətirdiyi general Kəlbalı xan həm də şeir-sənət vurğunudur. 

Onun ata ocağı Naxçıvanda “Qönçeyi-Ülfət” şeir məclisi tez-tez 

təşkil  olunur,  bölgənin  şairləri,  digər  yaradıcı  insanları  bir  yerə 



132

toplanaraq  vaxtaşırı  görüşürlər.  Hətta  məndə  olan  bilgiyə  görə 

gürcü şairi Nikolaz Barataşvili də bu şeir məclislərindən birində 

iştirak edib.

Sonra Mirzə Fətəli Kəlbalı xanın bacısı şairə Qönçə bəyimin 

yaradıcılığı, istedadı haqqında məclisdəkilərə ürəkdolusu danışdı, 

bu xanım şairə haqqında yüksək fikirlər söylədi.

 Azərbaycanın hərb tarixinə beş general bəxş edən Kəlbalılar 

nəsli  həm  də  şeirə-sənətə  olan  sevgisi,  şair  Qönçə  bəyim  kimi 

bütün  ətraf  əyalətlərdə  tanınan  istedadlı  övladları  ilə  tanınırdı. 

Qönçə bəyimin nakam ailə taleyi Kəlbalı xanı daim düşündürür, 

narahat edirdi.

Mirzə  Fətəlinin  növbəti  təqdim  etdiyi  şair  Şuşadan  təşrif 

buyurmuş Məmo bəy Məmai idi. 

– Məmo bəy, söyləyirlər ki, “Məclisi-üns”ün hər toplantısından 

sonra  xanəndələr  yalnız  sizin  yeni  qəzəllərinizi  oxuyur.  Bu 

doğrudurmu?

– Əstəğfürullah, Mirzə, nə danışırsınız, düzdür, hərdən mə-

nim şeirlərimi də zümzümə edirlər. Amma orada elə böyük şair-

lər toplaşır ki, onlarınkını qoyub niyə tək mənim şeirlərimi oxu-

malıdırlar?

Mirzə sözü Məmo bəyə verdi:

Bir tikəsi zarəm, vətənimdə vətənim yox,

Bir bülbülü-bilali pərəm, vay, çəmənim var.

Mən sahibi-hər məcməi, hər əncumən oldum,

Əfsus, nə bir cəm, nə bir əncumənin var.

Viranə qalıb “Məhfili-uns”um, dağılıbdır,

Nə yar, nə qəmxar, nə bir həmsuxənim yox.

Bir guşeyi-bağ içrə qalıb bikəsü tənha,

Nə bir soran əhvalımı, nə bir gələnim yox.

Əfsus, bu məxluq hamı kuru kar olmuş,

Nə bir görənim var, nə bir dilbilənim yox.




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə