Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə44/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   40   41   42   43   44   45   46   47   ...   245

136

evinin qarşısına gəlib çıxdığını gördü. 

“Bir halda ki, Bakıya getməyi qərarlaşdırıram, Tiflisə tez-tez 

gələ bilməyəcəm, Mirzəyə baş çəkim, ondan yeni kitablarını alım”. 

Mirzə  Fətəli  Həsənin  “mejpalata”dakı  vəziyyəti  haqqında 

Fərəc bəydən bəzi şeyləri öyrənmişdi. Bu gün bütün baş verənləri 

və yaşananları səbirlə Həsənin öz dilindən dinləyib məsləhətlərini 

verdi:


– İndi sən Bakıya gedirsən, orada elə bilirsən, Tiflisdəkindən 

daha  yaxşı  şeylərlə,  ideal  cəmiyyətlə  rastlaşacaqsan?  Həsən, 

sən əgər hər dəfə dövlət idarələrində məsələlərə belə çılğın, səs-

küylü  yanaşsan,  heç  bir  müsbət  nəticə  əldə  edə  bilməyəcəksən. 

Ürəyindəki  böyük  ideyaları  yalnız  təmkinli,  sakit  olmaqla,  heç 

kimin hiss etmədiyi metod və vasitələrlə həyata keçirə bilərsən. 

Bütün düşündüklərini yavaş-yavaş, sakit formada reallaşdırmağa 

çalışmalısan. Xüsusilə, birinci şəxslərin rus olduğu idarələrdə əsl 

diplomat kimi davranmaq lazımdır, onlarla çox gözəl şəxsi dostluq 

münasibətləri  yaratmalısan.  Sənin  dövlət  qulluğundakı  işinin  ilk 

səhifəsinin belə başlaması, ciddi xəbərdarlıqla nəticələnməsi heç 

yaxşı  hal  deyil.  Bütün  həyatın  boyu  bu  hadisə  səni  xəfiyyətək 

izləyəcək.

– Mirzə, mən axı bu qədər haqsızlığa necə dözüm, istəsəm 

belə, özümlə bacara bilmərəm. 

–  Həsən,  oğlum,  yaxşı  nəticə  üçün  bəzən  çox  çətinliklərə 

dözmək lazım gəlir, sən bu yolda ilk xəbərdarlığı rəisindən aldın, 

sənə  ikinci  dost  xəbərdarlığını  da  mən  edirəm.  Yadında  saxla, 

bu,  dost  xəbərdarlığıdır,  bir  qayda  olaraq  belə  xəbərdarlıqların 

üçüncüsü heç vaxt olmur! Xalqımız sənin kimi ziyalılardan hələ 

çox  bəhrələnəcək,  odur  ki,  ilk  növbədə  özünü  qoru!  Sənin  indi 

özünü pis vəziyyətdə qoymağa haqqın yoxdur. 

Mirzə, Həsənin halının yaxşı olmadığını görüb, söhbəti dəyişdi, 

çay  içə-içə  o,  Həsəni  həm  tənbeh  etmək,  həm  də  ruhlandırmaq 

məqsədi ilə “Mollanın xəbərdarlığı” adlı bir lətifə söylədi:

– Həsən, bir kasıb şəkilinin evinin divarları hər dəfə çatlayır, 

o da hər dəfə çatın üstünə malayla suvaq çəkib təhlükəni özündən 

adlatdığını  zənn  edir.  Günün  birində  ev  uçur,  kişinin  külfəti 




137

uçqunun altında qalır. Kasıb kişi ağlaya-ağlaya üzünü Allaha tutub 

fəryad qoparır: “Başına dönüm, ay Allah, sən ki rəhmlisən, niyə 

mənə evin uçacağı haqqında vaxtında xəbər eləmədin, heç olmasa, 

başıma çarə qılıb, külfətimi çölə çıxarardım”.

Allahdan  səda  gəlir:  “Gözəl  bəndəm,  mən  iki  dəfə  divarı 

çatlatmaqla  sənə  xəbərdarlıq  etdim. Amma  sən  hər  dəfə  ağzımı 

hardan açdımsa, oranı malaladın”. 

Həsən  bu  ibrətamiz  lətifəyə  xeyli  güldü.  Mirzə  Fətəli 

doğma oğlu qədər xətrini istədiyi Həsənə təkrar-təkrar öz öyüd-

nəsihətlərini verdi:

– Bildin də nə dedim, oğlum. Sən elə bilirsən biz sən deyənləri 

bilmirik,  sən  düşündüklərini  düşünmürük?  Biz  bu  gün  üçün 

yalnız  edə  biləcəklərimizi  etməliyik,  bacarmadıqlarımızı  sabaha 

saxlamalıyıq! Milli mücadilə yolu mübarizədən keçir, bu yolsa çox 

uzundur, səbir tələb edir. 

– Mirzə, mən Bakıya qayıdıram, həm də sizin yeni əsərlərinizi, 

dramlarınızı götürməyə gəlmişəm.

–  Həsən,  harada  olmağından,  nə  işdə  çalışmağından  asılı 

olmayaraq,  bütün  fəaliyyətində  əqidənə,  amalına  sadiqliyi  qoru-

maqla bərabər, həm də ehtiyatlı ol! Yeni əsərlərimi də sənə verirəm, 

kaş  səninlə  birlikdə  bu  əsərlərin  teatr  səhnəsində  oynanılmasını 

görək. Mən hər şeydə sənə çox güvənirəm, Həsən, özünü qoru!

Mirzə  Fətəli  Həsəni  doğma  övladı  kimi  qucaqlayıb  bağrına 

basdı:

– Sənin üçün çox darıxacam, yolun açıq olsun, oğlum!




138

1867-ci il, Bakı

Tiflis-Bakı  qatarı  yerindən  tərpənən  kimi  Həsən  darıxmağa 

başladı. Ona elə gəlirdi, qatar onun ağırlaşan qollarının gücü ilə 

dartılıb hərəkətə gətirilir. “Məni Tiflisə bağlayan tellər nədir belə? 

Hüquqsuz kəndlilərin harayına bundan sonra kim çatacaq?

 Fətəli bəyin ədəbi məclislərində də bundan sonra iştirak edə 

bilməyəcəm.  Fərəc  dayım  da  əvvəl,  yəqin,  bir  az  mənnən  yana 

darıxacaq, amma əvəzində mənim ona yaratdığım problemlərdən 

qurtularaq,  başı  salamat  olacaq.  Amma  yazıq  Fərəc  bəy  nə 

etməliydi, onsuz da, bizim bütün məsələlərimizlə o məşğul olur, 

mənə  Bakıdakı  işi  də  o  tapmadımı?  Gərək  onu  bundan  sonra 

qoruyaq, çox incitməyək”. 

O, keçənləri və gələcəkdə görmək istədiyi işləri, beynindəki 

planları düşünürdü: “Sənə gəlirəm, Bakı, mənim ürəyimdəki ar-

zu larımın  çin  olmasına  yardım  et,  doğma  şəhərim!  Millətimə, 

xalqıma xidmət edib onların savadlanması, elmli, təhsilli, yüksək 

mədəniyyətli olması üçün mənə gələcək fəaliyyətimdə kömək ol.

Qatar  Bakı  vağzalının  perronuna  çatanda  hava  bərk  küləkli 

idi, həm də narın yağış yağırdı. Belə havalarda Həsən bəyin baş 

ağrıları onun ovqatını korlayırdı. “Küləksiz də Bakı əhlinə çətin 

olardı. Külək həm yayda Bakının isti havasını sərinlədir, həm də 

şəhəri neft-mazut iyindən qismən xilas edir”. 

Bakının dəli küləyini sevməsə də, bu gün elə bil Həsənin içinə 

ilıq  rahatlıq  gətirirdi:  “Deməli,  mənim  bundan  sonrakı  həyatım, 

fəaliyyətim Bakıyla bağlı olacaq”. 

Həsən ona vəd olunan iş yerinin yerləşdiyi küçəni, Bakının 

mərkəzi  küçəsilə  paralel  olan  digər  bir  küçənin  kəsişməsində 

yerləşən  Bakı  Qəza  İdarəsini  asanlıqla  tapdı.  O  bu  idarənin 

pasport-masa bölməsində işləyəcəkdi. Əvvəlcə işlə bağlı məsələni 

aydınlaşdırıb həll etmək, sonra öncədən onun üçün kirayələnmiş 

mənzili tapmaq haqqında düşünürdü. Hələ ki işlər yaxşı gedirdi. 

İdarə  rəisi  onu  yaxşı  qarşıladı,  bildirdi  ki,  burada  hər  şeyi,  hər 

addımını onunla məsləhətləşib sonra həyata keçirməlidir. İnsanlar 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə