Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə37/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   33   34   35   36   37   38   39   40   ...   245

114

camaatı  şahidlik  edir  ki,  kəndlilərin  əvəzindən  bu  sənədləri  siz 

düzəltmisiniz. Allaha  inanan  biri  olduğunuz  üçün  siz  gəlin  belə 

etməyin. Bunun cəzası Allah yanında çox ağır olar. 

– Bəy, Allahdan qorx, bizi, on iki baş külfəti bayıra atma, – 

döyülən qoca da üzünü Yadigarova tutub yalvarmağa başladı. 

–  Sən  nə  danışırsan,  qoca  kaftar,  nədir,  indi  özünə  havadar 

tapmısan, üstümə kükrəyirsən?

Yadigarov  qocanın  üstünə  yeridi,  vurmaq  istəyəndə  Həsən 

bəy onun qolunu tutdu:

–  Mən  əgər  sənin  bu  hərəkətini  yazılı  surətdə  “Mejevaya 

palata”nın məhkəməsinə ünvanlasam, səni cəzalandıracaqlar. Gəl, 

imanla, insafla məsələni həll edək. Bu qocanı bayıra atma. 

– Yox, cənab məmur, qanun mənim tərəfimdədir, vəssalam.

–  O  qanun  dediyinə  şər-böhtan  bəzəkləri  vurduğuna  görə, 

hələlik sənin tərəfindədir, Allahdan qorx.

– Siz məni, qanunu müdafiə etmək əvəzinə, bu cındırından cin 

ürkən kəndliləri müdafiə edirsiniz. 

Bəyin  adamları  Həsən  bəyin  yanında  kəndlilərin  əşyalarını 

bayıra  atdılar.  Həsən  bəy  ilk  dəfə  idi,  vicdansızlığın  son  həddə 

çatdığını  görürdü.  Cırıq  paltarlarından  ayağı,  kürəyi  görünən 

uşaqların naləsi həyəti başına götürmüşdü.

“Mənim  ilk  iş  həftəm  müşküllü,  ələmli  bir  iş  günü  kimi 

ömürlük yadımda qalacaq” – Həsən bəy düşünürdü.

Bir suçun cəzası bir adama aid olanda əncam çəkmək, yaxud 

hansısa  yolla  məsələni  yüngülləşdirmək  olar.  Suçun,  günahın 

kütləvi hal almasının, məzluma, kasıba qarşı çevrilməsinin cəzasını 

Allah verər, zalımlardan bu cəzanı əsirgəməz. 

– Yadigarov,  sənin  haqsızlıqlarınla  təkbaşına  mübarizə  apa-

racam, məndən sənə xəbərdarlıq. Bildiyimə görə, yeni qanundan 

əvvəl sən buralarda yaşamamısan. Kəndlilərin kiçik pay torpaqlarını 

öz  xeyrinə  sənədləşdirmisən.  Səni  məhkəməyə  verəcəm.  Bu 

kəndlilərin vəkili də bu gündən özüm olacam.

Borçalılar  bu  yerlərdə  indiyə  qədər  heç  zaman  belə  şey 

görməmişdilər.  Bir-birilərilə  xısın-xısın  danışırdılar:  “Üzündən 

nur tökülür bu vəkilin, həm də Allah adamıdır”. Onlar belə gənc, 




115

amma çox cəsarətli birisilə ilk dəfə idi rastlaşırdılar.

Artıq gecə olduğundan Həsən bəy geri dönə bilmədi, kənddə 

qalmağa  məcbur  oldu.  O,  ən  kasıb  bir  qocanın  evində  gecələdi. 

Həsən bəy əlini yumaq üçün bayıra çıxanda gördü, qocanın kiçik 

nəvəsi toyuğu qovalayıb tutmağa çalışır.

– Dayan, qoçaq, o toyuğu niyə incidirsən?

–  Kəsəcəyik. Axı  sən  qonaqsan,  pətənəyini  də  anam  mənə 

verəcək.

– Yox, kəsməyəcəksiniz. Uşaqlıqdan mən toyuq əti yemirəm. 

Ümumiyyətlə, ət yemirəm.

Kəndli mat qalmışdı, yalvardı ki, başına dönüm, a bəy, kəndi 

mənə güldürmə. 

–  Bax,  əmi,  orada  içəridə  bir  ləyən  qazayağı  otu  gördüm, 

mümkünsə, onun qaynamışını qatıqla yemək istərdim.

Kəndli vəkilin inadcıllığı qarşısında razılaşdı. 

Bütün  şikayətçilər  gizli-gizli  bu  kasıb  komasına  axışırdılar. 

Həsən  bəy  o  gecə  kiminə  məsləhət  verdi,  kiminin  əvəzindən 

idarələrə şikayət ərizələri yazdı.

–  Görürsünüz,  başınıza  gələn  əsas  bəlaların  səbəbi  yazıb-

oxuya  bilməməyinizdir.  Ona  görə  də  uşaqlarınızı  oxudun.  Bax, 

mən  də  bir  şey  edə  bilmədim, ona  görə  ki, Yadigarov  dediyiniz 

o  adam  sənədləri  qanuna  uyğun  hazırlatdırıb,  torpaqlarınızı, 

biçənəklərinizi mənimsəyib. Sizin öz əlinizlə öz əleyhinizə sənəd 

düzəltdirib…

Səhər  tezdən  Həsən  bəy  kəndlilərlə  sağollaşıb  mərkəzə 

qayıtdı.  İdarəyə  çatan  kimi  məsələni  olduğu  kimi  rəisə  danışdı. 

Yadigarovun özbaşınalığını, yalanını ətraflı izah etdi:

– Cənab rəis, mən kəndlilərin hamısının imzasıyla olan şikayət 

ərizəsi ilə Yadigarovu məhkəməyə vermək istəyirəm.

–  Nə?  Bir  elə  o  qalmışdı.  Sən  qanun  əsasında  icra  işi  görə 

bilərsən. Qanunsa bəyi, onun mülkünü müdafiə edir. 

– Baxın, cənab rəis, əgər mən Moskvaya, ondan öncə Tiflis 

qubernatorluğuna  bunları  çatdırıb,  ortaya  əsaslı  dəlillər  qoysam, 

onda bizim idarənin də nüfuzu yüksələr. Biz əlahəzrət imperatora, 

onun  yerlərdəki  kasıb-füqəra  təbəqələrinə  dayaq  durmalıyıq. 




116

Camaat  bizim  idarənin,  şəxsən  sizin  nəyə  görə  bəyləri  müdafiə 

etməyinizi  bilir.  Bu  məlumatlar  yuxarılara  gedib  çatsa,  idarənin 

vəziyyəti  çox  ağır  olacaq. Ya Yadigarovu  çağırın,  doğru-düzgün 

sənədlər tərtib olunmaqla kəndlinin evini, torpağını geri qaytarsın, 

ya da indi sizə təqdim edəcəyim məktubu elə mən özüm lazımi 

yerlərə göndərib sona qədər bu işlə məşğul olacam. O kəndlilər tək 

deyil. Savadı olmadığı üçün yüzlərlə belə aldadılmış kəndli var, 

bizim idarə onların haqqını müdafiə etməlidir. 

Rəis qarşısında cəsarəti, savadı, qabiliyyəti, məntiqilə seçilən 

birini görüb çaşıb qalmışdı. O, vəziyyətin nə yerdə olduğunu başa 

düşəndə Həsən bəyi dilə tutmağa başladı:

– Həsən bəy, sən bəy oğlusan, bu hüquq kəndlilərə verilsə, 

sabah sizin hüquqlarınızın əlinizdən çıxması deməkdir. Sənin atan-

baban da bizi lənətləyər, belə eləmə. 

–  Yox,  cənab  rəis,  ya  mən  burada  işləməyəcəm,  ya  da 

şikayətlərə ədalətlə, insafla, vicdanla baxacağıq.

Həsən bəy sonrakı günlərdə bu idarədə çox ağır bir əsəb gər-

gin liyi ilə fəaliyyətini davam etdirirdi. Növbəti həftələrin birində 

yenə  də  bir  qrup  şikayətçi  idarəyə  təşrif  buyuraraq,  bir-birinə 

aman vermədən dərdlərini anlatmağa çalışırdılar. Əhməd adlı bir 

kəndlinin  dərdi  isə  hamıdan  ağır  idi.  Yay  vaxtı  otlaq  sahəsində 

yed di  oğlunun  ən  böyüyünü  ilan  vurub  öldürüb.  Ailənin  otlaq 

sahələrini  yerli  bəylərdən  biri  mənimsəyərək  saxta  sənədlərlə 

ələ  keçirib.  Əhməd  kişini,  oğlanlarını  Sibirə  sürgün  etdirməklə 

hədələyərək həmin sənədlərə qol çəkdirib.

–  Ay  oğul,  mən  kasıb,  bisavad  adamam.  Oğlanlarımın  da 

hərəsi  bir-iki  uşaq  atasıdır.  Mənim  onlara  gücüm  çatmadı.  İndi 

başa  düşürəm,  bəlkə  də,  oğluma  bunlar  nəsə  etdilər,  dərdinin 

səbəbi  də  bilinmədi.  Həmin  gün  elə  külək,  yağış  vardı,  yer-göy 

mənim halıma ağlayırdı. Mən də şikayətimi Həzrət Abbasa ərizə 

yazdıraraq göndərdim, elə küləklə.

Həsən bəy içindən kəsilə-kəsilə qalmışdı:

–  Əhməd  kişi,  sənin  dərdinə  Həzrət  Abbas  neyləyəcək? 

Əgər  sənin  soydaşların  sənə  zülm  edirlərsə,  bir  də  sən  özün-

özünü müdafiə etməyi bacarmırsansa, başqaları səni necə müdafiə 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə