Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə36/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   32   33   34   35   36   37   38   39   ...   245

111

Əks halda, sən də, mən də əzab çəkəcəyik. 

“Mümkünsüz bir şey haqqında danışırsan, Vera, səni unutmaq 

o qədər də asan deyilmiş”.

Bu  an  qapı  döyüldü.  Mixael  gəlmişdi,  yemək-içmək  gətir-

mişdi.  –  Səni  yaxşı  tanıyıram,  bildim  ki,  kimsə  sənə  uşaq  kimi 

yemək təklif etməsə, yüngül nəsə yeməklə aclığını öldürəcəksən. 

Şəkil hələ də Həsənin əlində idi. Mixaelin gözü şəklə sataşdı: 

– Nədi, unuda bilmirsən, eləmi? Əgər bu sevgi alınmadısa, 

çalış  unudasan.  İstəyirsən,  səni  gürcü  qızlarla  tanış  edim.  Onlar 

Vera  kimi  gözəl  olmasalar  da,  yaxşı  sirdaşdırlar.  Özləri  də 

azərbaycanlıları çox istəyirlər.

– Yox, Mixael. Mən olsun ki, uzun müddət özümə gələ bilmə-

yə cəm. Vera mənim ilk məhəbbətim idi, yəqin ki, elə son da o olacaq. 

– Sənə elə gəlir. İnsanın könül qapısı özündən xəbərsiz gələn 

sevginin üzünə həmişə açıqdır.

Həsən  Mixaelin  gətirdiyi  yeməkdən  bir  az  dadaraq  yatağa 

uzandı. Bərk yorulduğundan gecəni daş kimi yatdı. Səhər tezdən 

oyanıb  işə  yollandı.  “Mejevaya  palata”  çox  da  uzaqda  deyildi. 

Əvvəl idarənin rəhbərilə tanış oldu. İşin əsas məqamlarını ona izah 

edən bu adamın hər cümləsinin başında “biz qanun icraçılarıyıq, 

əsas onu unutma ki, imperatorun qanunu qanundur. Sən qanunları 

tələb olunan səviyyədə yerinə yetirməlisən”.

–  Siz  narahat  olmayın,  cənab  rəis,  mən  torpaq  işini  az-çox 

öyrənmişəm.

– Sən torpağı yox, qanunları icra və müdafiə edəcəksən.

Söhbətin  bu  məqamında  bir  qrup  şikayətçi  səs-küy  salaraq 

rəislə  görüşməyi  tələb  edirdilər.  Geyimlərindən  görünürdü  ki, 

kasıb kəndlilərdir, son ümid yeri kimi ona üz tutmuşdular. 

Cavan kargüzar içəri daxil olub dedi:

–  Cənab  rəis,  bura  dağılır.  Kəndlilər  sizi  tələb  edir,  yalnız 

sizinlə görüşmək istəyirlər. 

– Rədd elə getsinlər. 

Həsən bəy rəisin cavabına məəttəl qaldı.

– Cənab rəis, bunlar Borçalıdan gəliblər, onların xasiyyətinə 

bələdəm, sizi görməmiş idarədən getməyəcəklər.




112

Həsən  bəy  təəccüblə  rəisinə  baxırdı,  öz-özünə:  “Mənim  bu 

qanmaz rəislə, deyəsən, çox çətinliklərim olacaq,” – düşündü. 

– Hmm, yenə bu borçalılar. Çıx onlara de, borçalılar yeni təyin 

olunmuş şöbə müdirinin sahəsinə aiddirlər, rəis tapşırıq verib, indi 

sizi  qəbul  edəcək.  Hə,  Həsən  bəy,  buyur,  indi  torpaq  haqqında 

bildiklərini bu kəndlilərə başa sal görək nə olacaq! Məharətini ilk 

gündən  göstərib,  yuxarıları  xüsusi  qabiliyyətinə  inandıra  bilsən, 

sənin haqqındakı gələcək təqdimatı özüm yazaram. Çalış, bir də 

bunların ayağı bura dəyməsin. 

Həsən bəy bir söz demədən bayıra çıxdı. Kargüzardan xahiş 

elədi, şikayətçilərin ərizələri alınsın, yan otaqda onlarla görüşməyə 

şərait yaradılsın. 

– Cənab Məlikov, kimdir bunlara ərizə yazan, indiyə qədər 

bu bədbəxtlərin ərizələrini heç kim oxumayıb deyə, onlar qəbula 

ərizəsiz gəlirlər. Hərə bu işi öz bildiyi kimi həll edir, – kargüzar 

cavab verdi. 

Həsən  başını  bulayaraq  qəbul  otağına  daxil  oldu,  bir-bir  əl 

verərək şikayətçilərlə görüşdü. Hamını axıra qədər səbirlə dinlədi. 

Məsələ  aydın  idi:  Mülkədarlar  onların  savadsızlığından  istifadə 

edərək  olub-qalan  torpaqlarını  əllərindən  alıb,  rüşvətlə  satılan 

dövlət idarələri də onların haqlarını tapdalayıblar. 

Kəndlilərin əlindəki sənədlərdə göstərilirdi ki, bu torpaqları 

mülkədarlar  müəyyən  vaxta  qədər  kəndlilərə  icarəyə  verdiyi 

üçün indi qanuni olaraq onlar həmin əkin sahələrindən çıxarılır. 

Kəndlilərsə bu torpaqların dədə-babadan onlara məxsus olduğunu 

israr edirdilər. Həsən bəy üzünü onlara tutaraq dedi:

–  Baxın,  əziz  kəndlilər,  sizin  savadsızlığınızdan  istifadə 

edərək  sənədlər  onların  xeyrinə  tərtib  edilib.  Mən  sabah  sizin 

kəndə gəlib vəziyyətlə tanış olacam. Amma bəri başdan deyim, siz 

haqqınızı tələb etmək üçün məhkəməyə müraciət etməlisiniz. Bir 

də gedin uşaqlarınızı oxudun, gələcəkdə belə sənədləri oxumağı, 

məzmununu  anlamağı  bacarsınlar,  heç  olmasa,  siz  yaşadığınız 

faciəni onlar yaşamasınlar. 

Borçalılar  məsləhətinə  görə  Həsən  bəyə  dua  edə-edə  otağı 

tərk etdilər. 




113

Həsən  “Mejevaya  palata”nın  rəisi  ilə  danışaraq  sabahı  gün 

yola düşməyə icazə aldı. Rəis dedi:

– Sən get yerində məsələylə tanış ol. Bu adamların “mülkədar”, 

“hampa” dedikləri Yadigarovla görüş, sən onun necə yaxşı adam 

olduğunu görəcəksən. Bunlar naşükür kəndlilərdi. Sən həmin gün 

geri qayıda bilməyəcəksən, orada qalmalı olacaqsan. Bu adamın 

qonaqpərvərliyini görəcəksən. 

Həsən  bəy  içi  dolu  dərd,  qanıqara  halda  rəisin  otağını  tərk 

etdi. İdarənin atlı arabaları onu Borçalı yoluna çıxartdı. Yol boyu 

adını  bildiyi,  bilmədiyi  min  bir  dərman  bitkiləri,  yaşıl  otlaqlar, 

yastanların  başından,  dağların,  yamacların  döşündən  dərəyə 

yol  alan  bulaqları  gördükcə  təbiətin  gözəllikləri  onu  əfsunladı: 

“İnsafdandırmı, bu münbit torpaqlardan üç-dörd bəy bəhrələnsin, 

o birilər də acından ölsün?”

Atlı kəndə girəndə hamıya hay düşdü:

– “Mejevaya palata”dan komissiya göndəriblər!

Həsən bəy kənddə hamının şikayətini bir-bir dinlədi. İnsanlar 

yerli  bəylərin  əlindən  qan  ağlayırdılar.  Kəndlilərdən  ən  yaşlısı 

ağlaya-ağlaya  kürəyini  açıb  Həsən  bəyə  göstərdi.  Qamçıların 

yeri gömgöy kəsilmiş, qançır olmuş yaralar ürək göynədirdi. Bu 

kəndlilər Həsənin müdafiəsiz soydaşları idi.

–  Ay  oğul,  gündə  beş  dəfə  namaz  qılıb,  Allaha  dua  edən 

adamam. Seyidəm, peyğəmbər övladıyam, Allah bunu götürməz.

Bir azdan Yadigarov deyilən şəxs gəlib çıxdı. Həsəni altdan-

yuxarı, üstdən aşağı süzərək dedi: “Bu ki, lap uşaqdır. Mən bunu 

bu saat ələ almasam, mənə Yadigarov deməzlər!” O, qəribə tərzdə 

dodaqlarını  büzərək,  ətrafdakı  kəndliləri  tərs-tərs  süzdü.  Sonra  \

üzünü Həsən bəyə tutaraq, sanki köhnə tanışlar kimi dilləndi: 

– Cənab məmur, yollar sizi çox yormadı ki? Bu kəndli tayfası 

çox naşükürdü, sizə də çox zəhmət oldu. Gedək evə, əvvəl yemək 

yeyin, sonra yığışarıq, məsələləri müzakirə edərik.

– Yox, cənab Yadigarov, ah-vayla yaşayan bu camaatın yaşa-

dığı yerdə qonaq olub əzizlənmək günahdır. Sizin tərtib etdiyiniz 

sənəddə torpaq bu kişiyə icarəyə verilib. Belə çıxır, siz müddəti 

başa çatdığı üçün torpaqlarınızı geri alırsınız, amma bütün kənd 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə