Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə34/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   30   31   32   33   34   35   36   37   ...   245

105

oturmuşdu. Həsən ədəb-ərkanla mollaya yaxınlaşıb, salam verdi, 

hal-əhval tutdu.

– Mənim əziz mollamın kefi necədir?

Molla onu aşağıdan yuxarı süzdü:

– Sən Həsənsən?

– Mənəm, bəli, gəldim sizi görüm.

– Çox yaxşı eləmisən, başına dönüm! Bilirsənmi, mən sənin 

arxanca nə qədər dua eləmişəm. Həm sağ-salamat olmağına görə, 

həm də yolunu azıb dinsizlərə qoşulmayasan deyə… De görüm, 

namaz qılırsan, ya yox?

– Molla, yadındamı bizə müxtəlif hədislər haqqında söylərdin. 

Peyğəmbərimiz  nə  buyurmuşdu?  Buyurmuşdu  ki,  Əli  elmin 

qapısıdır.  Mən  də  Həzrəti  Əlinin  qapısını  açdım,  elimə,  obama, 

həzrəti  peyğəmbərimizin,  Əlinin  buyurduğu,  məsləhət  bildiyi 

elmin işığını xalqımıza gətirməyə çalışdım. Tək dini təhsil imanı 

kamil olmağı öyrədə bilməz. 

Molla, Həsənin danışığına, mühakiməsinə heyran qalmışdı:

–  Əli  köməyin  olsun,  ay  oğul.  Mənə  bax,  kafir  qızı  ilə 

evlənməmisən ki?

–  Yox,  molla,  vaxtı  gələndə  kəbin  kəsdirməyə  də  elə  səni 

çağıracam, inşallah, görərsən onda.

İki  qardaş  gülə-gülə  molladan  ayrılıb,  əmisi  Hidayət  bəyin 

həyətinə daxil oldular. Əmisi onları məhəbbətlə qarşıladı:

Maşallah, elə kefikök gəldiniz, ürəyim açıldı. 

Molla  ilə  elədikləri  söhbəti  eşidəndə  Hidayət  bəy  uğunub 

getdi:

–  Həsən,  hələ  sən  mollaya  kəbin  kəsdirməyi  demisən.  Üç-



dörd  il  öncə  Kürün  dəli  vaxtlarında  çarıqçı  Sahib  kişinin  oğlu 

Əlimehdinin çayda boğulma xəbəri yayıldı. Hamı Kürün qırağına 

axışdı,  qoçaq  oğlanlar  sağ  olsunlar,  oğlanı  xilas  etdilər.  Atası 

camaatın  içində  ağlaya-ağlaya  dedi,  ay  camaat,  mən  bu  oğlumu 

seyid Mirqədir ağaya nəzir elədim. Qoy o, kimi məsləhət bilirsə, 

onunla da evləndirsin. 

Elə oradan evə gedib bir xara yaylıqla Seyid Mirqədir ağagilə 

gedib, məsələni izah edəndən sonra deyir:

–  Ağa,  gözümün  ağı-qarası  bir  oğlum  var.  Nəzir,  nəzirdir. 



106

Kimə verirsən bu yaylığı, bəlgəsində biz də gələrik. 

Üç ay, beş ay yaylığın kimə verilməsindən xəbər çıxmadığını 

görən çarıqçı bir də seyidin hüzuruna gəlir:

– Ağa, yaylıqdan bir xəbər çıxmadı axı.

Seyidin ərindən boşanan Xatun adlı bir dul qızı varmış, yalan 

olmasın, çəkisi yüz kilodan artıqmış.

 Seyid tənbəkisindən ağır-ağır qullab vuraraq deyir:

–  Çarıqçı,  oğlunu  evləndirməkdən  yana  yaylığı  mənə  nəzir 

etmişdin. Mən də onu Xatuna verdim, görünür, qismət onunmuş. 

Kişi yazıq dizinə çırpa-çırpa qalır: 

– Ağa, başına dönüm, evim yıxıldı. Əlimehdini Kür o zaman 

apara bilməmişdi, amma bu xəbərdən sonra hökmən aparacaq.

Beləcə,  seyid  vəziyyətdən  ağılla  istifadə  edərək  dul  qızını 

çarıqçının oğluna sırıyır. Hə, qardaşoğlu, belə-belə işlər Zərdabda 

tez-tez baş verir.

 Həsən bu hadisəyə doyunca güldü… Əslində, Həsənin üzü 

gülsə də, içi qan ağlayırdı:

 “Cahil insan, seyid sənə oğul böyüdübmü, ömür, gün, tale 

müəyyənləşdiribmi,  yaxud  bu  seyid Allahdırmı?  Savadsızlıq  bu 

millətə çox bəlalar gətirəcək. Bizim qarşıda gör nə qədər müşkül 

işlərimiz var,” – Həsən acı-acı düşünürdü. 

–  Əmi,  gəldim  səninlə  xüdahafizləşim,  sabah  Tiflisə  yola 

düşəcəm, orada torpaq idarəsində məmur kimi işləyəcəm.

– Sənə yaxşı yol, oğul, xeyirli-uğurlu olsun! 

Bir  qədər  oturandan  sonra  Hidayət  bəy  qardaşı  uşaqlarını 

küçəyəcən yola saldı. 

Həsən  evə  dönərkən  yol  boyu  bol  sulu,  bərəkətli  Zərdab 

torpaqları haqqında düşünürdü. Nələr becərib yetişdirmək olmaz ki 

bu torpaqlarda… Səmərəli istifadə olunsa, planlı, elmi əsaslı kənd 

təsərrüfatı işləri aparılsa, insanların bacarıq, qabiliyyətləri düzgün 

yönəldilsə,  həm  əhali  gözəl  yaşayar,  həm  də  torpaq,  təsərrüfat 

inkişaf  edər.  Çox  heyif,  mən  təkəm.  Mənim  hələ  çox  bəlalarım 

qarşıdadır.




107

1865-ci il, Tiflis, “Mejevaya palata”

15

Həsən sübh tezdən Zərdabdan Tiflisə yola düşdü. Düşün cə-

lərinin, fikirlərinin dağınıqlığı onun diqqətini tez-tez yayındırırdı. 

Yeni  həyata,  yeni  işə  haradan,  necə  başlayacağını  düşünüb, 

yəqinləşdirməyə  çalışırdı.  Tiflisə  çatan  kimi  ilk  növbədə  Fərəc 

bəyə baş çəkdi. Bu azərbaycanlı general ona tək qohum deyil, həm 

də dost, sirdaş idi. Fərəc bəy onu yenə də mehriban qarşıladı, bərk-

bərk bağrına basdı:

–  Təhsil  illərində  səndən  bir  qədər  nigaran  idim,  şükür  ki, 

ağılla hər işi yoluna qoya bildin. İndi səni yeni-yeni həyat sınaqları 

gözləyir.  İnanıram,  təhsil  imtahanından  uğurla  çıxdığın  kimi, 

gələcək işlərin öhdəsindən də uğurla gələcəksən.

Həsənin  dalağı  sancdı:  deyəsən,  Fərəc  bəyin  hər  şeydən 

xəbəri var. Bu, Mixaelin işi olmasın ki… Bir də, az qala Moskva 

ziyalılarının yarısı Fərəc bəyin dostudur. İstədiyi şeydən asanlıqla 

xəbər tutur. O, Mixaelin “günahından” keçdi. 

–  Dayı,  etiraf  edirəm,  məni  hər  zaman  çətinliklərdən  sənin 

öyüd-nəsihətlərin  xilas  edirdi.  Dərnək  üzvlərini  universitetdən 

xaric  edəndə  də,  Azərbaycan  haqqında  Peterburq  və  Moskva 

qəzetlərində  məqalələr  çap  etdirəndə  də,  elə  düşündüyün  bütün 

digər  məsələlərdə  də  sən  həmişə  mənim  yanımda  olmusan, 

xilaskarım kimi dadıma çatmısan. Dayı, səni Zərdabda çox sevirlər. 

Anam  dedi  ki,  sən  keçən  yay  neçə-neçə  zərdablının  zindandan 

qurtulmasına yardım eləmisən. 

– Hə, yadıma düşdü. İki zərdablı bəy mənimlə görüşə gəldi, 

dedilər, onların otlaq ərazilərini qubernatorun ilxısı üçün müsadirə 

ediblər.  Etiraz  edənləri  də  guya  imperatorluğun  ilxısını  yemlə 

təmin  etməkdən  boyun  qaçırdıqlarına,  onun  ünvanına  nalayiq 

söyüşlər  söydüklərinə  görə  həbs  edirlər.  Bax,  oğlum,  adamın 

dədə-babadan  mənsub  olduğu  torpağı  əlindən  alınır,  özü  də  elə 

şərəfsizcəsinə şərlənir ki, ölənə qədər həbsdə saxlanıla bilər. Bu 

15

 XIX əsrdə yaradılmış administrativ qurum 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə