Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə30/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   26   27   28   29   30   31   32   33   ...   245

93

Həsən tətildən sonra mümkün qədər Vera ilə az görüşməyə 

çalışırdı.  Odur  ki,  Peterburqa,  Ermitaja  getməyə  razılıq  versə 

də, bu haqda Veraya bir söz deməmək qərarına gəldi. Peterburq, 

Ermitaj sonralar Həsənin yaddaşında tələbəlik illərindən ən şirin 

xatirə kimi qalacaqdı. İllərlə arzuladığı bu məkana gəlişindən elə 

xoşbəxt idi ki…

Memar Bartolomeo Rastrelli

8

, Vallen Delamot



9

 fantaziyasının 

məhsulu kimi araya-ərsəyə gələn Ermitaj binası önündə hey ran-

lı ğını  gizlədə  bilməyən  Həsən  hər  eksponata  diqqətlə  baxırdı. 

Qərbi Avropa incəsənətini, Şərq incəsənətini, ibtidai mədəniyyət 

nümunələrini  diqqətlə  öyrənərək,  özü  üçün  müəyyən  qeydlər 

edirdi. Mixael onun bu marağına da təəccüblənmişdi:

– Sənin bu ləng baxışınla bir aya biz buranı gəzib çıxa bilmərik.

Həsən  İtaliya  intibah  dövrünün  korifeylərindən  Leonardo 

da  Vinçinin  “Madonna  körpəsilə”,

10

  Rafael  Santinin  “Mər yəm 



körpəsilə”

11

  əsərlərinə,  həmçinin,  digər Avropa  incəsə nət  nümu-



nə lərinə – holland, flamand, fransız rəssam və heykəltaraş la rının 

yaradıcılığına əsl sənətşünas gözü ilə baxırdı. Rembrandtın “Səfil 

oğulun  qayıtması”,

12

  Tissianın  “Danaya”,



13

  Rubensin  “Vokka”, 

“Ferma” və s. əsərləri onu, sözün həqiqi mənasında heyran etmişdi. 

Rus  incəsənəti  bölməsində  XVII-XVIII  yüzil  incəsənətinin 

inkişafı Həsən bəyin ruhuna hopmuşdu. Azadlıq, inkişaf, tərəqqi 

ideyalarını  insanlara  rəsm  dili  ilə  aşılayan  əsərlər  Həsənə  sanki 

8

 Françesko Bartolomeo Rastrelli (1700-1771) – Rusiya vətəndaşlığını qəbul 

etmiş italiyalı memar

9

  Vallen-Delamot  (1729-1800)  –  fransız  arxitektor,  Rusiyada  ilk  arxitektor 

professoru

10

 Leonardo da Vinçi (1452-1519) – rəssam. “Madonna körpəsilə” – (1490-

1491) əsərin indiki adı “Madona Litta”dır.

11

 Rafael Santi (1483-1520) – “Mariya körpəsilə” adlı, bir-birindən psixoloji 

traktovkasına və kompozisiya rəngarəngliyinə görə fərqlənən müxtəlif rəsmlər 

qalereyası yaratmışdır.

12

  Rembrandt  Harmnens  van  Reyn  (1606-1669)  –  rəssam.  “Səfil  oğulun 

qayıtması” (1668-1669) əsəri

13

  Tisian  Vaçelio  (1480/1485-1576)  –  “Danaya”  (1553-1554)  Qədim  yunan 

mifologiyası süjetləri əsasında çəkilmiş rəsm əsəri



94

cild-cild kitabları oxutdururdu. Portret janrının ustalarının yarat-

dıq larına  baxmadan  muzeydən  çıxmaqmı  olardı!?  İndi  o  bu 

məkanda  maksimum  vaxt  keçirmək  istəyirdi.  Dostu  Mixaelin 

təkidlə getmək təklifi, Peterburqdakı digər yerləri görmək Həsəni 

qətiyyən maraqlandırmırdı. “Pompeydə son gün”

14

 əsəri İtaliyadakı 



Pompeyin  taleyindən  çox,  rəssamın  inqilabi  çevriliş  arzularının 

tərənnümü  idi.  Görünür,  dini  mövzular  o  zaman  rəssamlar  üçün 

günün reallıqlarını pərdələmək üçün yardımçı rolu oynayırmış. 

Ermitaj Həsənə sirli nağıl kimi əsrarəngiz təsir bağışlamışdı. 

O,  gələcəkdə  bura  bir  daha  gəlməyi  düşünürdü.  Vaxt  azlığı  hər 

şeyi  ürəyincə  öyrənməyə  imkan  verməsə  də,  Həsən  mümkün 

qədər məlumatları ətraflı, diqqətli toplamağa çalışırdı: “Gələcəkdə 

imkanım olsa, rəsm kolleksiyası işi ilə də məşğul olardım, onları 

nümayiş etdirmək üçün bir rəsm qalereyası da tikdirərdim”. O, bir 

istəyini də arzularının qatarına əlavə etdi.

Onlar Ermitajdan çıxanda çox acmışdılar. Yemək məsələsində 

gürcü balası çox səriştəli idi. Hər zaman, hətta ilk getdikləri yerdə 

belə Mixael yeməkxana və kafeləri əlüstü tapırdı. 

–  Mənim  könlümə  gürcü  xəngəli  düşüb.  Qarşı  küçədə  rus 

pelmenisi bişirilən bir kafe tanıyıram. Gəlin sizi ora aparım. Həsən, 

bilirsən də, hərə bir sahədə ustad ola bilər. Məsələn, sən oxumaq, 

daha çox öyrənmək, Daşa dəymədüşərlik sahəsində, mənsə yemək-

içmək işlərində mahirəm, elə deyilmi? Ora xoşunuza gələcək. 

– Nə deyirəm. Bu gəzintinin proqramı sənə məxsus olduğu 

üçün biz bu işi də sənə etibar edirik. Bir xəngəl üçün səni Tiflisə 

göndərməyəcəyik ki… 

Mixaelin  pelmenisi  bir  azdan  gürcü  xəngəlilə  əvəz  olundu. 

Zarafatlar, Ermitaj təəssüratları günün yorğunluğunu elə çıxarmışdı 

ki, Həsən dostuna təşəkkürünü bildirdi:

– Amma gərək Veranı da dəvət edəydik, – dostu Həsənə yenə 

öyüd-nəsihət  verdi:  Bax  mən  Daşanın  yanında  deyirəm,  səndən 

söhbət düşəndə Vera elə bil göyün yeddinci qatına uçur, sənsə elə 

bil onu görmürsən. 

14

 “Pompeydə son gün” (1830-1833) – Karl Pavloviç Bryullovun (1799-1852) 

əsəri



95

Daşa: 


– Mən indiyə qədər heç kimin sevgi münasibətlərinə qarış-

mamışam. Amma bütün universitet onun sənin dərdindən divanə 

gəzdiyini  bilir.  O  qız  bütün  tətili  nənəsinin  yanından  heç  yerə 

getmədi.  Nə  zaman  gördüksə,  eyvandan  sənin  qaldığın  mənzilə 

baxırdı. Hələ bir gün ona elə gəlib ki, sənin otağının işığı yanır. 

Qaça-qaça  gəlib  qapını  döyüb.  Həmin  gün  o,  faciə  ilə  üzləşmiş 

adamı xatırladırdı. İndi o, çox qaradinməz olub. Əvvəl tanıdığımız 

qızla müqayisədə tamam başqa adam təəssüratı bağışlayır. 

Həsən bu mövzuda kəlmə kəsmədi. Mümkünsüz bir evliliyin 

bəlalı sevgisini sanki təkbaşına yaşamaq istəyirdi. “Döz, Həsən, 

döz. Yalnız şəxsi xoşbəxtlik gətirən sevgidən daha böyük ictimai 

amallar mövcuddur. Səni öndə daha böyük ictimai, milli amallara 

və sevgilərə könül vermək taleyi gözləyir”.

Qatar  Peterburqdan  Moskvaya  istiqamət  götürər-götürməz 

Həsəni yuxu apardı. O, ətrafdakı səs-küyə baxmayaraq, reaksiya 

vermədən oturduğu yerdə yuxulamışdı. Yuxusunda Ermitajda seyr 

etdiyi obrazlar canlanıb onunla söhbət edir, gördüyü mənzərələr 

dəyişilib  başqa  səhnələrlə  əvəz  olunurdu.  Həsən  Ermitajın 

pilləkənlərindən  asta-asta  enən  Veranın  əynindəki  Zərdabdan 

ona  hədiyyə  gətirdiyi  milli  geyimə,  üstündən  bağlanmış  gümüş 

kəmərə,  əsl  gəlin  qiyafəsinə  baxa-baxa  donub  qalmışdı.  Əlində 

güzgü, yanan çıraq tutan qızları da tanıyırdı. Bacısı Şirinlə əmisi 

qızı  Nazlı  idi,  gəlin  köçən  Veranı  müşayiət  edirdilər.  Bütün 

qohum-əqrəba burada idi. Çox qəribə idi ki, ata kimi Solovyovu 

toyda Fərəc bəy əvəz edirdi. Çalınan musiqi də indiyə qədər onun 

heç  yerdə  eşitmədiyi  qəmli  bir  musiqi  idi.  Vera  əllərini  Həsənə 

uzadaraq pilləkənin yuxarısında dayansa da, onunla əl-ələ tutmağa 

çalışırdı.  Pilləkənlərin  mərməri  getdikcə  su  kimi  axaraq  Kürə 

bənzər çaya dönürdü. Onlar heç bir şey olmamış kimi bir-birinə 

baxırdılar.  Hadisələri  sanki  əvvəlcədən  bilirlərmiş  kimi  hər  şeyi 

sakit qarşılayırdılar. Vera Həsənə doğru can atırdı, özü də yerimir, 

sanki uçurdu.

Birdən qatarın qəfil dayanması Həsəni yuxudan ayıltdı. Mos-

kvaya  çatmağa  hələ  çox  qalırdı.  Mixael  də  sevgilisinə  söykənib 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə