Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə26/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   22   23   24   25   26   27   28   29   ...   245

80

Həsən ilk sevgisinin daşa dəyməsim bərk qorxurdu. Vera məsə-

ləsində özünü inandırmağa çalışırdı ki, bu, dostluqdur, sevgi deyil. 

Vera  isə  tez-tez  Həsənlə  evliliyin  xoş  xəyallarına  qapılaraq 

getdikcə onu daha çox sevməyə başlamışdı. Həsən ondan qaçdıqca 

Veranı  özünə  daha  çox  bağlayır,  günü-gündən  onun  sevgisinin 

dərinləşdiyini hiss edirdi.

Artıq dərs ilinin yekunları idi. İmtahanlar bitəndən sonra hamı 

doğma məmləkətinə getməyə hazırlaşırdı. 

Vera özünə yer tapmırdı: “Gedəcəyəm yanına, onsuz yaşaya 

bilmədiyimi deyəcəyəm. Mənə biganə deyil, amma nədənsə elə bil 

məndən qaçır. Belə olmaz axı…”

Vera  fikrində,  deyəsən,  bu  dəfə  qətiyyətli  idi.  Yol  boyu 

yanından  keçib  gedənlərə  qışqırıb-bağırmaq,  hamıya  hər  şeyi 

demək istəyirdi. Ürəyi dolduğundan ağlayaraq bütün içindəkiləri 

bölüşməyə  adam  axtarırdı.  Həsənin  qaldığı  mənzilin  önünə  nə 

zaman çatdığını bilmədi. Bir də onu gördü, həmin doğma qapının 

ağzında dayanıb. Əlləri əsə-əsə qapını döydü. Həsən qapını açanda 

Veranı  üzgün,  həm  də  həyəcanlı  görəndə  ona  elə  gəldi  kiminsə 

əlindən qaçıb qurtulub, yaxud kimsə onu möhkəm incidib. 

– Vera, sənə nə olub belə, kim incidib səni?

Vera  qapının  ağzındakı  stulda  oturaraq,  güclə  başını  yuxarı 

qaldırdı,  birdən  üzünü  əlləri  arasına  alaraq  gücü-qüvvəsi  bitmiş 

kimi hönkürdü.

Kim səni incidib, niyə demirsən?

–  Sən…  sən…  sən!  İnsafsız,  kim  incidəcək?  Mən  sənə 

neyləmişəm? Niyə incidirsən məni? Mənim günahım nəydi? Səni 

sevməyim  günahımsa,  cəzamı  verməyi  də  sənə  həvalə  edirəm. 

Sizin oralarda sevənə belə amansız cəza verirlər? 

Vera  bərk-bərk  hönkürürdü.  Həsən  çaşıb  qalmışdı.  Əlini 

neçə dəfə onun saçlarına toxundurmağa, ayağa qaldıraraq bağrına 

basmağa, üz-gözündən öpərək sakitləşdirməyə çalışsa da, özünü 

güclə saxladı:

–  Vera,  mən  belə  bilmirdim.  Sən  mənə  doğmasan,  ürək  və 

tələbə dostum. Belə ağlama, sən ağladıqca bilirsənmi necə pərişan 

oluram?



81

Vera  başını  yuxarı  qaldıranda  gözləri  Həsənin  dolmuş 

gözlərinə sataşdı:

–  Sən  məni  sevirsən.  Bilirəm,  çox  sevirsən.  Nədir  o  keçə 

bil¬mədiyin sədd? Sən mənə bir şans ver, sevgimi sübut etməyə 

imkan ver, Həsən. Mən səni dünyanın ən xoşbəxt adamı edərəm. 

Belə  böyük  sevgi  hər  kəsin  qarşısına  çıxmaz.  Həsən,  sən  məni 

xəstə  etmisən.  Neyləyim,  saçımı  yolum,  paltarımı  cırım?  Dəli-

divanə olduğumu sənə necə sübut edim? Bunu istəyirsənsə, buyur!

Vera  əlini  paltarının  qoluna,  boynuna  ataraq  dartmağa, 

cırmağa, saçlarını yolmağa başladı.

Həsən çaşıb qalmışdı. Dağıdılmış uzun saçlarından duyulan 

küknar ətri otağı bürüdü. Paltarının yaxası cırılmış, saçları pərişan 

Vera Həsənə havalanmış mələk kimi görünürdü. Hər dəfə görüşüb 

ayrılandan sonra onun ətri, küknar rahiyəsi qalmış boşluğunu əvəz 

edirdi. 


Həmişə özünü kifayət qədər güclü sayan Həsən indi cırılmış 

paltarla,  dağılmış  saçlarla  onun  qarşısında  dayanan  bu  məsum, 

sevimli rus qızını sakitləşdirməkdə aciz idi. Bütün gücünü toplayıb 

onun cırılmış köynəyinin yaxasını bağladı, saçlarını tumarlayaraq 

oxşadı, əllərini əlinə aldı. 

O  heç  vaxt  Veranın  bu  həddə  yüksələn  əsəb  gərginliyini 

ağlına  gətirə  bilməzdi:  “Bu  qız  məndən  cəsarətlidir.  Mən  onun 

bu  böyük  sevgisindən  istifadə  edə  bilmərəm.  Bu,  nakişilik  olar. 

Mən  ya  bu  qızın  taleyinin  məsuliyyətini  daşımalıyam,  ya  da  bu 

sevginin  əzabını  qəbul  etməliyəm”.  Vicdanı,  sevgisi,  ağlı  və 

iradəsi qarşı-qarşıya durmuşdu. Bu anda hansının qalib çıxacağı 

sonrakı bütün hər şeyə başlanğıc olacaqdı. Həsəndən ötrü sevgidə 

kişi məsuliyyəti, mərdliyi və nəzakəti şəxsi hisslərindən çox-çox 

yüksəkdə dayanırdı.

“Bu məsum qızın çiçək kimi tərtəmiz sevgisindən namərdcəsinə 

istifadə  etmək  nə  qədər  yanlış  addım  olardı.  Vera,  sən  bilsən 

ki,  mən  səni  nə  qədər  sevirəm,  mən,  doğrudan  da,  səni  lap  çox 

sevirəm, amma əminəm, bu sevginin sonrası faydalı olmayacaq. 

Bir evliliyin sıxıntısı və qorxusu məndən məhz indi, elə bu anda 

daha dözümlü olmağı, ürəyimə köz basmağı, dözməyi tələb edir,” 




82

– Həsən Veranın əllərini buraxaraq bir addım geri çəkildi:

– Vera, sən o qədər gözəlsən ki… Sən həyatında ürəyincə olan o 

qədər oğlanlarla rastlaşacaqsan, elə sevəcəksən, elə seviləcəksən... 

Bizim evliliyimiz nə sənə, nə də mənə xoşbəxtlik gətirə bilər. Biz 

fərqli-fərqli adamlarıq.

– Niyə? Niyə, Həsən? Onda niyə sən mənim qarşıma çıxdın? 

Niyə məni özünə bağladın, niyə, niyə!?

Həsən yerində donub qalmışdı. Nə edəcəyini bilmirdi. Qızın 

göz  yaşları  qarşısında  az  qala  müvazinətini  itirərək  yıxı lacaqdı. 

Günah iş tutubmuş kimi son dərəcə əzab çəkirdi. Vera da bunu hiss 

edirmiş  kimi,  sanki  bir  qədər  sakitləşməkdə  idi.  Bir  qədər  sakit 

dayanaraq o, qəfildən ayağa qalxdı. 

–  Bax,  Həsən,  sən  tətilə  gedirsən,  mən  bu  ayrılığa  necə 

dözəcəm? Mən səni sevdiyimi sənə necə sübut etməliyəm. Özümə 

qəsd etməyimlə?

Vera Həsəni qucaqlamaq istədi, lakin Həsən bir addım geri 

çəkildi. Vera başını aşağı salaraq:

 – Sən məni cavabsız sevginlə alçaldır, məhv edirsən, Həsən! 

–  Sus,  Vera,  belə  danışma.  Mən  sənin  ağlamağına,  əzab 

çəkməyinə dözə bilmərəm.

–  De ki, məni sevirsən. Həsən, bu ki, doğrudur! 

–  Sən  Moskvadan  mənimlə  istisi  adamın  beynini  qaynadan 

uzaq Zərdaba getsən, inan, səmimi deyirəm, körpə, zərif küknar 

tingi  kimi  solub-solub  məhv  olacaqsan,  Vera.  Ora  zərif  bir  rus 

qızının baş çıxaracağı, yaşayacağı yer deyil. 

–  O  zaman  biz  burada  yaşayaq,  atam  sənə  ürəyincə  bir  iş 

tapar, evimiz də var, birlikdə xoşbəxt yaşayarıq. İstəsən, lap mən 

sizin  ailədə  –  Zərdab  dediyin  yerdə  də  yaşayaram,  söz  verirəm, 

bacararam. 

– Yox, Vera, mən sənin daha gözəl şəraitdə yaşamağını layiq 

bilirəm.


Həsən Vera ilə həyat yollarının davam edə bilməyəcəyinə qəti 

qərar vermişdi. Odur ki, dolayı yollarla, həm də nəzakətlə, zərif 

qəlbini sındırmadan onu özündən uzaqlaşdırmaq istəyirdi. Həsən 

həyatında qarşısına ilk çıxan bu məsum sevgi önündə güclə, lakin 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə