Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016


Rus demokratlar ilə tanışlıq



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə24/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   20   21   22   23   24   25   26   27   ...   245

74

Rus demokratlar ilə tanışlıq

Pleşeyevin dərnəyində Həsən bəy rus cəmiyyətindəki inqi labçı 

demokrat yazıçıların, ictimai xadimlərin fikirləri ilə get dik cə daha 

dərindən tanış olur, bütün mütərəqqi yeniliklərə Azər baycanda da 

ehtiyac olduğunu düşünürdü…

Uşaqlıqdan  gücsüzün  tərəfində  olmaq,  ədalətli  qərar  çı-

xarmaq xasiyyəti bu gün aldığı bilik və formalaşmış dünyagörüşü 

onun  içində  böyük  arzuların  oyanmasına  səbəb  olmuşdu.  Bütün 

elm və təhsil sahələrindəki tərəqqini Azərbaycanda tətbiq etmək, 

məmləkətin  inkişafı  üçün  öz  gücünü,  bacarığını  sərf  etmək,  bu 

işə lazımi töhfə vermək arzusu ilə yaşayırdı Həsən. Biliklərini gə-

ləcəkdə xeyirli fəaliyyətə çevirmək ideyası onu hər gün daha çox 

öyrənməyə sövq edirdi. Müəllimi, dostu, təhsil aldığı fakültənin 

dekanı Davıdov ona istədiyi kitabları tapmaqda kömək edirdi. 

Professor  Davıdov  bazar  günlərinin  birində  Həsənə  onunla 

birlikdə universitetin rektoru Solovyovun evinə getməyi təklif etdi. 

Həsən əvvəl tərəddüd etsə də, zəngin kitabxana haqqında söhbət 

təzələnəndə getməyə razılaşdı. 

Professor Solovyov onları çox mehribanlıqla qarşıladı. 

– Xoş gördük, Aleksey Yuriyeviç! Xoş gəldiniz, sənin getdikcə 

gəncləşməyinin səbəbi indi bəlli oldu. Demək, gənclərlə oturub-

durmaqla həm də özün gəncləşirsən.

– Siz beləmi düşünürsünüz? Onda sizi də tanış edəcəyəm ki, 

siz də gəncləşəsiniz. Bu cavan oğlanla, Həsən Məlikovla sizi tanış 

etmişdim. 

–  Mənim  tələbələrimin  hər  biri  haqqında  geniş  məlumatım 

var. Həsən haqqında da. İndiyəcən deməyib ki, o, çar ordusunun 

məşhur  generalı,  mənim  dostum  Nikolay  Nikolayeviçin  yaxın 

qohumudur.  Mən  bunu  sonralar  öyrəndim. Tiflis  gimnaziyasının 

direktoru bu yaxınlarda onların gimnaziyasından gələn tələbələrlə 

bağlı  söhbətində  Həsən  haqqında  geniş  danışaraq  bildirdi  ki, 

onun  yaxın  qohumu  Nikolay  Nikolayeviç  –  general Ağayev  çar 

ordusundakı ən nüfuzlu generallardan biridir. Elə o vaxt mən də 



75

onunla dost olduğumu dedim. Sonra da öyrəndim ki, mənim qızım 

Verayla Həsən Pleşeyevin dərnəyinə birgə gedirlər. 

Həsən  Fərəc  bəylə  son  söhbətini  bir  də  xatırladı:  “Sən 

Moskvada  sevgi  məsələlərində  ehtiyatlı  olmalısan.  Bəzən  səni 

özlərinə bağlamaq üçün hər şeydən istifadə edəcəklər”.

Açığı, o bu görüşdən də, söhbətdən də bir az şübhələnməyə 

başladı. Sonra da içindəki düşüncələrinə rişxəndlə gülümsəyərək: 

“Yox bir, guya mən tapılmaz və keçilməz bir tikəyəm, gör nə qədər 

bəsit düşünürəm”, – özünü məzəmmət etdi.

Bu dünyada insan əsəbləri üçün şübhələr qədər zərərli heç nə 

yoxdur.  İnsanı  üzür,  üzür,  məsələ  aydınlaşıb  nəticə  bəlli  olun ca 

min-min döngələrdən keçirərək, fikirlər insanı haralara apar mır? 

Bu gün Həsən təxmini həmin halda idi. 

Birdən Vera içəri daxil oldu. Əvvəl atası ilə, Aleksey Yuriye-

viçlə, sonrasa Həsənlə çox səmimi və mehriban görüşdü və dedi: 

– Səni atamın kitabxanası ilə tanış etməyin əsl məqamıdır.

Həsən yerdən otağın tavanına dəyən, dörd divarı əhatə edən 

rəflərdəki  kitabları  seyr  edə-edə  donub  qalmışdı:  “Mən  bütün 

bunları oxusam, beş universitet bitirmiş adam mənimlə bacarmaz”. 

– Sız bu kitabları oxumusunuz? – Həsən Veradan soruşdu. 

– Hamısını? Yox, nə danışırsan. Bu qədər kitabı oxumaq olar!?

Rəflərdə antik ədəbiyyat nümunələrindən dünya ədəbiy yatının 

ən nadir inciləri vardı. 

Şərq  ədəbiyyatı,  Qərb  ədəbiyyatı,  Amerika,  Hind  və  Çin 

ədəbiyyatına  aid  kitablar  ardıcıllıqla  elə  səliqəli  düzülmüşdü  ki, 

Həsənin əlini kitablara toxundurmağa heyfi gəlirdi. O biri otaqda 

olan rəflərdəsə bir dənə də olsun bədii ədəbiyyat nümunəsi yox idi. 

Bütövlükdə bu otaq rus və dünya tarixinə aid qalın-qalın kitablarla 

dolu idi. Həsən üzünü rektora tutaraq dedi: 

– Cənab Solovyov, mən Vissarion Qriqoryeviç Belinskinin

5

 



Qoqola yazdığı məşhur məktubları oxumaq istərdim. 

–  Ohoo,  sən  bir  az  yavaş.  Nikolay  Palkin

6

  bunu  duysaydı, 



5

 Vissarion Qriqoryeviç Belinski (1811-1848) – rus inqilabçı demokratı, ədəbi 

tənqidçi, publisist

6

 I Nikolay – Palkin ləqəbli rus imperatoru (1825-1855)



76

yəqin səni Sibirə sürgün edərdi. Vera sonradan səni həmin mək tub-

larla tanış edər. Amma, cavan oğlan, onu deməliyəm ki, sən həmin 

məktubları ancaq burada oxuya bilərsən. Həm də onu deyim, bu 

məktublar Veranın xətti ilə üzü köçürülmüş nüsxə lərdir.

Vera  məktubları  Həsənə  göstərdi,  lakin  hələlik  oxumağa 

vermədi.

Solovyovun  kitabxanasına  növbəti  gəlişində  Vera  rəfiqəsilə 

dərs  hazırlayırdı.  O,  Belinskinin  məktublarını  Həsənə  verib  onu 

kitabxanada tək buraxdı. Həsən bir qıraqda oturaraq bu məktub-

ları elə tələsik və acgözlüklə oxuyurdu, sanki kimsə onu qovurdu. 

Məktubu  oxuduqca  o,  içindəki  arzuları  ilə  birgə  vətənində  hər 

gün rastlaşdığı faciələrlə elə bil üz-üzə dayanmışdı, oxuduğu bu 

məktublardan  gələcək  fəaliyyətinə  işıqlı  yol  axtarırdı.  Nədən  və 

haradan başlamağın yolları, maneələri dəf etməyin çətin və asan 

məqamları Həsəni çox-çox uzaqlara aparmışdı. Onun üçün Moskva 

universitetinin keçmiş məzunu, mütəfəkkir, filosof, publisist, ədəbi 

tənqidçi, yazıçı, Qərb fəlsəfəsinin dərin bilicisi, ən nəhayət, iradəli 

mübariz  insan  –  Belinski  gələcək  fəaliyyətində  örnək  olacaqdı: 

“Bir  insan  bu  qədər  əhatəli  biliyə  və  fəaliyyətə  necə  vaxt  tapa 

bilib? Çox qısa ömür yaşamaqla bu qədər işləri necə çatdıra bilib? 

Otuz yeddi yaşda böyük bir ziyalı təbəqəsinin işini həyata keçirib”.

Həsən  Belinskinin  Qoqola  yazdığı  məktublardan  xalqın 

mübarizəsinin,  ictimai  quruluşun  bəlalarını  dəf  etməyin  yollarını 

kəşf etdi sanki. “Mənim düşüncələrim və arzularım bu evin in san-

larının daşıdıqları amal və əqidəylə, deyəsən, elə eynidir. Fik rim cə, 

bu ailə ilə mən səmimi münasibətlərimi, dostluğumu və ya xınlığımı 

davam etdirə bilərəm,” – düşünərkən birdən Vera içəri girdi:

 Deyəsən, məktublar səni çox yordu.

– Yox,  yormadı,  əksinə,  çox  düşündürdü.  Mənim  millətim, 

xalqım daha çox əziyyət çəkir. Vissarion Qriqoryeviçin bu ittiham-

naməsindən  bütün  xalqlar  nəticə  çıxarmalıdır. Təhsil  və  mədəni 

inkişaf mübarizəsi öz işini görməsə, kor-koranə atılan addımlardan 

bir nəticə olmayacaq, – Həsən bəy söylədi.

Vera onun üzünə baxanda Həsənin gözlərini elə kədərli gördü 

ki, heç xəstələnəndə o belə üzülmüş təsir bağışlamamışdı. Həsən 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə